Məhkəmə qərarları › İş №2-1(103)-1123/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1123/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1123/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “əlilliyin təyin edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10042/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2016-cı il tarixli, 196 nömrəli qərarında qeyd edilmişdir ki, Daşkəsən RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Daşkəsən rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma diaqnoz: “Hər iki ayaq barmaqlarının İ dərəcəli donvurması” (Azərbaycan Respublikası SHXÇDX-nin Daşkəsən rayon bölməsinin xx.xx.2016-cı il tarixli 135 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 35 nömrəli arayışı, Daşkəsən rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikriz, xəstəlik tarixindən çıxarışlar, MN MHHKnın həkim mütəxəssisinin - cərrahın rəyləri ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2020-ci il çap tarixli arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə qiymətləndirilmişdir. Diaqnoz: T34.7 - Diz və baldır nahiyəsinin toxumalarının nekrozlaşan donvurması, donvurmadan sonrakı vəziyyət arteriyaların daralması, baldır areriyalanın kritik stenozu. Hər iki aşağı ətrafın İİİ dərəcəli xroniki işemiyası. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Təyinat tarixi xx.xx.2018, məhdudluq müddəti xx.xx.2023-cü ildir. Yüngül işlərdə işləyə bilər.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2024-cü il çap tarixli arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmişdir. Diaqnoz: Aşıqbaldır oynağı nahiyəsi və ayağın səthi donvurması, Hər iki ayaq barmaqlarının donvurması. İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir

4. İnzibati icraat materiallarına əsasən: İddiaçı əlillik vəziyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və “səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => l73.1 - Obliterasiya edən tromban...; diaqnozun mətni: Oblitrasiyaedici trombangit. Hər iki aşağı ətraflarda baldır arteriyalarının stenozu. Aşağı ətrafların ll-lll dərəcəli xroniki işemiyası; meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2)” səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Oturaq işlərdə işləyə bilər.

5. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə xx.xx.2018-ci il tarixdə baxılmış və “səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T33-T35 - X5: => T34 - Toxumaların nekrozu ilə gedən donvurma => T34.7 - Diz və baldır nahiyəsinin t...; diaqnozun mətni: T34.7 Diz və baldır nahiyəsinin toxumalarının nekrozlaşan donvurması, donvurmadan sonrakı vəziyyət Arteriyaların daralması, Baldır areriyalarının kritik stenozu. Hər iki aşağı ətrafın İİİ dərəcəli xroniki işemiyası; meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9)” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Yüngül işlərdə işləyə bilər.

6. İddiaçı əlillik vəziyəti 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı üzrə edilmiş müraciət əsasında xx.xx.2019-cu il tarixdə müayinə edilmiş və “diaqnozun mətni: T34.7 Diz və baldır nahiyəsinin toxumalarının nekrozlaşan donvurması. Donvurmadan sonrakı vəziyyət, aşağı ətrafların obliterasiyaedici endarteridi, baldır arteriyaların stenozu, arteriyaların daralması, baldır arteriyalarının kritik stenozu” kimi göstərilmiş, reabilitasiya vasitəsi olaraq avtomobilin verilməsindən imtina edilmişdir.

7. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə dair göndərişə xx.xx.2023-cü il tarixdə baxılmış və “diaqnozun mətni: Aşıq-baldır oynağı nahiyəsi və ayağın səthi donvurması, Hər iki ayaq barmaqlarının İ dərəcə donvurması; məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi xx.xx.1994.1994-2018-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.

8. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə dair göndərişə xx.xx.2023-cü il tarixdə baxılmış və “diaqnozun mətni: Aşıq-baldır oynağı nahiyəsi və ayağın səthi donvurması, Hər iki ayaq barmaqlarının donvurması; məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Əsas diaqnoz - T33.8 Aşıq-baldır oynağı nahiyəsi və ayağın səthi donvurması, Hər iki ayaq barmaqlarının donvurması; Ağırlaşma – l73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Donvurmadan sonrakı obliterasiyaedici tronbangit; Ağırlaşma – l83 Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Aşağı ətrafların varikoz genişlənməsi. Xr işemiyası İİİ dərəcə; Ağırlaşma – l89 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Ayaq barmaqlarının tez tez təkrarlanan trofiki yaraları; Ağırlaşma – l79.2* Digər rubrikalarda tosnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Sağ arxa solon qamış arteriyaların okkuliziyası,sol arxa ,sağ ön qamış arteriyaların stenozu

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17- 4/3-3-19263/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli Qərarı ilə Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin Y00095752FBZ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 196 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki ayaq barmaqlarının İ dərəcəli donvurması” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına qoltuqaltı əsalar ilə daxil olmuş, donvurmadan sonra aşağı ətraflarında hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı hər iki topuq və sağ ayaqarxası nahiyələrdə nəbz kafi, sol ayaqarxası nahiyəsində isə nəbz zəif hiss olunmuş, aşağı ətraflarda tük örtüyü saxlanılmış, dəri hərarəti dəyişiksiz olmuş, aşağı ətraflarda ödem, trofik pozuntular izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Akademik M.A.Topçubaşov adına X9 xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Donvurmadan sonrakı vəziyyət. Obleterasivaedici trombancıit. Sacı arxa, sol ön qamış arteriyanın okkluzivası. Sol arxa, saq ön qamış arteriyasının stenozu. İİİ dərəcə xroniki işemiya. Ayaq damarlarda tez-tez təkrarlanan trofik yaralar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2023xx.xx.2023- cü il tarixli C976 nömrəli Çıxarışında diaqnoz “Donvurmadan sonrakı vəziyyət. Obleterasivaedici trombancıit. Saq arxa, sol ön qamış arteriyanın okkluzivası. Dəri və dərialtı displazivası. Qamış arteriyaların stenozu. Tez-tez residivləşən trofiki xoralar3” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

10. Qərarın iddiaçıya təqdim olunmasını təsdiq edən sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X13” X16inin 13 avqust 2024-cü il tarixli, 18- 1-19/2-972/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X1 Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən poliklinikaların ərazisində qeydiyyatda deyil.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X15” X16inin 15 avqust 2024-cü il tarixli, 18- 1-17/2-3101/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xəstəliyi barəsində verilən suallara aşağıdakı cavabları təqdim edir:

1. Xəstə 1993-cü ildə İ Qarabağ müharibəsi zamanı uzun müddət şaxtalı hava vəziyyətində qaldığına görə, aşağı ətrafların donması baş vermişdir. Nəticədə qan dövranı pozulmuş və aşağı ətraflarda geri dönməyən, artan işemiya baş vermişdir. Həmin dövrdən indiyədək xəstə Respublikanın müxtəlif Tibb müəsisələrində müayinə olunub və müalicələr almışdır. Lakin sağalma baş vermir.

2. Sağalmanın baş verməməsinə səbəb olan fəsadlar (xəstəliklər): (Z02.7, T35, T34.8, İ73.1, İ77.1, İ73.9, İ83.0)

1. Hər iki aşağı ətrafların dizaltı və baldır arteriyaları (art. Poplitea, art. tibialis anterior və art. tibialis posterior) mənfəzi 70-80% stenozu,

2. Dizaltı arteriyanın Stenookluziyası,

3. Aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası,

4. Hər iki topuqda sağalmayan xroniki trofiki xoralar,

5. Ağrı sindromu,

6. Axsamaq,

7. Obriterə edən trombangit (Damarların patoloji iltihabı - səbəb don vurma). İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən barəsində çıxarılmış “əlillik əlaməti təyin etməməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və ikinci dərəcəli əlillik qrupunun bərpa olunmaqla 2023-cü ilin aprel ayına qədər aldığı pensiya və müavinətin tam həcmdə bərpa olunması və kəsildiyi aydan ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 196 saylı Qərarından göründüyü kimi İddiaçı, Daşkəsən RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı xəsarətlərə görə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər Daşkəsən rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Müalicə olunduğu travmadiaqnoz: “Hər iki ayaq barmaqlarının İ dərəcəli donvurması” (Azərbaycan Respublikası SHXÇDX-nin Daşkəsən rayon bölməsinin xx.xx.2016-cı il tarixli 135 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 35 nömrəli arayışı və Daşkəsən rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-mn həkim mütəxəssinin - cərrahın rəyləri ilə tərtib edilmiş arayış və sənədlərlə təsdiq edilir). Nəticə olaraq aldığı xəsarət: “hərbi trvmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, kimi qiymətləndirilmişdir. Bu sənəd Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini- Mərkəzi Hərbi Həkim Komissiyasının sədri tərəfindən təsdiq olunmuşdur. Daha sonra ona hərbi xidmət keçərkən alınmış travma ilə bağlı üçüncü dərəcəli əlillik və buna uyğun pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspeıt Komissiyasının xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumat kartından göründüyü kimi onun daşıdığı xəstəliyin şiddətlənməsi ilə əlaqədar olaraq əlavə müayinələr və komissiyalardan keçməklə xx.xx.2018-ci il tarixdə ona T34.7 “Diz və baldır toxumalarının nekrozlaşan donvurması, donvurmadan sonrakı vəziyyət Arteriyaların daralması. Baldır areriyalarım kritik stenozu. Hər iki aşağı ətrafın İİİ dərəcəli xroniki işemiyası” diaqnozu qoyulmaqla, ona ikinci dərəcəli əlillik dərəcəsi verilməklə müvafiq pensiya təyin edilmişdir. Həmin dövrdən başlayaraq 2023-cü ilin aprel ayına qədər ona hər ay İİ qrup əliliyə görə 250 manat və prezident təqaüdü verilməklə ayda 670 manat pensiya və müvainət ödənilmişdir. 2023-cü ilin aprelindən hər hansı xəbərdarlıq edilmədən aldığı müvainət tam olaraq kəsilmişdir. Bununla bağlı sorğusuna cavabdeh tərəfindən cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona “əlillik əlaməti təyin etməməsi və aşağı-baldır oynağı nahiyəsi və ayağın səthi donvurmasn hər iki ayaq barmaqlarının donvurması” diaqnozu qoyulmuş və əlilliyinə xitam verilmişdir. Bununla əlaqədar ona pensiya və müavinət verilməsi dayandırılmışdır.

15. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü ildə əlavə əyani müayinə edilərək baxılmış Diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

16. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin Y00095752FBZ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 196 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki ayaq barmaqlarının İ dərəcəli donvurması” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına qoltuqaltı əsalar ilə daxil olmuş, donvurmadan sonra aşağı ətraflarında hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı hər iki topuq və sağ ayaqarxası nahiyələrdə nəbz kafi, sol ayaqarxası nahiyəsində isə nəbz zəif hiss olunmuş, aşağı ətraflarda tük örtüyü saxlanılmış, dəri hərarəti dəyişiksiz olmuş, aşağı ətraflarda ödem, trofik pozuntular izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Akademik M.A.Topçubaşov adına X9 xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Donvurmadan sonrakı vəziyyət. Obleterasivaedici trombangit. Saq arxa, sol ön qamış arteriyanın okkluzivası. Sol arxa, sağ ön qamış arteriyasının stenozu. İİİ dərəcə xroniki işemiya. Ayaq damarlarda tez-tez təkrarlanan trofik yaralar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2023xx.xx.2023- cü il tarixli C976 nömrəli Çıxarışında diaqnoz “Donvurmadan sonrakı vəziyyət. Obleterasivaedici trombangit. Sağ arxa, sol ön qamış arteriyanın okkluzivası. Dəri və dərialtı displaziyası. Qamış arteriyaların stenozu. Tez-tez residivləşən trofiki xoralar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da 20.11,2023-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

17. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının ilkin əlillik vəziyyətinə Daşkəsən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70- İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 – Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Oblitrasiyaedici trombangit. Hər iki aşağı ətraflarda baldır arteriyalarının stenozu. Aşağı ətrafların ll-lll dərəcəli xroniki işemiyası.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0.G83.2);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə vətəndaşın adına rəsmiləşdirilmiş 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: XİX SinifTravmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T33- T35 - Donvurına => T34 - Toxumaların nekrozu ilə gedən donvurma => T34.7 - Diz və baldır nahiyəsinin t...; Diaqnozun mətni: T34.7 Diz və baldır nahiyəsinin toxumalarının nekrozlaşan donvurması, donvurmadan sonrakı vəziyyət Arteriyaların daralması, Baldır areriyalarının kritik stenozu. Hər iki aşağı ətrafın İİİ dərəcəli xroniki işemiyası.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik təyinatı müddətinin bitməsi ilə əlaqədar Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Aşıq-baldır oynağı nahiyəsi və ayağın səthi donvurması, Hər iki ayaq barmaqlarının İ dərəcə donvurması; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi xx.xx.1994. 1994-2018-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.” səbəbi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Həmin göndəriş əsasında vətəndaşın əlavə əyani müayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 196 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki ayaq barmaqlarının İ dərəcəli dorıvurması” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına qoltuqaltı əsalar ilə daxil olmuş, donvurmadan sonra aşağı ətraflarında hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı hər iki topuq və sağ ayaqarxası nahiyələrdə nəbz kafi, sol ayaqarxası nahiyəsində isə nəbz zəif hiss olunmuş, aşağı ətraflarda tük örtüyü saxlanılmış, dəri hərarəti dəyişiksiz olmuş, aşağı ətraflarda ödem, trofik pozuntular izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Akademik M.A.Topçubaşov adına X9 xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Donvurmadan sonrakı vəziyyət. Obleterasiyaedici trombanqit. Sad arxa, sol ön qamış arteriyanın okkluziyası. Sol arxa, sad ön qamış arteriyasının stenozu. İİİ dərəcə xroniki işemiya. Ayaq damarlarda tez-tez təkrarlanan trofik varalar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2023xx.xx.2023-cü il tarixli C976 nömrəli Çıxarışında diaqnoz “Donvurmadan sonrakı vəziyyət. Obleterasiyaedici trombanqit. Sağ arxa, sol ön qamış arteriyanın okkluziyası. Dəri və dərialtı displaziyası. Qamış arteriyaların stenozu. Tez-tez residivləşən trofiki xoralar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh etiraz məktublarında iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(112)-10042/2024 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “iddiaçıya ikinci qrup əlilik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur.

19. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-10042/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “iddiaçıya göndərişin imzalandığı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10042/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli Y00095752FBZ nömrəli göndərişin imzalandığı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Məhkəmə qeyd etmişdir ki, hazırkı vəziyyətdə iddiaçıya münasibətdə əlilliyin səbəbinin müəyyən edilməsinə nəzərən hərbi həkim komissiyasının qərarı mövcuddur, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi diqanoz öz təsdiqini tapır və Meyarlarda mövcuddur. Onun ağırlaşmalarına uyğun əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10042/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır

d) Prosses iştirakçılarının izahatları

25. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;

29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın: 2.2-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. ....

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;

31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.

29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....

37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun X2na uyğunluğu və sairə) suallar qoyula bilər. .....

45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

37. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.

38. Belə ki, tətbiq olunan hüquq normalarından göründüyü kimi, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir.

39. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Diskresion səlahiyyətlər hüquqi nizamasalmanın inzibati orqana verdiyi sərbəstlikdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

40. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

41. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

42. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

43. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması və nəticə etibarı ilə əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır.

44. Məhkəmə araşdırması nəticəsində işin sadalanan hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı aşıq-baldır oynağı nahiyəsi və ayağın səthi donvurması, hər iki ayaq barmaqlarının donvurması (T33.8) aşkar olunur. Qeyd olunmuş ki, İddiaçı 1993-cü ildə İ Qarabağ müharibəsi zamanı uzun müddət şaxtalı hava vəziyyətində qaldığına görə aşağı ətrafların donması baş vermişdir. Nəticədə qan dövranı pozulmuş və aşağı ətraflarda geri dönməyən, artan işemiya baş vermişdir. “X15” X16i həmçinin məktubunda qeyd etmişdir ki, İddiaçı Respublikanın müxtəlif Tibb müəsisələrində müayinə olunub və müalicələr almışdır, lakin vəziyətində sağalma baş verməmişdir. Həmçinin iddiaçıda müşahidə olunan xəstəliklərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 2.6.1-ci bəndində İ73 kodlu diaqnoz, 2.6.2-ci bəndində İ77 kodlu diaqnoz, 2.7-ci bəndində İ83 kodlu diaqnoz, 13.4-cü bəndində T34.8 kodlu diaqnoz, 2.6.1.2-ci bəndində İİİ dərəcəli işemiya, 2.6.1.3-cü bəndində isə ikitərəfli trofik pozuntular da daxil olmaqla İİİ və ya İV dərəcə işemiya diaqnozu öz əksini tapmışdır.

45. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbul edilmişdir, qərar qüvvədədir və daha əvvəllər iddiaçıya həmin qərar əsasında Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir.

46. Odur ki, məhkəmə hesab edir ki, qanunla və qaydalara əsasən müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən aparılan icraat çərçivəsində mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).

47. Məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən tibb mərkəzindən işin faktiki hallarına hüququi qiymət verilməsi üçün zəruri məlumatlar əldə edildiyindən iş üzrə əlavə olaraq ekspertizanın təyin edilməsi zəruri hesab edilməmişdir, belə ki, müvafiq tibb müəssisəsi iddiaçıda müşahidə olunan xəstəlik və onların ağırlaşmaları barədə məlumatları XBT kodları göstərilməklə məhkəməyə təqdim etmişdir.

48. İddiaçıda müşahidə olunan xəstəliklərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 2.6.1-ci bəndində İ73 kodlu diaqnoz, 2.6.2-ci bəndində İ77 kodlu diaqnoz, 2.7-ci bəndində İ83 kodlu diaqnoz, 13.4-cü bəndində T34.8 kodlu diaqnoz, 2.6.1.2-ci bəndində İİİ dərəcəli işemiya, 2.6.1.3-cü bəndində isə ikitərəfli trofik pozuntular da daxil olmaqla İİİ və ya İV dərəcə işemiya diaqnozu öz əksini tapmışdır.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmalı, cavabdehin üzərinə xx.xx.1975-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.2023cü il tarixli Y00095752FBZ nömrəli göndəriş əsasında iddiaçıda müşahidə olunan T33.8 və l73.1, l83, l83.9, l73.2* kodlu diaqnozlar həmçinin onda müşahidə olunan Z02.7, T35, T34.8, İ73.1, İ77.1, İ73.9, İ83.0 kodlu diaqnozlar əsasında müddəti və orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi qoyulmalıdır.

50. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.

51. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, yuxarıda istinad olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş diaqnoz iddiaçıda öz əksini tapmışdır.

52. Odur ki, apellyasiya şikayətində göstərilən inzibati orqanın diskression səlahiyyətinə müdaxilə olunması dəlili də əsassızdır, yəni inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmuşdur.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

54. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10042/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10042/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar