Məhkəmə qərarları › İş №2-1(103)-1136/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1136/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1136/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndələri X6 və vəkil X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “hesablanmış əlavə gömrük borcunun qanunsuz hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1.) iddia qaldıraraq Bakı Baş Gömrük İdarəsinin “5” aprel 2022-ci il tarixli 1400-012/004- 24/001969 №-li Bildirişinə əsasən, **********8113 №-li, **********0800 №-li, **********9411 №-li, **********5098 №-li, **********6823 №-li və **********5382 №-li gömrük bəyannamələri üzrə əsassız yerə hesablanmış 34434.05 manat idxal rüsumu, 6198.13 manat əlavə dəyər vergisi və 14830.74 manat dəbbə pulu olmaqla, ümumilikdə 55462.92 manat gömrük borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəraradı ilə iddiaçının həmin tələbi dəyişdirilmişdir: - İddiaçı QSC-yə **********8113 №-li, **********0800 №-li, **********9411 №-li, **********5098 №-li, **********6823 №-li və **********5382 №-li gömrük bəyannamələri üzrə gömrük borcunun hesablanmasının qanunsuz hesab edilməsi və bank hesablarına qoyulmuş sərəncamların ləğv edilsin. İddia aşağıdakılarla əsaslandırmışlar: “...Cavabdehin iddiaçıya ünvanladığı 05 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı QSC-nin 2019-2020-ci illərdə tərtib etdiyi bir sıra gömrük bəyannamələrində mahn X4 mal nomenklaturası (XİF MN) üzrə kodu səhv bəyan edilib, gömrük ödənişlərindən yayınma halı baş verib. Odur ki, ƏDV (6198,13 manat), dəbbə pulu (14830,74 manat) və idxal rüsumu (34434,05 manat) daxil olmaqla, ümumilikdə 55.462,92 manat gömrük borcu hesablanmışdır. Göstərilən borc məbləği heç bir qanuni və faktiki əsas olmadan və lazımi inzibati araşdırma aparılmadan hesablanmışdır. Cavabdeh tərəfindən Gömrük Məcəlləsinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, digər tərəfdən inzibati araşdırma aparılmadan, yalnız bildirişə əsaslanaraq tələb edilmişdir. Belə ki, cavabdeh iddiaya etirazında göstərilir ki, borcun hesablanmasına əsas qismində çıxış edən aktlar Dövlət Gömrük Komitəsinin X3ması və Audit Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2019-xx.xx.2021 il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticəsinə dair Dövlət Gömrük Komitəsinin 1000/265ş nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair Tədbirlər Planı” və “Bakı Baş Gömrük İdarəsində aparılmış yoxlamanın nəticələrinə dair Akt”dır. Lakin aparılmış yoxlamanın nəticələrinə dair Akt” İddiaçı QSC üçün hər hansı hüquqi nəticə yarada bilməz. QSC-də audit yoxlamasının aparılması barədə qərar qəbul edilməmişdir. Halbuki, Gömrük Məcəlləsinin 98-ci maddəsinin tələblərindən İrəli gələrək, cavabdeh mütləq şəkildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa riayət edərək yoxlama aparmalı (yoxlama barədə vahid məlumat reyestrindən çıxarış mövcud olmalı) və audit yoxlamasının keçirilməsi barədə yazılı qəran təqdim etməli idi. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən deyil, onun tabe olduğu qurum tərəfindən daxili yoxlama aparılması və daxili yoxlama barədə akta əsasən iddiaçı barəsində borcun hesablanması (yəni görülmüş məsuliyyət tədbiri) tamamilə qanunaziddir. Malların buraxılışı üçün qanunla tələb olunan bütün prosedur qaydalarına iddiaçı tərəfindən riayət edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 162-ci maddəsinin tələbləri iddiaçı tərəfindən bəyannamələr tərtib edilərkən gözlənilmişdir. Bəyannamələr tərtib edilməzdən əvvəl bəyan edilən mallar barədə Səhiyyə Nazirliyinin Änalitik Ekspertiza Mərkəzinə lazımi sənədlər (alğı-satqı müqavilələri. İnvoyslar) təqdim edilmiş və Mərkəz tərəfindən bu malların tibbi avadanhq/cihaz/İəvazimat olduğu təsdiq edilmişdir. Bəyannamələrin 2019-2020-ci illərdə tərtib edilməsinə və malların gömrük orqanı tərəfindən sərbəst dövriyyəyə buraxılmasına baxmayaraq, cavabdeh 2022-ci ildə bəyannamələrin düzgün tərtib edilmədiyini bildirir. -Bəyan edilmiş malların hansı kod üzrə bəyan edilməli olduğu bugünədək cavabdeh tərəfindən rəsmi formada bildirilməmişdir. Belə ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndələri rəsmi formada bəyannamələrdəki yanlışlığa dair izah verməkdən yayınırlar. Cavabdeh tərəfindən yoxlama ilə bağlı yazılı qərar qəbul edilmədiyinə görə bəyannamədəki malların nəyə görə digər kod altında bəyan edilməli olduğu aydın olmur. Gömrük Məcəlləsinin 321.3-cü maddəsinə əsasən, bəyan edilən malların X4 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Bu normalar malların sərbəst dövriyyə üçün buraxılmasınadək bəyannaməçi tərəfindən məlumatların düzgün göstərilmədiyi hallar zamanı tətbiq olunmalıdır. Hazırkı mübahisədə müssisə tərəfindən idxal olunan malların təsnifatı 2019-2020-ci illərdə bəyannamələr təqdim edilərkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müvafiq məktublarına istinad edilmiş, Bakı Baş Gömrük İdarəsi tərəfindən yoxlama aparılmış və bəyannamələrdə heç bir yanlışlıq aşkar olunmamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, gömrük borcunun gömrük orqanı tərəfindən əsaslı hesablandığını və cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməli olduğunu bildirərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı QSC-yə **********8113, **********0800, **********9411, **********5098, **********6823 və **********5382 sorğu nömrəli gömrük bəyannamələri üzrə cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük borcunun hesablanması qanunsuz hesab edilsin və İddiaçı QSC-nin bank hesablarına Bakı Baş Gömrük İdarəsi tərəfindən qoyulmuş xx.xx.2022-ci il tarixli sərəncamlar ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3ması və Audit Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2019- xx.xx.2021-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticəsinə dair Dövlət Gömrük Komitəsinin 1000/265ş nömrəli, xx.xx.2022-ci il tarixli Əmri ilə təsdiqlənmiş “Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair Tədbirlər Planıma və “Bakı Baş Gömrük İdarəsində aparılmış auditin nəticələrinə dair Akt’a (25.01,2022-ci il tarixli) əsasən, İddiaçı QSC-dən tərəfindən ölkə ərazisinə idxal olunan mallara tərtib edilmiş **********8113, **********0800, **********9411,**********5098, **********6823, **********5382 sorğu nömrəli gömrük bəyannamələrində malların X4 Mal Nomenklaturası üzrə kodu səhv bəyan edilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi aşkar edilmiş, nəticədə, yuxarıda qeyd olunan gömrük bəyannamələri üzrə dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük borcu yaranmışdır. Belə ki, idxal gömrük rüsumu üzrə 34434.05 azn. əlavə dəyər vergisi üzrə 6198.13 azn, dəbbə pulu üzrə 14830.74 azn olmaqla ümümilikdə 55462.92 azn gömrük borcunun tam şəkildə dövlət büdcəsinə ödənilməsi barədə İddiaçı QSC-yə 1400-012/0xx-xx/001969 nömrəli, 05.04 2022-ci il tarixli bildiriş göndərilmişdir. Gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların X4 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Məhkəmə qərarda qeyd etmişdir ki, borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir. Məhkəmənin bu qənaəti ilə bağlı qeyd edilir ki, cavabdeh tərəfindən inzibati icraatın başlanılması üçün “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı və 28.1-ci maddəsində nəzərdə tutulan əsaslar yaranmamış və bu səbəbdən də gömrük borcunun yaranması barədə ərizəçiyə bildiriş təqdim edilsə də, bununla bağlı hər hansı inzibati araşdırma aparılmamışdır. Beləliklə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndələri R.Səfiyev və P.Musazadə isə onunla razılaşmamış, qeyd edilən gömrük bəyannamələri üzrə iddiaçıya əlavə hesablanmış gömrük borcu hesablanaraq hesabına əssasız sərənm qoyulduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlərdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya hesablanmış gömrük borcu aşağıdakı qaydada hesablanmışdır: “ -“Bakı Baş Gömrük İdarəsində aparılmış auditin nəticələrinə dair tərtib olunmuş 25.01,2022-ci il tarixli Akta əsasən, İddiaçı QSC tərəfindən ölkə ərazisinə idxal olunan mallara görə tərtib edilmiş **********8113, **********0800, **********9411,**********5098, **********6823, **********5382 sorğu nömrəli gömrük bəyannamələrində malların X4 Mal Nomenklaturası üzrə kodu səhv bəyan edilməklə, gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi aşkar edilmiş; nəticədə, qeyd olunan gömrük bəyannamələri üzrə ona qeyd olunan mbləğələrdə gömrük borcu hesablanraq dövlət büdcəsinə ödənilməsi barədə iddiaçıya 05.04 2022-ci il tarixli bildiriş göndərilmişdir. Daha sonra, cavabdeh Gömrük Məcəlləsinin 321.3-cü maddəsinə əsasən bildirir ki, gömrük orqanı tərəfindən gömrük borcu əsaslı hesablanmışdır və cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qaydada audit yoxlaması aparılmaqla, iddiaçıya əlavə gömrük borcu hesablanması, gömrük qanunvericilyinin tələblərinə ziddir. Belə ki, birincisi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 98.2-ci maddəsinə əsasən gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Həmin Qanunun 98.4-cü maddəsinə əsasən gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 98.8-ci maddəsinə əsasən ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Gömrük Məcəlləsinin qeyd olunan tələbindən göründüyü kimi, gömrük auditi - gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında, gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Audit keçirilməmişdən əvvəl həmin qərarın surəti (auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi) barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Başqa sözlə, qanunun mahiyyətinə görə audit yoxlaması üçün inzibati icraatın başlanmasına əsas birinci növbədə müvafiq qərarın qəbul edilib bəyannaməçiyə təqdim edilməsi təşkil edir. Konkret halda isə cavabdeh gömrük orqanının iddia ərizəsinə etrazından, həmçinin, onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, xx.xx.2019-xx.xx.2021-ci illərdə fəaliyyəti üzrə bəyannəməçidə (iddiaçı) audit yoxlaması, müvafiq qərar qəbul olunmadan, yəni, inzibati icraat aparılmadan həyata keçirilmiş və tərtib olunmuş akt əsasında ona 6 (altı) bəyannamə üzrə idxal olunan mallara görə 4434.05 manat əlavə gömrük rüsumu, 6198.13 manat ƏDV, 14830.74 manat dəbbə pulu, ümümilikdə, 55462.92 manat əlavə gömrük borcu hesablanaraq bildiriş göndərilməklə ödənilməsi tələb olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsinin tələbinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsi isə nəzərədə tutur ki, Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə tərəfindən aparılan araşıdrma nəticəsində müəyyən olunmuşdur ki, gömrük borcu cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində hesablanmış, həmin borcun tutulmasını təmin etmək məqsədilə üçüncü şəxsin üzərinə vəzifə qoyulmuş(bank hesablarının dondurulması barədə sərəncam verilmişdir). Halbuki, Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir. Məhkəmə tərəfindən iddiaçıya gömrük borcunun hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi tələb olunsa da məhkəmə araşdırması zamanı bununla bağlı inzibati icraatın aparılmadığı və gömrük borcunun tutulması ilə bağlı qərar qəbul edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən qanunvericilyin tələbləri təmin olunmadığından onun tərəfindən aparılmış audit yoxlaması iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır. İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığını, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmədiyini, qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar