Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-113/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızının Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 (digər İddiaçı1 Qulu qızının nümayəndəsi), Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2022 saylı 25 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 43 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X12, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 Qulu qızı və X10 ünvan 4 evdə qeydiyyatda olmaqla yaşamışlar. Həmçinin adı çəkilən ünvanda X10 qeydiyyatda olmuş və onunla Bakı şəhər Cavabdeh arasında notariat qaydada xx.xx.2018-ci il kompensasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 39.666 manat məbləğində kompensasiya almaqla Bakı şəhər Cavabdeh xeyrinə imtina etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 saylı Qiymətləndirmə Cədvəlindən görünür ki, ünvan 5 ünvanında yerləşən (4024/9 şərti kodu ilə işarələnmiş) “X13”na məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasiniıı Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla), ümumilikdə 39.666 manat məbləğində qiymətləndirilmişdir. Bunlan sonra iddiaçılar X11, X14, İddiaçı4, İddiaçı1 Qulu qızı və İddiaçı2 cavabdeh X6 qarşı iddia qaldıraraq qeydiyyatda olduqları ünvan 4 evin sökülməsinə görə Bakı şəhəri Cavabdeh tərəfindən cavabdehə ödənilmiş 39.666 manat məbləğində kompensasiyanın aralarında bərabər şəkildə 6 hissəyə bölünərək hər birinə 6.611 manat olmaqla, cəmi 33.055 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11707/2019 saylı 26 noyabr 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3877/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 (iddiaçıların atası) xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 39.666 manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onlar ünvan 6 ünvanda bu günədək qeydiyyatdadırlar. Cavabdeh qeyd edilən ünvanda yerləşən evi sökməklə iddiaçıların mənzil, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Belə ki, Vidadi küçəsi, 9 saylı evin sökülməsinə görə cavabdeh tərəfindən evin qonşuluğunda yaşayan və bu evdə sadəcə formal qeydiyyatı olan şəxs X6 39.666 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan sonra müvafiq olaraq Yasamal rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 2(004)-3858/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının hər biri ayırılıqda kompensasiya verilməsi ilə bağlı Cavabdehnə qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və hazırki mübahisə üzrə preyudisial xarakter daşıyır. Beləliklə, mübahisənin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ünvan 8 ünvanında yerləşən evin Bakı səhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olması, Bakı səhəri 53 saylı notariat ofisində təsdiq edilərək reyestrdə 3M-07-1815 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli kompensasiya müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən evin X6 məxsus hissəsindən 39666 manat kompensasiya müqabilində Bakı səhəri Cavabdeh xeyrinə imtina edilməsindən ibarətdir. Göründüyü kimi, məhkəmənin gəlmiş olduğu nəticəyə əsasən Cavabdeh tərəfindən X6 ödənilmiş kompensasiya yalnız ona məxsus paya aid olmuşdur. Belə olduqda evdən istifadə hüquqları olan şəxslərin bərabər hüquq və vəzifələrə malik olmasına əsaslanaraq hər bir istifadəçinin eyni kompensasiya almaq hüququ vardır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2(103)11707/2019 saylı 26 noyabr 2019-cu il tarixli qətnaməsi, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İKnın 18 avqust 2020-ci il tarixli 2(102)-3877/2020 nömrəli qərarı ilə X4, İddiaçı3, İddiaçı4, İddiaçı1 Qulu qızının və İddiaçı2 mübahisə predmeti olan evdə 1990-cı il tarixindən sonra yaşamamaları və başqa evə köçüb orda yaşamaları faktı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı “Məhkəmə qətnaməsi haqqında” Qərarına əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mübahisə predmeti olan evin siyahıya alınma zamanı iddiaçıların həmin evdən uzun müddət ərzində yaşamadıqları, yaşayış yeri üzrə qeydiyyatlarının formal olması və bu səbəbdən də istifadə hüquqlarının olmaması üçün kompensasiya almaq hüququ (subyektiv hüquq) yaranmamışdır. Bu baxımdan Mülki Məcəllənin 35.1-ci, 351.3-cü maddələrinin, eyni zamanda, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarının tələblərinə əsasən iddiaçıların Cavabdehnə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2022 saylı 25 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 39.666 (otuz doqquz min altı yüz altmış altı) manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızına ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən iş materiallarına düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçıların mübahisə predmeti olan evdə 30 ildən artıq yaşamadıqları ilə bağlı fakt öz təsdiqini tapmışdır, yəni qeyd olunan mənzil iddiaçıların 1990-cı ildən istifadələrində və sahibliklərində olmamışdır, əmlakın saxlanılması üçün iddiaçılar tərəfindən xərclər çəkilməmişdir. Lakin, məhkəmə öz mülahizəsinə görə qərara gəlmişdir ki, iddiaçılar sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduqları səbəbindən onlar kompensasiya almalıdırlar. Məhkəmənin bu mövqeyi tamamilə əsassızdır, çünki mövcud qanunvericiliyin tələblərinə görə şəxslərin yaşayış və olduğu yer üzrə qeydiyyata alınmanın məqsədi onların Azərbaycan Respubliakasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsidir. Belə olan halda, məhkəmə qanunvericiliyin tələblərini düzgün təfsir etməyərək yaşayış yeri üzrə iddiaçıların qeydiyyatının məqsədləri kimi məhs kompensasiya almaq hüququ ilə əlaqələdirməklə səhv nəticəyə gəlmişdir. Beləliklə, qeyd olunan hallara və iş materiallarında olan sübutlara məhkəmə düzgün hüquqi qiymət verməmişdir və nəticədə maddi və prosessual normaların pozulması ilə nəticələnmişdir. Məhkəmə qərar qəbul edərkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları və iş materiallarında olan sübutları araşdırmamışdır və yanlış hüquqi nəticəyə gəlmişdir. Məhkəmə bütün faktiki halları lazımınca araşdırmamışdır. Belə ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyatda olmalarının formal xarakterli olmasını araşdırmalı olmalı halda bunu etməmişdir. Nəticədə yanlış qərar qəbul etməklə alan orqan kimi Cavabdeh üzərinə kompensasiya öhdəliyini qoymaqla hüquqlarını pozmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İK-nın 26 noyabr 2019-cu il tarixli 2(103)11707/2019 nömrəli qətnaməsi, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 18 avqust 2020-ci il tarixli 2(102)-3877/2020 nömrəli qərarı ilə X4, İddiaçı3, İddiaçı4, İddiaçı1 Qulu qızının və İddiaçı2 mübahisə predmeti olan evdə 1990-cı il tarixindən sonra yaşamamaları və başqa evə köçüb orda yaşamaları faktı müəyyən edilmişdir. Yəni qeyd olunan mənzil iddiaçıların 1990-cı ildən istifadələrində və sahibliklərində olmamışdır, əmlakın saxlanılması üçün iddiaçılar tərəfindən xərclər çəkməmişdir. Məhkəmə bu hallara lazımı hüquqi qiymət verəcəyi halda iddiaçıların mübahisə predmeti olan evdə formal qeydiyyatda olmaları üçün kompensasiya almaq hüququ barədə subyektiv hüquqlarının olmaması qənaətinə gəlmiş olardı. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdi. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişlər ki, mübahisəli evdə təxminən 1999-cu ilədək yaşamışlar, bundan sonra ailə tərkibi genişləndiyi üçün yaşamaq üçün başqa yerə köçmüşlər, buna baxmayaraq həmin ev ayrı-ayrı dövrlərdə həm onlar, həm də 3-cü şəxs Arif Kərimov tərəfindən kirayəyə verilmiş, kirayə haqqını də bəzi vaxtlarda onlar, bəzi vaxtlarda isə 3-cü şəxs almışdır. Həmin evə dair kommunal ödənişlər sağlığında X8 tərəfindən edilmiş, lakin sonuncu öldükdən sonra evə dair xərclər onlar tərəfindən ödənilmiş, buna baxmayaraq qəbzlərdə ev Arif Əlimanovun adına olduğu üçün onun adı yazılmışdır. Odur ki, iddiaçılar apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən elektron kabinetə daxil olmuş ərizədə iddia tələbinə iddia müddətinin tətbiq edilməsi, qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərarq qəbul edilməsi xahiş edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan etiraz etmişdir. İddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə 39.666 manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin ödənilməsi” barədədir. Həmin tələbin təmin olunmasından cavabdeh inzibati orqan imtina etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıların tələbini təmin etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla məhkəmə kollegiyası bildirir ki, obyektiv araşdırma prinsipinin tələbinə əsasən birinci instansiyası məhkəməsinin araşdırma predmetini iddiaçıların yuxarıda qeyd olunan mənzilə dair əmlak hüquqlarının olub-olmamasının müəyyənləşdirilməsi təşkil etməli idi. İddiaçıların təkcə həmin mənzildə qeydiyyatda olmaları onların mənzilə əmlak hüquqlarının olmasını ehtiva etmir. Mənzildə qeydiyyatda olan hər hansı şəxsin münasibətindən asılı olmayaraq, sözügedən mənzilə əmlak hüququnun mövcudluğu cavabdehə qarşı kompensasiya ödənilməsi ilə bağlı müraciət etməsi üçün yetərli sayıla bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix başa düşülür. Həmin Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Həmin Qanunun 7-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. Bu Qanunun 7.3.5-ci maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Hazırki işdə iddiaçılar sözügedən evə əmlak hüquqlarının olmasını həmin evə qeydiyyatlarının olması və müəyyən dövrdə həmin evdə yaşamaları, kommunal xidmət haqlarını ödəmələri, başqa şəxslərin kirayəsinə vermələri ilə əsaslandırırlar. İş materiallarından müəyyən olunur ki, sözügedən ev mərhum X1 olmuş, həmin evdə onun bacısının əri, yəni iddiaçıların atası X11 1973-cü ildən yaşamış, orada övladları (iddiaçılar) olmuş, bir müddət həmin evdə X11 ailəsi ilə birlikdə yaşamış, sonradan başqa yerə köçmüş, həmçinin həmin evdə X10 1984-cü ildən qeydiyyatda olmaqla yaşamışdır. Həmin əmlak cavabdeh inzibati orqan tərəfindən alınmaya məruz qalan əmlak kimi alınarkən yalnız 3-cü şəxs X10 evdə faktiki yaşayan şəxs kimi inzibati icraata cəlb olunmuş və həmin ev qiymətləndirildikdən sonra müvafiq kompensasiya məbləği məhz həmin şəxsə ödənilmişdir. İddiaçılar (həmçinin mərhum ataları Qulu Hüseynov) X6 qarşı kompensasiya məbləğinin aralarında bərabər bölünməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışlar, lakin onların iddiası rədd edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırki işə birinci instansiya qaydasında baxmış məhkəmə yuxarıda adı çəkilən mülki iş üzrə iddiaçıların sözügedən evə dair istifadə hüquqlarının olduğu və 3-cü şəxslə bərabər hüquqlu olduqlarının müəyyən edilməsinə, buna görə də kompensasiya məbləğinin onların arasında bərabər bölünməli olduğuna istinad edərək iddianı təmin etmişdir. Qeyd olunan nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, yuxarıda adı çəkilən mülki məhkəmə icraatı qaydasında baxılmış iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində iddiaçıların mübahisəli evə istifadə hüquqlarının, dolayısı ilə əmlak hüquqlarının mövcudluğu müəyyən edilməmişdir. Əksinə, həmin məhkəmə qətnaməsində evin xüsusi mülkiyyətdə olmadığı, bu səbəbdən evin faktiki olaraq kimin sahibliyində və istifadəsində olması yoxlanılaraq, həmin evdən istifadə edən şəxsin X5 olduğu, buna görə də müqavilənin onunla bağlanılaraq kompensasiyanın da ona ödənildiyi müəyyən edilmişdir. Digər tərəfdən, qeyd olunmalıdır ki, həmin mülki iş üzrə məhkəmə qətnaməsində (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11707/2019 saylı xx.xx.2019-cu il tarixli) göstərilmişdi ki, “iddiaçıların özlərinin bildirdiklərinə əsasən onlar təqribən 1990-cı ildən sonra mübahisəli ünvanda yaşamamış, başqa yaşayış sahəsinə köçmüşlər (cavabdeh tərəf isə iddiaçıların hələ 1980-ci illərdən mübahisəli ünvandan başqa yaşayış sahəsinə köçməsini bildirir). İddiaçıların uzun müddət (ən azı 20 ildən yuxarı) mübahisəli evdə yaşamamaları özlərinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq olunur..... müqavilə bağlanmazdan əvvəl mübahisəli ünvanın cavabdehin (X5) sahibliyində olması müəyyən olunmuş, ona müvafiq bildiriş təqdim olunmuş, daşınmaz əmlakın alınma dəyəri müəyyən edilmiş, sonra razılıq əldə olunaraq müqavilə bağlanmış, daşınmaz əmlak Yasamal rayon İH-nə təhvil verilmiş və sökülmüşdür.” Hazırki işə apellyasiya qaydasıqda baxılarkən adı çəkilən mülki iş Bakı şəhəri Yasamal rayon Məhkəməsindən tələb edilmişdir. Həmin mülki işin materialları nəzərdən keçirilərkən müəyyən olundu ki, sözügedən ünvanda olan evə dair X2 adına order olmuş və həmin ev üzrə məişət tullantılarının daşınması və s. kommunal xidmətlərə görə ödənişlər X8 tərəfindən edilmişdir. İşdə iştirak edən iddiaçılar ödənişlərin sağlığında X8 tərəfindən edildiyini, lakin sonuncu öldükdən sonra evə dair xərclərin onlar tərəfindən ödənildiyini, buna baxmayaraq qəbzlərdə evin Arif Əlimanovun adına olduğu üçün onun adının yazıldığını bildirmişlər. Daha sonra iddiaçılar bildirmişlər ki, mübahisəli evdə təxminən 1999-cu ilədək yaşamışlar, bundan sonra ailə tərkibi genişləndiyi üçün yaşamaq üçün başqa yerə köçmüşlər, buna baxmayaraq həmin ev ayrı-ayrı dövrlərdə həm onlar, həm də 3-cü şəxs Arif Kərimov tərəfindən başqa şəxslərin kirayəsinə verilmiş, kirayə haqqını də bəzi vaxtlarda onlar, bəzi vaxtlarda isə 3-cü şəxs almışdır. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçılar özlərinin də etiraf etdikləri kimi, üzün müddətdir ki (20 ildən çox) mübahisəli evdə yaşamamışlar, cavabdeh tərəfindən inzibati icraat aparılarkən yuxarıda adı çəkilən Qanunun tələblərinə uyğun olaraq evdə faktiki yaşayan şəxs (Arif Kərimov) müəyyən edilmiş, evə dair kompensasiyanın ödənilməsi ilə bağlı həmin 3-cü şəxslə müqavilə bağlanmış, həmin evə dair kommunal xərclərin iddiaçılar tərəfindən ödənilməsi isə iş materialları ilə təsdiq olunmur. O ki qaldı mübahisəli evin ayrı-ayrı vaxtlarda iddiaçılar tərəfindən başqa şəxslərin kirayəsinə verilməsinə, bu barədə də iddiaçılar müvafiq təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə, iddiaçılar sökülməsinə görə kompensasiya tələb etdikləri evə həqiqətən də əmlak hüquqlarının olduğunu sübuta yetirə bilmirlər. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçıların mübahisəli evə təkcə qeydiyyatlarının olması onların həmin evə reallıqda əmlak hüquqlarının mövcud olduğunu və buna görə də cavabdehdən kompensasiya tələb etmək hüquqlarının olduğunu ehtiva etmir. Odur ki, iddiaçıların sökülməsinə görə kompensasiya tələb etdikləri evə münasibətdə əmlak hüquqları mövcud olmadığı üçün onlar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə “alınmanın təsirinə məruz qalan şəxs” də hesab olunmurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2022 saylı 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2022 saylı 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-113/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-113/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver