Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1126/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X1rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-226/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X8 idarəsinə (bundan sonra mətndə X8 idarəsi) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım (xx.xx.2006- cı il tarixindən xx.xx.2019-cu il tarixinə qədər hər il üçün üç qat əmək haqqı həcmində verilmiş maddi yardım), hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və 2006-cı il ərzində prokurorluq işçilərinə verilmiş ikiqat əmək haqqı həcmində mükafat nəzərə alınmaqla onun pensiya məbləğinin xx.xx.2006-cı il tarixindən yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım (xx.xx.2006cı il tarixindən xx.xx.2009-cu il tarixinə qədər hər il üçün üç qat əmək haqqı həcmində verilmiş maddi yardım), hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və 2006-cı il ərzində prokurorluq işçilərinə verilmiş ikiqat əmək haqqı həcmində mükafat nəzərə alınmaqla İddiaçı pensiya məbləğinin xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-226/2020 saylıqərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-226/2020 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətlərii təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - İddiaçı xx.xx.1952-ci ildə Naxçıvan MR, Şərur rayonu, Diyadin kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (Yasamal RPİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZE № 0******* №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət səsiqəsi). - İddiaçı 1979-cu ildən 2004-cü ilədək prokurorluq orqanlarında işləmişdir (xx xxxx 1970-ci il tarixli Əmək Kitabçasından görünür ki). - İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı- əmək pensiyasının əlavə artımlarla birlikdə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə “Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli Qanunun qüvvəyə mindiyi tarixdən, yəni xx xxxxxx 2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilərək, İddiaçı əmək pensiyasının əlavə artımlarla birlikdə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli Qanununun qüvvəyə mindiyi tarixdən, yəni xx xxxxxx 2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanındaDövlət X9 Bakı şəhər Yasamal rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3213/201№ li xx.xx.2016-cı il tarixli qərarı). İddiaçının hazırki tələblə xx xxx 2019-cu il tarixdə inzibati orqana etdiyi müraciəti sonuncu tərəfindən cavablandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. 2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmətillərinə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci, 20.1.5ci və 20.1.5-1-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr edilir. Həmin Qanunun 20.8-ci və 20.8.3-cü maddələrinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqına sonrakı artımlar da nəzərə alınmaqla prokurorluq orqanlarında 10 ildən artıq qulluq etmiş işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1–20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddələrə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərintutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, buartımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidənhesablanır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən DSMF məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.14-cü bəndinə əsasən əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək, 3.1.20-ci bəndinə görə əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normatov hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək DSMF-nin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən, Azərbaycan Respublikasının prokurorluğunun işçilərinə pensiya təyin edilməsi 2007-ci il 01 yanvar tarixdən Dövlət X10 həvalə edilmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli Qanunu xx xxxxxx 2009-cu il tarixdən qüvvəyə minmişdir ki, Qanunun müddəaları şamil olunmaqla həmin tarixdəndə İddiaçı əmək pensiyasının əlavə artımlarla birlikdə yenidən hesablanaraq ödənilməsinin Dövlət X10 (müvafiq şöbəsinə) həvalə edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-226/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Ülvi Mayılov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1126/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1126/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver