Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1123/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7842/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: І. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 10 dekabr 2021-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, xx xxxxxx 1961-ci ildə anadan olmuş, 60 yaşı tamam olduğu 10 dekabr 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən 01 mart 2022-ci il tarixli cavab məktubu ilə müraciətindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad edilməklə imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Milli Elmlər X1 dair vermiş olduğu 18 yanvar 2022-ci il tarixli, 60/01-1 nömrəli arayışında xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində İnstitutun 4 nömrəli laboratoriyasında işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da kimya istehsalatı bölməsində aşkar olunmamasına və bu səbəbdən də, onun güzəştli iş stajının 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsi göstərilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassızdır. Çünki, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də, xüsusi stajı var. Belə ki, o, xx.xx.1984- cü ildən xx.xx.1985-ci ilə kimi Azərbaycan Milli Elmlər X2 İnstitutunun 4 nömrəli laboratoriyasına gənc mütəxəssis kimi mühəndis vəzifəsində və xx.xx.1985-ci ildən xx.xx.1998-ci ilə kimi Bakı Kimya-Əczaçılıq Zavodunda işləmişdir. Milli Elmlər X2 İnstitutunun 10 dekabr 2021-ci il tarixli 60/01-52 nömrəli arayışında göstərilir ki, İddiaçı AMEA X5 “Korroziya inhibitorları” laboratoriyasında 1984- 1985-ci illər ərzində gənc mütəxəssis kimi kimyaçı-mühəndis vəzifəsində çalışaraq, orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmişdir. “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi müddətdə alkilfenolların, asetofenolların müxtəlif törəmələrini sintez etmişdir. Bu zaman o, formaldehid, xloroform, metanol, müxtəlif aminlər, ammonyak, aldehidlər, krezollardan istifadə etmişdir. Laboratoriya şəraitində tərkibində kükürd və azot atomu saxlayan zəhərli birləşmələrdən istifadə etməklə müxtəlif korroziya inhibitorları sintez etmişdir. Təcrübələr zamanı brom, xlor və onun birləşmələrindən, kükürd ərintisindən, müxtəlif ketonlardan və onların törəmələrindən istifadə etmişdir. Bununla yanaşı sintez prosesində, həmçinin nitrat turşusundan, sulfat turşusundan, kalium-hidroksiddən, benzol və fenol kimi zərərli kimyəvi maddələrdən də, istifadə olunmuşdur. Həmin bənddə xüsusi istehsalat və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər antikorroziya tərkiblərinin və örtük sexlərinin, bölmələrin, sahələrin işçiləri də, güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. O da, məhz antikorroziya (korroziya inhibitoru) laboratoriyasında xüsusi zərərli kimyəvi maddələrdən istifadə edərək sintez işlərində çalışmışdır. Qeyd edilən Siyahısının isə 8-ci bəndində göstərilən kimya istehsalatı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əmək kitabçasına və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 68 nömrəli və Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ə.M.Quliyev adına X4 xx.xx.2021-ci il tarixli, 60/01-52 nömrəli arayışlarına əsasən 13 il 04 ay 28 gün güzəştli iş stajı vardır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sosiasl sığorta stajına daxil edilmədiyindən yuxarıda qeyd ediləndövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Eyni zamanda, iddiaçının iş stajına dair məlumatların yerində qarşılıqlı yoxlanılması zamanı onun işlədiyi mühəndis vəzifəsinin siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulan vəzifələrə uyğun olmadığı aşkar edilmiş və 22 fevral 2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. 22 fevral 2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən, iddiaçının işlədiyi müddətdə 125 manat məbləğində əmək haqqına əmək şəraitinin zərərliliyinə görə əlavənin ödənilmədiyi və əlavə məzuniyyət hesablanmadığı müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7842/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı məxsus xx.xx.1984-cü il tarixli ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, o: xx.xx.1984-xx.xx.1985, xx.xx.1985-xx.xx.2009, xx.xx.2009-cu il tarixdən müraciət etdiyi tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər X2 İnstitutunun 18 yanvar 2022-ci il tarixli 60/01-1 nömrəli arayışında İddiaçı xx.xx.1984-xx.xx.1985-ci illər ərzində adıçəkilən İnstitutun 4 nömrəli laboratoriyasında mühəndis vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin İnstitutun 10 dekabr 2021 -ci il tarixli 60/01-52 nömrəli arayışında korroziya inhibitorları laboratoriyasında 1984-1985-ci il tarixlərdə gənc mütəxəssis kimi kimyaçımühəndis vəzifəsində çalışdığı, laboratoriyada işlədiyi müddətdə alkifenollar və asetofenonları sintez etdiyi, formaldehid, xloroform, metanol, müxtəlif əminlər, ammonyak, aldehid və krezollardan istifadə etdiyi qeyd edilmişdir. İddiaçı Mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 10 dekabr 2021 -ci il tarixli 68 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sosial sığorta stajına daxil edilmədiyindən yuxarıda qeyd edilən dövrün İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Eyni zamanda, Mərkəzi filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına dair məlumatların yerində qarşılıqlı yoxlanılması zamanı onun işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft- kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulan vəzifələrə uyğun olmadığı aşkar edilmiş və 22 fevral 2022-ci il tarixli qarşlıqlı yoxlama aktı tərtib edilmişdir. 22 fevral 2022-ci il tarixli qarşlıqlı yoxlama aktına əsasən, İddiaçı işlədiyi müddətdə 125 manat məbləğində əmək haqqı aldığı, əmək haqqına əmək şəraitinin zərərliliyinə görə əlavənin ödənilmədiyi və əlavə məzuniyyət hesablanmadığı müəyyən edilmişdir. İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985- xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7842/2022 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi T.Əfəndiyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 10 dekabr 2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun tələbi təmin edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixnədək qüvvədə olan redaksiyasına əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Konkret halda, cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunun, iddia ərizəsinə etirazının və onun hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən: -iddiaçının xx.xx.1984-cü il tarixli ******* İT nömrəli əmək kitabçası üzrə xx.xx.1984xx.xx.1985, xx.xx.1985-xx.xx.2009 , 13.01,2009-cu illərdə azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajının 12 il 2 ay 27 gününü (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) güzəştli pensiya hüququ verən işlərdə çalışdığı, eləcə də onun 60 yaşının tamam olduğu 10 dekabr 2021-ci il tarixinə müvafiq pensiya kapitalına malik olduğu (Qanunun 9.1-ci maddəsinin həmin müddəası 29 iyun 2022-ci il tarixdən qüvvədən düşmüşdür) mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirilir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi Azərbaycan Milli Elmlər X2 İnstitutunun 18 yanvar 2022-ci il tarixli 60/01-1 nömrəli arayışında qeyd edilən - xx.xx.1984-xx.xx.1985-ci illərdə İnstitutun 4 nömrəli laboratoriyasında işlədyi “Korroziya inhibitorları” laboratoriyasında kimyaçı-mühəndis kimi işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nda kimya istehsalatı (8) bölməsinin nəzərdə tutulmadığını, eyni zamanda, "xxxx" ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında qeyd olunan dövrün xx.xx.1998- xx.xx.1998-ci il tarixləri arasında (7 ay 15 gün) ödənişsiz məzuniyyət günlərinin, məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi əsas tutularaq, onun güzəştli stajına daxil edilə bilməz Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razlaşmır. Belə ki, işə əalavə olunmuş Azərbaycan Milli Elmlər X2 İnstitutunun işə əlavə olunmuş 60/01-16 nömrəli 13 aprel 2022-ci il tarixli və 60/01-22 nömrəli 09 iyun 2022-ci il tarixli izahlı arayışlarında işəgötürən tərəfindən təsdiq edilir ki, İddiaçı xx.xx.1984-xx.xx.1985 (1 il 2 ay 1 gün) dövründə Azərbaycan Milli Elmlər X2 İnstitutunda “Korroziya inhibitorları” laboratoriyasında kimyaçı-mühəndis vəzifəsində çalışaraq orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmiş və onun işlədiyi həmin vəzifə “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi mühəndis vəzifəsinin peşə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın bölmə 8-də (kimya istehsalatı) 8.1-ci bəndində göstərilən mütəxəssislərin peşə funksiyaları ilə eynidir. Məhkəmə kollegiyası işəgötürənin qeyd olunan arayışlarında təsbit olunan məlumatlara inandırıcı yanaşaraq həmin məlumatları sübut əhəmiyətli məlumatlar kimi qəbul edir. Bundan əlavə Məhkəmənin özü tərəfindən araşdırılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki: “Korroziya inhibitorları - maye və ya qaza əlavə edildikdə, maye ilə təmasda olan bir materialın, tipik olaraq bir metalın və ya bir ərintinin korroziya nisbətini azaldır. Korroziyaya inhibitorları mane olmaq üçün yayılmış bir mexanizm, aşındırıcı maddənin metala girişini əngəlləyən bir örtük yaradılmasıdır. korroziya metal və ya digər materialı əhatə edən mayelərin qatqısıdır. Aşındırıcı inhibitorun təbiəti ən çox metal əşyalar olan, qorunan materialdan və zərərsizləşdiriləcək aşındırıcı maddədən asılıdır. Oksigen korroziyasının əlaqəli inhibitorları heksamin, fenilendiamin və dimetiletanolamin və bunların törəmələridir. Bəzən sulfit və askorbin turşusu kimi antioksidanlar istifadə olunur. Bəzi korroziya inhibitorları kimyəvi sorulma yolu ilə səthdə passivləşdirici örtük əmələ gətirir. Benzotriazol, misin qorunması üçün istifadə edilən bu inhibitorlardan biridir. Yağlama üçün sink ditiofosfatlar çox yayılmışdır - səthlərə sulfid qatırlar. Korroziya inhibitorlarının tətbiqi: - Benzotriazol, mis səthlərin korroziyasını və boyanmasına mane yaradır. Boyalara tez-tez korroziya inhibitorları əlavə olunur. Antikorroziya xüsusiyyətlərinə malik bir piqment sink fosfatdır.Neft emalı zavodlarında hidrogen sulfid poladları zədələyə bilər, buna görə də tez-tez hava və aminlərdən istifadə edilərək polisülfidlərə çevrilir. Qurğuşun və misin borulardan yuyulması üçün su təmizləyici sistemlərə ortofosfatlar əlavə edilə bilər. Korroziya inhibitorları ümumiyyətlə soyuducu, yanacaq, hidravlik maye, mühərrik yağı və sənayedə istifadə olunan bir çox mayelərə əlavə olunur. Yanacaqlar üçün müxtəlif korroziya inhibitorları istifadə edilə bilər. Bəzi komponentlərə sink ditiofosfatlar daxildir. Hərbi reaktiv yanacaqlarda geniş istifadə olunan DCİ-4A, sürtkü qatqısı rolunu da oynayır. Benzin və digər distillə edilmiş yanacaqlarda da istifadə edilə bilər...” Qeyd olunanlardan göründüyü kimi, “Korroziya inhibitorları”- antikorrziya tərkibli və örtük üçün nəzərdə tutulan kimyəvi vasitələrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 8-ci hissəsinin 8.1-ci bəndinin 8.1.1-ci yarımbəndində 13-cü sətrində isə “antikorroziya tərkiblərinin və örtük” sexlərinin, bölmələrin, sahələrin - tam iş günü məşğul olan fəhlələri, rəhbərləri və mütəxəssisləri güzştli pensiya hüquq verən göstəricilərə aid edilmişdir. Tədqiq olunan Azərbaycan Milli Elmlər X2 İnstitutunun 13 aprel 2022-ci il tarixli və 09 iyun 2022-ci il tarixli izahlı arayışlarında məhz, iddiaçının “Korroziya inhibitorları” laboratoriyasında xx.xx.1984-cü il tarixdən xx.xx.1985-cü il tarixinədək (1 il 2 ay 1 gün) işlədiyi kimyaçı-mühəndis vəzifəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın 8.1-ci bəndində göstərilən mütəxəssislərin peşə funksiyaları ilə eynilik təşkil etdiyi təsbit olunmuşdur. Beləliklə də, cavabdehin qeyd olunan dövrün iddiaçının güzəştli stajına daxil edilməsini mümkünsüz hesab edən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, həmin müddət (1 il 2 ay 1 gün), güzəştli staj kimi qəbul edilən müddətlə (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998)) toplandıqda, iddiaçının 13 il 4 ay, 28 gün güzəştli stajı mövcud olur. Yəni, sözügedən laboratoriyada mütəxəssis olaraq işlədiyi xx.xx.1984-xx.xx.1998 dövr tam götürülmüş olur ki, bu halda da onun 13 il 4 ay 28 gün güzəştli stajı yaranır. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdehin "xxxx" ASC-də laboratoriyada “aparıcı kimyaçı” kimi işlədiyi dövr üzrə cavabdeh tərəfindən onun xx.xx.1998-xx.xx.1998ci il tarixi üzrə ödənişsiz məzuniyyət dövrü (7 ay 15 gün) nəzərə alınmadıqda belə,”Əmək pensiayaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsində tələb olunan azı 12 il 6 ay güzətli stajı toplanır. Cavabdehin apellyasiya şikayətinin, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-cü il tarixinədək (1 il 2 ay 1 gün) olan dövrdə iddiaçıya zərərli işinə görə əlavə əmək haqqı və məzuniyyət verilmədiyini mübahisələndirən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, həmin əlavələrin verilməməsi iddiaçının qanunla müəyyən edilən hüququnu məhdudlaşdırılması üçün əsas ola bilməz. Ümumiyyətlə, Qanunun qeyd olunan norması ilə belə bir məhdudiyyət nəzərdə tutulmur. Beləliklə də, iddiaçının 60 yaşı tamam olduğu 10 dekabr 2021-ci il tarixdən güzəştli şərtlərə pensiya hüququnun yarandığı sübuta yetirilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir https://www.eqanun.az/framework/11566 Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu əsas tutulıraq ona 60 yaşından güzəştli pensiya təyin olunmasından imtina olunması, onun əmək fəaliyyətinin göstəricilərinə və əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da iddiaçının hüquqlarını pozulmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız və qanunazidd olduğundan olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7842/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7842/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1123/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1123/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver