Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1127/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qardaşı) X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya kimi torpaq sahəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7745/2022 saylı 22 avqust 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona kompesasiya kimi 8 sot torpağın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2022 saylı 22 avqust 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmamsı qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı nümayəndəsi (qardaşı) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin üzürlü hesab edilərək bərpa edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2022 saylı 22 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı onun bacısıdır, hüquqi savadsızlığı nəticəsində şikayət müddətini ötürmüşdür. Həmçinin xəstəliyi səbəbindən həmin işlə maraqlana bilməmiş, bu səbəbdən də müddətin üzürlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (qardaşı) X6 məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştrakçılarının izahatlarını dinləyib, iş materiallarını və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7745/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı poçt vasitəsilə xx.xx.2022-ci il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “İddiaçı” yazılaraq imza edilməklə (i.v. 56) qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmçinin həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Belə olan halda xx.xx.2022-ci il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət xx.xx.2022-ci il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur ki, bununla da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçının nümayəndəsi “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində və məhkəmə iclasında məhkəmə qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini iddiaçının savadsızlığı, buna görə də onun Ukrayna Respublikasından qayıtmasını gözləməsi, onun isə Ukraynadan gec qayıtması və sənədlərlə tanış olduqdan sonra şikayət vermək niyyətində olması ilə izah etmiş, buna görə də apellyasiya şikayətinin vaxtında verilməsinin mümkün olmadığını bildirmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin ölkə xaricində olmasına baxmayaraq, iddiaçının həmin qərardaddan şikayət vermək imkanı olmuş, lakin bu müddətdə o, həmin hüququndan səmərəli istifadə etməmişdir, apelyantın göstərdiyi dəlillər isə onun tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxıldığı üçün onun bərpa edilməsinə əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Hazırki işdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməməklə yanaşı, həmin müddət bitdikdən sonra da onun üzrlü səbəbdən ötürülməsinin əsası kimi istinad etdiyi halların baş verməsindən dərhal sonra deyil, bundan xeyli müddət keçdikdən sonra, yəni təxminən 1 ay 6 gün sonra məhkəməyə müraciət etmişdir. X8 Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün keçdikdən xeyli sonra təqdim etmişdir ki, bu da onun tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəbdən ötürüldüyü üçün onun bərpası ilə bağlı verilmiş ərizənin təmin edilməməsi üçün əsas yaradır. Belə olan halda “prosessual müddətin bərpası” barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçının nümayəndəsi (qardaşı) X6 tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2022 saylı 22 avqust 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1127/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1127/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver