Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1122/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “keçmiş gəlini və nəvəsinin ona məxsus evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “keçmiş gəlini və nəvəsinin ona məxsus evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4502/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarından 3cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 92.58 kv.m olan mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatdan keçmişdir. İşdə olan 6 saylı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X14 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73, 19 saylı mənzildə qeydyyatda olan X2 və 2012-ci il təvəllüdlü nəvəsi X7 mənzildən qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Xətai rayon polis idarəsi tərəfindən müraciətlə bağlı verilmiş 101-359997-3221 saylı xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya imtina edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Xətai rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “X2 və 2012-ci il təvəllüdlü nəvəsi X7 ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73, 19 saylı mənzilindən qeydiyyatdaın çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73, 19 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, seriya RX, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətindədir. X4 və 2012-ci il təvəllüdlü nəvəsi X14 həmin mənzildə qeydiyyatdadırlar. O, mənzilin sahibi kimi öz mülkiyyət hüquqlarını rahat həyata keçirə bilmir. Gəlini ilə oğlu arasında rəsmi nikah ləğv edilmişdir. X4 atasının yanında yaşayır. Ona məxsus olan evdən heç bir istifadə hüququ yoxdur. xx.xx.2021-ci il tarixində cavabdeh müraciətinə cavab olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq imtina vermişdir. Bu səbəbdən də, o, həmin şəxsin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4502/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, xx.xx.1987-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X7 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X4 tərəfindən apellyasiya şikayəti verilərək qərarın qızı X10 dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə azyaşlı qızının iddiaçının ailə üzvü olmasını, nəvənin babadan Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən aliment almaq hüququnun olmasını, hazırda həmin mənzildə yaşamamasının üzürlü səbəbdən olmasını, azyaşlı qızının qeydiyyatda olmasının iddiaçının hansı hüquqlarını pozmasını müzakirə edib həmin məsələyə hüquqi qiymət verməmişdir. İddiaçı nəvəsi Xatunun onun ailə üzvü olmamasını sübuta yetirməmişdir. Apellyasiya şikayətinə dair yazılı etirzin dəlilləri: Apellyasiya şikayətinə dair iddiaçının yazılı etirazı onunla əsaslandırılmışdır ki, sözügedən mənzil onun adına olmaqla onun şəxsi mülkiyyətindədir. Könül Qurbanova və Xatın Əliyeva həmin mənzildə formal qeydiyyatdadırlar. Mənzil sahibi kimi öz mülkiyyət hüquqlarını rahat həyata keçirə bilmir. Oğlu ilə X4 arasında rəsmi nikah qeydiyyatı ləğv edilmişdir. Könül Qurbanova atasının yanında yaşayır. Ona məxsus evdən heç bir istifadə hüququ yoxdur. Tərəflərin izahatları: 3-cü şəxs X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş və bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Xətai rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, məhkəmə qərarı X10 dair hissədə mübahisələndirilir. Bu səbəbdən də qərarın qanuniliyi X10 münasibətdə yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Xətai rayon Polis İdarəsinə qarşı tələbi, “X2 və 2012-ci il təvəllüdlü nəvəsi X7 ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73, 19 saylı mənzildən qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 92.58 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X15 (iddiaçının oğlu) ilə X5 (iddiaçının gəlini) arasındakı 2012-ci ildə bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin avqust ayının 23 günündə 585 nömrə ilə qeyd aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Əliyev, qadına Qurbanova soyadı verilmişdir. AZ-İİİ seriyalı 103054 saylı xx.xx.2013-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X15, ana qrafasında X5 qeyd olunmuşdur. AZ-İ seriyalı 386465 saylı xx.xx.2021-ci il tarixli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 101-4772-1222 nömrəli və xx.xx.2022-ci il tarixli, 101- 14695 nömrəli cavab məktubundan görünür ki, X2 adına sənədləşən fərdi uçot kartoçkası Xətai RPİ-nin arxivində aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubla İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş və ünvan üzrə bütün sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Həmin sənədlərdə X1 ünvana dair hər hansı hüquqlarının (mülkiyyət, istifadə, icarə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, o cümlədən, həmin vaxt İddiaçı ailə üzvü kimi razılığının alınması müəyyən edilməmişdir. Hazırda iddiaçı göstərir ki, keçmiş gəlini və nəvəsi sözügedən mənzildə yaşamır. Belə olan halda iddiaçı onunla birgə yaşamayan 3-cü şəxs olan gəlini və onun azyaşlı övladının (nəvəsinin) ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Xətai rayon Polis İdarəsinin isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı nəvəsi X14 isə xx.xx.2012-ci il təvəllüdlü olmaqla 10 yaşı vardır. Birinci instansiya məhkəməsinin qərarı ilə 3-cü şəxs Könül Qurbanovanın iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılması qərara alınarkən həm də iddiaçının nəvəsi Xatun Əliyevanın da qeydiyyatdan çıxarılması məsələsi həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının gəlini ilə yanaşı, ona məxsus mənzildə formal qeydiyyatda olan azyaşlı nəvəsinin də qeydiyyatdan çıxarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5902/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə X15 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində bağlanmış 349 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X7 anası X3 yanında saxlanılması, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X12 hər ay 140 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki işdə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və bununla yanaşı, qeydiyyatdan çıxarılması qərara alınan iddiaçının nəvəsi azyaşlı olmaqla, mülki məhkəmə qətnaməsi əsasında anasının yanında saxlandığından yaşayış yeri anasının yaşayış yeridir, anasının isə, yəni üçüncü şəxsin İddiaçı məxsus mübahisəli evdə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. 3-cü şəxs özü də məhkəmə prosesində azyaşlı övladı ilə iddiaçıya məxsus mənzildə yaşamadığını təsdiqləmişdir. Buna görə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin azyaşlı övladının mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin azyaşlı övladının iddiaçının evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxsin iddiaçıya məxsus mənzilə hər hansı hüququnun olmadığı, mülki məhkəmə qətnaməsi ilə azyaşlı övladının onun yanında saxlanıldığı və onun da övladı ilə birlikdə atasına məxsus evdə yaşadığı nəzərə alınmaqla, iddiaçının nəvəsinin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4502/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı mübahisələndirilən- 3-cü şəxsin azyaşlı övladı Xatun Əliyevanın iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4502/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı mübahisələndirilən- 3-cü şəxsin azyaşlı övladı Xatun Əliyevanın iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov