Məhkəmə qərarları › İş №2-1(103)-1124/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1124/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1124/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2-1(112)-2113/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xəstəliyə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı sonuncu dəfə müayinə edildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı il tarixdə keçirmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində qapalı kəllə beyin travması almış və ona T 90.5 diaqnozu qoyulmuşdur. 2010-cu ildən iddiaçıya 2-ci qrup əlillik təyin edilmişdir. Baş ağrısı, baş gicəllənməsi, başda keyləşmə, yaddaş pozğunluğu, yuxu pozğunluğu, ürək ağrısı şikayətləri ilə dəfələrlə xəstəxanalara müraciət etmiş, stasionar və ambulator müalicələr almışdır. Səhiyyə Nazirliyinin Ambulator kitabçalardan çıxarışlardan, Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Epikrizlərindən də göründüyü kimi əsas xəstəlik, kliniki diaqnoz T90.5- kəllə beyin travmasının nəticələri-idiopatik kəllə daxili hipertenziya, posttravmatik ensephalopatiya, postravmatik stress, nevrasteniya, köməkçi yanaşı gedən xəstəliklər: böyrək xəstəliyi, Sinus bradikardiyası, böyrəklərdə KLS genişlənib, sağ böyrəkdə d-7 mm kontriment, Qlaukoma, OU-Fako skleroz, şəkərli diabet - İİ tip, Nevrosteniya, Stenokardiyanın digər formaları ÜİX, Gərginlik stenokardiyası İİ FS və.s aşkar edilmişdir. Əlillik müddətinin qurtarması səbəbindən Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli №2765003AADK4 saylı, TQS № 088 nömrəli göndərişi, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Bununla bağlı etmiş olduğu çoxsaylı müraciətlərə cavab olaraq TSERA tərəfindən ona ünvanlanmış cavab məktubunda Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi qaydasına uyğun olaraq əlillik vəziyyətinin 25 saylı Şəhər Poliklinkasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. İxtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə müalicə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Bundan sonra iddiaçı göndərişlə Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına getmiş və 10 gün yatdıqdan sonra almış olduğu çıxarışı yenidən 25 nömrəli Şəhər Poliklinikasına təqdim etmiş, lakin həmin çıxarışa uyğun forma 088 verilməmişdir. Göründüyü kimi cavabdehin imtinası əsassızdır. Halbuki, göndərişin hansı formada doldurulması onun vəzifəsi deyil, dövlət idarələrinin əməkdaşlarının vəzifəsidir. Bundan əlavə imtinada yuxarıda sadalaladığı digər xəstəliklərilə, ümumi sağlamlıq vəziyyətinə heç bir əhəmiyyət və qiymət verilməmişdir. Ona görə də iddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti 25 saylı şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Ümumi xəstəlik: X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G80-G83 - Serebral iflic və digər paralitik sindromlar => G83 - Digər paralitik sindromlar => G83.9 - Dəqiqləşdirilməmiş paralitik sindrom; Diaqnozun mətni: Postravmatik serebral araxnoidit,beyin daxili hipertenzion sindrom.Dissirkulyator ensefalopatiya.Travmadan sonrakı kəskin ANS; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 25 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G80-G83 - Serebral iflic və digər paralitik sindromlar => G83 - Digər paralitik sindromlar => G83.9 - Dəqiqləşdirilməmiş paralitik sindrom; Diaqnozun mətni: Postravmatik serebral araxnoidit, beyin daxili hipertenzion sindrom. Dissirkulyator ensefalopatiya. Travmadan sonrakı kəskin ANS; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit Diaqnozun mətni: Postravmatik ensefalopatiya. ÜİX gərginlik stenokardiyası; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xronik intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit; Diaqnozun mətni: Postravmatik ensefalopatiya. ÜİX gərginlik stenokardiyası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..." səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADHF saylı göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya; Diaqnozun mətni: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri(1996). Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, İdiopatik beyin daxili hipertenziya. Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, Postravmatik stres pozuntusu. Yanaşı xəstəliklər N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb İxtisaslaşdırılmış müayinə və müalicə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri(1996); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Hal hazırda əlillik əlaməti aşkar edilmir” səbəbi ilə imtina verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında təkrar baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə byin travmasının nəticələri(1996). Xoşxassəli kəllədaxili hipertenziya, İdiopatik beyin daxili hipertenziya; Məzkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. İddiaçı 09 mart 2022-ci il tarixdə əyani müayinədə olmuş və Agentlik tərəfindən protokol tərtib olunmuşdur. Protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 13 nəfərə l dərəcə, 87 nəfərə İİ dərəcə, 60 nəfərə İİİ dərəcə, 1 nəfərə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Siyahıda İddiaçı (20-ci sıra) adı “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2-1(112)-2113/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Cavabeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq iddiaçının əlillik vəziyyəti 25 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyi və “Göndərişin natamam doldurulması” (Səbəb: Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin) barədə qərar qəbul edilmişdir. Halbuki, inzibati orqanın bu cür qərarı yekun akt hesab edilmir. Daha sonra iddiaçı əyani müayinəyə cəlb edilmiş və cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli protokolundan aydın görünür ki, diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina verilmişdir. İddiaçının iddia ərizəsi isə iddia müddəti ötürülməklə 22 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1124/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası mümkün hesab edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq iddiaçının əlillik vəziyyəti 25 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyi və “Göndərişin natamam doldurulması” (Səbəb: Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin) barədə qərar qəbul edilmişdir. İxtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətinin adsızlaşdırılmış sənədlər üzərindən iştirak olmadan qiymətləndirildiyi, müvafiq qərar veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti “25 nömrəli Bakı Şəhər Poliklinikası” PHŞ-nin 2765003AADK4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlilliyin təyininə əsas verən ağırlaşmaların aşkar edilmədiyindən, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. 10 saylı Şəhər Poliklinikası tərəfindən 25 saylı Şəhər Poliklinikasına ünvanlanan 22 aprel 2021-ci il tarixli göndərişə cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2A, mənzil 16-da yaşayan xx.xx.1969-cu il təvəllüdlü Xanlarov X3 rayon 10 nömrəli poliklinikasında psixiatr müayinəsində olmuş, "Nevrasteniya F48", Postravmatik stress pozuntusu F43.1" diaqnozu qoyulmuşdur. Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli, 2765003AADHF saylı Bildirişindən görünür ki, bidiriş İddiaçı Xanlarov Məhəmməd oğluna ondan ötrü verilmişdir ki, 25 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. 25 №li Şəhər Poliklinikası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanan 20 iyun 2022-ci il tarixli məktubunun mətnindən görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il PHŞ/1-2-2022- 15153 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, 7-ci mikrorayon, ev 2A, mənzil 16-da yaşayan, 25 saylı şəhər poliklinikasında tibbi qeydiyyatda olan İddiaçı 1989-cu ildən 2010- cu ildə “Postravmatik ensefolopatiya" diaqnozu ilə dispanser müşahidəsinə götürülmüş, 2010-cu ildən “Postravmatik serebral araxnoidit" diaqnozu ilə İİ qrup əlil hesab olunmuş, 11.09.16-cı ildən əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci ilə kimi (5il) artırılmış, xx.xx.2021- ci il tarixdə əlillik dərəcəsi təyin olunmamışdır. Xəstə əyani baxışa göndərilmiş, əlillik meyarlarına uyğun gəlmədiyi üçün əlillik dərəcəsi təyin olunmamış, səbəbi: Tibbi Sosial Ekspert Komissiyasının cavabında göndərişin natamam doldurulması və ağırlaşmalar barədə məlumatın qeyd olunmaması göstərilmişdir. Bu qərardan sonra xəstə stasionar müalicədə olmuş və əlavə müayinələrdən keçmişdir. Məktubda əlillik dərəcəsi barədə yeni meyarların qüvvəyə mindikdən sonra xəstənin Tibbi Sosial Ekspert Komissiyasına göndəriləcəyi bildirilmişdir. 25 №li Şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 2765003AADK4 saylı forma TQS № 088 saylı arayışdan görünür ki, İddiaçı T90 kodu altında "Kəllədaxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri” əsas diaqnoz qoyulmuş və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. 25 № li Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri(1996); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Hal hazırda əlillik əlaməti aşkar edilmir” səbəbi ilə imtina verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında təkrar baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə byin travmasının nəticələri(1996). Xoşxassəli kəllədaxili hipertenziya, İdiopatik beyin daxili hipertenziya; Məzkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. İddiaçı 09 mart 2022-ci il tarixdə əyani müayinəyə cəlb olunmuş və Agentlik tərəfindən protokol tərtib edilmişdir. Protokola əlavə edilmiş siyahıda İddiaçı (20-cı sıra) adı “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qeyd edilmişdir. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyi 2 dəfə qiymətləndirilmiş, lakin əvvəlcə “diaqnoz əlillik təyin etmir”, daha sonra isə “Göndərişin natamam doldurulması.Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə imtina edilmişdir. Daha sonra isə 09 mart 2022-ci il tarixdə əyani müayinəyə cəlb edilmiş və iddiaçıya “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xəstəlik (xəstəliklər) diaqnozunun müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinə tapşırılmış, ekspertiza tədqiqatının iddiaçının ilkin müayinəsində iştirak etmiş DTSERA-nın həkimlərinin (mütəxəssislərinin) iştirakı olmadan keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 127/2023 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən hazırda “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1996), xoşxassəli kəllədaxili hipertenziya, idiopatik beyindaxili hipertenziya” xəstəliklərindən əziyyət çəkdiyi göstərilmişdir. Bundan sonra İddiaçı əyani müayinəyə dəvət edilərək vəziyyətinin qiymətləndirilməsi və əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Cavabdeh DTSERA-nın qeyd olunan qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının 25 nömrəli Şəhər Poliklinikasının 2765003AADK4 nömrəli göndərişi əsasında əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuş, keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksionaİ dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin müəyyən edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndi: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Əlavənin Sinir sistemi xəstəlikləri adlanan 6.1-ci bəndinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən: Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90): Əlavənin qeyd olunan 6.1-ci bəndinin xx.xx.2023-ci ildən sonrakı və hazırda qüvvədə olan redaksiyasına əsasən: Başın travmalarının nəticələri T.90. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: T90.5. Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin imtinasının qanuniliyinə qiymət verilməsi üçün xx.xx.2021-ci il tarixli 2765003AADHF saylı, xx.xx.2021-ci il tarixli, 2765003AADK4 saylı göndərişlərdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması və yenidən araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 25 nömrəli Şəhər Poliklinikasının 2765003AADK4 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamarıt əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq otaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 07 mart 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tİbbİ-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, xx.xx.2010-cu il tarixli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə “ilkin”( TSEK arayışının nömrəsi: 113666), xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə "təkrar”; xx.xx.2015-ci il tarixindən 11.09,201 6-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADHF nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz "Kəllədaxili travmalarm nəticələri, Keçirilmiş qapalı kəllə byin travmasının nəticələri (1996). Ağırlaşma :Xoşxassəli kəllədaxili hipertenziya, İdiopatik beyin daxili hipertenziya., Postravmatik stres pozuntusu. Yanaşı xəstəliklər: Böyrək daşı xəstəliyi.”) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Yenidən Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz “Kəllədaxili travmafarın nəticələri, Keçirilmiş qapalı kəllə byin travmasmın nəticələri (1996).") DTSERA tərəfindən qiymətləndirilmiş, "Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli rəsmiləşdirilmiş göndərişi DTSERA tərəfindən qiymətləndirilmiş, "Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-18063/2023). Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü it tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, başgicəllənmədən, yaddaş zəifliyi, yuxusuzludan, ürək nahiyəsində ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1996-cı ildə avto qəza keçirərək kəllə-beyin travması aldığını bildirmişdir. Nevroloji statusda reflekslər canlı alınmış D=S, koordinator sınaqları düzgün icra etmiş, tonus normal, əzələ gücü 5/5 bal qiymətləndirilmiş, patoloji reflekslər izlənilməmiş, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. Ə.D.Məlikov adına X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 130 nömrəli çıxarışında diaqnoz "Baş beyinin ocaqlı travması. Keçirilmiş qa pak kəllə- beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. İdiopatik beyindaxili hipertenziya. Posttravmatik stress, astcno-dc-pressiv təzahürlər, nevrostenik sindrom, yaddaş və davranış pozğunluğu. OU-Olaukoma. Tor qişa anqiopatiya. Başlanğıc katarakta. Şəkərli diabet 2tip, ÜİX. Gərginlik stenokardiyası FS İİ. Arterial hipertenziya İİİ m. ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 1751 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi emosional labil pozuntu." kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq cüzi genişlənib (4,2sm). Septumun hipertrofiyası (1,2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF~61%). Aortal və Mitral qapaqlar cüzi flbrotikdir. Mİn TR. Perikard təmizdir." kimi m ü əyy ən İ ə şd i ri İ m i ş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılmış anamnestik, obyektiv, klinik və instrumental müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional və psixi pozuntular, nevroloji defisit əlamətləri aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən nə əsas xəstəliyinin əlillik təyinatına əsas verəcək nevroloji defisiti, nə də yanaşı xəstəliyin hazırda əlillik təyinatına əsas verəcək ağırlaşması aşkar edilmədiyindən göndəriş rəsmiləşdirilən zaman qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı İlə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 1 3 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının əsas diaqnozu “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1996)” “Əlilliyin müəyyən olunması meyarları”nda Sinir sistemi xəstəliklərinin 6.1-ci bəndinin həm iddiaçının yenidən əyani müayinədən keçirildiyi zaman qüvvədə olmuş, həm də hazırda qüvvədə olan redaksiyalarına əsasən əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı məhz yeni qaydaların qüvvədə olduğu vaxt əyani müayinə olunduğundan (xx.xx.2023-cü il tarixdə) həmin hal nəzərə alınmalı idi. Lakin cavabdeh inzibati orqan tərəfindən nə birinci instansiya məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadının, nə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icrası zamanı iddiaçının xəstəliyinin “Əlilliyin müəyyən olunması meyarları”nda (2022-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir) nəzərdə tutulan xəstəliklərə uyğun gəlib-gəlmədiyi araşdırılmamış, yalnız qüvvəsini itirmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də göstərilən xəstəliklərə uyğun qiymətləndirilmə aparılmışdır. Halbuki, iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş sözügedən Əsasnamənin 2.3.9-cu yarımbəndində uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48- F48.9) şəxsə əlillik təyin edilməsi üçün əsas verirdi. Beləliklə, aparılan tibbi müayinələrin əsasında iddiaçıya əsas diaqnoz olaraq qoyulmuş digər Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (T90) və digər neqativ pozğunluqlar. Postravmatik stres pozuntusu (F.48) uyğun kodları əks olunmuşdır ki, bu da iddiaçıda müəyyən olunan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.3.9-cu və “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndlərinə əsasən əlillik dərəcəsinin təyin edilməsini mümkün edir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, əvvəllər əlilliyin təyinatına əsas verən mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2010-cu il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıbsağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2- 1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)- 1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2002-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2-1(112)-2113/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2-1(112)-2113/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar