Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1130/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7740/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 712 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 3 nömrəli YTİ-nin, cənub-qərb hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 712 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi İddiaçı Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 3 nömrəli YTİ-nin cənub-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı Filialına təhvil verilməsi və bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Belə ki, sözügedən qaraj fasiləsiz olaraq istifadələrindədir və həmin torpaq sahəsi ayrılarkən, plan-cizginin tərtibi və müvafiq səndlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə sənədlər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən lazımi olunsənədlər Dövlət Arxivinin Bakı Filialından tələb edilməli idi. Lakin, inzibait orqan bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı münasibətinə görə ünvan 1 saylı YTİ-nin cənub-qərb hissəsində 500 kv.m torpaq sahəsinə dair cizgi (plansxem) həmin dövrdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci iltarixli 712 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmiş, eyni zamanda, rayon İH-nin ötən illərə dair sənədləri, o cümlədən 1997-ci il də daxil olmaqla, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7740/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30 may 1997-ci il tarixli, 712 saylı sərəncamına əsasən Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 3 nömrəli YTİ-nin cənub-qərb hissəsində yerləşən sahədə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Məhkəmə işə baxarkən İPM-ə, Torpaq Məcəlləsinə və digər maddi hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə cizginin (planı və ölçü sxeminin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. Sözügedən torpaq sahəsinin 1997-ci ildən İddiaçı Hüseyin qızının faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 25 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yaradan məqamlardan bir də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin (planı və ölçü sxeminin) verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırırılır ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarxli, 712 saylı sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni, sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Prosessual hüquq normalarına gəldikdə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməliydi…» Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə, habelə məhkəməyə gəlmədiyi halda işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş apellyatorun (cavabdehin) səlahiyyətli nüsmayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, sərəncamla torpaq sahəsinin cizgisinin verilmədiyini, torpağın onlarda olduğunu, sərhədlərinin də bilindiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 712 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 3 nömrəli YTİ-nin, cənub-qərb hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Birincisi, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 24 fevral 2022-ci il tarixli, BA-01056-2022 nömrəli məktubu ilə iddiaçının 5 saylı «Asan Xidmət» Mərkəzindan daxil olmuş müraciətinə əsasən X2 torpaq sahəsinin ayrılması barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 712 saylı sərəncamının təsdiq edilmiş surəti iddiaçıya göndərilməklə yanaşı ona bildirilmişdir ki, həmin sərəncama cizgi əlavə edilməmişdir. Halbuki, iddia ərizəsi ilə bağlı məhkəməyə ünvanladığı məktubunda və hazırkı apellyasiya şikayətində cavabdeh bildirir ki, torpaq sahəsinin cizgisi ilə sərəncamla birlikdə Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Bundan əlavə, cavabdeh qeyd olunan dəlilinə rəcmən, həmin sənədlərin sözügedən arxivə təhvil verilməsini təsdiq edən sənəd-sübut da məhkəməyə təqdim də etməmişdir. Dövlət Arxivinin Bakı Filialına həmin məktubu ilə iddiaçıya göndərilmiş Suraxanı rayon İH-nin həmin arxiv daşıyıcısı tərəfindən təsdiq olunmuş surətindən isə görünür ki, həmin sərəncamla iddiaçıya şəhid ailəsi kimi fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 3-cü Mədən, 3 nömrəli YTİ-nin, Cənub-Qərb hissəsidnə, 600 kv.m torpaq sahəsi ayrılması qərara alınsa da, sərəncamda torpaq sahəsinin cizgi-planının və ya ayrıc aktının hazırlanması barədə hər hansı bir müddəa qeyd olunmamışdır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin plan cizgisinin sərəncamla birlikdə həm arxivə, həm də iddiaçıya verildiyini bildirən dəlilləri əsassız olduğu sübuta yetirilir. Onun qanunvericiliyin tələblərinə istinad olunan dəlilləri də cavabdehin hərəkətlərinə bəraət qazandırmır. Çünki, «sərəncam qəbul olunarkən, 2001-ci ilə qədər qüvvədə olmuş 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tutudu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Qanunun 23-cü maddəsinə əsasən isə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...» Torpaq qanunvericiliyinin qeyd olunan tələbləri baxımından, cavabdehin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən, cavabdeh tərəfindən həmin vaxt qüvvədə olmuş torpaq qanunvericilyinin tələblərinə müvafiq olaraq ilk öncə yer quruluşu sənədlərinə və torpağayırma qaydasına uyğun ayrılacaq torpağın naturada planı hazırlanmamış, sadəcə, sərəncamın qəbulu ilə kifayətlənmiş, hal-hazırda da buraxılmış həmin nöqsanın aradan qaldırılaraq həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına təqdim edilməsi tələb olunan torpaq sahəsinin plan cizgisinin tərtib olunmasından əsassız olaraq imtina etmişdir. Ən azından, plan-cizginin yoxluğu, həmin sərəncamla ayrılan torpaq sahəsinin yerini, konfiqursiyası və ölçülərini dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Yəni, plan-cizgi mövcud olmadığı halda, torpaq sahəsinin əraziyə uyğun gəlib-gəlməməsini müəyyən edilməsini mümkünsüz olur və məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Halbuki, mübahisəli sərəncamla torpaq sahəsi ayrılarkən, vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra da qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Eyni zamanda, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini, o cümlədən, qəbul etdiyi sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin plan cizgisinin tərtib olunub ona verilməsindən imtina etməklə, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun məhdulaşdırır və onun “legitim gözlənti” hüququnu pozmuşdur. Odur ki, cavabdeh özü də sərəncamın verildiyi vaxtdan iddiaçının həmin torpaq sahəsindən istifadə etdiyini təsdiq etsə də, torpağın plan cizgini hazırlayıb iddiaçıya verməkdən imtina etməsi qanunsuz və əsassızdır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən torpaq qanunvericiliyinə istinad olunmadan əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7740/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7740/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1130/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1130/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver