Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1133/2025 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Avtotexnikixidmət” bağçılıq-yoldaşlığın ##.##.1992-ci il tarixli, * nömrəli protokolundan çıxarışdan görünür ki, Dübəndi qəsəbəsi, 15-ci cənub küçəsi, ½ nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X6 İnkişafı və İstismarı Birliyinin ##.##.2006-cı il tarixli ***** saylı müqaviləsindən görünür ki, Əzizbəyov rayonunun (hazırda Pirallahı rayonu) Dübəndi ərazisində 0,10 hektar torpaq sahəsi olan */*-****/**** nömrəli bağ İddiaçı istifadəyə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısı X6 İnkişafı və İstismarı Birliyinin ***** saylı ## ###### 2006-ci il tarixli Dübəndi ərazisindəki */*- ****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Pirallahı rayonun Dübəndi ərazisində */*-****/**** nömrəli 0,10 hektar torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı X5 inkişafı və istismarı Birliyinin ***** saylı ## ###### 2006- ci il tarixli Dübəndi ərazisindəki */*-****/**** nömrəli bağm istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Əzizbəyov rayonunun (hazırda Pirallahı rayonu) Dübəndi ərazisində 0,10 hektar torpaq sahəsi olan */*-****/**** nömrəli bağ İddiaçı istifadəyə verilmişdir. Həmin tarixdən sonra qeyd olunan bağ sahəsi İddiaçı tərəfindən hasarlanıb, daimi istifadəsində olub və hal-hazırda da iddiaçının və onun ailəsinin istifadəsindədir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş və sonuncunun ## ###### 2023-cü İl tarixli məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə istinadən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış məktubunda imtinanın əsası kimi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zonasında yerləşməsi göstərilib. İddiaçının istifadəsində olan torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zonalarının hüdudlarından kənarda yerləşir. Eyni zamanda torpaq sahəsinin göstərilən mühafizə zonaları hüdudlarında yerləşsə belə qanunvericilik həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasını qadağa etmir.
5. Cavabdeh * saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ərazi hüdudlarından kənarda olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin “Avtotexnikixidmət” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı hüdudları daxilində yerləşib-yerləşməməsi, cavabdehin elektron kadastr məlumatlarındakı bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktının iş materiallarında olan, “Avtotexnikixidmət” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən təqdim edilən cizgi-çertyoja uyğun qeyd edilibedilmədiyinin aydınlaşdırılması və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
8. Ekspertin vəsatəti üzrə mütəxəssis rəyinin verilməsi üçün tələb olunan xərclər iddiaçı tərəfindən ödənilmədiyindən ekspertizanın keçirilməsindən imtina olunmuşdur.
9. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ekspertizanın keçirilməsinə mane olduğundan (ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir), ekspertiza təyin edilən fakt, yəni torpaq sahəsinin “Avtotexnikixidmət” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı hüdudları daxilində yerləşməməsi təsdiq edilmiş hesab olunmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-*- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etirazı daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir.
14. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 25.Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına görə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısı X6 İnkişafı və İstismarı Birliyinin ***** saylı ## ###### 2006-ci il tarixli Dübəndi ərazisindəki 1/2- ****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür. 26.Cavabdehin imtinasının əsasını torpaq sahəsinin bağçılıq-yoldaşlığın ərazi hüdudlarından kənarda olmaqla bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi təşkil edir. 27.Torpaq sahəsinin “Avtotexnikixidmət” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı hüdudları daxilində yerləşib-yerləşməməsi, cavabdehin elektron kadastr məlumatlarındakı bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktının iş materiallarında olan, “Avtotexnikixidmət” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən təqdim edilən cizgiçertyoja uyğun qeyd edilib-edilmədiyinin aydınlaşdırılması və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 28.Ekspertin vəsatəti üzrə mütəxəssis rəyinin verilməsi üçün tələb olunan xərclər iddiaçı tərəfindən ödənilmədiyindən ekspertizanın keçirilməsindən imtina olunmuşdur. 29.Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı ekspertizanın keçirilməsinə mane olduğundan (ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir), ekspertiza təyin edilən fakt, yəni torpaq sahəsinin “Avtotexnikixidmət” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı hüdudları daxilində yerləşməməsi təsdiq edilmiş hesab olunmalıdır.( İPM-in 12.1-ci maddəsinə və MPM-in 97.5-ci maddəsinə əsəsən). 30.Göstərilənləri nəzərə alaraq apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadına əsasən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 31.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin “Avtotexnikixidmət” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı hüdudları daxilində yerləşdiyi və iddia olunan torpaq sahəsinin ətrafında yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin olmadığı müəyyən edilmişdir.
32. Lakin iş vərəqinin 1-ci cildinin 32-34-cü vərəqindəki Ayrıc Aktı, “Ortofoto” görüntü ilə müqayisəli və birgə təhlil aparılmadan rəy verildiyindən məhkəmə Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadına əsasən təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 33.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/*** saylı ekspert rəyində ilə müəyyən olunmuşdur: --Qərardadın birinci sualı üzrə: Baxış zamanı təqdim olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısı X6 İnkişafı və İstismarı Birliyinin ***** saylı ## ###### 2006-ci il tarixli Dübəndi ərazisindəki 1/2- ****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı ayrılmış Pirallahı rayonun Dübəndi ərazisində */*-****/**** nömrəli 0,10 hektar torpaq sahəsinin naturada yeri və koordinatları edilmişdir, (koordinatlar rəyin tədqiqat hissəsində göstərilmişdir) -Qərardadın ikinci sualı üzrə: İddiaçının iddia etdiyi torpaq sahəsinin planlı yerləşmə vəziyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı X6 İnkişafı və İstismarı Birliyinin ***** saylı ## ###### 2006-ci il tarixli Dübəndi ərazisindəki */*-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçıya ayrılmış Pirallahı rayonun Dübəndi ərazisində */*-****/**** nömrəli 0,10 hektar torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. -Qərardadın üçüncü sualı üzrə: İddiaçının iddia etdiyi torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən edilə bilər. -Qərardadın dördüncü sualı üzrə: İddiaçı İddiaçı faktiki göstərdiyi torpaq sahəsinin vəziyyətinin bölgü sxeminə uyğun olduğu nəzərə alınaraq iddia olunan torpaq sahəsinin "Avtotexnikixidmət" bağçılıq- yoldaşlığın daxilində yerləşdiyi müəyyən edilmişdir. - Qərardadın beşinci sualı üzrə: İddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsindən 52-53 metr aralıdan metal boru xəttinin, 60 metr aralıdan elektrik xəttinin keçdiyi müəyyən olundu. Həmin xəttlərin (boru xəttinin təzyiqini və növünü, elektrik xəttinin gərginliyini və.s) təyinatı və iddia olunan sahənin mühafizə zonasına düşüb-düşməməsi müvafiq qurumlar tərəfindən müəyyən oluna bilər. - Qərardadın altıncı sualı üzrə: İddiaçının iddia etdiyi torpaq sahəsinin üzərində bir mərtəbəli tikili mövcuddur.
34. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
35. MPM-in 88-ci maddəsinə əsasən ekspertin rəyi digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Məhkəmə Kollegiyası ##.##.2026-cı il tarixli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.
37. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin imtina dəlili əsassızdır.
38. Yuxarıda qeyd olunan ekspert rəyindən də göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin planlı yerləşmə vəziyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı X6 İnkişafı və İstismarı Birliyinin ***** saylı ## ###### 2006-ci il tarixli Dübəndi ərazisindəki */*-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçıya ayrılmış Pirallahı rayonun Dübəndi ərazisində */*-****/**** nömrəli 0,10 hektar torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
39. Həmçinin, iddiaçı İddiaçı faktiki göstərdiyi torpaq sahəsinin vəziyyətinin bölgü sxeminə uyğun olduğu nəzərə alınaraq iddia olunan torpaq sahəsinin "Avtotexnikixidmət" bağçılıq- yoldaşlığın daxilində yerləşdiyi müəyyən edilmişdir.
40. İddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsindən 52-53 metr aralıdan metal boru xəttinin, 60 metr aralıdan elektrik xəttinin keçməsi ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
41. Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək qeyd edir ki, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
42. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin olunmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısı X6 İnkişafı və İstismarı Birliyinin ***** saylı ## ###### 2006-ci il tarixli Dübəndi ərazisindəki */*-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Pirallahı rayonun Dübəndi ərazisində */*-****/**** nömrəli 0,10 hektar torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.