Məhkəmə qərarları › İş №2-1(103)-1121/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1121/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1121/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X37 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X23 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4018/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli və **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsi 08 oktyabr 2021-ci il tarixli, **********3156 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin edilmiş, ünvan 1 ünvanında yerləşən “Qəbələ” adlı iaşə obyektində operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 08 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilməsi səbəbindən 005323 saylı, xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda onun barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 16000 (on altı min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İnzibati aktın qanunsuz və əsassız olmasına, onun hüquqlarının kobud surətdə pozulmasına dair dəlilləri aşağıdakılardır. Qeyd etdiyi kimi, operativ vergi nəzarətinin həyata keçirən orqan qeyd edilən qərarı iddiaçı tərəfə təqdim etməmişdir. Belə ki, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********3180 saylı tələbnamə onlara məhz 08 oktyabr 2021-ci il tarixində təqdim edilmiş, qərarı isə ümumiyyətlə təqdim etməmişdir. Bu hal isə kobud qanun pozuntusudur. Cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 08 oktyabr 2021-ci il tarixində zəruri olan sənədlərin təqdim olunması haqqında **********3180 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmişdir) və sənədlərin təqdim edilibedilməməsi barədə müvafiq akt tərtib etmədən, elə 08 oktyabr 2021-ci il tarixində də, operativ vergi nəzarətinin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Halbuki, qanunverici vergi orqanı üçün sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 (bir) iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar isə ümumiyyətlə əsaslandırılmamış, yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsiylə kifayətlənmişdir. Cavabdeh orqan operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar etdiyini qeyd etmiş, onların izahat verdiyini bildirmişdir. Vergi orqanı nümayəndəsinin israr və hədələrindən sonra izahat verməyə məcbur olan bu şəxslərin məhkəmə icraatı zamanı məhkəmə iclasına rəsmi qaydada çağrılıb ifadələrinin alınmasını zəruri hesab edir. 005323 saylı, xx.xx.2021 -ci il tarixli akt və həmin akta Əlavələrdə adları qeyd olunmuş şəxslərdən X19 (ofisiant vəzifəsi üzrə), X24 (adminstrator vəzifəsi üzrə), X25 (ofisiant vəzifəsi üzrə), X10 (xadimə vəzifəsi üzrə), X42 (barmen vəzifəsi üzrə) ilə daha sonra, 30 oktyabr 2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və onlar rəsmi olaraq əmək fəaliyyətinə başlamışlar. Həmin şəxslər vergi orqanı operativ yoxlama tədbiri apardığı zaman qeyd edilən obyektdə sadəcə öyrənmək məqsədilə, qeyd edilən sahədə fəaliyyət göstərə biləcəklərini sınamaq üçün, bacarıqlarının bu sahədə işləməyə imkan verməsini yoxlamaq məqsədiylə olublar və bu iş fəaliyyətinin xüsusiyyətləri ilə tanış olan, bu sahənin spesifik cəhətləri olduğu bilən hər kəs bilir ki, şəxs könüllü surətdə, özünü yoxlamaq üçün, təlim keçmək üçün bir neçə gün bu tip obyektlərdə bir neçə saat ərzində görülən işlərlə tanış olmağa çalışırlar. Yuxarıda adları çəkilən həmin şəxslərlə bağlanmış əmək müqavilələri iddia ərizəsinə əlavə edilir. Bütün bu qeyd edilənlər, vergi orqanı tərəfindən aparılan yoxlama-nəzarətin doğru olmayan nəticəyə gəldiyini deməyə əsas verir. Həmçinin qeyd edək ki, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı Vergi Məcəlləsinin 58.7.1-cu maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına yol verdiyinə görə 1000 (bir min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, o, Azərbaycan Respublikasının möhtəşəm zəfəri ilə bitən 44 günlük vətən müharibəsinin iştirakçısı olmuş, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan əks-hücum döyüşlərində fəal iştirak etmiş və bir sıra fəxri fərman və medallarla təltif edilmişdir. O, “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə razı deyil (qəbul etmir). Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ona 23 oktyabr 2021-ci il tarixində, **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar isə ona 27 oktyabr 2021-ci il tarixində poçt vasitə ilə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3156 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 3 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. O, cümlədən fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 009295 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4759 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********442800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 11:08:26-də oxunduğu müəyyən edilmişdir. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış vergi ödəyicisi İddiaçı xx.xx.2021-ci il tarixli etirafedici izahatına əsasən o, OVN tədbiri keçirilən obyektdə - “Qəbələ” kafesində sahibkarlıq fəaliyyətini həyata keçirir və obyektin işçiləri olan 8 nəfər işçi ilə aralarında əmək müqaviləsi bağlanmamışdır. Gələcəkdə belə nöqsanlara yol verməyəcəyini və tez bir zamanda həmin işçilərlə əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini bildirmişdir. X1 da öz növbəsində İddiaçı tərəfindən 3 gündür ki, ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 11:30- 23:30-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X2 Fərhad Rauf oğlu tərəfindən xx.xx.2021 -ci il tarixdən “kassir” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 19:00- 23:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X42 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən "barmen” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 19:00-00:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X12 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “barmen” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 13:00-21:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X10 oğlu xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “qabyuyan” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 15:00-21:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X20 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “xadimə” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 17:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X21 bir aydır ki, İddiaçı tərəfindən “ofisiant” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 11:30-00:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X25 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 11:30-23:30-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4018/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı (hakim: A.Abdullayeva) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandılmışdır.Qeyd edilmişdir ki, 005323 saylı, xx.xx.2021 -ci il tarixli akt və həmin akta Əlavələrdə adları qeyd olunmuş şəxslərdən X19 (ofisiant vəzifəsi üzrə), X24 (adminstrator vəzifəsi üzrə), X25 (ofisiant vəzifəsi üzrə), X10 (xadimə vəzifəsi üzrə), X42 (barmen vəzifəsi üzrə) ilə daha sonra, 30 oktyabr 2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və onlar rəsmi olaraq əmək fəaliyyətinə başlamışlar. Həmin şəxslər vergi orqanı operativ yoxlama tədbiri apardığı zaman qeyd edilən obyektdə sadəcə öyrənmək məqsədilə, qeyd edilən sahədə fəaliyyət göstərə biləcəklərini sınamaq üçün, bacarıqlarının bu sahədə işləməyə imkan verməsini yoxlamaq məqsədiylə olublar və bu iş fəaliyyətinin xüsusiyyətləri ilə tanış olan, bu sahənin spesifik cəhətləri olduğu bilən hər kəs bilir ki, şəxs könüllü surətdə, özünü yoxlamaq üçün, təlim keçmək üçün bir neçə gün bu tip obyektlərdə bir neçə saat ərzində görülən işlərlə tanış olmağa çalışırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X34 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi 30 A ünvanında yerləşən “Qəbələ” Kafesində aparılmış operativ vergi nəzarəti zamanı 8 (səkkiz) nəfərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmiş və bu hal 009295 nömrəli aktla rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri çərçivəsində ididaçının və həmin şəxslərin izahatları alınmış və onlar öz izahatlarında həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi 30 A ünvanında yerləşən İddiaçı məxsus “Qəbələ” Kafesində müxtəlif iş saatlarında, gündəlik əmək haqqları 10 manat olmaqla işləmələrini, onlarla heç bir əmək müqaviləsi və xidmət müqaviləsinin bağlanmamasını bildirmişlər. Sözügedən halları iddiaçının özü də, vergi orqanına təqdim etdiyi izahatda bildirmiş, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də (X13, X25), onlarla əmək müqaviləsinin bağlanmamasını öz izahatları ilə təsdiq etmişlər. Cavabdeh orqan tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçı operativ vergi nəzarətinin keçirilməsinə dair qərarlarla tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. Operativ vergi nəzarətinin zamanı 009295 nömrəli akt və işin digər halları nəzərə alınaraq iddiaçı barəsində müvafiq qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçıya xx.xx.2021-ci il tarixli qərarlar rəsmi olaraq (poçt rabitə orqaları vasitəsilə) xx.xx.2021 v xx.xx.2021-ci il tarixlərində göndərilmiş, iddiaçı xx.xx.2021-ci il tarixli inzibati aktları xx.xx.2021-ci il tarixdə iddia qaldırmaqla mübahisələndirilməklə qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -7-ci bəndinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 7.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2. Əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3. Vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4. NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X52), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5. Alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.6. İstifadə edilən nəzarət-kassa aparatının vergi orqanlarında qeydiyyata alınması və vergi orqanı tərəfindən verilmiş qeydiyyat vərəqəsindəki məlumatların düzgünlüyü araşdırılır. 7.7. Nəzarət-kassa aparatının texniki tələblərə uyğunluğu, markası və zavod nömrəsi, qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədi ilə servis texniki xidmət mərkəzinin plombunun mövcudluğu və toxunulmazlığı araşdırılır. 7.8. Nəzarət-kassa aparatından fiskal yaddaşın dövri “Z” (bundan sonra “Z”) hesabatlarının alınması, həmin hesabatların və nəzarət lentlərinin saxlanılması yoxlanılır. 7.9. Nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır. 7.10. Nəzarət zamanı vergi ödəyicisi nəzarət-kassa aparatının hər hansı səbəbdən təmirə aparıldığı barədə məlumat verdikdə, həmin məlumatın düzgünlüyü vergi ödəyicisinin servis texniki xidmət mərkəzinə (bundan sonra “STXM”) və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi və STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması ilə dəqiqləşdirilir, bununla bağlı 17 nəzarətin nəticələri barədə tərtib olunan aktda müvafiq qeydlər edilir. 7.11. Ciddi hesabat blankları istifadə etməklə əhali ilə pul hesablaşmaları aparmalı olan obyektlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun ciddi hesabat blanklarının mövcudluğu araşdırılır. 7.12. İşlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.13. Sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində biletlərin mövcudluğu və onların qanunvericiliklə müəyyən olunmuş formalara uyğunluğu araşdırılır. 7.14. Ödənilmiş gediş haqqına görə sərnişinlərə biletlərin verilib-verilməməsi yoxlanılır. 7.15. Əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarət-kassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. 7.16. Əhali ilə pul hesablaşmaları zamanı ciddi hesabat blanklarından istifadə olunmadığı aşkar edildikdə, ödənilmiş məbləğ vergi ödəyicisinin istifadə etdiyi və qanunvericiliyə müvafiq qaydada çap edilmiş ciddi hesabat blankı ilə, üzərində “Bərpa edilmişdir” qeydi edilməklə rəsmiləşdirilir və həmin blankın müştəriyə verilməli hissəsi nəzarətin nəticələri barədə bu Qaydalara uyğun olaraq tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. - 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından göründüyü kimi cavabdeh inzibati orqanın 2 inzibati aktı mübahisələndirilir. 1)Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 08 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktına əsasən **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ; 2) Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktına əsasən xx.xx.2021-ci il tarixli **********4759 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********3156 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə, ünvan: AZ1111, ünvan 6bələ Kafe (**********-14001), fəaliyyət növü: yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlər (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İddiaçı sözügedən qərarla xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 08 oktyabr 2021-cu il tarixli, KY211660267 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı Rauf oğlu, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. Sözügedən çıxarışla İddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə tanış edilmişdir. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 009295 nömrəli aktın surətindən görünür ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də, İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Tərəflərindən yeni nəsil NKA-nın quraşdırılması və əhali ilə nağd hesablaşmalar zamanı NKA-dan istifadə olunması və çek təqdim etməsi tövsiyyə olunmuşdur. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3182 nömrəli qərarın surətindən görünür ki, İddiaçı “Nəzarət kitabçası” əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. - “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********3180 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, iddiaçıdan operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq zəruri sənədlər və məlumatların İdarəyə təqdim olunması bildirilmişdir. - “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005323 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan 30 A ünvanında yerləşən “Qəbələ” kafesində özünü sahibkar kimi təqdim edən İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 21:00-da təqdim edilmiş şəxsiyyət vəsiqəsi və digər sənədlərə əsasən işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 8 (səkkiz) fiziki şəxsdən 8 (səkkiz) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49- cu maddəsinin tələbləri pozularaq, əmək müqavilsəi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı aktla tanış olaraq, aktı imzalamışdır. - 08 oktyabr 2021-ci il tarixli, 005323 saylı akta əlavə edilmiş “Qəbələ” kafesində aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında 8 nəfər işçi – X7, X14, X8, X9, X3, X15, X28, X4 adları göstərilmişdir. -İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, ünvan 9 ünvanında yerləşən “Qəbələ” Kafesində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məlumat üçün bildirir ki, sahibkarlıq fəaliyyəti göstərdiyi obyekdə 8 nəfərlə əmək müqaviləsi bağlamamışdır. Gələcəkdə belə nöqsanlara yol verməyəcəyini və qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməyəcəyinə söz vermişdir. X13, X29, X22, X20, X16, X26, X42, X12 ilə tez bir zamanda əmək müqaviləsi bağlayacaqdır. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. Heç bir əlavəsi yoxdur. - X5 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən 3 gündür ofisiant kimi “Qəbələ” Kafesinə işə götürülmüş, işə götürənlə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. İş vaxtı 11:30-23:30-a qədər, əmək haqqı günlük 10 AZN təşkil etmiş, əmək haqqını nəğd şəkildə İddiaçı almış və alarkən heç bir sənədə qol çəkməmişdir. Obyektdə ondan başqa işləyən Sevinci və Fərhadı tanıyır. - X15 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdən sahibkar İddiaçı tərəfindən kassir vəzifəsinə işə götürülmüşdür. Onunla hələ ki, sahibkar arasında əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. İş vaxtı 10:00-dan 23:00-dək, günlük əmək haqqısı 10 manat olmuşdur. Ondan başqa obyektdə Hacıyev Azər, Mehdiyeva Sevinc, Məmmədova Rübabə və başqaları işləyir. - X28 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021- ci ildə işə götürülmüşdür. Vəzifəsi barmendir. İşəgötürənlə aralarında heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. Bununla bağlı, ona heç bir sənəd təqdim olunmamışdır. İş saatı 19:00- dan 00:00-dək olmuşdur. Əmək haqqı 10 manatdır. Əmək haqqı İddiaçı tərəfindən nağd şəkildə ödənilmiş və ödənilərkən heç bir sənədə imza atmamışdır. - X4 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən “Qəbələ” Kafesində sahibkar İddiaçı tərəfindən barmen vəzifəsinə işə götürülmüşdür. Onunla sahibkar arasında əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. İş vaxtı 15:00-dan 21:00-dək, əmək haqqısı gündəlik 10 manat olmuşdur. Əmək haqqı ona İddiaçı tərəfindən ödənilir. Maaş barədə heç bir sənədə qol çəkməmişdir. Ondan başqa obyektdə Mehdiyeva Sevinc, Müzəffərova Məsumə, Hacıyev Azər və başqaları işləyir. - X6 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci ildə qabyuyan peşəsinə işə qəbul edilmişdir. İşəgötürənlə aralarında heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. Bununla bağlı ona heç bir sənəd təqdim olunmamışdır. İş saatı 15:00-dan 21:00-dək olmuşdur. Əmək haqqı 10 manat olmuşdur. İddiaçı tərəfindən nağd şəkildə ödənilmiş və ödənilərkən heç bir sənədə imza olunmamışdır. -X9 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən xadimə işinə götürülmüş, onunla əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 17:00-dan 23:00-dək, əmək haqqı 15 manat olmuşdur. Ondan başqa obyektdə Ağabəyov Dünyamalı və başqaları işləyir. - X8 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfinədn 1 aydır ki, ofisinat işi vəzifəsinə götürülmüşdür. İşə götürənlə aralarında heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır və bununla bağlı İddiaçı ona heç bir rəsmi sənəd təqdim etməmişdir. İş vaxtı 11:30-dan 00:00-dək, əmək haqqı 10 manat olmuşdur. Gündəlik əmək haqqını nağd şəkildə almış və heç bir sənədə imza atmamışdır. Ondan başqa obyektdə Səidə və Həsəni tanıyır. - X17 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021- ci il tarixdən “Qəbələ” Kafesində işə götürülmüş, işə götürənlə arasında heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 11:30-dan 23:30-dək, əmək haqqı günlük 10 manat təşkil edir. Əmək haqqını nağd şəkildə İddiaçı almış və alarkən heç bir sənədə qol çəkmir. Obyektdə ondan başqa işləyən Kəmalə və Fərhadı tanıyır. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4641 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətləri) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixədək 16000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4759 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4642 nömrəli və **********4760 nömrəli tələbnamələrdən görünür ki, iddiaçıdan müvafiq qərarlarla hesablanmış borc məbləğlərinin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 (səkkiz) nəfər fiziki şəxsin siyahısı tərtib edilmiş, həmin 8 nəfərin, həmçinin İddiaçı izahatı alınmış, alınmış izahatlar iş materiallarına əlavə edilmişdir. Beləliklə, İddiaçı iş materiallarında olan etirafedici izahatından, eləcə də yuxarıda adları qeyd olunan şəxslərin iş materiallarına əlavə edilmiş izahatlarından müəyyən olunur ki, İddiaçı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sözügedən fiziki şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Əmək Məcəlləsinin tələblərini pozduğundan AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fiziki şəxsdən alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərin bəziləri ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Odur ki, kollegiya 15 oktyabr 2021-ci il tarixli, **********4641 nömrəli qərara münasibətdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya 15 oktyabr 2021-ci il tarixli, **********4759 nömrəli qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 009295 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən vergi qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində, eləcə də apellyasiya şikayətində heç bir əsaslı dəlil irəli sürülməmişdir. Qeyd edilən fakt danılmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4018/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar