Məhkəmə qərarları › İş №2-1(103)-1129/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1129/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1129/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10059/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialının üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından təyin olunmaqla 2021-ci il dekabrın 13-dən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1961-ci il dekabrın 13-də anadan olmuşdur. 1980-ci il noyabrın 14-dən 1982-ci il noyabrın 15-dək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra (2 il); 1982-ci il dekabrın 20-dən 1983-cü il mayın 04-dək Mirbəşir ictimai iaşə birliyində (OBPİT) fəhlə işləmiş (4 ay. 15 gün), 1983-cü il iyunun 22-dən 1984-cii il avqustun 21-dək RF Orenburq şəhərində "Asbest Dağ-Zənginləşdirici Kombinatı”nın üyüdülmə və çeşidləmə kompleksinin avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsində işləmiş (1 il 2 ay); 1984-cü il avqustun 21-dən 1987-ci il fevralın 27-dək X2 Texnikumunda oxumuş və "Dəmiryol nəqliyyatının yol tikinti maşınları” ixtisası üzrə təhsil almış (2 il 5 ay 26 gün); 1987-ci il mayın 25-dən RF Orenburq teplovaz təmiri zavodunda nəqliyyat sexinə d/у sahəsinə usta vəzifəsinə işə qəbul edilmiş. 1987-ci il noyabrın 13-də dəmiryolu fəhləsi kimi işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli əmrlə fabrikin asbest zənginləşdirici sexinin çəkməqablaşdırma maşınlarının maşinist köməkçisi vəzifəsinə keçirilmiş. xx.xx.1989-cu il tarixli əmrlə qablaşdırma-tikiş maşınlarının 3-cü dərəcəli maşinist köməkçisi fəzifəsinə keçirilmiş və 1990-cı il aprelin 09-da işdən azad olunmuş ( 2 il, 11 ay, 14 gün); 1990-cı il mayın 17-də Bakı kartonpoliqrafiya kombinatının mexanika sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş və 1990-cı il dekabrın 01-də işdən azad olunmuş (6 ay, 13 gün); 1990-cı il dekabrın 12-də Bakı Şin Zavoduna Vulkanizasiya sexinə vipresovkaların kəsicisi kimi işə qəbul edilmiş və 1991-ci il aprelin 18-də işdən azad olunmuş (4 ay 6 gün); 1991-ci il aprelin 29-da "Azenerji” ASC-nin mərkəzləşdirilmiş təmir sexinə istilik avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş. 1993-cü il 27 aprel tarixli əmrlə ona 5-ci dərəcəli çilingər verilmiş. 1995-ci il iyunun 11-də işdən azad edilmiş, işlədiyi sahə karbon qazının yüksəkliyi, işıqlanma, səs-küylü əməyin ağırlığı və yeknəsəkliyi gərginlikdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 24- cü bölməsinin ”a“ bəndinə, yəni qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlarda elektrik çilingərləri peşəsinə uyğun olmuşdur, güzəştli şərtlərlə əmək stajı 4 il. 1 ay. 2 gün təşkil etmişdir; 1995-ci il iyunun 14-dən həmin idarənin Bakı qazan mexaniki yığma sexinə 5-ci dərəcəli yığıcı çilingər vəzifəsinə işə qəbul edilmiş. xx.xx.1996-cı il tarixli əmrlə qazan avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə, xx.xx.1997-ci il tarixli əmrlə mexaniki yığma sexinə 5-ci dərəcə çilingər vəzifəsinə keçirilmiş. 2002-ci il fevralın 20də işdən azad olunmuş, işlədiyi sahə mexaniki yığma, qapalı sahədə səs-küylü və havanın rütubətli olması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 24-cü bölməsinin ”a” bəndinə uyğun olmuşdur, güzəştli şərtlərlə əmək stajı 7 il 8 ay 6 gün təşkil etmişdir; 2006-cı il aprelin 04- dən ’’Azenerji" ASC və "xxxx" MMCnin X1 və Təmiri İdarəsinin elektrik hissələrinin hazırlanması və təmiri sexinin Mexaniki Yığma sahəsinə 5-ci dərəcəli çilngər vəzifəsi üzrə işə qəbul edilmiş. 2009-cu il oktyabrın 01-də işdən azad olunmuş, işlədiyi sahə mexaniki yığma, qapalı sahədə səs-küylü və havanın rütubətli olması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin ”a” bəndinə uyğun olmuş, güzəştli şərtlərlə əmək stajı 3 il 5 ay 27 gün təşkil etmişdir; 2010-cu il sentyabrın 15-də ” SOCAR” ’’Neftqaztikinti” Tresti 4 saylı Tikinti Quraşdırma idarəsinə baş mexanika şöbəsinin mexaniki təmir qrupuna 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmiş. 2011-ci il sentyabrın 09-da 3 saylı dəniz sahəsinə keçirilmiş, 2016-cı il dekabrın 30-da işdən azad olunmuş, iş stajı 6 il 3 ay 15 gün təşkil etmişdir; 2017-ci il martın 27-də ’’SOCAR” Abşeron Qazma Şirkətinin Xəzər Dənizində yerləşən qazanxana qurğusu-buxar sexinə qazanxana operatoru vəzifəfinə işə qəbul edilmiş, hazırda da orada işləyir (işlədiyi sahə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədir) iş stajı 6 il 3 ay; Hazırkı dövrə qədər ümumi iş stajı 37 ildən artıq, 2009-cu il oktyabrın 01-dək zərərli və ağır istehsal sahəsində güzəştli şərtlərlə iş stajı 15 ildən artıq təşkil edir. O, 1980-cı il noyabrından pensiya yaşı çatanadək, yəni 2021-ci il dekabrın 13-dək 35 il ümumi, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə 2 saylı Siyahı üzrə ağır və zərərli istehsal sahəsində isə 15 il əmək stajına malik olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması ilə bağlı cavabdehə yazılı surətdə müraciət etmiş, lakin cavabdeh 28 aprel 2023-cii il tarixli 3-17-1/22/94000/2023 №-li məktubla “Azərenerji" ASC “Bakı İstilik Elektrik Mərkəzi" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9- 104/01/01/4 №-li və “Azenko" ASC-nin xx.xx.2023-ii il tarixli 06 №-li və 07 №-li ona verilmiş arxiv arayışlarında istinad edilən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığı göstərilməklə güzəştli iş stajının olmadığı əsası ilə bundan imtina etməklə qanunla qorunan hüquqlarını pozmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-94000/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və abonentlərə ayrılan yerlərədək yeraltı su kəmərlərinin, kamerlərin və arxların xidməti ilə daim məşğul olan isti şəbəkələrin xidməti üzrə çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" MMC-nin mərkəzləşdirilmiş təmir sexində istilik avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Dövlət Şirkətində və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr "xxxx" ASC, "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli, 13- 9-104/01/01/4 nömrəli və "xxxx" ASC-nin iddiaçıya dair arayışlarında istinad edilən vəzifələr, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (12 il 6 ay) güzəştli stajı mövcud deyil. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10059/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş və İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - "xxxx" ASC "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilən 13- 9 №104/01/01/4 nömrəli xx.xx.2023-cü il tarixli güzəştli arayışa əsasən: Mərkəzləşdirilmiş təmir sexi-İstilik avadanlıqlarının təmiri üzrə 4 dər. çilingər - (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) xx.xx.1991-ci ildən (əmr № 34/K xx.xx.1991-ci il) Mərkəzləşdirilmiş təmir sexi - İstilik avadanlıqlarının təmiri üzrə 5 dər. çilingər -xx.xx.1993cü ildən (əmr № 43/K /L xx.xx.1993-ci il) Öz xahişi ilə tutduğu vəzifədən azad edilib. xx.xx.1995-ci ildən (əmr №34/Ş xx.xx.1995-ci il) "xxxx" ASC-nin əmrlərinə əsasən "xxxx" adına Bakı 1№-li İEM Ə.Bayramzadə adına (Əmr № 161, xx.xx.1992-ci il), MMC "xxxx" MMC (Əmr № AÜ/008, xx.xx.2006-cı il) adlandırılmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı ümumi: 4 il, 1 ay, 2 gün Güzəştli şərtlərlə əmək stajı: 4 il, 1 ay, 2 gün İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Karbon qazının yüksəkliyi, işıqlanma, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyj gərginlikdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölmə, “a” bəndinə uyğundur. - "xxxx" ASC-nin 06 nömrəli, xx.xx.2023-cü il tarixli güzəştli arayışına əsasən: “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə 5-ci dərəcəli çilingər. Güzəştli şərtlərlə əmək stajı: 6 il, 8 ay, 6 gün Mexaniki yığma, qapalı sahədə səs-küy, havanın rütubətliyindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölmə, “a” bəndinə və (və ya) 2140000a-18455 vəzifə koduna uyğundur. - AZENCO” ASC-nin 06 nömrəli, xx.xx.2023-cü il tarixli güzəştli arayışına əsasən: “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə 5-ci dərəcəli çilingər. Güzəştli şərtlərlə əmək stajı: 3 il, 5 ay, 27 gün Mexaniki yığma, qapalı sahədə səs-küy, havanın rütubətliyindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölmə, “a” bəndinə və (və ya) 2140000a-18455 vəzifə koduna uyğundur. - "xxxx" ASC-nin məhkməyə ünvanlandığı İddiaçı əmək fəaliyyəti barədə T-2 Şəxsi vərəqədən görünür ki, -1995-ci il iyunun 14-dən Bakı qazan mexaniki yığma sexinə 5-ci dərəcəli yığıcı çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli əmrlə qazan avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə, xx.xx.1997-ci il tarixli əmrlə mexaniki yığma sexinə 5- ci dərəcə çilingər vəzifəsinə keçirilmiş, 2002-ci il fevralın 20-də işdən azad edilmişdir. 2006-cı il aprelin 04-dən ’’Azenerji" ASC və "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin elektrik hissələrinin hazırlanması və təmiri sexinin Mexaniki Yığma sahəsinə 5-ci dərəcəli çilngər vəzifəsi üzrə işə qəbul edilmiş, 2009-cu il oktyabrın 01-də işdən azad edilmişdir. - Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etirazında bildirilmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-94000/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və abonentlərə ayrılan yerlərədək yeraltı su kəmərlərinin, kamerlərin və arxların xidməti ilə daim məşğul olan isti şəbəkələrin xidməti üzrə çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" MMC-nin mərkəzləşdirilmiş təmir sexində istilik avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Dövlət Şirkətində və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr "xxxx" ASC, "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli, 13-9-104/01/01/4 nömrəli və "xxxx" ASC-nin iddiaçıya dair arayışlarında istinad edilən vəzifələr, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (12 il 6 ay) güzəştli stajı mövcud deyil. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, iddiaçıya 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 60 yaşının tamam olduğu tarixə 25 il ümumi iş stajl və 12 il 06 ay güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ümumi stajı ən azı 35 ildir. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: - "xxxx" ASC-nin arayışından məlum olur ki, İddiaçı güzəştli şərtlərlə əmək stajı: 6 il, 8 ay, 6 gün. Mexaniki yığma, qapalı sahədə səs-küy, havanın rütubətliyi ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölmə, “a” bəndinə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №- li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının 2140000a-18455 vəzifə koduna (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) uyğundur. - "xxxx" ASC-nin arayışından məlum olur ki, İddiaçı güzəştli şərtlərlə əmək stajı: 3 il, 5 ay, 27 gün. Mexaniki yığma, qapalı sahədə səs-küy, havanın rütubətliyindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölmə, “a” bəndinə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 №- li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının 2140000a-18455 vəzifə koduna (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) uyğundur. - "xxxx" ASC tərəfindən verilən arayışda iddiaçının xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə çilingər peşəsi üzrə işlədiyi və adıçəkilən peşə karbon qazının yüksəkliyi, işıqlanma, səs-küylü əməyin ağırlığı və yeknəsəkliyi gərginlikdən ibarət olmaqla “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsi “a” bəndi ilə müəyyən edilmiş əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verdiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi çilingər peşəsinin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər peşəsinə uyğun olması iş yeri tərəfindən verilən həm arayışla, həmçinin məhkəmənin sorğusuna əsasən iddiaçının əmək fəaliyyəti barəsində şəxsi vərəqə ilə təsdiq olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci ilədək cəmi 35 ildən artıq ümumi iş stajı və 14 il 3 ay 5 gün əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10059/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10059/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar