Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1123/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X2, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işin digər əlaqəli olan inzibati işlə bir icraatda birləşdirilməsi məsələsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (X3 üçüncü şəxs olduğu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəyişərək, Cavabdeh 23.12.2013-cü il tarixli 816 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1854/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı iddiaçının verdiyi kassasiya şikayətinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2267/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İnzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edildikdən sonra Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (İddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi üçüncü şəxslər olduğu) “sərəncamın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarından 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 2- 1(103)-29/2022 nömrəli inzibati iş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi E.Nağıyevanın icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia və hakim E.Nağıyevanın icraatında olan iş üzrə iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan və birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədəmüvafiq olduğundan müstəqil işlər bir icraatda birləşdirilməlidir. İPM-in 56.1 və 56.3-cü maddələrinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İPM-nin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-in 56.1,56.3 və 83.3.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılan hazırkı 2-1(103)- 1123/2022 saylı iş, iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (İddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi üçüncü şəxslər olduğu) “sərəncamın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarından 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 2-1(103)-29/2022 saylı digər işə birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Fuad Talışinski
Məhkəmə qərarları › İş №2-1(103)-1123/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1123/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver