Məhkəmə qərarları › İş №2-1(103)-1126/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1126/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1126/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, XN və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “məlumat vərəqəsi”nin verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 82N4/202N saylı 04 oktyabr 202N-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cəlal oğlu xx.xx.1992-cı il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Əlahiddə X4 rəisi, xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək N nömrəli hərbi hissədə Arxa cəbhə üzrə komandirin müavini, xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Artileriya rəisi, xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyi Artileriya və Hava hücumundan müdafiə idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini, xx.xx.199N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Artileriya idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini Baş zabit, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsində xidmət etmişdir. İddiaçı Cəlal oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin 0159N nömrəli 01 noyabr 1995-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin 18-cı maddəsinin ”b” bəndinə (yaşa görə) müvafiq olaraq, Bakı Dövlət Universitetinin hərbi kafedrasınin müəllimi vəzifəsindən ehtiyata təxris olunaraq şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Bundan sonra iddiaçı barəsində məlumat vərəqəsi sonuncu vəzifəsi nəzərə alınmaqla göndərilsə də, o, bununla razılaşmayaraq Müdafiə Nazirliyinin Artileriya idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini Baş zabit vəzifəsinin təminat xərcliyindən pensiyanın hesablanaraq yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb etmişdir. İddiaçının qeyd olunan müraciətinə sonuncu tərəfindən cavab olaraq xx.xx.202N-cü il tarixli 8/70 nömrəli məktubla bildirilmişdir ki, ona təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinə tərəflərindən yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanması üçün əsas götürülən təminat xərcliyində (pul təminatında) heç bir səhvə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 1N5 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.N-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2ci bəndində isə «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bundan başqa bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Onun isə “Müdafiə Nazirliyi Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin baş zabiti - şöbə rəisinin müavini” vəzifəsindən “Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi” vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də, adına tərtib olunmuş ZE-41278 nömrəli “Məlumat vərəqi”ndə onun hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə, yəni “Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi” vəzifəsi üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəflərindən təqdim edilmiş və pensiyanın yenidən hesablanması məqsədi ilə adı çəkilən orqana yeni “Məlumat vərəqi” tərtib olunaraq göndərilməsi qanuna müvafiq deyildir. Bu barədə ona tərəflərindən daha öncə 02 noyabr 2022-ci il tarixli 8/4611 nömrəli məktubla məlumat verilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin tələblərini əsas götürməklə ona təyin edilmiş pensiya məbləğinin sonuncu vəzifədən öncə xidmət göstərdiyi Müdafiə Nazirliyinin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsinin təminat xərcliyinin aylıq məbləğləri nəzərə alınmaqla hesablanmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, sonuncu vəzifədən öncə xidmət etdiyi Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsindən təminat xərcliyi əsas götürülməklə barəsində yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 1989-cu ildə uzun müddət hərbi xidmətdə hərbi qulluqçu olaraq xidmət göstərdikdən sonra pensiyaya çıxmışdır. Təqaüddə olarkən könüllü olaraq hərbi xidmətə qayıtmaq istəyi nəzərə alınaraq Azərbaycan Respublikası MN-nin xx.xx.1992-ci tarixli 01N00 saylı əmri ilə MN-nin 708 saylı X4 Rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.199N-cü ilədək Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. xx.xx.199N-cü ildən xx.xx.1994-cü ilədək olan müddət ərzində isə MN-nin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsində xidmət göstərmişdir. Bu müddət ərzində də, 708 saylı Briqadanın qərargah rəisi vəzifəsini icra etmişdir. 1994-cü ilin yanvar ayından fevral ayının 12-dək olan müddət ərzində Ağdam Ağdərə bölgələrində ezamiyyətdə olarkən xəstələnmişdir. Bu səbəbdən də, xx.xx.199N-cü ildən xx.xx.1994-cü ilədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilədək olan müddət ərzində Mərkəzi Hərbi Hospitalda stasionar qaydada müalicə aldıqdan sonra yaşı və xəstəliyi ilə əlaqədar xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilədək MN-nin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin Hərbi kafedrasında müəllim olaraq xidmət göstərdikdən sonra istefaya buraxılmışdır. İstefaya buraxılarkən ona təqaüd sonuncu xidmət vəzifəsinə uyğun olaraq hesablanmış, nəticədə də, təqaüdü "Əmək Pensiyaları haqqında" Qanunun 20.18ci maddəsinin tələbləri nəzərə alınmadan düzgün hesablanmamışdır. "Əmək Pensiyaları haqqında" Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyindən yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanmalıdır. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən göründüyü kimi, sonuncu dəfə təqaüdə çıxmamışdan əvvəl 1 il 4 ay müddətində səhhəti ilə bağlı Bakı Dövlət Universitetinin Hərbi kafedrasında müəllim vəzifəsində xidmət göstərmiş olsa da, həmin vəzifəyə səhhəti ilə bağlı keçirildiyindən, hesab edir ki, əmək pensiyanın əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanmalı olduğu, yəni həmin vəzifədən öncə xidmət göstərdiyi MN-nin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsininin təminat xərclərinin aylıq məbləğindən hesablanmalı olduğu halda, cavabdeh iş üzrə mühüm əhəmiyyət kəsb edən bu halı nəzərə almamışdır. Bununla da, “Əmək Pensiyaları haqqında" Qanunun 20.18-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı ehtiyatda olan polkovnik İddiaçı Cəlal oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin 0159N nömrəli 01 noyabr 1995-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin 18-cı maddəsinin ”b” bəndinə (yaşa görə) müvafiq olaraq, Bakı Dövlət Universitetinin hərbi kafedrasınin müəllimi vəzifəsindən ehtiyata təxris olunaraq şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 27 avqust tarixli 1N5 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndində «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Belə ki, iddiaçı xx.xx.1992-cı ii tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Əlahiddə X4 rəisi xx.xx.199N-cü il tarixdən xx.xx.199N - cü il tarixədək N nömrəli hərbi hissədə Arxa cəbhə üzrə komandirin müavini xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Artileriya rəisi xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyi Artileriya və Hava hücumundan müdafiə idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini xx.xx.199N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Artileriyaidarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini Baş zabit xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsində xidmət etmişdir. İddiaçı Cəlal oğlunun Müdafiə Nazirliyinin Artileriya idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini Baş zabit vəzifəsinin təminat xərcliyindən pensiyanın hesablanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir. İddiaçı həmin vəzifədə 07 ay 0N gün xidmət etmişdir, daha az maaşlı vəzifəyə keçirilmə səbəbi iddiaçının yaşı və səhhəti ilə bağlı olmamışdır. “Əmək pensiyaları haqqında" Qanunun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qeyd olunan maddənin müddəaları İddiaçı Cəlal oğluna şamil edilmədiyindən ona pensiya təyin olunması üçün tutduğu sonuncu vəzifənin, yəni M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsinin təminat xərcliyini əks etdirən yeni "Məlumat vərəqi”ni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına tərəflərindən təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı Cəlal oğlunun pensiyasının yenidən hesablanması üçün Müdafiə Nazirliyinin Artileriya idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini Baş zabit vəzifə maaşını əks etdirən yeni “Məlumat vərəqi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanunamüvafiq deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-82N4/202N saylı 04 oktyabr 202N-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabı qanuna ziddir. Belə ki, iddiaçı 1989-cu ildə uzun müddət hərbi xidmətdə hərbi qulluqçu olaraq xidmət göstərdikdən sonra pensiyaya çıxmışdır. Təqaüddə olarkən könüllü olaraq hərbi xidmətə qayıtmaq istəyi nəzərə alınaraq, Azərbaycan Respublikası MN-nin xx.xx.1992-ci il tarixli, 01N00 saylı əmri ilə MN-nin 708 saylı X4 rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.199N-cü ilədək Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. xx.xx.199N-cü ildən xx.xx.1994-cü ilədək olan müddət ərzində MN-nin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsində xidmət göstərmişdir. Bu müddət ərzində də 708 saylı Briqadanın qərargah rəisi vəzifəsini icra etmişdir. 1994-cü ilin yanvar ayından fevral ayının 12-dək müddət ərzində Mərkəzi Hərbi Hospitalda stasionar qaydada müalicə aldıqdan sonra yaşı və xəstəliyi ilə əlaqədar olaraq xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilədək MN-nin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin Hərbi kafedrasında müəllim olaraq xidmət göstərdikdən sonra istefaya buraxılmışdır. İstefaya buraxılarkən ona təqaüd sonuncu xidmət vəzifəsinə uyğun olaraq hesablanmış, nəticədə də təqaüdü “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin tələbləri nəzərə alınmadan düzgün hesablanmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyindən yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanmalı olduğu, yəni həmin vəzifədən öncə xidmət göstərdiyi MN-nin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsinin təminat xərclərinin aylıq məbləğindən hesablanmalı olduğu halda cavabdeh iş üzrə mühüm əhəmiyyət kəsb edən bu halı nəzərə almamışdır. Bununla da “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qararından göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1994-cü il tarixli, 0469 saylı Əmri və xx.xx.1995-ci il tarixli 0159N saylı əmrləri məhkəməyə təqdim edilsə də, əmrlərin verilməsinə əsas olmuş sənədlər məhv edildiyi üçün məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan qanunvericilik aktlarına istinad etsə də, sonda belə bir qənaətə gəlmişdir ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyindən təxris olunmasının səhəti ilə bağlı olması barədə dəlilləri qəbul etməmişdir, lakin iş materiallarından göründüyü kimi, MN-nin təqdim etdiyi xx.xx.1994-cü il tarixli, 0469 saylı Əmri və xx.xx.1995-ci il tarixli 0159N saylı əmrlərində istefa səbəbinin göstərilməməsi və həmin əmrin verilməsinə əsas olmuş sənədlərin saxlanılmaması iddiaçının xeyrinə nəzərə alınmalı idi. Bundan əlavə iddiaçı xx.xx.1995-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunduqda iddiaçının (təvəllüdü xx.xx.1942) 5N yaşı var idi, həmin dövrdə qüvvədə olan 9 aprel 1992-ci il tarixli, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununn 40-cı madəsinə əsasən “Hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır.” N noyabr 1992-ci il tarixli “Hərbi xidmət haqqında” AR qanununun 16-cı maddəsinə N mart 2006-cı ildə müvafiq dəyişiklik edilmişdir: N mart 2006-cü il tarixli 75-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə N12) ilə 16cı maddə maddəsinin polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 5N yaş; Əvvəlki redaksiyada deyilirdi: polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün — 50 yaş; 7 oktyabr 1997-ci il tarixli N78-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il. № 1. maddə 15) ilə 16-cı maddənin adında “hərbi xidmətdə” sözlərindən əvvəl “həqiqi” sözü əlavə edilmiş, birinci hissəsi isə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Dinc dövrdə hərbi xidmətdə olmağın son yaş hədləri müəyyən edilir: baş zabitlər üçün—50 yaş; (iddiaçıpolkovnik rütbəsində olduğu üçün “baş zabit” sayılır). Göründüyü kimi, qeyd olunan Qanunda yalnız 2006-cı ildə müvafiq dəyişiklik edilmişdir tərxis olunmaq üçün yaş həddi polkovniklər (əvəllər qanunda “Baş zabit*’ adlanırdı) üçün 5N yaş müəyyən edilmişdir. İddiaçı MN-nin xx.xx.1994-cü il tarixli, 0469 saylı Əmri ilə daha az maaşlı işə keçən zaman Bakı Dövlət Universitetinin Hərbi kafedrasında müəllimi vəzifəsinə keçən zaman o, pensiya yaşına çatmışdı və onun 52 yaşı var idi (o vaxt 50 yaş tələb olunurdu), bu isə o anlama gəlir ki, o, səhhəti ilə bağlı və yaxud yaşı ilə bağlı tərxis olunursa belə, “Əmək pensiyaları haqqında” Qanunun 20.18.-ci mddəsinin təsiri altına düşür, və o, həmin vəzifədə xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilədək işləmişdir. (1 il 5 ay). “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsi əsas götürələrək ona təminat xərcləri onun əmək pensiyasına əlavə 1.5 il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanmalı idi. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunması haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçının hüquqi marağı pensiyasının ona təyin edilmiş pensiya məbləğinin sonuncu vəzifədən öncə xidmət göstərdiyi Müdafiə Nazirliyinin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsinin təminat xərcliyinin aylıq məbləğləri nəzərə alınmaqla hesablanması üçün məlumat vərəqinin hazırlanaraq pensiya təyin edən orqana göndərilməsinə yönəlmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi ilə bağlı hərəkətləri isə öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Hazırki işdə də iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Odur ki, iddiaçının iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələbi “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin tələblərini əsas götürməklə ona təyin edilmiş pensiya məbləğinin sonuncu vəzifədən öncə xidmət göstərdiyi Müdafiə Nazirliyinin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsinin təminat xərcliyinin aylıq məbləğləri nəzərə alınmaqla hesablanması” barədədir. Bu barədə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İşdən görünür ki, İddiaçı Cəlal oğlu xx.xx.1992-cı il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Əlahiddə X4 rəisi, xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək N nömrəli hərbi hissədə Arxa cəbhə üzrə komandirin müavini, xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Artileriya rəisi, xx.xx.199N-cü il tarixdən xx.xx.199N-cü il tarixədək Müdafiə Nazirliyi Artileriya və Hava hücumundan müdafiə idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini, xx.xx.199N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Artileriya idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini Baş zabit, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsində xidmət etmişdir. İddiaçı Cəlal oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin 0159N nömrəli 01 noyabr 1995-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin 18-cı maddəsinin ”b” bəndinə (yaşa görə) müvafiq olaraq, Bakı Dövlət Universitetinin hərbi kafedrasınin müəllimi vəzifəsindən ehtiyata təxris olunaraq şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Bundan sonra cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə istinad edərək iddiaçının ehtiyata buraxılarkən son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib etmiş və pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərmişdir. Lakin bundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin tələblərini əsas götürməklə ona təyin edilmiş pensiya məbləğinin sonuncu vəzifədən öncə xidmət göstərdiyi Müdafiə Nazirliyinin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsinin təminat xərcliyinin aylıq məbləğləri nəzərə alınmaqla hesablanmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.N. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən pensiyaların təyin edilməsi şərtləri Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. İddiaçının ehtiyata buraxıldığı dövrdə qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: ... polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 5N yaş; ... Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. N7-ci maddəsinə əsasən: N7.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: N7.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; N7.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; N7.1.N. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; N7.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. N7.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 1N5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.N-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, qanunvericilik bir qayda olaraq təminat xərcliyinin hesablanması üçün hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə -yəni ehtiyata buraxılarkən son tutduğu vəzifəyə uyğun aldıqları vəzifə maaşı və əlavələrin məbləğindən (sonrakı artımlar da nəzərə alınmaqla) hesablamanı tələb edir. Buna müavifq olaraq cavabdehin xx.xx.1995-ci il tarixli 0159N nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, polkovnik İddiaçı Cəlal oğlu, Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsindən azad olunmaqla ehtiyata buraxılarkən son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib edilmiş və pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Lakin hazırda iddiaçı həmin məlumat vərəqəsi ilə razılaşmayaraq sonuncu vəzifədən öncə xidmət göstərdiyi Müdafiə Nazirliyinin Artileriya İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəis müavini vəzifəsi üzrə təminat xərcliyindən hesablamanın aparılmasını tələb edir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə, hərbi qulluqçuların əmək pensiyasına əlavə, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğinə əsasən o zaman hesablanır ki, qeyd edilən keçirilməyədək hərbi qulluqçu yaşa görə əmək pensiyası almaq hüququna malik olsun. Başqa sözlə, tələb olunan dispozisiya şərtləri baxımından iddiaçı xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməlidir, həmin vəzifəyə keçirilənədək əvvəlki vəzifədə azı bir il çalışmış olmalıdır, yeni vəzifəyə keçirildiyi günə yasa görə əmək pensiyası hüququna malik olmalıdır. Yalnız bu şərtlərin hamısının birlikdə mövcud olduğu halda, hərbi qulluqçunun əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Hazırki işdə isə cavabdehin xx.xx.1994-cü il tarixli 0469 nömrəli əmrindən çıxarışdan da görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini polkovnik İddiaçı Cəlal oğlu tutduğu vəzifədən azad edilmiş və M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsinə təyin olunmuşdur. Həmin əmrdə iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinə dair hər hansı qeyd mövcud deyil. Birinici instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən 22 avqust 202N-cü il tarixli 814 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli 0469 nömrəli və xx.xx.1995-ci il tarixli 0159N nömrəli əmrlərdən arxiv çıxarışlarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, əmrlərin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti qurtardığına görə qanuna müvafiq qaydada məhv edilmişdir. Həmçinin işin apellyasiya baxışı zamanı da verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22 may 2024-cü il və 29 may 2024-cü il tarixli məktubları ilə bildirilmişdir ki, yuxarıda sözügedən xx.xx.1994-cü il tarixli 0469 nömrəli və xx.xx.1995-ci il tarixli 0159N nömrəli əmrlərin verilməsi üçün əsas olan sənədlər saxlama müddəti qurtardığına görə qanuna müvafiq qaydada məhv edilmişdir, lakin həmin əmrlərin yalnız arxiv çıxarışları məhkəməyə təqdim olunmuşdur. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı cavabdehin xx.xx.1994-cü il tarixli 0469 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Qanuna müvafiq olaraq Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsindən azad edilərək M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsinə təyin olunarkən onun xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinə onun səhhəti və ya yaşı ilə əlaqədar hər hansı fakt əsas olmamışdır. Bu barədə hər hansı qeyd sözügedən əmrin məzmununda da qeyd olunmamışdır. Belə olan halda iddiaçının tələb etdiyi məlumat vərəqəsinin göndərilməsi qeyri-mümkündür. O ki qaldı iddiaçının təqdim etdiyi 199N-cü il tarixə aid xəstəlik tarixindən çıxarış sənədinə, bu hal da özü-özlüyündən iddiaçının xx.xx.1994-cü il tarixli 0469 nömrəli əmrlə Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsindən azad edilərək M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsinə təyin olunarkən onun xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinin onun səhhəti ilə bağlı olmasını təsdiqləmir. Digər tərəfdən, iddiaçı daha az maaşlı vəzifəyə təyin olunan zaman qanunvericiliyə müvafiq olaraq, yaşa görə əmək pensiyası hüququ mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.N-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-82N4/202N saylı 04 oktyabr 202N-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar