Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-113/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Laçın Rayon 13 saylı X9, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon “X2 İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya xx.xx.2012-ci il (57 yaşdan) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək stajını təsdiqləyən sübut qismində xx xxxxxxx 1977-ci il tarixdə açılmış İT-İ seriyalı, ******* saylı əmək kitabçasına istinad edir. Halbuki, əmək kitabçasının 48-49-cu səhifələrində “Laçın rayon” X2 İdarəsi”ndə xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasında işlədiyi dövr qeyd edilən tarixdən əvvəlki dövrlərdə işlədiyi “Baytarlıq Stansiyasının möhürü ilə təsdiqlənmişdir. Digər tərəfdən, iddiaçıya məxsus əmək kitabçasının 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər edilmişdir. Həmin düzəlişlərin aparılması səbəbi və əsası qeyrimüəyyəndir. İddiaçının ümumi iş stajının müəyyənləşdirilməsi məqsədilə idarə təqdim etdiyi sənədəki-əmək kitabçasındakı qeydlərin mötəbərliyi şübhə altındadır. Həmin qeydlər ümumi əmək stajını təsdiqləmək baxımından etibar ediləsi qeydlər deyil. İddiaçının güzəştli iş stajı ilə bağlı da təqdim etdiyi sənəd qeyri-mötəbərdir. İddiaçı əl yazısı ilə doldurulmuş bir arayış təqdim edir və həmin arayış güzəştli iş stajının təsdiqləndiyini iddia edir. Halbuki: - arayış standart blank üzərində əl yazısı ilə doldurulub; lakin həmin arayışın hansı şəxs tərəfindən doldurulduğu bəlli deyildir; İmzaların da hansı şəxslər tərəfindən edildiyi qeyri - müəyyəndir; - arayışda tarix və nömrə yoxdur; - arayışdaki möhürün həqiqətən də onu verən, daha doğrusu, verdiyi iddia olunan təşkilata məxsus olub-olmadığı qeyri-müəyyəndir. Fərz edilsə ki, iddiaçı, tələb edilən ümumi və güzəştli əmək stajına malikdir. Bu halda belə, ona 2012-ci il tarixdən müraciət etdiyi tarixə qədər olan dövr üzrə toplanmış pensiya məbləğinin, özü də birdəfəlik ödənilməsi ƏPQ-nin tələblərinə ziddir. Belə ki, ƏPQ-nin 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf şikayətə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsi iddiaçının müraciətinə verilən xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərmişdir: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz xx xxxxxxx 1977-ci il tarixində açılmış ИТ-İ ******* nömrəli əmək kitabçanızın 48-49-cu səhifələrində Laçın rayon “X2 idarəsi”ndə xx.xx.1987-21.11 1991-ci il tarixləri arasındakı işlədiyiniz dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə işlədiyiniz “Baytarlıq Stansıyası”nın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçanızın 44- 45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər olunduğu aşkar görünür. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə qarşı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon "X2 İdarəsi”ndə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Laçın Rayon 13 saylı X9, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon “X2 İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya xx.xx.2012-ci il (57 yaşdan) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə iddiaçıya tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 57 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2012-ci il tarixdə tamamlamışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli xx.xx.1977-ci il tarixli Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Baytarlıq stansiyasında sürücü; xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X10 sürücü; xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Yük Avtomobili parkında 3-cü dərəcə üzrə sürücü; xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon X2 İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçı; xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 1 №-li X7 İdarəsində 4-cü daha sonra 5-ci dərəcə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Adı çəkilən maddənin “v” bəndinə görə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir: Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, əmək kitabçasının 44-45 səhifələrində sonradan düzəlişlər olunmuşdur, əmək kitabçasının 48-49-cu səhifələrində qeyd olunan Laçın Rayon “X2 İdarəsi”ndə xx.xx.1987- xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddət ondan əvvəlki dövrlərdə işlədiyi “Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmişdir. Əmək kitabçasının 44-45 səhifələrində sonradan düzəlişlər olunması barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən düzəliş, yəni “уволить” sözü iddiaçının iş yerindən azad olunmasını göstərir, həmin səhifədə qeyd edilən tarixlərdə hər hansı düzəlişin edilməsi aşkar görünmür. Həmçinin, düzəliş olunan “уволить” sözü iddiaçıya iş stajı vermir, əksinə iddiaçının işdən azad olunmasını göstərir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq onu da qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının 44-45 səhifələrində iddiaçının X10 sürücü vəzifəsindən azad olunması barədə xx.xx.1981-ci il tarixinə dair qeyd həmin səhifədə qeydin əsasında verildiyi və hesabandığı əmrin tarixi ilə eynilik təşkil edir. İşin bu halı da cavabdehin iddia etdiyi həmin səhifədə düzəliş edildiyi və ya bu düzəlişlə əlaqədar işdən çıxma barədə qeydlərin əsassız olmasını istisna edir. Bununla yanaşı, Kollegiya hazırki mübahisənin həlli üçün əhəmiyyətli olan cavabdehin mübahisələndirdiyi dövrün yoxlanılmasının məcburetmə iddia növü üzrə “hüququn mövcudluğu”nun yoxlanılması baxımından zəruri olduğunu, cavabdehin apelyasiya şikayətində də təqdim edilmiş əmək kitabçasının mötəbərliliyinin mübahisələndirildiyini nəzərə alaraq xx xxxxxxxx 2020-ci il tarixli qərardadla iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin etmiş, ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: Tədqiqata təqdim edilmiş İddiaçı məxsus ИT-İ ******* nömrəli əmək kitabçasının 48-49-cu səhifələrində olan möhür hansı idarə və ya müəssisəyə məxsus olduğu müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/769 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş İddiaçı verilmiş ИТ-1№ ******* saylı əmək kitabçasının 48-49-cu səhifələrində olan möhür əksləri sənəd üzərinə bir başa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş əmək kitabçasının 48-49-cu səhifələrində olan möhür əkslərinin məzmunlarını müəyyən etmək üçün Leica M 205 C” mikroskopu, «Foster- Freeman» firmasının istehsalı olan VSC-6000/HS markalı video komporator (ultrabənövşəyi, infraqırmızı şüaları) vasitəsilə tədqiqatlar aparıldı. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, möhür əkslərinin və onların üzərlərindəki əlyazma mətnin rəngləyicilərinin intensivliyi eyni olduğu üçün möhür əkslərinin məzmunlarını müəyyən etmək mümkün olmadı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Kollegiya cavabdehin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, inzibati orqan mübahisələndirdiyi dövrün əsassızlığı ilə bağlı sübutları nə inzibati icraat zamanı araşdıraraq müəyyən etmiş, nə də bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir Məhkəmə icraatı zamanı isə təqdim edilmiş əmək kitabçası, ekspert rəyi nəzərə alınmaqla iddiaçının işlədiyi xx.xx.1987- xx.xx.1991-ci il tarixləri arasındakı dövrün təsbit olunduğu əmək kitabçasındakı qeydlərin əsassızlığı ilə bağlı hər hansı hal müəyyən olunmamışdır. Belə olan halda qeyd edilən dövr də iddiaçının əmək pensiyası hüququ verən ümumi iş stajına hesablanmalıdır. Beləliklə, işdən görünür ki, iddiaçı 25 ildən artıq (29 il 06 ay 08 gün) ümumi əmək stajına malikdir və tələb olunan 25 illik ümumi iş stajını xx.xx.2006-cı il tarixədək toplamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İş materiallarında olan 1 nömrəli X7 İdarəsinin arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 1 nömrəli X7 İdarəsində işlədiyi vəzifə (elektrik qaynaqçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı ilə (kod 23200000—19906) güzəştli şərtlərlə pensiya hüququ verir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(85)-1749/2018 saylı qərarı ilə İddiaçı iddiası təmin edilərək, iddiaçının xx xxxxxx 1992-cü il tarixdən xx xxxxxxx 2005-ci il tarixədək 1 nömrəli X7 İdarəsində elektrik qaynaqçısı işlədiyi müddətin əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi öhdəliyninin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(85)-1749/2018 saylı qərarı Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2-1(105)-560/2018 saylı qərarı və, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(102)-511/2019 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. Cavabdeh apelyasiya şikayətində iddiaçının güzəştli iş stajı ilə bağlı iş yerindən arayış təqdim edilməli olduğunu, təqdim etdiyi arayışın isə qeyri-mötəbər olduğunu və bununla da məhkəmə tərəfindən qəbul edilən dövrün iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmamalı olmasını mübahisələndirmişdir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının tələblərinə istinad etmişdir. Belə ki, adı çəkilən Qaydalara 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməsi tələb olunur. Kollegiya bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. İddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” qüvvədə idi və həmin qaydalarda isə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın təqdim olunması zərurəti işçinin əmək funksiyasının, yəni yetirdiyi işin və ya göstərdiyi xidmətin xüsusiyyətləri, zərərliliyinə dəlalət edən hallar aydın olmadığı hallardan yaranmışdır. Hazırki iş üzrə istər 1 nömrəli X7 İdarəsinin Arayışından irəli gələrək, istərsə də əmək kitabçasında işçinin qeyd olunmuş ən sadə halda- iş yeri, vəzifənin adı baxımından iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş Siyahısında göstərilən 23200000— 19906 koda əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab olunur. Cavabdehin apelyasiya şikayətində əsaslandığı daha bir dəlil ondan ibarət olmuşdur ki, iddiaçıya 2012-ci il tarixdən müraciət etdiyi tarixə qədər olan dövr üzrə toplanmış pensiya məbləğinin, özü də birdəfəlik ödənilməsi ƏPQ-nin tələblərinə ziddir. Bununla əlaqədar cavabdeh ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrinə istinad etmişdir. Belə ki, Qanunun adı çəkilən 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Kollegiya cavabdehin qeyd dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli Qərardadında göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İnzibati Prosessual Məcəllənin 98-1.1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Həmin Məcəllənin 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Eyni Məcəllənin 98-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, bu hissədə cavabdehin bildirdiyi dəlil qanunvericiliyin tələblərinə uyğundur. Yəni, iddiaçının pensiya hüququ 2012-ci il tarixdə yaransa da o 2017-ci il 01 iyul tarixədək yaranmış pensiyanın təyin olunması üçün xx.xx.2019-cu ildə cavabdehə müraciət etmişdir. Bu halda iddiaçı ödənilməmiş pensiya məbləğini hüququnun yarandığı gündən deyil, cavabdehə müraciət etdiyi vaxtdan əvvəlki üç il daxil olmaqla ödənilməsini tələb edə bilər. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunda ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə müddəa yoxdur. Yeni qanunvericilik pensiya fərqinin aylara bölünməklə aylıq pensiyaya əlavə şəklində ödənilməsini nəzərdə tutumuşdur. Belə olan halda da iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi barədə tələbi qanuni hesab edilə və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməli, ekspert tədqiqatına görə xərc müştərək qaydada tərəflərə aid edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Laçın Rayon 13 saylı X9, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon “X2 İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə həvalə edilsin. Ekspert tədqiqatına görə 61.52 manat xərc iddiaçıdan və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsindən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə (VÖEN **********, Hesab AZ34CTRE**********0002088501)ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Vüsalə Baxışova Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-1(103)-113/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-113/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver