Məhkəmə qərarları › İş №2-1(103)-1128/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1128/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1128/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 X1 iştirakları ilə, İddiaçı Kildyakova (Statsenko) Tatyana Borisovnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-603/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Kildyakova (Statsenko) Tatyana Borisovna xx.xx.2018-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə (iddia ərizəsi iddiaçının nümayəndəsi X8 tərəfindən imzalanmışdır) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur, Xətai rayonu ərazisindəki 27 saylı orta məktəbdə təhsil aldıqdan sonra, təhsilini “Azərneft” texnikumunda davam etdirmişdir, 1975-1978-ci illərdə X19 rayon filialında işləmişdir, daha sonra əmək fəaliyyətini 1981-1989-cu illərdə VNİİ “Olifin” institutunda laborant vəzifəsində çalışmışdır, onun doğum haqqında şəhadətnaməsi xx.xx.1952-ci il tarixdə İS №847790 seriya ilə 1170 nömrəli qeydlə Bakı şəhəri, Xətai rayonu VVAQ şöbəsi tərəfindən verilmişdir. Onun atası X15 Bakı şəhərində anadan olub, X18 illərində 1944-cü ilin 7 mart tarixindən hərbi qulluqda olub, 1980-ci ilin may ayının 2-də vəfat edib, anası X9 Bakı şəhərində anadan olub, xx xxxxx 1999-cu ildə Bakı şəhərində vəfat edib. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixində iddia tələbini dəqiqləşdirərək xx.xx.1952ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli məhkəmə iclas protokoluna əsasən iddiaçının ərizəsinin icraata qəbul edilməsi qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdeh2ndən məlumat məhkəməyə daxil olanadək iş üzrə məhkəmə iclasının qeyri-müəyyən tarixə tərixə salınması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 603/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-603/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Kildyakova T.B. Rusiya Federasiyasına ərinin yanına gedərkən 1990-cı ildə mübadilə yolu ilə mənzilini satmışdır və o, yəni X10 ünvan 1 ünvanından ünvan 2alınmışdır. Sonuncu ünvandan qeydiyyatdan çıxarıldıqdan sonra Kildyakova T.B. ünvan 3 ünvanında yerləşən atasının mənzilində, yəni "ata ocağında” qeydiyyata alınmalı idi. Lakin səhvən ünvan göstərilmədən qeydiyyatdan çıxarılmışdır. Bu isə, onun ünvan 4 ünvanında qeydiyyata alınmasına rədd cavabının verilməsinə səbəb ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1128/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Kildyakova (Statsenko) Tatyana Borisovnanın nümayəndəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixində iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə dair əlavə verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-603/2019 nömrəli qərarının ləğv edilməsini və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq iş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə-anketdə müraciət edən şəxsin imzası hissəsindəki imzanın ona məxsus olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -X12 xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuşdur (Bakı şəhəri Şaumyan rayon VVAQ Şöbəsinin xx.xx.1952-ci il tarixli İE 847790 №-li Doğum haqqında Şəhadətnaməsi, bu haqda doğum aktlarının qeydiyyatı kitabında 1952-ci ilin oktyabr ayının 24-cü günündə 1170 nömrə ilə akt qeydi tərtib edilmişdir, valideynləri: atası X15, milliyəti-rus; anası X13, milliyəti-yunan, qeydiyyat yeri: Bakı şəhəri Şaumyan VVAQ şöbəsi). -Nikahın bağlanması haqqında xx.xx.1978-ci il tarixli, İİ-JQ №259114 nömrəli şəhadətnaməyə (bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1978-ci ilin iyul ayının 15-ci günündə №2610 ilə qeyd aparılmışdır) əsasən qeyd edilmişdir ki, X14 doğulduğu tarix:xx.xx.1955-ci il; doğulduğu yer:Bakı şəhəri, Azərbaycan SSR və X12 doğulduğu tarix:xx.xx.1952-ci il; doğulduğu yer: Bakı şəhəri, Azərbaycan SSR; xx.xx.1978ci il tarixində nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra soyadlar: ərin-Kildyakov, arvadın-Kildyakova, qeydiyyat yeri: Azərbaycan SSR Bakı şəhəri Səadət sarayı -Kildyakova (Statsenko) Tatyana Borisovna hazırda Rusiya Federasiyasının vətəndaşıdır (64№6599941 Pasport). -Kildyakova (Statsenko) Tatyana Borisovna Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən həmin məsələ araşdırılmış və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır (Xidmətin xx.xx.2018-ci il tarixli ******* №-li Qərarı, qərarı imzalayan şəxs vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov). -İmtinanın səbəbi kimi AR Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №- li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.11-ci və 4.1-ci bəndi qeyd olunmuşdur. Kildyakova (Statsenko) Tatyana Borisovnanın Azərbaycan Respublikasında yaşayış üzrə qeydiyyatının olmaması müəyyən edilmişdir (Xidmətin sistemdən çıxarışı). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 087-30507S-3218 nömrəli məktubuna (imzalayan şəxs rəis Ədalət Abbasov) əsasən qeyd edilmişdir ki, X7 və X6 ünvan 6 ünvanına qeydiyyata alınmağı ilə bağlı Bakı şəhəri Cavabdeh2nə ünvanlanmış müraciətinizə İdarənin Q və ŞVŞ-də baxılmışdır. Göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini Q və ŞVŞ-nə təqdim etməlisiniz. - 23AA8228895 nömrəli, xx.xx.2018-ci il tarixində 10 il müddətinə verilmiş etibarnaməyə (etibarnamə Abinsk notarial dairəsinin notariusu X17 tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü, doğulduğu yer: Azərbaycan SSR, Bakı şəhəri; vətəndaşlığı:Rusiya, cinsi:qadın, xx.xx.2002-ci ildə Krasnodar diyarı Abinsk rayonu üzrə Daxili işlər şöbəsi (bölmə kodu:232-026) tərəfindən verilmiş ********** saylı pasportunun sahibi, yaşadığı ünvan: Krasnodar diyarı, Abinsk şəhəri, Krılov küçəsi, ev №76, korpus B olan vətəndaş X10 həmin etibarnamə ilə xx.xx.1959-cu il təvəllüdlü, doğulduğu yer: Azərbaycan, Şəxsi № 11N5W0W, vətəndaşlığı: Azərbaycan Respublikası, cinsi:kişi, xx.xx.2017-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P AZE C01502259 saylı pasportunun sahibi, yaşadığı ünvan: Azərbaycan Respublikası, ünvan 8daş X8. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 087-8370-1219 nömrəli məktubuna (məktub xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Müşviq Abbasov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, müvafiq qanunvericiliyə əsasən hər bir vətəndaş barəsində məlumatın sistemə salınması üçün onun adına kod verildikdən sonra salına bilər. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixində doldurulmuş Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə-anketdə şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi-64 № 6599941; verilmə tarixi-xx.xx.2012-ci il; etibarlılıq müddəti-xx.xx.2017-ci il qeyd edilmişdir, lakin iş materiallarında olan ** AA ***8895 nömrəli etibarnamədə isə pasportun nömrəsi 03 03 703546, verilmə tarixi isə xx.xx.2002-ci il göstərilmişdir. Hazırda iddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır; 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir; 3.13-cü bəndinə əsasən sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır; 4.1-ci bəndinə əsasən - bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; - 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; - Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; - Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda 1) doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 2) doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; - Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; - əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; - əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; - uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; - Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; - valideynlərindən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. 5.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qərarı iddiaçının ünvan 9 ünvanına göndərilmiş, lakin SS615346075AZ ştrixkodlu zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanunu xx.xx.1998-ci il tarixdə qüvvəyə minmiş və qanunvericiliyin məzmunundan görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onun xx.xx.1998-ci il tarixə qədər Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması zəruridir. İddiaçı Azərbaycan SSR-də doğulsa da, Rusiya Federasiyasının vətəndaşı olmuş və onun 1998ci il tarixədək yəni, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. İş materiallarında olan arayışa (arayış Nizami RPİ-nin QMB-nin rəisi polis polkovnikleytenantı A.Babayev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, X10 xx.xx.1975-ci il tarixində Nizami RPİ-nə müraciət edərək həmin tarixdən xx.xx.1978-ci il tarixə kimi ünvan 10 ünvana qeydiyyata düşmüşdür. Lakin T.Borisovna xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi ünvan 11 ünvanda qeydiyyata düşmüşdür. Sonra isə yenidən Bakı şəhəri, Nizami rayonuna qayıdaraq xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə kimi Ş.Mirzəyev küçəsi, ev 76, mənzil 62 saylı ünvanda qeydiyyatda olmuşdur. T.Borisovna xx.xx.1990-cı il tarixdən də 2000-ci ilə kimi Bakı şəhəri, ünvan 10 mənzildə yaşamışdır. Göstərilənlərə əsasən T.Kildyakova həmin müddət ərzində Azərbaycan Respublikası, Bakı şəhərində yaşaması, xx.xx.2020-ci il tarixli, **********262 nömrəli ərizəyə əsasən tərəfimizdən tanınır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlər şahid ifadələri əsasında qeyd edildiyindən və iddiaçının göstərilən ünvanlarda həqiqətən qeydiyyatda olması hər hansı bir sənədlə təsdiq edilmədiyindən məhkəmə tərəfindən mötəbər sübut sayılmır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-603/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı Kildyakova (Statsenko) Tatyana Borisovnanın apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 603/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar