Məhkəmə qərarları › İş №2-1(103)-1127/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1127/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1127/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndələri X2, X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(112)-1508/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək: - “1993-1998-ci illərə dair pensiyası hesablanarkən ona ödənilmiş mükafatların, yəni 1993-cü ildən 1997-ci ilə kimi hər il ildə bir dəfə 200%, 1998-ci ildə isə iki dəfə 200%, vəzifə və rütbə maaşı həcmində, 1993cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayanda 50%, dekabr ayında 50%, 1995-ci ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-ci ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində mükafatların nəzərə alınmasının”; - “bundan başqa 14.04.2011-ci ildən 12.04.2019cu il tarixə kimi işlədiyi 8 il ərzində yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsinin hesablanan pensiyanın üzərinə gəlinməsinin” - cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.” Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı apellyasiya şikayətində həmçinin müöbahisəlndirmişdir ki, o, 14.08.2011-ci il tarixdə pensiyaya çıxdıqdan sonra, 2019-cu ilə çalışmış pullar ona verilmişdir. Xüsusi şərtlərlə əmək pensiyaları müəyyən edilmiş şəxslərin əmək pensiyaları və əlavələrin ödənilməsi qaydaları “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsi ilə tənzimlənir. Odur ki, işlədiyi həmin dövrdə pul təminatları nəzərə alınmaqla yenidən hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2079/2021 saylı 03.09.2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan RespublikasıAli Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2423/2021 saylı 21.12.2021-ci il tarixli qərarı qismən təmin edilmiş, apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, cavabdeh və apellyasiya məhkəməsi iddiaçının bundan sonra da işlədiyini, yəni, qulluq illərinə görə pensiya təyin edildikdən sonra da işlədiyini və həmin müddətdə müəyyən ödənişlər aldığını nəzərə almamışlar, halbuki sözügedən ödənişlər “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəalarının tələbləri baxımından araşdırılaraq onlarla əlaqədar qanuni qərar qəbul edilməlidir. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbinin dəliqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, tələbini 24.02.2022-ci il tarxdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizəsində dəqiqləşdirərək məhkəmədən pensiyaya çıxdıqdan sonra 14.08.2011-ci il tarixində 12.04.2019-cu il tarixə kimi işlədiyi 7 il 8 ay müddətində yığılan pul məbləğinin onun hazırda aldığı 2017-2019-cu illərə dair 2.684,00 manat pensiyanın üzərinə ggəlinərək ona ödənilməsinin icra olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Onun ərizəsi nəzərə alınmaqla, Bakı Apellyasiya məhkəməsinin 28.04.2022-ci il tarixli qərardadı ilə 14.08.2011-ci il tarixdə pensiyaya çıxdıqdan sonra 2011-2019-ci llərdə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə yeni qərar qəbul edilməsi kimi dəqiqləşdirilmiş tələb kimi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəqiqləşdirilməş iddia tələbi hissəsində birinci instansiya məhkəməsi tərəfindən tələbinin rədd olunmasını əsassız hesab edərək, 2011-2019-cu illərdə fərdi hesabının sığorta hissəsində yığılan pensiya kapitalı nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının dəqiqləşdrilmişq iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məcəllənin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində işə baxılaraq, həmin hədd daxilind onun birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi üzrə 2011- 2019-cu illərdə çalışdığı dövrdrə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı 06.01.1993-cü il tarixdən 23.01.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi, 23.01.1996-cı ildən 14.03.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifəsində işləmiş, 14.03.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, 14.08.2011-ci il tarixdə ona «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci və 20.13-cü maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddələrinə əsasən 25 il xidmət etdiyinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir ki, işin qeyd olunan bu halları tərəflər arasında mübahisələndirilmir. Eyni zamanda, işin mübahisələndirilməyən halına görə iddiaçı 14.08.2011-ci il tarixdə əmək pensiyasına çıxdıqdan sonra da, prokurorluq orqanlarında 2019-cu ilə kimi xidmətini davam etdirmiş və yalnız Azərbaycan Respublikası Baş Prokurorunun 12.04.2019-cu il tarixli 11/147-k saylı əmri ilə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Qüvvədə olan “Əmək pensiyaları Qanunun 37.3.1-ci maddəsi nəzərdə tutur ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.” Məhkəmənin tapşırığına əsasən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, İddiaçı pensiyaya çıxdıqdan sonra, onun 2011-2019-cu illərdə çalışdığı dövrə aid fərdi hesabından görünür ki, həmin dövrdə onun hesabının sığorta hissəsində 79.852,40 manat pensiya kapitalı yığılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 37.3.1-ci maddəsi nəzərdə tutur ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.” Göründüyü kimi , Qanunun qeyd olunan tələbindən irəli gələn şərtlər iddiaçı tərəfindən yerinə yetirilir. Belə olan halda, iddiaçı, onun pensiya kapilı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Başqa sözlə, dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM m.14.3). Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən onun həmin pensiya kapitalı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmasından imtina etməsi onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsində isə nəzərdə tutulur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə, işi hərtərəfli araşdırmamış, mübahisələndirilən dövr üzrə iddiaçının pensiya kapitalına malik olması aydınlaşdırılmamış, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi düzgün təfsir olunmamış, bütün bunların nəticəsi olaraq məhkəmə, iddiaçının pensiya kapitalına görə əmək pensiyasının yenidən hesablanması barədə tələbini əsassız olaraq rədd etmişdir, Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarını mübahisələndirilən hissədə əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşır və dəqiqləşdirilmiş iddia tələbi dənəzərə alınmaqla, yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(112)-1508/2021 saylı qərarı ləğv edilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin olunmalı və 14.08.2011-ci il tarixdə pensiyaya çıxdıqdan sonra, onun 2011- 2019-ci llərdə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(112)-1508/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia (dəqiqləşdirilmiş) təmin edilsin. İddiaçı 14.08.2011-ci il tarixdə pensiyaya çıxdıqdan sonra, onun 2011-2019-ci llərdə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar