Məhkəmə qərarları › İş №2-1(103)-1124/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1124/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1124/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10639/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 62 yaş 6 ayından, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə 62 yaş 6 ay tamam olduğunda, ən azı 25 il sığorta stajı mövcud olduğuna görə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı zəruri sənədləri (əmək kitabçasının təsdiq edilmiş surəti və s.) təqdim etməklə pensiya təyin olunması üçün 1 saylı Bakı DOST Mərkəzi vasitəsilə cavabdehə müraciət etmiş, sonuncu ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı məktubda əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-xx.xx.2002-ci il tarixinədək “Konvol” Kombinatındakı əmək fəailiyyəti dövrünün araşdırılması zərurəti yarandığı və qeyd olunanlara əsasən sözügedən araşdırma bitdikdən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacağı qeyd olunmuşdur. Daha sonra, 1 saylı Bakı Dost Mərkəzinə müraciəti zamanı ona məsul əməkdaş şifahi olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022- ci il tarixli, BA-03741-2022 saylı arayışına əsasən onun xx.xx.1985-ci il tarixdən hazırlayıcı sexə 2-ci dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul olunması, xx.xx.2002-ci il tarixli 8/KŞ saylı əmrlə xx.xx.2002-ci il tarixdən işdən azad olunması, əmək haqqı hesablanması barədə məlumatlarının mövcud olması öz əksini tapıb. Eyni zamanda, həmin arayışda o da, qeyd olunub ki, Bakı Konvol Kombinatının natamam arxiv sənədlərinin 1996-cı ildən sonrakı dövrlər üçün əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İddiaçı hesab edir ki, ona yaşa görə pensiya təyinatından imtinasını aşağıda qeyd olunan əsaslara görə qanunsuz və əsassız hesab edir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçıya məxsus olan xx.xx.1976-cı il tarixli İ/1T-İ ******* nömrəli əmək kitabçasının surətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilən xx.xx.2022-ci il tarixli BA-01621 -2022 nömrəli arxiv arayışına əsasən İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 18 il təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10639/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 62 yaş 6 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümümi iş stajı 25 ildən az 18 il təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14610.00 manat olmaqla tələb olunan məbləğdən 345600 manatdan azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Əsas məqam kimi Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli №BA-01621-2022 saylı arxiv arayışındakı xüsusatlara diqqət yetirilməlidir. Müvafiq arayışda qeyd olunmuşdur ki, Milli Arxiv İdarəsinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının 1996-cı illərə dair əmək haqqı cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Əlavə olaraq, Bakı Komvol Kombinatının 1996-cı ildən sonrakı dövrlər üçün əmək haqqı cədvəlləri Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilməmişdir. Sözügedən arayışa əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək haqqı almadığı müəyyən olunmuşdur. Belə ki, müvafiq arayış İddiaçı xx.xx.1992-xx.xx.1992 və xx.xx.1995xx.xx.2002-ci il tarixləri arasında olan dövrdə Bakı Komvol Kombinatında işləməsi faktının əsassız olduğuna dəlalət edir. İnzibati is üzrə keçirilən məhkəmə iclasında İddiaçı işləməsi faktını təsdiq edən arxiv arayışına baxış keçirilmişdir. Təqdim olunan sənədlərdə xx.xx.1992-xx.xx.1992 və xx.xx.1995-xx.xx.2002-ci il tarixləri arasında əmək haqqı almadığı müəyyən olunmuşdur. Lakin, məhkəmə iddiaçının işlədiyi dövrləri bütünlüklə staja daxil etmiş və iddiaçının tələbi təmin edilmişdir. xx.xx.1976-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasındaki qeydlərə əsasən, iddiaçı xx.xx.2002-ci il 08 saylı əmr ilə işdən azad edilmişdir.Sözügedən əmri təsdiq edən möhürdə müəssisənin adı "xxxx" ASC kimi qeyd edilmiş, lakin iş üzrə təqdim edilmiş arxiv arayışında iddiaçının “Bakı Komvol Kombinatında” işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı "xxxx" ASC ilə bağlı məlumat aşkarlanmamışdır. Müəssisənin möhürdəki adı ilə əmək kitabçasında qeyd edilmiş adı arasında uyğunluq olmaması əmək kitabçasının mötəbərliyinə sübhə yaradır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının xx.xx.1992xx.xx.1992 və xx.xx.1995-xx.xx.2002-ci il tarixləri arasında işlədiyini iddia etdiyi dövr üzrə düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Niyazlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçının nümayəndəsi Nümayəndə isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının iş materiallarına əlavə olunmuş, xx.xx.1976-cı il tarixdə doldurulmasına başlanılmış İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçının aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1976 - xx.xx.1979: Qazax rayon S.Vurğun adına sovxozda fəhlə – 3 il 3 ay 6 gün; xx.xx.1980-xx.xx.1984: Xalça-Toxuma Kombinatında burucu – 4 il 5 ay 9 gün; xx.xx.1985-xx.xx.2002: Bakı Komvol Kombinatında nəzarətçi – 16 il 11ay 26 gün; xx.xx.2021- xx.xx.2022 (pensiya hüququnun yarandığı gün) həmin Kombinatda mütəxəssis - 3 ay 29 gün. İddiaçının qeyd olunan dövlər üzrə iş stajı toplandıqda, onun ümumilikdə, 25 il (3 ay 3 gün 6 gün+ 4 il 5 ay 9 gün+ 16 il 11 ay 26 gün, +3 ay 29 gün- 23 il 22 ay 60 gün= 25 il) iş stajı müəyyən olunur. İşin hallarından göründüyü kimi, cavabdeh mübahisələndirir ki, iddiaçının əmək fəaliyyəti dövrü üzrə Bakı Komvol Kombinatında işlədiyi xx.xx.1992 - xx.xx.1992 və xx.xx.1995 xx.xx.2002-ci illərdə dövrün Milli Arxiv İdarəsi AR Dövlət Arxivinin Bakı filialında saxlanılan 1996-cı ilin əmək haqqı cədvəllərində, iddiaçıya əmək haqqı hesablanması barədə heç bir məlumat olmadığından, həmin dövləri onun sığorta stajına daxil edilməsinin mümkünsüz olduğunu mübahisələndirərək, həmin dövrün Qanunun qeyd olunan 7-ci maddəsində tələb olunan 25 ildən az olduğu əsas tutularaq,həmin əsasa görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla iddiaçıya əmək pensiyası təyin olunmasından imtina etməsi əsassızdır. Birincisi, hər bir halda, iş materiallarına əlavə olunmuş, Milli Arxiv İdarəsi AR Dövlət Arxivinin Bakı filialın istinad olunan 21 iyun 2022-ci il tarixli arxiv arayışına əsasən, iddiaçının 1989-1995-ci illərdə Bakı Komvol Kombinatında işlədiyi və əmək haqqı aldığı müəyyən olunur. Həmin arayışda 1992-ci ilin birinci 10 ayında əmək haqqı almadığının qeyd edilmədiyinə gəldikdə, bu hal heç də iddiaçının həmin müddət ərzində həmin işəgötürənlə əmək müqaviləsinin pozulmasını deməyə əsas vermir. Çünki, qeyd edilən ilin noyabr ayından sonrakı dövrdə ardıcıl şəkildə hər ay əmək haqqı aldığı təsbit olunur. Ümumiyyətlə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının 1992-ci ilin birinici 10 ayı, habelə 1996-2002-ci illər üzrə işlədiyi dövrə aid arxivdə müvfiq məlumatların aşkar edilməməsi iddiaçının təqsirinə yozula və onun hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Ən azından, iddiaçının həmin müəssisədə işlədiyi dövrdə (xx.xx.1992-ci ildən xx.xx.2006cı ilə qədər qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının əmək kitabçasının mübahisələndirilən qeydlərində, onun “Bakı Komvol Kombinatına» xx.xx.1985-ci il tarixdə nəzarətçi vəzifəsinə təyin olunduğu və xx.xx.2002-ci il tarixində isə işdən azad edildiyi,müvafiq əmrlər təsbit olunmuş, qeydlərin həqiqiliyi işəgötürənin rəhbərinin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuş, işə qəbul və azad olunmanı, iş barədə məlumatların həqiqliyini şübhə altına alan tutarlı qarlama və düzəlişlərin mövcud deyil, həmin vərəqin tamlığı pozulmamışdır. Digər tərəfdən cavabdeh tərəfindən apellyasiya şikayətində əmək kitabçasında iddiaçının işdən çıxması ilə bağlı əmrin nömrəsinə şübhə ilə yanaşmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işə qəbul tarixi və işdən azad olunmanın əsasları barədə müvafiq qeydlər səlist yazıldığı və həmin qeydlər i Kombinatın rəisinin imzası və möhürlə təsdiq olunduğu, həm də əmrin tarixində də pozuntu mövcud olmadığı halda, işdən çıxma əmrinin nömərisindəki cüzi pozuntunun digər qeydlərə təsiri istisna edilir. Bu baxımdan, istinad olunan həmin irad əhmiyyətsiz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Digər tərəfdən, iddiaçının həmin müəssisədə çalışarkən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının tədqiq olunan qeydləri üzrə iddiaçının əmək fəaliyyətinin onun sığorta stajı kimi nəzərə alınmaması əsassız olmuş, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qərar qəbul olunarkən, işdə olan sübutlara düzgün qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10639/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10639/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar