Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1121/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7915/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.331). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…xx xxxxxx 1963-cü il təvəllüdlüdür. Hazırda 60 yaşı var. Əmək fəaliyyəti, hərbi xidmət dövrü də, daxıl olmaqla xx.xx.1981-ci ildən xx.xx.2019-cu illəri əhatə edir. Ümumilikdə iş stajı 30 il 9 gün təşkil edir. Bu məlumatlar əmək kitabçasında aydın şəkildə qeyd edilmişdir. Ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən pensiya təyin eidlməsini xahiş etmiş,lakin sonuncu 24 fevral 2023-cü il tarixli məktubu ilə imtina edərək, bildirmişdir ki, onun ümumi stajı 25 ildən az(21 il 11 ay 28gün. «xx.xx.1981-xx.xx.1983: xx.xx.1985-xx.xx.2001, 2006-2020 dövrüy zrə cəmi 3 il 9 ay) təşkil edir. Bundan əlavə , minimum pensiya ödənişi üçün tələb olunan pensiya kapitalı 40320,00 manat təşkil etdiyi halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 17746,05 manat təşkil edir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, təhsil aldığı dövrlər – xx.xx.1980xx.xx.1981-ci illər, bu ay 8 ay 11 gün təşkil edir; hərbi xidmət dövrü – xx.xx.1981xx.xx.1983-cü illər, bu 2 il təşkil edir; “NORD” X1 elektrik qaz qaynaqçısı vəzifəsində çalışdığı dövrlər – xx.xx.1985-xx.xx.2007-ci illər, bu 21 il 6 ay təşkil edir; Hövsan qəsəbəsi 2 nömrəli Mənzil İstismar sahəsində elektrik qaz qaynaqçısı vəzifəsində çalışdığı dövlər – xx.xx.2007-xx.xx.2009-cu illər, bu 2 il 15 gün təşkil edir; 11 saylı Mənzil Kommunal İstismar Sahəsində Liftçi vəzifəsində çalışdığı dövrlər - xx.xx.2015-xx.xx.2019-cu illər, bu 3 il 10 ay 13 gün edir. Beləliklə, bütün bu illəri hesabladıqda onun ümumilikdə əmək stajı 30 il 9 gün təşkil etmişdir. Cavabdeh isə bütün bunları nəzərə almamışdır…» Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı ümumi iş stajı yetərli olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7915/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: ... « Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin redaksiyası 10 mart 2017ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017- ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1 -ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən, 01 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az təşkil etməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Elmi- İstehsalat müəssisəsinin 13 yanvar 2023-cü il tarixli 311/6 nömrəli arayışında xx.xx.2001xx.xx.2007-ci il tarixləri arasında “NORD” Elmi-İstehsalat Birliyində elektrik qaz qaynaqçısı peşəsində işləməsinə dair qeyd mövcuddur. İddiaçı 01 yanvar 2006-cı il tarixdən 17 yanvar 2007-ci il tarixədək dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin tarixlər arasındakı dövr ərzində işləməyinə dair əsaslı şübhə yaranmışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd olunan dövrlər (xx.xx.2001-xx.xx.2007ci illər) sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən İddiaçı 01 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az (xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir…» Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, məhkəmənin əmək kitabçasına əsasən 25 il ümumi stajının 01.2006-cı ildən sonra tamamlandığı baxımından hüquqi yardım çərçivəsində təklifini nəzərə alaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçıya 60 yaşından pensiya təyin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün təfsir olunmamış, bunun nəticəsi olaraq da hüquqi yardım çərçivəsində iddiaçıya münasib iddia tələbini irəli sürməkdə yardım gəstərilməmiş, onun xx.xx.2006-cı il tarixə 25 il ümumi sığorta stajı tamamlanmadığı halda, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə zidd olaraq, 57 yaşından ona güzəşli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.1963-cü il təvəllüdlü iddiaçının (şəxsiyyət vəsqəsi:№ ********) 60 yaşının tamam olduğu xx.xx.22023-cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən – «axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.» Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır. Qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmaqla, iddiaçının peşə təhsili sənədinə, hərbi biletinə və əmək kitabçasına (surətlərinə) əsasən xx.xx.2006-cı il tarixinə qədər və bundan sonra aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1980-xx.xx.1981: Ermənistan SSR Vardenes rayonu Texniki Peşə Məktəbində qa-elektrik ixtisası üzrə peşə təhsili -8 ay 11 gün; xx.xx.1981-xx.xx.1983: Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət – 2 il 1 gün; xx.xx.1985-xx.xx.2001: «NORD» Elmi-İstehsalat Birliyinin 109 nömrəli təcrübə xavodunda elektrik qaz qaynaqçısı, elektrik qaynaqçısı – 16 il 2 ay 27 gün; xx.xx.2001-xx.xx.2007: «NORD» Elmi-İstehsalat Birliyinin Mənzil kommunal müəssisəsində elektrik qaz qaynaqçısı - 5 il 3 ay 16 gün (xx.xx.2006-cı ilə qədər 4 il 3 ay); xx.xx.2007-xx.xx.2009: Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsində Hövsan q.2 №-li Mənzil İstismar sahəsində elektrik qaz qaynaqçısı- 2 il 15 gün; xx.xx.2015-xx.xx.2019: 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 11 saylı MKİS-də saytçı – 3 il 10 ay 13 gün. İddiaçının əmək kitabçasının sözügedən qeydləri ümumiləşdirildikdə, onun 01.2006-cı il tarixə qədər ümumi stajı 23 il 2 ay 19 gün (8 ay 11 gün+2 il1 gün+16 il 2 ay 27 gün+4 il 3), onun həmin stajına xx.xx.2006-cı il tarixdən sonrakı stajı əlavə olunduqda isə 60 yaşı tamam olana qədər 30 il 2 ay 3 gün (23 il 2 ay 19 gün+ 1 il 16 gün (5 il 3 ay 16 gün-4 il 3 ay) +2 il 15 gün+3 il 10 ay 13 gün) təşkil edir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi tətbiq olunmaqla, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün bu Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinə qədər 25 il ümumi stajı tamam olmur ki, belə olan halda da ona 57 yaşından pensiya təyin alınması mümkünsüz olur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə iş stajı da nəzərə alındıqda isə onun 60 yaşının tamamı - «Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinin yeni redaksıyasının qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixdən sonraya təsadüf etdiyinə görə 25 il ümumi stajı 1 iyul 2017-ci il tarixə qədər tamam olsa belə ona 57 yaışından pensiya təyinatı aparılması istisna olunur. Beləliklə də, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ «Əmək pensiyaları haqqında Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinin yuxarıda qeyd olunan redaksiyasın müvafiq olaraq 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaranır. Cavabdehin imtina məktubuna və onun apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2001-xx.xx.2007: «NORD» Elmi-İstehsalat Birliyinin Mənzil kommunal müəssisəsində elektrik qaz qaynaqçısı - 5 il 3 ay 16 gün əmək fəaliyyəti dövrü onun sığorta stajı kimihansı əsaslara görə nəzərə almadığı əsaslandırılmamışdır. Halbuki, onun bundan əvvəl xx.xx.1985-xx.xx.2001-ci illərdə də «NORD» Elmi-İstehsalat Birliyinin 109 nömrəli təcrübə zavodunda işlədəyi dövr nəzərə alınmışdır. Əmək kitabsasının müvafiq qeydləri tədqiq olunduqda isə isə tam doldurulmuş, şübhə altına alınacaq hər hansı bir pozuntu görünmür. «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının 2007-ci ildən sonrakı əmək fəaliyyətinə gəldikdə, işə əlavə edilmiş onun barəsində “Sığortaolunanın hesabı”-dan çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2007xx.xx.2009 dövrdə işlədiyi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi» MMC tərəfindən (SUN:**********8, VÖEN: **********) bütün illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmiş, xx.xx.2015-xx.xx.2019-cu illərdə işlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən isə yalnız 19 ay üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş həyata keçirilmişdir. Məhkəmə qeyd olunan məcburi sığorta haqlarının sığorta edən tərəfindən Fonda köçürülməməsi ilə bağlı onu qeyd edir ki, bu hal iddiaçının təqsirinə yozula bilməz. Çünki,məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarəti həyaita keçirmək vəzifəsi Sosial sığorta haqqında» Qanuna və vergi qanunvericilyinin qüvvədə olan normalarına uyğun olaraq iddiaçının səlahyyəti deyil, vergi orqanlarının səlahiyyətinə aiddir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixə qədər olan sığorta stajına ayrılıqda aydınlıq gətirilməmiş, onun 57 yaşından pensiya hüququnun yaranması şərtlərinin mövcudluğu əsaslandırılmamış, əmək fəaliyətini ehtiva edən sığorta stajı sadalamaqla kifayətlənən məhkəmə, maddi hüquq normalarının tələbləri baxımından onun həmin stajına və 57 yaşından güzəştli şərtlərlə pensiya hüququnun yaranması şərtlərinə hüquqi qiymət verməmiş, nəticədə 57 yaşdan pensiya təyin edilməsi vəzifəsini cavabdehə həvalə etməklə səhv nəticəyə gəlmişdir. Hazırkı mərhələdə apellyasiya məhkəməsinin işə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olduğu nəzərə alımaqla, iddiaçıya hüquqi yardım çərçivəsində, tələbini onun pensiya hüququn yarandığı 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması tələbi ilə əvəz etməsi təklif olunmuş və yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı məhkəmənin bu təklifini qəbul edərək müvafiq dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən hər bir halda iddiaçının 25 il ümumi sığorta stajına malik olması qəbul edilmir ki, bu da cavabdeh orqanın hətta 60 yaşından belə iddiaçının güzətli şərtlərlə pensiya hüququnun yaranması ilə razılaşmadığını ehtiva edir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin, idiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə qüvvədə olan ( 29 iyun 2022-ci il tarixdən qyvvəyə minmiş) redaksiyasından isə göründüyü kimi,iddiaçı həmin yaşdan pensiya təyin olunması üçün ona 25 il ümumi stajından əlavə azı 12 il 6 ay güzəştli pensiya hüqu verən stajının mövcudluğu da tələb olunur ki, onun da, elektrik qaz qanaqçısı kimi, nəinki 12 il 6 ay, bundan da iki qat artıq güzəştli staja malikdir. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının tələb olunan güzəştli staja malik olması mübahisələndirilmir (Qanunun qeyd olunan normasından göründüyü kimi, iddiaçıy pensiya kapitalı da yığması tələb olunmur). Hər bir halda, Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin işə əlavə olunmuş 13 yanvar 2023-cü il tarixli 311/6 nömrəli “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən kemiş “Nord” Elmi-İstehsalat Birliyində (indiki "xxxx" Elmi-İstehsalat Müəsisəsi) 3-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsində işləyən İddiaçı həqiqətən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.1985-ci il tarixdən xx.xx.2001ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəsində işləmişdir. İddiaçı ümumi iş stajı 16 il, 2 ay, 27 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35 nömrəli ümumi peşələr siyahısına daxildir. Beləliklə də iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuldğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda iddiaçının tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi də nəzərə alınmaqda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7915/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə iddianın təmin olunması və iddiaçıya 60 yaşının tamam olduğu 19 yanvar 2023-cü il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7915/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı, 60 yaşının tamam olduğu 19 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1121/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1121/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver