Məhkəmə qərarları › İş №2-1(103)-1125/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1125/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1125/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ərizəsinə əsasən qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2021 nömrəli 14 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2021 saylı, 19 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2320/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 650/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2320/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bir sıra prosessual hərəkətlər edildikdə sonra göstərilən qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından icra olunması üçün cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə qərarın izah olunmasına dair ərizə ilə müraciət edilərək bildirilmişdir ki, məhkəmə qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində İddiaçı məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının yalnız qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi ilə əlaqədar olub-olmaması dəqiqliklə göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci iltarixli. 2-1(112)-642/2021 saylı qərarına izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-642/2021 nömrəli 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) ərizə rədd edilmişdir. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının İdarə tərəfindən icra edilməsi mərhələsində müəyyən çətinliklər yaranmışdır. Belə ki, məhkəmə qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Gunəşli qəsəbəsi "AB" Y/S 16 saylı binanın qarşısında yerləşən qarajin üzərində İddiaçı məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının yalnız qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi ila əlaqədar olubolmaması dəqiqliklə göstərilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qərardadın qüvvədə qalmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi, təmin olunmasını, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq isə bildirdi ki, bütün məhkəmə proseslərində iştirak etmişlər, həm apellyasiya həm də Ali məhkəməyə şikayətlər də tərəflərindən verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2021 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Həm ərizənin, həm də apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, inzibati orqan tərəfindən məhkəmə qərarının icrasının mümkün olmamasına əsas məhkəmə qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Gunəşli qəsəbəsi "AB" Y/S 16 saylı binanın qarşısında yerləşən qarajin üzərində İddiaçı məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının yalnız qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi ilə əlaqədar olubolmaması ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə qərarının nəticə hissəsindən aydın göründüyü kimi, cavabdeh üzərinə qoyulan öhdəlik Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi ilə bağlıdır. Yəni ki, inzibati orqanın üzərinə iddiaçının sözügedən qarajla bağlı hüquqlarını qeydiyata almaqla yanaşı, həmçinin də qarajın faktiki vəziyyətinə uyğun texniki pasport tərtib etmək öhdəliyi qoyulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə qərarının nəticə (qərara aldı) hissəsində cavabdehin üzərinə həvalə edilmiş öhdəliklər aydın və dəqiq şəkildə göstərilmiş, cavabdehin (ərizəçinin) hazırki ərizəsinin əsası məhkəmə qərarının aydın və ya dəqiq olmaması, həmçinin ziddiyyətli olması ilə əlaqədar olmayıb, yalnız cavabdehin (ərizəçinin) formal mülahizələrindən ibarətdir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla qərardadın ləğvinə əsas vermir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və 1.2, 76, 80, 85, 116-cı ci maddələrini və MPM-nin 263- 264 maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2021 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Səadət Bektaşi Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar