Məhkəmə qərarları › İş №2-1(103)-1122/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1122/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1122/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Tərcüməçi X2 qızının, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1483/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1483/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sənəd təqdim etmədi və apellyasiya şikayətinin icraata qəbul edilərək baxılmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin qeyrimümkün hesab edilərək geri qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1483/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı iddiaçının nümayəndəsi tərəfindən məhkəmə qəbzinə imza etməklə xx.xx.2020-ci il tarixdə (səhifə 83) alınsa da, iddiaçının nümayəndəsi tərəfindən imzalanmış apellyasiya şikayəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2020-ci il tarixdə (səhifə 84) daxil olmuş, apellyasiya şikayəti xx.xx.2020-ci ildə apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət 13 gün buraxılmaqla verilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü barədə kollegiya iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmadığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə heç bir ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarlarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəbdən ötürməklə verildiyi üçün apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1483/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar