Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1123/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X26 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X29 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X17, Üçüncü şəxslər X11, X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X20, X18) “yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9546/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı X32 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.06 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan və ölçüsündə olan koordinatların hazırki faktiki istifadədə olan ərazinin koordinatları ilə tutuşdurularaq yaranmış fərqin aradan qaldırılması və faktiki istifadədə olan torpaq sahəsinə mövcud koordinatlar əsasında yeni plan və ölçünün hazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal qərbi ünvanında yerləşən 0.06 ha torpaq sahəsini almış, bundan sonra ona xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2019-cu il tarixli, ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələri arasındakı məsafələr, kadastr xəritəsindən çıxarış və qonşu sərhədləri göstərilmişdir. Torpaq sahəsinin sol tərəfində yerləşən 0.06 ha torpaq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən X3, daha sonra X19 tərəfindən X1, lakin X2 torpaq sahəsinin ona məxsus olması ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış almamışdır. Torpaq sahəsinin hazırda iddiaçıya məxsus 0.06 ha torpaq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən X8, daha sonra X35 tərəfindən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X7, bundan sonra ona xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2019-cu il tarixli, ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. Torpaq sahəsinin sağ tərəfində yerləşən 0.06 ha torpaq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən X6, daha sonra sözügedən torpaq sahəsinin 0.03 ha hissəsi X28 tərəfindən X5 və bu barədə ona xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2019-cu il tarixli, ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. X22 məxsus digər 0.03 ha torpaq sahəsi isə X28 tərəfindən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 və bu barədə ona xx.xx.2022-ci il tarixli, A 804764 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2022-ci il tarixli, **********68 saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. Bir müddət sonra müəyyən etmişdir ki, hər 3 (hazırda 4) torpaq sahəsi arasında plan və ölçüdə mövcud olan döngə nöqtələri faktiki istifadədə olan torpaq sahələrinin döngə nöqtələri ilə üst-üstə düşmür. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin sağ tərəfində yerləşən ilkin olaraq X27 məxsus (hazırda X16 və X21 məxsus) 0.06 ha torpaq sahəsinin sərhədləri iddiaçıya məxsus 0.06 ha torpaq sahəsinin sərhədlərini keçir. Torpaq sahələri arasında yaranmış döngə nöqtələri ilə bağlı mübahisənin həll edilməsi üçün iddiaçı tərəfindən cavabdeh quruma ərizə yazılaraq torpaq sahələrinin planı və ölçülərində göstərilən kordinatlarına əsasən torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi və torpaq sahələrinin yeni planı və ölçülərinin verilməsi xahiş olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********67 nömrəli məktubu ilə iddiaçıya cavab verilmiş və göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal qərbi ünvanında yerləşən torpaq sahəsinə dair plan ölçü sənədində yaranmış uyğunsuzluğun araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilir ki, torpaq sahəsinə dair verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuş kadastr planına uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Eyni zamanda texniki baxış zamanı sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı yenidən 1 saylı Ərazi İdarəsinə müraciət edərək əvvəlki cavab məktubunda qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Q-01xx-xx/2023 **********87 nömrəli məktubu ilə iddiaçıya cavab verilmiş və göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal qərbi ünvanında yerləşən torpaq sahəsinə dair uyğunsuzluğun araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətlərinə tərəflərindən baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinə **********67 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Göründüyü kimi, ötən müddət ərzində cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xahişi yerinə yetirilməmişdir. Hesab edirlər ki, hazırda cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyi qanunsuz sayılmalı və onun üzərinə X24 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimalqərbində yerləşən 0.06 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan və ölçüsündə olan koordinatların hazırkı faktiki istifadədə olan ərazinin koordinatları ilə tutuşdurularaq yaranmış fərqin aradan qaldırılması və faktiki istifadədə olan torpaq sahəsinə mövcud koordinatlar əsasında yeni plan və çizgi verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmənin 2-1(112)-9546/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə X25 inzibati iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Eyni zamanda, texniki baxış zamanı sənəd üzrə sahə ilə faktiki sahə arasında ciddi uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, iddia edilən torpaq sahəsinin bir hissəsi digər şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli **********67 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsində ciddi uyğunsuzluq mövcuddur. Həmçinin şərti göstərilən sahələr yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9546/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, iddiaçı X24 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimalqərbində yerləşən 0.06 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan və ölçüsündə olan koordinatların hazırki faktiki istifadədə olan ərazinin koordinatları ilə tutuşdurularaq yaranmış fərqin aradan qaldırılması və faktiki istifadədə olan torpaq sahəsinə mövcud koordinatlar əsasında yeni plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri, üçüncü şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9546/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal qərbi ünvanında yerləşən 0.06 ha torpaq sahəsini almış, bundan sonra ona xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2019-cu il tarixli, ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələri arasındakı məsafələr, kadastr xəritəsindən çıxarış və qonşu sərhədləri göstərilmişdir. Lakin, bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi və həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin plan-ölçü sənədində mövcud olan döngə nöqtələri faktiki istifadədə olan torpaq sahələrinin döngə nöqtələri ilə üst-üstə düşmür. İddiaçı bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən torpaq sahəsinə dair verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nun təqdim olunmuş kadastr planına uyğun olaraq qanunvericiliyə müvafiq qaydada icra edilməsinə, eyni zamanda texniki baxış zamanı sənəd üzrə sahə ilə faktiki sahə arasında ciddi uyğunsuzluq olduğunun müəyyən edilməsi bildirilərək, iddiaçının müraciətinin təmin edilməsindən faktiki hərəkətsizliklə imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, işin mübahisələndirilməyən və işdəki mötəbər sübutlarla təsdiqlənən hallarına görə iddiaçıya məxsus və onun qonşuluğunda yerləşən torpaq sahələri fərqli torpaq sahələridir, qonşular arasında torpaq sahələrinə dair mübahisə mövcud deyildir, bu faktı hər mülkiyyətçinin adına verilmiş çıxarışlar və plan-ölçü sənədləri təsdiq edir. Lakin, cavabdeh tərəfindən iddiaçıya və digər şəxslərə plan və ölçü sənədi verilərkən yanlışlığa yol verilmiş, iddiaçıya və digər qonşulara məxsus torpaq sahələrinin faktiki koordinatlarına uyğun plan və ölçü sənədi verilməmişdir. Bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Sonda məhkəmə hesab etmişdir ki, cavabdeh, inzibati orqan kimi iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli və aradan qaldırmalı olduğu halda, əksinə, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də digər şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaranmışdır. Halbuki, mülkiyyətçiyə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə plan və ölçü sənədləri eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. Ziddiyyətli vəziyyəti yaradan da, elə cavabdeh qurumun hərəkətləridir. Cavabdehin iddiaçıya yeni plan-ölçü sənədinin verilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır və sözügedən uyğunsuzluq elə cavabdehin özü tərəfindən də, aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, işin hələ birinci instansiya məhkəməsində araşdırılması zamanı iddiaçı V.Qaffarov qeyd olunan torpaq sahəsini digər şəxsə, yəni İddiaçı satmış və sonuncuya cavabdeh inzibati orqan tərəfindən həmin torpağa dair mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X32 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əsl iddiaçı ilə əvəz olunmasına baxmayaraq, İddiaçı torpaq sahəsinin hazırki mülkiyyətçisi kimi həmin torpaq sahəsinə dair yeni plan-ölçü sənədinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciəti olmamışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa şəxs(lər)in torpaq sahəsinin koordinatları altındadır. Ona görə onun bu tələbi bu qaydada təmin edilə bilməz. Bununla əlaqədar, məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılması zamanı ortaya çıxacaq faktlardan asılı olaraq zəruri olduğu halda iş üzrə müvafiq ekspertiza keçirilərək mübahisəli torpaq sahəsinin həm plan-ölçüləri, həm də faktiki hüquqi vəziyyətin nə yerdə olması yoxlanılmalıdır. Bundan sonra iddiaçıya hüquqi yardım göstərilməlidir ki, uğurlu iddia tələbini irəli sürsün. Araşdırılma nəticəsində hüquqlarına toxunulan bütün şəxslər işə cəlb olunmalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını ətraflı araşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9546/2023 saylı, xx.xx.2023-ci il tarixli saylı qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Xəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1123/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1123/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver