Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1126/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6572/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində xidmət etmiş və həmin hərbi hissənin N fevral N994-cü il tarixli arayışına əsasən N6 noyabr N993-cü il tarixdən xx.xx.N994-cü il tarixinə kimi həmin hərbi hissədə hərbi xidmət keçməklə hərbi əməliyyatlar zonasında döyüş əmliyyatlarında iştirak etmişdir. Hərbi biletində olan qeydlərə və nazirliyin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli arxiv arayışına əsasən hərbi hissə komandirinin N6 noyabr N993-cü il NN5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınmaqla xidmətə başlamış, 09 fevral N994-cü il tarixli N2 nömrəli əmri ilə şəxsi heyətin siyahsından çıxarılmışdır. Ona veteran adı və vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etmiş,lakitn sonuncu əsassız olaraq ərizəsinin təmin alınmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandirmışdır ki, iddia əsassızdır. Beləki, onun adına tərtib edilmiş xx.xx.2008-ci il tarixli arxiv arayışında xx.xx.N994-cü il tarixdən sonrakı xidməti və ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6572/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. İPM-in 2-ci, 33-cü və 33.N və 73.N-ci maddələrinə istinadən hesab edir ki apellyasiya şikayəti təmin olunmalı, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı aldının verilməsinə əsas olan sənədlərin siyahısı sadalanaraq müəyyən edilmişdir ki, müharibə veteranı adı - N988-ci il fevral ayının N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İş materiallarına əlavə olunmuş, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-N2695 saylı arxiv arayışına əsasən müəyyən olunur ki, iddiaçı N90 sayldı hərbi hissə komandirinin N6 noyabr N993-cü il NN5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara, xx.xx.N993-cü il tarixdən isə qazan təminatına salınsa da, hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N2 nömrəli əmri ilə şəxsi heyətin Siyahısından çıxarılmış və onun barəsində hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N2 nömrəli təşkilati əmrində və əmrində və oktyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanladığı 23 iyun 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş «arxiv çıxarışında» qeyd olunan arxiv arayışında təsbit olunan hallar öz təsdiqini tapır (i.v.37-38) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktğubunda da oxşar məzmunlu cavab verilmişdir. Beləliklə də, tədqiq olunan sənədlərə əsasən iddiaçının N saylı hərbi hissə komandirinin N6 noyabr N993-cü il NN5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminat növlərinə, daha sonra, qazan təminatına salınsa da, onun döyüş əməliyyatlarında iştirakı və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar mövcud deyildir. İşə əlavə olunmuş hərbi biletində də belə bir məlumatlar qeyd edilməmişdir. İddiaçının istinad etdiyi N90 nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli arayışına gəldikdə isə həmin arayışda göstərilənlər Müdafiə Nazirliyinin qeyd olunan arxiv arayışı və hərbi biletinin qeydləri ilə üst-üstə düşmür Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin göstərilən hüquqmüəyyənedici sənədlərə əsasən müharibə veteran adı və vəsiqəsinin verilməsinə əsas verən hallar mövcud deyildir. Belə olan halda, cavabdeh tərəfindən ona veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının mahiyyəti üzrə tələbinin rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qanunsuz və əsassız olduğunu, qərar qəbul edilərkən prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6572/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6572/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1126/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1126/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver