Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1134/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, ona qanunla hüququ yarandığı gündən, yəni xx.xx.2020-ci il tarixdən doğuşdan fiziki imkanları məhdud qızını 8 yaşınadək tərbiyə etdiyi üçün yaşa görə müavinətin təyin olunması və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, ona qanunla hüququ yarandığı gündən, yəni xx.xx.2020-ci il tarixdən doğuşdan fiziki imkanları məhdud qızını 8 yaşınadək tərbiyə etdiyi üçün yaşa görə müavinətin təyin olunması və ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Xİ-JQ seriyalı, 389969 nömrəli, xx.xx.1986-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 fevral 1986-cı il təvəllüdlüdür, onun atası Mobil Bayramov, anası Gülnaz Bayramovadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı TSEK tərəfindən verilmiş 2217 saylı müayinə aktından çıxarışdan (xx.xx.2003-cü il tarixli, 71 nömrəli protokola əsasən) görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X7 iki tərəfli kaxilyar nevrit. İİİ-İV dərəcə karlıq, nitq pozğunluğu, anadangəlmə, İİİ dərəcə əlildir. Əlilliyin səbəbi uşaqlıqdan, əmək zəmanəti Eşitmənin aktiv iştirakına, ehtiyac olmayan yüngül fiziki işlərdə işləyə bilər, əlilliyin müddəti bir il göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı TSEK tərəfindən verilmiş 2259 saylı müayinə aktından çıxarışdan (xx.xx.2013-cü il tarixli, 127 nömrəli protokola əsasən) görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X7 iki tərəfli kaxilyar nevrit. İİİ-İV gəlmə. İİİ dərəcə əlildir. Əlilliyin səbəbi ümumi, əmək zəmanəti Az həcmdə yüngül işdə işləyə bilər, əlilliyin müddəti “müddətsiz”dir göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti yanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də, Ə.Ələkbərov küçəsi, 590-cı məhəllə, 81a saylı binanın 33 saylı mənzilində yaşayır, qızı, X7 1986-cı ildə anadan olub və onu 8 yaşa kimi böyüdüb tərbiyə etmişdir. İddiaçı doğuşdan fiziki imkanları məhdud qızını 8 yaşınadək tərbiyə etdiyi üçün ona yaşa görə müavinətin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” **********0 saylı 20 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci ii iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (2020-ci il 1 iyul tarixindən 2021-ci ilin 1 iyul tarixinədək qadınların müavinət yaşı 62 yaş müəyyən edilmişdir). Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən isə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında" Əsasnamənin 1.5-ci bəndinə əsasən bildirilir ki, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun) müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və “Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, təqdim etdiyi sənədlərdə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında onun övladı Gülnaz Mobil qızı Qafarovanın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən məlumat olmadığından müraciət etdiyi müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmur. “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci yarımbəndinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Filialın ********* saylı 20 aprel 2021-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi və ona qanunla hüququ yarandığı gündən, yəni xx.xx.2020-ci il tarixdən doğuşdan fiziki imkanları məhdud qızı – xx.xx.1986-cı il təvəllüdlü Qafarova (Bayramova) Gülnaz Mobil qızını 8 yaşınadək tərbiyə etdiyi üçün yaşa görə müavinətin təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il təvəllüdlü olmaqla körpəlikdən əlil olmuş uşağın anasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun qanunla müəyyən olunmuş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən o, doğuşdan fiziki imkanları məhdud qızı, xx.xx.1986-cı il təvəllüdlü X2 8 yaşınadək tərbiyə etdiyi üçün 57 yaşına çatdıqda pensiya almaq hüququna malikdir. DSMF mütəxəssisləri ilə məsləhətləşdikdən və zəruri sənədləri topladıqdan sonra o, “Əmək pensiyaları haqqında" Qanununun tələblərinə uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə 1 saylı DOST Mərkəzinə müraciət etmişdir. DOST əməkdaşları ərizəsinin nəticələri barədə heç bir məlumat verməmişlər. O, bir aydan çox müddət ərzində “142" qaynar xəttinə dəfələrlə zəng etmş və nəhayət ona karantın rejimi tətbiq olunduğundan işin uzandığını və yalnız aprel ayının sonunda onun ərizəsinə əsasən bütün sənədlərin sosial müavinətlər şöbəsinə verildiyini bildirdilər. Uzun müddət müraciətinə heç bir cavab ala bilməmişdir. Bu yaxınlarda müraciətinin nəticəsi barədə məlumat almaq üçün getdikdə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöhəsinin 21 may 2020-ci il tarixli imtina məktubunu təqdim etmişlər. Həmin məktubda göstərilir ki, X1 Tibbi Sosial Ekspert Komissiyası arayışının əsli olmadığı üçün sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmədən sənədləri ona geri qaytarılır. İmtinanın əsassızlığı açıq-aşkardır. Belə ki, o, imtina məktubunda göstərilən arayışın əslini təqdim etmişdir. Mövcud qanunvericilikdə dəqiq şəkildə müəyyən olunmuşdur ki, şəxs müəyyən səbəblərdən (25 illik əmək stajının və ya zəruri pensiya kapitalının olmaması) əmək pensiyası almaq hüququna malik deyildirsə, onun qanunla müəyyən edilmiş əsaslarla yaşa görə müavinət almaq hüququ vardır. Hazırda o, DOST Mərkəzi tərəfindən verilmiş əsassız imtinadan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bildirir ki, ondan tələb olunan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli Əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı) 2.2-ci bəndində göstərilən bütün sənədləri DOST Mərkəzinə təqdim etmişdir. Buna baxmayaraq, əsassız imtina almışdır. DSMF əməkdaşları imtinanı onunla əsaslandırırlar ki, qızı X3 əlillik 8 yaşınadək verilməli idi və anası kimi o, qızının 8 yaşı tamam olanadək müavinət almalı idi. Bu tamamilə absurd cavabdır. Belə ki, qanunda belə bir tələb nəzərdə tutulmayıb. Qanunla müəyyənləşdirilmiş əsas şərt fiziki imkanları məhdud uşağın 8 yaşınadək tərbiyə edilməsidir, yəni əsas vurğu və aksent “TƏRBİYƏ" anlayışı üzərindədir. O, xeyli fiziki və mənəvi güc sərf edərək uşağını böyüdüb tərbiyə etmişdir. Mövcud qanunvericiliyə əsasən, anadangəlmə qüsurlu uşaq 8 yaşına çatanadək onun tərbiyəsi ilə məşğul olmaq təqaüd üçün əsas hesab edilir. Bundan əlavə, TSEK-dən akt və protokol əlavə olunub ki, qızı anadangəlmə qüsurludur və uşaqlıqdan əlildir. O, 18 yaşından sonra da, uşaqlıqdan əlil sayılır. DOST-dan sonra şikayət ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Oradan da, səbəbsiz rədd cavabı almışdır. Qızı anadan olandan bu günkü günə kimi ruhi-əsəbi dispanserində geydiyyatdadır. Anadangəlmə əllilliyi təyin etdirməmələrinin səbəbi var idi. Belə ki, düşünürdülər ki, bəlkə müalicə vasitəsilə qüsuru aradan qaldırmaq mümkün olar. Rəhmətlik yoldaşı guman edirdi ki, qızının səhhəti bir müddət müalicədən sonra düzələr. Müalicəni də, öz hesablarına edirdilər. Buna baxmayaraq, qızının səhhətindəki problemi heç cür aradan qaldırmaq mümkün olmadı. Sonda maddi durumları imkan vermədi və bu xəstəliyin ömürlük olduğunu bildilər. Qızılarının əlilliyi 18 yaşına qədər təyin olunub. Hər il müayinədən keçirərək ona ömürlük əlillik təyin edilib. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı müraciətinə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı xidmət nümayəndəliyi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qızı X1 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğuna dair Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq qərarının təqdim ediləcəyi təqdirdə baxılmasının mümkün olduğu bildirilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində sağlamlıq imkanları məhdud uşaq olan X2 8 yaşınadək tərbiyə etdiyi üçün ona 57 yaşından yaşa görə sosial müavinət təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirirlər ki, sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə sosial müavinət təyin edilməsi üçün aşağıdakı sənədlər tələb edilir: - yaşa görə sosial müavinət təyin edilməsi üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd, -şəxsin sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışları, -uşağın 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinə dair qərar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli xidməti məktubunda İddiaçı qızı X3 xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edildiyi, vətəndaşın sağlamlıq imkanlarının məhdudluğu barədə sənədlərin Tibbi-Sosial Ekspert Komissiyasının arxiv sənədlərinin arasında aşkar edilmədiyi qeyd edilmişdir. X1 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğuna dair Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq qərarının təqdim edilməməsi səbəbindən İddiaçı yaş həddinin 5 il azaldılmaqla yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2020-ci il tarixdən doğuşdan fiziki imkanları məhdud qızı – xx.xx.1986-cı il təvəllüdlü Qafarova (Bayramova) Gülnaz Mobil qızını 8 yaşınadək tərbiyə etdiyi üçün yaşa görə müavinətin təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə baxarkən qanunvericiliyin tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. Sonda iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçı cavabdehə ona müavinət təyin edilməsi tələbi ilə bağlı müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən “təqdim etdiyi sənədlərdə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında övladı Gülnaz Mobil qızı Qafarovanın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən məlumat olmadığından müraciət etdiyi müavinətin təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmaması” əsası ilə imtina edilmişdir. Mübahisənin əsas predmeti iddiaçının əlil övladı X4 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğuna dair Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq qərarının təqdim edilməməsi təşkil edir. İşə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mövcud olan 2003-cü il tarixli müayinə protokoluluna əsasən (iddiaçının övladının həmin zaman 17 yaşı olmuşdur) müəyyən edilmişdir ki, iddiaçının övladı Qafarova (Bayramov) Gülnaz Mobil qızında olan əlillik “anadangəlmə” olmuşdur. Bundan əlavə, iddiaçının qanunvericiliklə müəyyən edilmiş sosial müavinət almaq hüququ verən yaş həddinə (57 yaş) çatması, həmçinin sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Buna görə də məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci il 1 iyul tarixindən 2021-ci ilin 1 iyul tarixinədək qadınların müavinət yaşı 62 yaş müəyyən edilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən isə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən yaşa görə sosial müavinət ömürlük təyin edilir. Həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət ödənişi şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Hazırki işdə İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və ona istədiyi növdə müavinətin təyin olunması üçün müəyyən yaşa çatması, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi, əmək qabiliyyəti olmayan şəxs kimi əmək pensiyası hüququ olmayan şəxs olması və işləməməsi əsas şərtdir. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə edən və işləməyən ana kimi ona sosial müavinətin təyin olunmasını istəyir. Cavabdeh orqan isə iddiaçıya sosial müavinətin verilməsindən yalnız “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında övladı Gülnaz Mobil qızı Qafarovanın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən məlumatın olmaması” əsası ilə imtina edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğu üçün sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə edən ana kimi onun qanunla tələb olunan 62 yaşı 5 il azaldılmaqla, 57 yaşdan, yəni xx.xx.2020-ci ildən ona sosial müavinətin təyin olunması mümkündür. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçıya istədiyi növdə müavinətin təyin olunması üçün imtinada göstərilən əsasdan başqa qanunla nəzərdə tutulan digər şərtlərə riayət olunma məsələsi mübahisələndirilmir. Cavabdehin imtina məktubunda göstərilən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında övladı Gülnaz Mobil qızı Qafarovanın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən məlumatın olmaması” əsası üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən **********1 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə Gülnaz Bayramovaya dair 71 saylı xx.xx.2003-cü il tarixli və 127 saylı xx.xx.2013-cü il tarixli protokolların surəti təqdim edilmişdir. 71 saylı xx.xx.2003-cü il tarixli protokolda iddiaçının 17 yaşlı uşağının əlilliyinin səbəbi “anadangəlmə” göstərilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Lakin cavabdeh inzibati orqan apellyasiya şikayətində imtinada göstərilən əsası yenidən vurğulamış və iddianın təmin edilməsi ilə razılaşmamışdır. Bununla bağlı hazırki işin apellyasiya baxışı zamanı da müvafiq araşdırmalar aparılmış və sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş Qafarova (Bayramova) Gülnaz Mobil qızının “uşaqlıqdan” əlilliyini təsdiq edən tibbi sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, həqiqətən şəxsin ilk müayinə tarixi xx.xx.2003-cü il tarixdə (17 yaşda) olmuş və ona həmin müayinənin nəticəsi olaraq “uşaqlıqdan ”üçüncü dərəcə əlillik verilmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə İnzibati Ərazi nümayəndəliyiu üzrə Nümayəndəsinin 76/g saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də, xx.xx.1986-cı ildə anadan olmuş sağlamlıq imkanları məhdud qızı X2 8 yaşa kimi böyüdüb tərbiyə etmişdir. Yasamal rayonu 16 saylı şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli ambulator kartasından çıxarışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X7 2004-cü il tarixdən poliklinikanın otolarinqoloq kabinetində iki tərəfli kaxilyar nevrit. İİİ-İV dərəcə, anadangəlmə praktiki karlıq, nitqin pozulması dioqnozu ilə dispanser qeydiyyatdadır. İİİ qrup müddətsiz əlildir. Mütəmadi olaraq müayinə olunur, həkim nəzarətindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X7 iki tərəfli kaxilyar nevrit. İİİ-İV dərəcə karlıq, nitq pozğunluğu, anadangəlmə, İİİ dərəcə əlildir. Əlilliyin səbəbi uşaqlıqdan, əmək zəmanəti Eşitmənin aktiv iştirakına, ehtiyac olmayan yüngül fiziki işlərdə işləyə bilər, əlilliyin müddəti avqust 2004-cü ilə qədər göstərilmişdir. Bundan slavə, xx.xx.1986-cı il təvəllüdlü X1 xəstəliyini təsdiq edən sənədləri, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu və əlilliyi ilə bağlı sistemdən çıxarışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş X6 müayinə məlumatlarından görünür ki, Qafarova (Bayramova) Gülnaz Mobil qızı 16 saylı şəhər Poliklinikasında tibbi nəzarətə götürülmüş və onun əlilliyinin təkrar müayinə edilmə müddətinin qurtarması səbəbindən xx.xx.2013-cü il tarixdən növbəti qiymətləndirmənin nəticəsi olaraq ona üçüncü dərəcəli əlillik “müddətsiz” verilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X7 iki tərəfli kaxilyar nevrit. İİİ-İV dərəcə karlıq, nitq pozğunluğu diaqnozu ilə anadangəlmə İİİ dərəcə əlildir, bu fakt iş materiallarında olan sənədlər, o cümlədən 2003- 2004-cü illər üzrə tərtib olunan müayinə aktları, şəxsin tibbi kartası və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasından təqdim olunan tibbi sosial ekspertiza sənədləri ilə tam təsdiq olunur. Belə olan halda iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi ona qanunla hüququ yarandığı gündən, yəni xx.xx.2020-ci il tarixdən (iddiaçı tələbində həmin tarixi qeyd etmişdir) yaşa görə müavinətin təyin olunmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqanın isə “iddiaçının təqdim etdiyi sənədlərdə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında övladı Gülnaz Mobil qızı Qafarovanın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən məlumat olmadığından müraciət etdiyi müavinətin təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmaması” əsası ilə imtina verməsi əsassız olmuşdur. Belə ki, həmin imtinanın əsası kimi göstərilən hal məhkəmə araşdırmaları zamanı sorğulara verilmiş rəsmi cavab məktubları və təqdim olunmuş sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya müavinətin təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1134/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1134/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver