Məhkəmə qərarları › İş №2-1(103)-113/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-113/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-113/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1993-cü il tarixdə 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə yaralanmış və uzun müddətli müalicə almış, nəticədə ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra onun əlillik dərəcəsi dəyişdirilərək, ona üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarında olan müvafiq sənəd və arayışlardan müəyyən edilir ki, iddiaçı 1993-cü ildə aldığı zədə ilə bağlı (Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət) və həmin zədədən irəli gələn digər yanaşı xəstəliklərlə bağlı həmin vaxtdan hal-hazıradək müxtəlif müayinələrdə olmuş və müalicələr almışdır.

2. Aşağıda sadalanan göndərişlərdən görünür ki, iddiaçının əlillik vəziyyətinə bir neçə dəfə baxılmış və onun əlillik dərəcəsi qiymətləndirilmişdir:

3. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri ,Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR; 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 2645003AABUA saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İ Sinif- Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 - Vərəm plevriti, bakterioloji və histoloji…; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə. Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

6. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 Verəm plevriti, bakterioloji və histoloji...; Diaqnozun mətni: Sol budun yuxan 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

7. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGKN saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimai falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M25.6 Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi, Sol aşağı ətrafın və sol əlin İİİ barmağının dayaq və hərəkət funksiyasının pozulması, ağrı sindromu ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası. Yanaşı xəstəliklər A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Keçirilmiş sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı plevranın massiv qahnlaşması. Sol tərəfli hissəvi atelaktaz. Yanaşı xəstəliklər H93.3 Eşitmə sinirinin xəstəlikləri, Sol tərəfi: İV dərəcəli neyrosensor ağır eşitmə. Yanaşı xəstəliklər Et11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip, orta ağır forma. Yanaşı xəstəliklər J96.1 Xroniki respirator çatmamazhq, Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir" səbəbi ilə imtina verilmişdir.

8. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və "X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

9. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrı; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilliyi təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin 951 nömrəli Ekspert Rəyin nəticə hissəsindən görünür ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişdə qeyd edilən diaqnozdakı əsas xəstəlik “Y36.2 Hərbi əməliyytalar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası” 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə xx.xx.1993-cü il tarixdə yaranmışdır. (əsas: 4865 nömrəli xəstəlik şəhadətnaməsi).

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 2021-ci ilin may ayından ləğv olunan 3-cü qrup əlilliyinin bərpası, həmin tarixdən verilməyən 2436 manat təqüdün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2-ci qrup müddətsiz olaraq əlil Qarabağ qazisidir. İddiaçı 15 ildən yuxarı 2-ci qrup təqaüdünün dəyişdirilməsi üçün ərizə yazaraq 3-cü qrup elətdirmişdir. Artıq 27 ildir ki, Qarabağ qazisi kimi təqaüd alır. 2021-ci il may ayında tibbi komissiyanın vaxtı olduğu üçün sənədləri komissiyaya göndərmiş və ona etiraz rəyi göndərilmişdir. Sonra iyun ayında canlı olaraq müayinəyə getmişdir. Lakin, ona imtina cavabı verilmişdir.

13. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nə göndərilmişdir. (hakim A.Oruczadə) Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nə göndərilmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

15. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı 2021-ci ilin may ayından əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

16. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 -Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə ,Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri ,Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə ,Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 2645003AABUA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 - Vərəm plevriti, bakterioloji və histoloji..; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 - Vərəm plevriti, bakterioloji və histoloji...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri ,Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli 2645003AAGKN saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M25.6 Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi, Sol aşağı ətrafın və sol əlin İİİ barmağının dayaq və hərəkət funksiyasının pozulması, ağrı sindromu ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası. Yanaşı xəstəliklər A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Keçirilmiş sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı plevranın massiv qalınlaşması. Sol tərəfli hissəvi atelaktaz. Yanaşı xəstəliklər H93.3 Eşitmə sinirinin xəstəlikləri, Sol tərəfli İV dərəcəli neyrosensor ağır eşitmə. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip, orta ağır forma. Yanaşı xəstəliklər J96.1 Xroniki respirator çatmamazlıq, Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Göndərişin natamam doldurulması Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Əlavə müalicəyə ehtiyacın olması Səbəb: ixtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrı; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilliyi təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən ‘Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

19. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla onunla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının xəstəliyinin müayinə olunmadan rəyin verilməsinə, həmin xəstəliyin müalicə və sağlamlığının bərpa olunmasına ümüdin olub-olmamasına münasibət bildirilməmişdir.Odur ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə iddia ərizəsinin məzmununa uyğun yazılı etiraz xarakterli ərizə təqdim edilmiş və ərizəyə iddiaçının Lerik rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində şəkərli diabet İİ tip Hormonal asılılıq diaqnozu ilə dispanser qeydiyyatda olması barədə xx.xx.2023-cü il tarixli Arayış və Müdafiə Nazirliyi Baş X9 Tibbi Arxiv İdarəsinin iddiaçının xx.xx.1994-cü il tarixli Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi barədə Arxiv arayışı əlavə olunmuşdur.

e) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri

2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

33. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iiddia rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir.

34. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdə 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə yaralanmış və uzun müddətli müalicə almış, nəticədə ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir.Daha sonra onun əlillik dərəcəsi dəyişdirilərək, ona üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir.

35. Belə ki, iddiaçının əlillik vəziyyətinə Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə bir il müddətinə 3-cü əlillik dərəcəsi verilmişdir.

36. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə bir il müddətinə 3-cü dərəcə əlillik verilmişdir.

37. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 2645003AABUA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə bir il müddətinə əlillik verilmişdir.

38. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə 3-cü dərəcə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

39. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGKN saylı göndərişi əsasında baxılmış və Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir.

40. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

41. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilliyi təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.

42. Bundan sonra iddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 2021-ci ilin may ayından əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edtmişdir.

43. Birinci instansiya məhkəməsi iddiaçının Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmasına, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığına, həmçinin, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etməsinə, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulmasına, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərilməsi kimi dəlillərə istinad edərək hesab etmişdir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

44. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, göründüyü kimi, iddiaçıya sonuncu xx.xx.2021-ci il tarixli imtinanın səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə verilmişdir.

45. Belə halda məhkəmənin vəzifəsi iddiaçıda mövcud olmuş yox, mövcud olan xəsarət və xəstəliklərin cavabdehin imtina qərarında göstərildiyi kimi əlillik əlaməti təyin edibetməməsini araşdırmaqdır.

46. Bu istiqamətdə birinci instansiya məhkəməsi apaşdırma apararaq məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin etmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nə göndərilmişdir.Lakin hər iki qərardad üzrə ekspertizanın Rəyi iddiaçıda əlillik əlamətinin təyin edilməsini təsdiq etməmişdir.

47. Buna baxmayaraq iddia təmin olunmuşdur.O da qeyd edilməlidir ki, iddia təmin olunsa da iddiaçıya neçənci dərəcə əlillik təyin olunması barədə məhkəmə mövqe bildirməmiş, beləliklə, iddiaçıya neçənci dərəcə əlillik təyin olunması öhdəliyi qoyulması da, yəni məhkəmənin gəldiyi nəticə də qeyri-müəyyən olmuşdur.

48. Apellyasiya baxışı zamanı iddiaçıda mövcud olan xəsarət və xəstəliklərin əlillik əlaməti təyin edib-etməməsini araşdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin etmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nə göndərilmişdir.Lakin qərardad üzrə ekspertizanın xx.xx.2023-cü il tarixli Rəyi iddiaçıda əlillik əlamətinin təyin edilməsini təsdiq etməmişdir.

49. Belə ki, həmin Rəydə qeyd edilmişdir ki, Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Elmi- X7 İnstitutunda müayinəsi zamanı ona “B90.9-keçirilmiş sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət, kliniki sağalma, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu” diaqnozu, xx.xx.2023-cü il tarixdə X12 adına Milli Oftalmologiya Mərkəzində müayinəsi zamanı isə “OU-qeyri proliferativ diabetik retinopatiya (başlanğıc forma)” diaqnozu müəyyən edilmişdir. Diaqnozlar nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı.

50. Həmçinin, Rəydə xx.xx.2016-cı il tarixdə göndərilmiş Forma 088 saylı göndərişində və 2021-ci ildə doldurulmuş Forma 088 saylı göndərişində bir-birindən fərqli diaqnozlara da istinad olunmasına əsaslanaraq qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2016- cı il tarixdə göndərilmiş Forma 088 saylı göndəriş X1 İ Sinifdə olan (İ Sinif-bəzi infeksion və parazitar xəstəliklər => A15- A19 - vərəm => Al5 - tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi =>A15.6 vərəm plevriti bakterioloji və histoloji ...) xəstəliklərlə əlaqədar doldurulduğu halda, 2021-ci ildə doldurulmuş Forma 088 saylı göndərişlər X1 XX Sinifdə olan (‘‘X2: XX Sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar =>Y36.2 - hərbi əməliyyatlar nəticəsində digər..) xəstəliklərlə əlaqədar olmuşdur. Bu da həm oxşar, İrəmdə fərqli cəhətləridir.

51. Bundan başqa iddiaçı apellyasiya baxışı zamanı onun ətraflı canlı müayinə olunmaması ilə bağlı dəlillər gətirdiyini nəzərə alaraq məhkəmə Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadı ilə (İİQ-nin 52.1-ci və İPM-in 67.1-ci maddəsinə uyğun olaraq aralıq qərardad) iddiaçının canlı müayinə olunaraq bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması, habelə müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 35 gün müddət təyin etmişdir.

52. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-19353/2023 Salı, 07 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir: -“Lerik rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********4). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AARCS nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da 14.11,2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********5) Vətəndaş 3-17-4/2-M-29161/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2283/2023 nömrəli qərardadı əsasında vətəndaşın əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 4895 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Vərəm mənşəli soltərəfli plevrit. Sol əlin İİİ barmağının falanaasının proksimal bitişmiş sınığı, sağ budun bərkimiş çapığı. Sol təbil pərdəsinin quru perforasiyası, pıçıltı nitqinin sol qulaqla 3 m. sağ 6 m eşitməsi ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. -Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, 1992-ci ildə travma aldığım, aşağı ətraflarından yaralandığını bildirmiş, zəif eşitmədən şikayətlənmişdir. Müayinə zamanı sağ budun yuxarı 1/3-də və sol əlin lll-cü barmağının əsas falanqasında çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofıya, parez, iflic aşkarlanmamışdır. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiya (Sp02) 98%, nəbzi 110 vurğu, tənəffüs hərəkətlərinin sayı 16, boyu 184 sm, çəkisi 85 kq, BKİ=25.1 müəyyənləşdirilmişdir. -X10 və Travmatologiya İnstitutunun 15 sentyabr 2021-ci il tarixli **********/9350 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanma sağ budun yuxarı 1/3-nin arxa səthinin qüllə yaralanmasından sonrakı vəziyyət, ağrılı çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının köndəlmiş sınığı, l-ll barmaqlarının arasında yad cisim-metal qəlpə, ağrı sindromu. Şəkərli diabet” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. -Azərbaycan Tibb Universitetinin X5 xx.xx.2022-ci il tarixli Bera testinin nəticəsi “Sağ qulaqda 1-2-ci dərəcə, sol qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur1’ kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. -ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “Restriktiv tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 3.47. FEV1 3.40” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. -ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda İ dərəcəli (35db), sol qulaqda İV dərəcəli (75 db) ağır eşitmə” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. -Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

53. Beləliklə, iddiaçının tələbinin təmin olunması üçün əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.

54. Əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etməsi, xəstəlik və xəsarət izlərinin iddiaçıda hələ də mövcud olması kimi iddiaçının dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, xəstəlik və xəsarət izlərinin iddiaçıda hələ də mövcud olması iddiaçıya əlillik təyin olunması üçün yeganə əsas hesab edilə bilməz.

55. Belə ki, iddiaçıda mövcud olan xəstəlik və xəsarət, eyni zamanda baş veribsə ağırlaşma halları ona bu sahədə mövcud olan qanunvericiliyin tələbinə və meyarlara əsasən (bu qərarın 24-27-ci bəndləri) əlilliyə əsas verməlidir.

56. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

57. Hazırkı halda məhkəmə Kollegiyası iddiaçıda mövcud olan xəstəlik və xəsarət, eyni zamanda baş veribsə ağırlaşma hallarının ona bu sahədə mövcud olan qanunvericiliyin tələbinə və meyarlara əsasən əlillik təyin olunmasına əsas veribverməməsini müəyyən etmək üçün mübahisənin həllinin xüsusi biliyə ehtiyac olduğunu nəzərə alaraq tibbi ekspertizalar təyin etmişdir və eskpert rəyləri də iddiaçıda olan xəstəliklərə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir.

58. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddianın təmin olunmasına əsas vermiş iş materiallarının ziddiyyətli olması da müəyyən olunmuşdur.

59. Belə ki, Vətəndaş İddiaçı iş materiallarında olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2016- cı il tarixdə göndərilmiş Forma 088 saylı göndəriş X1 İ Sinifdə olan (İ Sinif-bəzi infeksion və parazitar xəstəliklər => A15- A19 - vərəm => Al5 - tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi =>A15.6 - vərəm plevriti bakterioloji və histoloji ...) xəstəliklərlə əlaqədar doldurulduğu halda, 2021-ci ildə doldurulmuş Forma 088 saylı göndərişlər X1 XX Sinifdə olan (‘‘X2: XX Sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar =>Y36.2 - hərbi əməliyyatlar nəticəsində digər..) xəstəliklərlə əlaqədar olmuşdur.

60. Məhkəmə Kollegiyası hazırkı halda iş üzrə digər sübutlar əsasında (xx.xx.2016- cı il və 2021-ci il tarixli Forma 088 saylı ziddiyyətli göndərişləri, ekspert rəyləri və.sair) birgə qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.

61. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

62. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

63. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

64. Nəhayət, məhkəmə Kollegiyası apellyasiya şikayətinə yazılı etiraz xarakterli ərizəyə əlavə olunaraq təqdim edilmiş iddiaçının Lerik rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində şəkərli diabet İİ tip Hormonal asılılıq diaqnozu ilə dispanser qeydiyyatda olması barədə xx.xx.2023-cü il tarixli Arayış və Müdafiə Nazirliyi Baş X9 Tibbi Arxiv İdarəsinin iddiaçının xx.xx.1994-cü il tarixli Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi barədə Arxiv arayışı ilə bağlı bir daha qeyd edir ki, əvvəla iddiaçıda mövcud olan xəstəlik və xəsarət, eyni zamanda baş veribsə ağırlaşma halları ona bu sahədə mövcud olan qanunvericiliyin tələbinə və meyarlara əsasən əlilliyə əsas verməlidir.Məhkəmə Kollegiyası isə belə əsaslar müəyyən etməmişdir.(bu qərarın 57-60-cı bəndləri)

65. İkincisi, Müdafiə Nazirliyi Baş X9 Tibbi Arxiv İdarəsinin iddiaçının xx.xx.1994-cü il tarixli Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi barədə Arxiv arayışı göründüyü kimi iddiaçının hal-hazırkı sağlamlaq vəziyyətinin canlı müayinəsinin nəticəsi deyil arxiv arayışıdır.

66. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir.

67. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul olunmalıdır .

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar