Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1131/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(112)-4822/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. xx.xx.2009-cu il tarixdə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz Xİİİ Sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri; Artopatiyalar M20-M25- oynaqların digər zədələnmələri; M21 ətrafların digər qazanılma deformasiyaları. 2.2 Meyar İkinci dərəcə əlillik, Digər Sağ pəncənin travmasının uzaq nəticələri funk. Mülayim dərəcədə pozulması. Deformasiya edən osteoxondroz. xx.xx.2014-cü il tarixdə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz Xİİİ Sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri; M00-M25 Artopatiyalar M20-M25-oynaqların digər zədələnmələri; M21 ətrafların digər qazanılma deformasiyaları. 2.2 Meyar İkinci dərəcə əlillik, Digər Sağ pəncənin travmasının uzaq nəticələri funk. Mülayim dərəcədə pozulması. Deformasiya edən osteoxondroz xx.xx.2015-ci il tarixdə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz Xİİİ Sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri; M40-M54 Dorsopatoyalar; M40-M43 deformasiyaedən dorsopatiyalar; M42.1Yaşlıl. Onurğanın osteoxandrozu kökcük ağrı sindromu ilə L4-L5 fəqərəarası dik yırtığı. sağ pəncənin travmadan sonrakı qalıq əlamətləri, Açıq daban deformasiyası.2.2 Meyar İkinci dərəcə əlillik , Digər Onurğanın osteoxandrozu, davamlı kökcük ağrı sindromu ilə. xx.xx.2016-cı il tarixdə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz Xİİİ Sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri; M40-M54 Dorsopatoyalar; M40-M43 deformasiyaedən dorsopatiyalar; M42.1Onurğanın osteoxandrozu; M42.1 Yaşlıl. Onurğanın osteoxandrozu davamlı kökcük ağrı sindromu ilə L4-L5 fəqərəarası disk yırtığı . sağ pəncənin travmadan sonrakı qalıq əlamətləri, Açıq daban deformasiyası.2.2 Meyar İkinci dərəcə əlillik , Digər Onurğanın osteoxandrozu, davamlı kökcük ağrı sindromu ilə. xx.xx.2021-ci il tarixdə növbəti dəfə iddiaçının sağlamlıq vəziyyəti müayinə olunmuş, Diaqnoz Xİİİ Sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri; M40-M54 Dorsopatoyalar; M50-M54 Digər Dorsopatoyalar M54- Dorsalgiya; M54.1- Radikulopatiya. Radikulopatiya. Bel oma fəqərələrinin osteoxandrozu; L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı. İddiaçıya göndərişin natamam doldurulması səbəbindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının sağlamlıq vəziyyəti Diaqnoz Xİİİ Sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri; M40-M54 Dorsopatoyalar; M50-M54 Digər Dorsopatoyalar M54- Dorsalgiya; M54.1-Radikulopatiya. Radikulopatiya. Bel oma fəqərələrinin osteoxandrozu; L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı. İddiaçıya göndərişin diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel–oma fəqərələrinin diskogen radikulopatiyası diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli, E00132571QDG nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “M19-Digər artrozlar. Sağ aşıq-baldır oynağının postravmatik deformasiya edici artrozu; M24.5-Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının rigid kontrakturası. Sağ dirsək oynağının 90 dərəcə bükücü kontrakturası; R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Sağ aşağı ətrafda funksiya və yeriş pozğunluğu.; M81.9-Dəqiqləşdirilməmiş osteoporoz.Osteoparoz; M21- Ətrafların digər qazanılma deformasiyaları. Sağ ayağın varus deformasiyası; R52.2-Digər daimi ağrı. Daimi ağrı sindromu.; S46-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində əzələ və vətərin travması. Sağ bazu əzələsinin zədələnməsindən sonrakı hal (12x7 mm diastaz); Q66-Pəncənin anadangəlmə deformasiyaları. İki tərəfli İİ (ikinci) dərəcəli yastıpəncəlik ” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-18777/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3) Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin V00052837PHE nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1848/2023). Yenidən əlillik vəziyyətinin əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, A.Nasirova Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 96 nömrəli xəstəlik haqıında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Sağ pəncənin travmasının uzaq nəticələri funksiyaların mülayim dərəcədə pozulması ilə ağrı sindromu, deformasiyaedici osteoxondroz İl mərhələ ve aşıq sümüyünün blokunun medial hissəsinin postravmatik deformasiya ilə standart hərbi ayaqqabı gəzdirməsi uyğunlaşmayan pəncənin 2 (iki) sm qısalığı ilə inkişafdan qalması, İİİ dərəcəli boylama və İİ dərəcəli köndələn yastıyaqlılıq, ayaq-baldır oynağın nizamsızlığı" diaqnozlu travmanın səbəb əlaqəsi Travmadır. Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri beldə olan ağrılardan, tez-tez sidiyə getməkdən, sağ ayağında yerişinin məhdudlaşmasından ibarətdir. Əyani müayinədə vətər, sümüküstü reflekslər normal çağrılır. Diz refleksi D=S, canlıdır. Refleksogen zona genişlənib. Axil refleksi D=S, aşağı ətraflarda əzələ qücü və tonusu norma daxilindədir. Atrofiya və parez müşahidə olunmadı. Aşıq-baldır oynağında hərəkət məhdudluğu yoxdur” kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da ayani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel ağrısından, sidiyi saxlaya bilməməkdən, ayaq ağrısından şikayətlənmişdir. Sağ bazu əzələsinin aşağı bağı qırılmış, ona görə də əzələnin bazunun dislonasiyası müşahidə edilmiş, bu zədələnmənin İstehsalatda baş verdiyini bildirmiş bu barədə şəhadətnamədə heç bir məlumat qeyd edilməmişdir. Aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuşdur. Nevroloji müayinə zamanı diz ve axil refleksləri canlı və simmetrik çağrılmış, atrofiya, parez müşahidə edilməmişdir" kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda hərəkət məhdudluğu, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, belində L3-L4 fəqərələrində protruziya olduğunu bildirmişdir. Müayinə zamanı sağ aşağı ətrafda 1 sm qısalıq aşkarlanmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və proksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş bildirdiyi sidik saxlamama şikayətini təsdiqləyən və izah edən heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. X8 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Bel-oma fəqərələrinin diskogen radikuloneyropatiyası. L4-L5 fəqərəarası diskin yırtığı, davamlı kökcük ağrıları ilə. Yerişin pozulması. Sağ aşağı ətrafın hərəki və hissi funksiyalarının pozulması ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının xx.xx.2021-ci il tarixli MRT müayinəsinin nəticəsi L3-L4, L4-L5 fəqərəarası disklərin intensivliyi degenerativ deyişikliklər nəticəsində T2 rejimində zəifləmişdir. L3 fəqərə cismində hemangioma aşkar olunur. L4-L5 fəqərəarası diskdə arxa sağ paramedian, dural kisənin ve her iki sinir kökcüyünün sıxlaşması aşkar olunur (stenoz)" kimi qeyd olunmuş əlillik təyinatına əsas verməmişdir. X4 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** 5376/2023 nömrəli Arayışında diaqnoz "Sağ aşıq-baldır oynağının posttravmatik deformasiyaedici artrozu (~10-15 mm diastaz). Sağ dirsək oynağının 90 dərəcə bükücü kontrakturası. Sağ aşıq sümüyünün deformasiyası. Yayılmış osteoxandroz, osteoparoz. L4-L5 diskin yırtığı, stenozu Onurğanın bel-oma nahiyəsinin hərəkət məhdudluğu. Daimi kökcük ağrı sindromu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən təkrarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən təkrarən ikinci dərəcəli əlilliyin (61-80%) təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci tarixdən xx.xx.2006-cı il tarixədək AR DİN-nin Yanğından Mühafizə orqanlarında, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək AR FHN-nin Yanğından Mühafizə Xidmətində qulluq etmişdir. Səhhətində yaranmış ciddi problemlə əlaqədar olaraq xx.xx.2008-ci il tarixdən xidmətdən tərxis olunmuşdur. AR FHN-nin Tibb Xidmətininn tibb komissiyasının xx.xx.2008-ci il tarixli şəhadətləndirilməsinə istinad edilərək o, xx.xx.2008-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin HH-də müayinə edildikdən sonra sağ pəncənin travmasının uzaq nəticələri: funksiyanın mülayim dərəcədə pozulması ilə ağrı sindromu, deformasiya edici osteoxondroz İİ mərhələ və aşıq sümüyünün blokunun medial hissəsinin postravmatik deformasiyası ilə standart hərbi ayaqqabı gəzdirməsi uyğunlaşmayan pəncənin iki sm qısalığı ilə inkişafdan qalması, İİİ dərəcəli boylama və İİ dərəcəli köndələn yastıayaqlılıq, ayaq-baldır oynağın nizamsızlığı diaqnozu qoyulmuşdur. xx.xx.2009-cu il tarixli, 25/96 nömrəli “Xəstəlik haqqında şəhadətnamə" verilmiş və göstərilən xəstəliklərin hərbi xidmət dövründə alındığı göstərilmişdir. Bundan sonra tibbi sosial ekspert komissiyası tərəfindən ona İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz İİ qrup əlillik təyin edilsə də, xx.xx.2022-ci il tarixdə heç bir səbəb göstərilmədən əlillik ləğv edilmişdir. Onun səhhətində olan xəstəliklə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəz tərəfindən verilmiş 12853№-li, xx.xx.2022-ci il tarixli, xəstəlik tarixindən çıxarışa əsasən xx.xx.2022-ci ildə stasionara qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə stasionardan xaric edilmişdir. Ona L14-L15 fəqərəarası diskin yırtığı, diskogen renikuloneyropatiya, oturaq sinirin neyropatiyası diaqnozu qoyulmaqla xəstəliyin başlanma tarixi 2009-cu il olduğu qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş çıxarışdan da göründüyü kimi, xx.xx.2022-ci ildə stasionara göndərilmiş və qəbul edilmişdir. Adıçəkilən çıxarışdan müəyyən olunur ki, iddiaçıya qoyulmuş, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel oma diskogen radikulopatiyası qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu X12 tərəfindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli, AB 5376/2023 saylı arayışla da əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlikləri bir daha təsdiq olunur. O, hər il müayinələrdən keçmiş və müayinələr zamanı qoyulmuş diaqnozlar öz təsdiqni tapmışdır. Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və V00052837PHE nömrəli, xx.xx.2022-ci il tarixli Forma 88 tərtib edərək ona əlilliyin təyin edilməsindən imtina edilmiş və həmin sənəd ona müraciətindən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. İmtinanın səbəbi olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası onu sonuncu dəfə yenidən müayinə etmiş və E00132571QDG nömrəli, xx.xx.2023-cü il tarixli Forma 88 tərtib edərək ona əlilliyin təyin edilməsindən imtina edilmiş və həmin sənəd ona müraciətindən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. İmtinanın səbəbi olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, ona qoyulmuş diaqnoz öz təsdiqni tapır. Odur ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Digər artrozlar, Sağ aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu. Radikulopatiya, Bel-oma fəqərələrinin diskogen radikulopatiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin V00052837PHE nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1848/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 96 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ pəncənin travmasının uzaq nəticələri: funksiyaların mülayim dərəcədə pozulması ilə ağrı sindromu, deformasiyaedici osteoxondroz İİ mərhələ və aşıq sümüyünün blokunun medial hissəsinin posttravmatik deformasiya ilə standart hərbi ayaqqabı gəzdirməsi uyğunlaşmayan pəncənin 2 (iki) sm qısalığı ilə inkişafdan qalması, İİİ dərəcəli boylama və İİ dərəcəli köndələn yastıayaqlılıq, ayaq-baldır oynağın nizamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri beldə olan ağrılardan, tez-tez sidiyə getməkdən, sağ ayağında yerişin məhdudlaşmasından ibarətdir. Əyani müayinədə vətər, sümüküstü reflekslər normaldır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4822/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti vıə ona əlavə onunla əsaslandırılmışdır ki, əlillik 2009-cu ildə təyin edilsə də, Komissiya “Əlilliyin müəyyən olunması meyarları” barədə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad edərək əlilliyin təkrar təyin edilməsindən qanunsuz və əsassız olaraq imtina edir. Belə ki, həmin qərarda göstərilən meyarlar qərar qüvvəyə minəndən sonrakı dövrdə əlilliklə bağlı müayinələrdə tətbiq edilməlidir. Həmin Qərar 2022-ci ilin iyul ayının 01-dən qüvvədədir. Bu Qərar heç bir halda ona və onun kimilərə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitutsiyasmın 149-cu maddəsinin Vİİ bəndində deyilir: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə yalnız cavabdeh tərəfin təqdim etdiyi məlumat və sənədləri əsas götürərək birtərəfli və qeyri-obyektiv qərar qəbul etmişdir. Bundan başqa məhkəmə baxışında cavabdeh iddia tələbini faktlarla təkzib edə bilməsə də, məhkəmə buna adekvat hüquqi qiymət verməmiş, heç bir əsas olmadan iddia tələbini təmin etməmişdir. Onun əlillik müddəti 10 ildən artıq olmuş, ilk dəfə əlillik təyin olunmasına əsas olmuş xəstəlikləri daha da dərinləşmiş, yuxarıda qeyd edildiyi kimi əlavə yanakı xəstəlikləri yaranmışdır. Qanunvericiliyə əsasən ona müddətsiz əlillik verilməli olduğu halda, ümumiyyətlə əlilliyi ləğv edilmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdə imtina etmiş və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçının həmin imtina qərarını nə vaxt alması iş materialları ilə müəyyən olunmur. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “xx.xx.2023-cü il tarixdən təkrarən ikinci dərəcəli əlilliyin (61-80%) təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçıda olan xəstəliklər orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də orqanizmin funksiyalarının 61-80 faiz pozulması kimi göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İşin faktiki hallarından görünür ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ilkin xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra cavabdeh qurum tərəfindən onun sağlamlıq vəziyyəti ayrı-ayrı vaxtlarda müəyinə olunmuş və sonuncu dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-18777/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3) Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin V00052837PHE nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1848/2023). Yenidən əlillik vəziyyətinin əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, A.Nasirova Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 96 nömrəli xəstəlik haqıında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Sağ pəncənin travmasının uzaq nəticələri funksiyaların mülayim dərəcədə pozulması ilə ağrı sindromu, deformasiyaedici osteoxondroz İl mərhələ ve aşıq sümüyünün blokunun medial hissəsinin postravmatik deformasiya ilə standart hərbi ayaqqabı gəzdirməsi uyğunlaşmayan pəncənin 2 (iki) sm qısalığı ile inkişafdan qalması, İİİ dərəcəli boylama və İİ dərəcəli köndələn yastıyaqlılıq, ayaq-baldır oynağın nizamsızlığı" diaqnozlu travmanın səbəb əlaqəsi Travmadır. Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri beldə olan ağrılardan, tez-tez sidiyə getməkdən, sağ ayağında yerişinin məhdudlaşmasından ibarətdir. Əyani müayinədə vətər, sümüküstü reflekslər normal çağrılır. Diz refleksi D=S, canlıdır. Refleksogen zona genişlənib. Axil refleksi D=S, aşağı ətraflarda əzələ qücü və tonusu norma daxilindədir. Atrofiya və parez müşahidə olunmadı. Aşıq-baldır oynağında hərəkət məhdudluğu yoxdur” kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da ayani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel ağrısından, sidiyi saxlaya bilməməkdən, ayaq ağrısından şikayətlənmişdir. Sağ bazu əzələsinin aşağı bağı qırılmış, ona görə də əzələnin bazunun dislonasiyası müşahidə edilmiş, bu zədələnmənin İstehsalatda baş verdiyini bildirmiş bu barədə şəhadətnamədə heç bir məlumat qeyd edilməmişdir. Aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuşdur Nevroloji müayinə zamanı diz ve axil refleksləri canlı və simmetrik çağrılmış, atrofiya, parez müşahidə edilməmişdir" kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda hərəkət məhdudluğu, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, belində L3-L4 fəqərələrində protruziya olduğunu bildirmişdir. Müayinə zamanı sağ aşağı ətrafda 1 sm qısalıq aşkarlanmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və proksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş bildirdiyi sidik saxlamama şikayətini təsdiqləyən və izah edən heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. X8 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Bel-oma fəqərələrinin diskogen radikuloneyropatiyası. L4-L5 fəqərəarası diskin yırtığı, davamlı kökcük ağrıları ilə. Yerişin pozulması. Sağ aşağı ətrafın hərəki və hissi funksiyalarının pozulması ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının xx.xx.2021-ci il tarixli MRT müayinəsinin nəticəsi L3-L4, L4-L5 fəqərəarası disklərin intensivliyi degenerativ deyişikliklər nəticəsində T2 rejimində zəifləmişdir. L3 fəqərə cismində hemangioma aşkar olunur. L4-L5 fəqərəarası diskdə arxa sağ paramedian, dural kisənin ve her iki sinir kökcüyünün sıxlaşması aşkar olunur (stenoz)" kimi qeyd olunmuş əıillik təyinatın əsas verməmişdir. X4 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** 5376/2023 nömrəli Arayışında diaqnoz "Sağ aşıq-baldır oynağının posttravmatik deformasiyaedici artrozu (~10-15 mm diastaz). Sağ dirsək oynağının 90 dərəcə bükücü kontrakturası. Sağ aşıq sümüyünün deformasiyası. Yayılmış osteoxandroz, osteoparoz. L4-L5 diskin yırtığı, stenozu Onurğanın bel-oma nahiyesinin hərəkət məhdudluğu. Daimi kökcük ağrı sindromu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə tesdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, yenidən vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda hərəkət məhdudluğu, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, belində L3-L4 fəqərələrində protruziya olduğunu bildirmişdir. Müayinə zamanı sağ aşağı ətrafda 1 sm qısalıq aşkarlanmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və proksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş bildirdiyi sidik saxlamama şikayətini təsdiqləyən və izah edən heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına daxil olduğu andan aqressiv darvanış nümayiş etdirmiş, aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, hissiyyatsızlıqdan, tez-tez baş verən ishaldan, sağ yuxarı ətrafında əzilmə olmasından şikayətlənmişdir. Müayinə zamanı özü gözlə görünən heç bir çapığı olmadığını vurğulamış, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuş, yalnız sağ aşağı ətrafda təxminən 2 sm qısalıq ölçülmüşdür. Nevroloji statusda yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və priksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış, D=S, əzələlər simmetrik olmuş, əzələ gücünün yoxlanılması zamanı aqrovasiya etmiş, lakin 5 bal olduğu, əzələ tonusunun saxlanıldığı müşahidə edilmişdir. Hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit və patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. ... İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli E00132571QDG nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “M19-Digər artrozlar. Sağ aşıq-baldır oynağının postravmatik deformasiya edici artrozu; M24.5-Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının rigid kontrakturası. Sağ dirsək oynağının 90 dərəcə bükücü kontrakturası; R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Sağ aşağı ətrafda funksiya və yeriş pozğunluğu.; M81.9-Dəqiqləşdirilməmiş osteoporoz.Osteoparoz; M21- Ətrafların digər qazanılma deformasiyaları. Sağ ayağın varus deformasiyası; R52.2-Digər daimi ağrı.Daimi ağrı sindromu.; S46-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində əzələ və vətərin travması.Sağ bazu əzələsinin zədələnməsindən sonrakı hal(12x7 mm diastaz); Q66-Pəncənin anadangəlmə deformasiyaları. İki tərəfli İİ (ikinci) dərəcəli yastıpəncəlik ” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: 6.1.10-cu bəndinə əsasən sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-R29 ... 13.3-cü bəndinə əsasən yuxarı ətrafın bir neçə nahiyəsinin travmatik amputasiyası Artrоzlаr M15-M19 Xbt kodu ilə, Ətrafların digər qazanılma deformasiyaları M21 Xbt kodu ilə, Pəncənin anadangəlmə deformasiyaları Q66 Xbt kodu ilə nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, iddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli göndərişdə göstərilən diaqnoz və ağırlaşmalar “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.3-cü bəndinə əsasən “yuxarı ətrafın bir neçə nahiyəsinin travmatik amputasiyası” ya da 13.4-cü bəndinə əsasən “Hər iki aşağı ətrafın yüksək səviyyədə travmatik amputasiyası” olduğu halda əlilliyin təyinatı üçün əsas verir. Lakin hazırki şəraitdə iddiaçıda həmin əlamətlər mövcud deyildir. Belə olan halda iddiaçının tələbinin təmin olunmasından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Bu baxımdan iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4822/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4822/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1131/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1131/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver