Məhkəmə qərarları › İş №2-1(103)-1137/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1137/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1137/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin **********194600 saylı 16 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1933/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin **********194600 xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” qərarından görünür ki, İddiaçı MMC-yə 2019-cu il üçün mənfəət vergisi üzrə 40705.95 manat məbləğində vergi və ya sığorta haqqı hesablanmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin **********94600 saylı 16 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında iddiaçıya əlavə olaraq **********138700 saylı 8 sentyabr 2020-ci il tarixli qərarla 2019-ci il hesabat dövrü üzrə 40.705,95 manat, vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablamışdır. Cavabdehin həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh öz qərarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirmişdir ki, guya iddiaçının bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməsi üzrə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Lakin qərarlarda yazılanlar həqiqəti əks etdirmir. Cavabdehin kameral vergi yoxlamalarının aparılması ilə bağlı **********016200 saylı 11 avqust 2020-ci il tarixli, **********524600 saylı 23 sentyabr 2020-ci il tarixli bildirişləri ilə bağlı iddiaçı 15 sentyabr və 24 sentyabr 2020-ci il tarixli məktublarla cavabdehə müraciət edərək əsaslandırılmış cavablar göndərmiş və zəruri olan lazımi sənədlər əlavə etmişdir. 8 sentyabr 2020-ci il tarixli qərar qanunsuzdur. Belə ki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə görə müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və Vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə görə kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və ərizədə bildirmişdir ki, cavabdeh 8 sentyabr 2020-ci il tarixli **********138700 nömrəli qərarı ləğv etmiş və əsassız olaraq kameral vergi yoxlaması ilə 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərar qəbul etmişdir. Həmin qərarla iddiaçıya 2019-cu ilin hesabat dövrü üzrə 40.705,95 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul etmiş və öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirmişdir ki, guya iddiaçının bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablamışdır. Lakin qərarda yazılanlar həqiqəti əks etdirmir. Cavabdehin kameral vergi yoxlaması aparılması barədə 23 sentyabr 2020-ci il tarixli **********24600 saylı bildirişi ilə bağlı iddiaçı 24 sentyabr 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək, əsaslandırılmış cavab göndərmiş və zəruri olan sənədləri təqdim etmişdir. Hesab edir ki, cavabdehin 16 oktyabr 2020-ci il tarixli həmin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəməyə təqdim edilmiş “iddia ərizəsinə əlavə”də qeyd edilmişdir ki, İddiaçı MMC 15 Sentyabr 2020-ci il tarixdə 2019-ci il hesabat dövrü üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. Cavabdeh 23 sentyabr 2020-ci il tarixli **********524600 saylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubunda guya 15 sentyabr 2020-ci il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) vergi yoxlamasının aparılmasının mümkün olmaması göstərilmişdir: 1) mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ila bağlı xərclər hissəsinin 221.5.1.1-ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 1.016.94 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan va daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna göra kənarlaşma aşkar edilmişdir; 2) Hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su va kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış va təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2.714.532 manat), MMC tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaima-fakturaların və alış aktlarının məbləği (176.457,64 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (2.665.393,51 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin siğortası və ya təkrar siğorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (2.841.851,15 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (132.503,33 manat) məbləğin müqayisəsi nəticəsində çıxılması nəticəsində yaranan (2.709.347,82 manat) manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir; 3) Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində MMC tərəfindən 2.841.851,15 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər,xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (2.665.393,83 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 176.457,32 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Bununla əlaqədar cavabdeh kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədləri iddiaçıdan təqdim olunmasını tələb etmişdir. İddiaçı 24 sentyabr 2020-ci il tarixli cavab məktubunda göstərmişdir ki, qaimə ilə alışların ümümi cəmindən (176.457,64 manat) (EAAZ 398535, EAAY 249816, EAAY 249952 seriyalı qaimələrin cəmi 1.016,94 manat (ƏDV-siz)) çıxılıb icarə haqqı olaraq bəyannamənin 221.5.1.1 kodlu (hüquqi şəxslər üzrə icarə haqqı) sətrində qeyd edilmişdir və Abşeron Logistika MMC ilə olan icarə müqaviləsinə əsasən (ÖMV icarədar tərəfindən ödənilib və icarə müaviləsi kargüzarlıq bölməsində) bəyannamənin 232 kodlu (Digər xərclər) sətrində (6.960,40) qaimə ilə alışlardan (176.457,56 manat) dən (720 manat) xidmətlə bağlı xərcdir (bilavasitə malın maya dəyərinə daxil olmayan) və (6.240,40 manat) YGB-də göstərilən digər yığımların cəmidir (720+6.240,40=6.960.40 manat) və qeyd olunan (5.184,18 manat)-lik fərqin yaranma səbəbi bununla bağlıdır. Bununla bağlı Dövlət Gömrük Komitəsinin dərc etdiyi idxal haqqında məlumat bazasını qoşma olaraq əlavə edilir. Bəyannamənin 221.15 kodlu sətrində qeyd olunan (ümumi qaimə ilə alışların 174.720,70 manat) malların təqdim edilməsi ilə bağlı sair xərclər (ölkə daxilində malın yüklənib boşaldılması və digər terminal xərcləri) olmaqla qeyd edilmişdir. Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3 kodlu ehtyatlar bölümündə qaimə ilə alışların cəmi (176.457,56 manat) əks etdirilə bilməz, çünki bu alışlar malın biləvasitə maya dəyərinə daxil deyil (sonradan fomalaşdığına görə). Bu səbəbdən 1.3.2 kodlu mallar sətrində yalnız YGB yə əsasən (2.665.393.83 manat) məbləğ əks etdirilmişdir. Uyğunsuzluq məktubunda qeyd olunan 1 nömrəli əlavədə 1.1 kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirləri üzrə 176.457,56 manat fərqin yaranması bu səbəbdəndir. İddiaçı öz cavab məktubuna Dövlət Gömrük Komitəsinin dərc etdiyi idxal haqqında məlumat bazasını, İcarə haqqında müqaviləni və digər zəruri sənədləri qoşma olaraq əlavə edərək, cavabdehdən kameral uyğunsuzluğun aradan qaldırılmasını və münasibət bildirilməsini xahiş etmişdir. Lakin cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərarla iddiaçıya 2019-ci il hesabat dövrü üzrə 40.705,95 manat vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablamışdır. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh öz qərarında bəyannamədə və hesabatda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbini və müvafiq təsdiqedici sənədləri göstərməmişdir və bildirmişdir ki, guya bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannamə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Lakin qərarda kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanması barədə yazılanlar həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən iddiaçı cavabdehin 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı MMC cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 8 sentyabr 2020-ci il tarixli **********138700 saylı qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəyişdirilmiş və 16 oktyabr 2020-ci il tarixi **********194600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. Uçot baza məlumatına əsasən vergi ödəyicisinin 18 iyun 2019-cu il tarixdən vergi ödəyicisi kimi, həmin tarixdə ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyətinin “ixtisaslaşdırılmamış topdansatış” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı yük gömrük bəyannamələri məlumatlarına əsasən MMC tərəfindən 28 fevral 2020- ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı iddiaçı tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 2.670.674 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 2.381.738 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 19 mart 2020-ci il tarixli **********361500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 65.074,95 manat zərər məbləği azaldılaraq 40.705,95 manat vergi məbləği hesablanmış və 27 aprel 2020-ci il tarixli **********111700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasından sonra vergi ödəyicisi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə 2019- cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubunda malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq düzgün əsaslandırılmamış, məktuba əlavə edilmiş cədvəl məlumatları, daşıma xərclərinə aid təsdiqedici sənədlər (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim edilməmiş və qeyri-rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyinə görə 2019-cu il üçün mənfəət vergisi üzrə 40.705,95 manat əlavə vergi məbləği hesablanılmaqla, vergi ödəyicisinə **********194600 nömrəli 16 oktyabr 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu il üzrə dəqiqləşdirilmiş X2 2.669.370,38 manat ümumi gəlirlər, 2.734.445,33 manat ümumi gəlirdən çıxılan xərclər (o cümlədən 2.532.850,90 manat malın dəyəri) göstərilərək, ilin yekunlarına əsasən 65.074,95 manat zərərin olması bəyan edilmişdir. MMC-nin 2019-cu il ərzində təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən 2.669.370,38 manat dövriyyəsinin olması, 2019-cu il ərzində 2.669.367,51 manat dəyərində elektron qaimə-faktura, 2.669.367,48 manat dəyərində elektron vergi hesab-faktura təqdim etdiyi, ƏDV sub-uçot hesabına 478.985,92 manat ƏDV məbləğinin daxil olması müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı MMC tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların faktura (invoys) dəyərinin 2.381.738 manat olması, həmin dövr üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən təqdim edilmiş 2.532.890,50 manat dəyərində olan malların dövr ərzində daxil olmuş 2.665.393,83 manat dəyərində olan mallara nisbətən xüsusi çəkisinin 95 faiz olması, idxal edilmiş malların faktura (invoys) dəyəri ilə dövr ərzində daxil olmuş malların dəyəri arasında yaranmış fərqə qeyd olunan xüsusi çəki tətbiq edilmiş və 269.473,03 manat fərqin olması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 2.670.674 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 2.381.738 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması vergi məbləğinin azaldılması kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən kameral vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən 2019-cu il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin malın dəyəri sətrində qeyd olunan 2.532.850,9 manat xərc məbləğinin 268.604,7 manat olan hissəsi nəzərə alınmamış və 65.074,95 manat zərər məbləği azaldılaraq 40.705,95 manat (203.529,75x20%) əlavə mənfəət vergisi hesablanmışdır. Araşdırma zamanı MMC-nin 2019-cu il ərzində meşə materialı (taxta) idxal etməsi və idxal edilmiş malların yük gömrük bəyannamələrinin araşdırılması zamanı yalnız 23 iyul 2019-ci il tarixli **********212 nömrəli, 6 sentyabr 2019-ci il tarixli **********753 nömrəli, 31 oktyabr 2019-ci il tarixli **********609 nömrəli və 5 noyabr 2019-cu il tarixli **********772 nömrəli 4 yük gömrük bəyannaməsi üzrə X1 (İNKOTERMS) FCA (Free Carrier – satıcının ölkəsində razılaşdırılmış yer) olması, digər yük gömrük bəyannamələri üzrə isə X1 (İNKOTERMS) DAP (Delivered at Place – alıcının ölkəsində razılaşdırılmış yer) olması müəyyən edilmişdir. Cəmiyyət satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim etməmiş və qeyri rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən idxal olunan malların faktiki dəyərinin 2.381.738 manat olması müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1933/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********194600 saylı 16 oktyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin dəlillərindən biri ondan ibarət olmuşdur ki, “vergi qanunverciliyinin müvafiq normaları da vergitutma obyekti kimi idxalın dəyərini malların idxal zamanı gömrük dəyəri və müvafiq rüsum və vergilərin məcmusu kimi müəyyən etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaçı “Bədəlan" MMC-nin müvafiq dövr üzrə vergi bəyannaməsində malların statistik dəyərinə istinadən dövriyyə və vergi məbləğləri göstərməsi vergi qanunvericiliyinin tələblərinin pozulması, vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilməməlidir. Odur ki, cavabdehin həmin əsaslarla kameral vergi yoxlaması keçirilərək, əlavə vergi məbləğinin hesablanması barədə **********194600 saylı xx.xx.2020-ci il tarixli qərarı-əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Qeyd olunan dəlil ilə bağlı cavabdeh inzibati orqanın mövqeyi ondan ibarətdir ki, məhkəmə bununla Vergi Məcəlləsinin 139.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin qeyd olunan dəlilinin əsassızlığını sübut etmək üçün əvvəla işin hallarına nəzər yetirilməlidir. 2019-cu il mənfəət vergisi üzrə olan cari və kameral bəyannamələrin gəlirlər və xərclər üzrə olan müqayisəli cədvəldən göründüyü kimi, iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə 2532850.9 manat məbləğində bəyan etmişdir. Hər iki bəyannamə məlumatlarına nəzər yetirdikdə bəlli olur ki, iddiaçı tərəfindən malın dəyərindən başqa bəyan edilmiş bütün xərclər vergi orqanı tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, mənfəət bəyannaməsinin xərclərində malın dəyəri olaraq gömrük dəyərinin tanınması doğrudur. Məhkəmə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun mahiyyətcə işə heç bir aidiyyəti olmayan müddəalarına istinad edərək, X2 vergi ödəyicisinin xərcə salmalı olduğu məbləğə malın gömrük dəyərinin aid olması qənaətinə gəmişdir. “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Qeyd olunan qanunun müddəalarından aydın olur ki, gömrük dəyərinin müəyyən edilmə üsulları ardıcıllıqla müəyyən edilir və ilkin üsul qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsuludur. “Gömrük tarifi haqqında” ARQ-nin 13-cü maddəsində qeyd olunan şərtləri ödədikdə gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Müddəanın tələbindən göründüyü kimi, gömrük dəyəri müəyyənləşdirilərkən təkcə alıcı tərəfindən faktiki ödənilmiş məbləğlər deyil, həm də ödənilməli olan məbləğlər də nəzərə alınmalıdır. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Məhkəmənin bir digər dəlili ondan ibarət olmuşdur ki, “inzibati orqanın xx.xx.2020-ci il tarixli **********194600 saylı qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır”. Bununla əlaqədar, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Qərarda qevd olunur: “Verqi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən verqi ödəvicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar verqi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral verqi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.” Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Apellyasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindn malın maya dəyərinə idxal edilmiş malların invoys dəyəri daxil edilməli olduğu halda gömrük dəyəri daxil edilərək xərcləri süni şəkildə şişirdilmişdir. İddiaçı malın dəyərini onun gömrük dəyəri ilə 2532850.9 manat məbləğində bəyan etmişdir. Hər iki bəyannamə məlumatlarına nəzər yetirildikdə bəlli olur ki, iddiaçı tərəfindən malın dəyərin başqa bəyan edilmiş bütün xərclər vergi orqanı tərəfindən təsdiq olunur. Məhkəməyə təqdim edilmiş yük bəyannamələrinə nəzər saldıqda aradakı fərqi görmək mümkündür. Belə ki, bəyannamə 1- **********284 saylı xx.xx.2019-cu il tarixli yük bəyannaməsinə əsasən statistik dəyər (gömrük dəyəri) 12509.65 manat olduğu halda invoys dəyəri (faktiki dəyər) 10851.61 manat, bəyannamə 2-**********284 saylı xx.xx.2019-cu il tarixli yük bəyannaməsinə əsasən statistik dəyəri (gümrük dəyəri) 8280.51 manat olduğu halda, invoys dəyəri (faktiki dəyər) 7156.07 manat, bəynnamə 3-**********981 saylı xx.xx.2019-cu il tarixli yük bəyannaməsinə əsasən statistik dəyər (gömrük dəyəri) 17640.84 manat olduğu halda invoys dəyəri (Faktiki dəyər) 15988.53 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiyməti xərc kimi nəzərə alması mümkün deyildir və iddia tələbi tam əsassızdır. Apellyasiya şikayətinə dair yazılı mülahizənin dəlilləri: Apellyasiya şikayətinə dair yazılı mülahizə iddia ərizəsinə və ona əlavəyə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, uyğunsuzluq məktublarında qeyd edilib lakin vergi orqanı kameral yoxlama apararkən 2019-cu il mənfəət vergisi bəyannaməsinin xərclər bölümünün 221.4 malların cəmi göstərilmiş 2532850,9 manat xərc məbləğinin mənfəət vergisi bəyannaməsinin əlavəsində 1.3 ehtiyyatlar bəndində dövr ərzində göstrələn məbləğin 2665393,883 manat təqdim edilən malların maya dəyəri 2532890.5 dövrün sonuna qalıq məbləği isə 132503,33 manat olduğu vergi bəyannaməsində göstəriılmiş və vergi orqanına bəyan edilişdir. Buradan da aydın olur ki, müəssisə vergi orqanına təqdim etdiyi bəyannamədə həm 221.4-cü bənddə həm də mənfəət vergisi bəyannaməsinin ehtiyyatlar bəndində mal-materialın hərəkətinin hesabatını əks etdirmişdir. Lakin vergi orqanı 2019-cu il mənfəət vergisi üzrə kameral hesablama apararkən mənfəət vergisi bəyannaməsinə 221.4 malın dəyəri qrafasında xərclərin məbləğini 2264246,2 manat olaraq qeyd etmiş və 40705.95 manat kameral olaraq mənfəət vergisi hesablamış, mənfəət vergisinin əlavəsində isə müəssisə tərəfindən təqdim edilmiş 2532890.5 manat məbləği təqdim edilmiş mal material məbləği kimi təsdiqləmişdir. İlin sonuna olan mal qalığını isə müəssisənin qeyd etdiyi kimi material hesabatına əsasən 132503,33 manat olaraq təsdiq etmişdir. Hər iki mənfəət vergisi bəyannaməsi məhkəməyə qoşma olaraq təqdim edilir. Qeyd olunanlardan aydın olur ki, vergi orqanı kameral olaraq hesabladığı mənfəət vergisini doğru və düzgün əsaslandıra bilməmiş, uyğunsuzluq məktubunda göstərilənlərin əksinə hərəkət etmiş, uyğunsuzluqda göstərilənləri təsdiq etmədən vergi ödəyicisinin mənfəət bəyannaməsində əlavədə və mal material hesabatının gömrük bəyannamələrə əsasən mədaxili təsdiq etsə də, 2264246,2 manat məbləği əsaslandırmayıb. Faktiki olaraq uyğunsuzluqlar fərqli məzmunda olub və gömrük bəyannamələri həm gömrük həm də vergi uçot bazasında movcud olduğunu müəyyən etsə də vergi uçot bazasında hətta mal-materialların 2841851,15 manat məbləğində idxal edilməsini qeyd etsə də (23 sentyabr 2020 tarixli **********524600 faylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktubun 3-cü bəndi) 2264246,2 manat məbləğə dəyişdirilməsini sübuta yetirə bilməmişdir. Malların faktiki vəziyyətinə baxış keçirilməmiş, inventirizasiya aparılmamış, ekspert və ya mütəxəssis cəlb edilməmiş və müəssisəyə qarşı əsassız olaraq 40705.95 manat əlavə olaraq mənfəət vergisi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarından aydın olur ki, iddiaçı tərəfindən vergi orqanı tərəfindən göndərilən bildiriş üzrə dəqiqləşmə verilmiş lakin cavabdeh orqan tərəfindən həmin dəqiqləşmələr nəzərə alınmamış və kameral vergi yoxlaması keçirilmişdir. Sözügedən kameral vergi yoxlaması əsasında eyni dövr üzrə 3 dəfə fərqli vaxtlarda Vergilərin sosial siğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə qərarlar qəbul edilmişdir. Həmin qərarların qəbul edilməsi vergi orqanı tərəfindən Azırbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilən müddəaların pozulması ilə qəbul edilmişdir. Yəni vergi orqanı dəqiqləşdirilmə verilmiş bəyannamə üzrə kameral vergi yoxlaması keçirilə bilinməyəcəyi halda vergi yoxlaması keçirmiş və qanunsuz qərar qəbul etmişdir. Əgər vergi ödəyicisi invoys dəyəri ilə xərc və mal-material dəyərini göstərməli idisə hansı səbəbdən dolayı vergi orqanı kameral məktub və bildiriş təqdim etmişdir. Mənfəət bəyannaməsini təqdim edərkən uyğunsuzluq göndərilmiş və 176457.32 manat az əks etdirildiyini bildirmişdir. Mənfəət vergisi bəyannaməsinin mal-material xərci az göstərilmişdirsə, bütün uyğunsuzluq məktublarında 176457.32 manat Vergilər Nazirliyinin məlumat bazasında olan göstəricilərin cəmindən mənfəət bəyannaməsinin 1.3 kodlu sətrində dövr üzrə qəbul edilmiş mal-material və xammal məbləği üzrə uyğunsuzluq göndərilmişdir. Qeyd edilməlidir ki, cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasıya şikayətnin 5-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, “vergi orqanı tərəfindən araşdırılmanın aparılması üçün zəruri olan sənədlər müəssisədən təqdim edilməsi üçün tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 65074,95 manat zərər məbləği azaldılaraq 40705,95 manat vergi məbləği hesablanmış və xx.xx.2020-ci il tarixli **********111700 saylı qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmiş. Lakin nəzərə çatdırılmalıdır ki, iddiaçı tərəfindən vergi orqanına bütün sənədlər təqdim edilmiş, öz cavab məktubuna Dövlət Gömrük Komitəsinin dərc etdiyi idxal haqqında məlumat bazasını, İcarə haqqında müqaviləni və digər zəruri sənədləri qoşma olaraq əlavə edərək, cavabdehdən kameral uyğunsuzluğun aradan qaldırılmasını və münasibət bildirilməsi xahiş edilmişdir. Cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərarla müəssisəyə 2019-ci il hesabat dövrü üzrə 40.705,95 manat vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablamışdır. Hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, yəni müəssisə tərəfindən vergi orqanı tərəfindən sənədlər tələb edilən zaman və məhkəmə çəkişməsi davam edərkən təqdim edilmiş sənədlər mötəbər sübut kimi məhkəmə tərəfindən dəyərləndirilmiş və qanunvericilik normalarına uyğun qərar qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.2-ci maddəsinə istinad edərək məhkəmə tərəfındən həmin maddənin tələblərinin pozulduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərər qanunamuvafiq və əsaslı şəkildə qəbul edilmişdir. Belə ki, vergi qanunvericiliyin müvafiq normaları da vergi tutma obyekti kimi idxalın dəyərini malların idxal zamanı gömrük dəyəri və müvafiq rüsum və vergilərin məcmusu kimi müəyyən etmişdir. “Bədəlan" MMC-nin müvafiq dövr üzrə vergi bəyannaməsində malların idxal əməliyyatı uzrə YGB-lərində əks olunan “statistik dəyəri"nə istinadən dövriyyə və vergi məbləğləri göstərməsi vergi qanunvericiliyinin tələblərinin pozulması, o cümlədən vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilməməlidir. Bu barədə birinci instansiya məhkəməsi də öz mövqeyini bildirərək, cavabdehin həmin əsaslarla kameral vergi yoxlaması keçirilərək, əlavə vergi məbləğinin hesablanması barədə 16 oktyabr 2020-ci il tarixli **********194600 nömrəli qərarı - əlverişsiz inzibati aktın qanunsuz hesab edilməli olduğunu bildirmişdir. Həmçinin tərəfindən verilmiş iddia ərizəsi və əlavəsində qeyd edildiyi kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərarda da göstərilmişdir ki, inzibati orqanın (vergi orqanının) 16 oktyabr 2020-ci il tarixli **********194600 nömrəli qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düsturunu aydın şəkildə göstərməmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmçinin qanunvericilik normaları Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı malların fakrura dəyəri ilə gömrük dəyərini bir-birindən fərqləndirir. İdxal olunan malların fakrura dəyəri sövdələşmə şərtinə uyğun olaraq ödəniş (o cümlədən müqavilə şərtinə uyğun olaraq) qiymətini, gömrük dəyəri isə, «Gömrük tarifi haqqında» AR Qanununun müddəalarında nəzərdə tutulmuş kriteriyalar üzrə gömrük ödənişinin alınması məqsədi ilə müəyyənləşdirimiş dəyəridir və müvafiq xərcləri də əhatə edir. İdxal olunan malların “statistik dəyəri” isə, onların dəyərinin ABŞ dolları ilə göstəricisidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş «Gömrük bəyannamələrinin doldurilması qaydasının Metodikası»nın müddəalarına görə bəyannamələrin 45-ci - “gömrük dəyəri” qrafasında bəyan olunan malların gömriik dəyəri milli valyuta ilə göstərilir, 46-cı - “statistik dəyər” qrafasında bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir. Apellyasiya şikayətinə dair yazılı etırazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinə və ona əlavəyə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, vergi orqanı xx.xx.2020-ci il tarixli Kameral hesablama barədə qərara əsasən ümumilikdə 268 604.70 manat məbləğində xərcləri azaltmış və 65 074.85 manat məbləğində zərəri ləğv etmişdir. 268 604.70 manat məbləğində xərcləri ləğv edən zaman il ərzində idxal edilən bütün malların gömrük bəyannamələri üzrə gömrük dəyəri və invoys dəyərini müqayisə etmiş, lakin, ilin sonuna mal qalığı 132 503.33 manat məbləğində malları nəzərə almamışdır. Əslində xərcləri müəyyən edən zaman ilin sonuna mal qalığını da xərclərə aid etməli idi, əgər malın maya dəyərini invoys dəyəri ilə çıxarırsa mühasibat uçotu qaydalarına və Vergi Məcəlləsinin 134, 143, 162.1-ci maddələrinin tələblərinə riayət etməli idi. Çünki, əgər Vergi orqanı mənfəət vergisi bəyannaməsinin əlavəsini gömrük dəyəri ilə xərclər bölümünü invoys dəyəri ilə təsdiq edirsə, bu özü qanunsuzdur. Çünki, Vergi Məcəlləsində invoys dəyəri deyilən bir dəyər yoxdur. Gömrük dəyəri, bazar qiyməti, vergiyə cəlb edilən idxal anlayışları vardır. İlin sonuna mal qalığını gömrük dəyəri ilə saxlanılırsa bu artıq müəssisənin səhv etmədiyini bir daha material hərəkəti hesabatının təsdiq edilməsi, hesablamanın müəssisə tərəfindən düzgün aparılması, vergi orqanının kameral hesablamasının səhv olması deməkdir. Əgər il ərzində material hesabatı invoys dəyəri ilə aparılarsa ilin sonuna da mal qalığı invoys dəyəri ilə saxlanılmalıdır. Əgər ilin sonuna mal qalığı gömük dəyəri ilə saxlanılırsa il ərzində materialın hərəkəti də görmük dəyəri ilə aparılmalıdır. Lakin, iş materiallarına baxış zamanı vergi orqanının təqdim etdiyi kameral münasibət bildirilən 2019-cu il Mənfəət vergisi bəyannaməsinin 1№-li əlavəsinin 1.3-cü bəndində mallar sətrində ilin sonuna gömrük dəyəri ilə 132 503.33 manat saxlanılmışdır. Buradan da görünür ki, gömrük dəyəri və invoys dəyəri arasındakı fərq olaraq çıxarılan 268 604.70 manat məbləğin hüquqi əsası yoxdur. İl ərzində idxal edilmiş mallar invoys dəyəri ilə çıxarılmış, lakin, mallar il sonuna gömrük dəyəri ilə 132 503.33 manat saxlanılmışdır. Yekun olaraq 65 074.85 manat məbləğində zərərlə başa vursaq da son təqdim etdiyimiz bəyannaməyə uyğunsuzluq göndərilərək 1.3-cü bənddə göstərdiyimiz malların mədaxil məbləğinin 176 457.32 manat məbləğində az əks etdirildiyini qeyd etmişdir. Yəni, biz Mənfəət vergisi bəyannaməsini təqdim edən zaman bəyannamənin əlavəsində gömrük dəyəri ilə malların hərəkətinin göstərilməsini dəfələrlə vergi orqanı tələb etmişdir. 2 841 851.15 manat məbləğində malların mədaxilinin göstərilməsi malların dəyərinin birdən birə 2381738,0 manata qədər azaldılmasına əsas vermir. 27 aprel 2020-ci il tarixli **********111700 saylı vergilərin hesablanması barədə qərarda göründüyü kimi 2019-cu il üzrə ümumi idxal bəyannamələrini götürmüşdür. Halbuki, mühasibat uçotu qaydalarına əsasən və VM-nin 133-136 maddələrinə əsasən vergi ödəyicisinin uçotunun başlanğıcı və sonu material hesabatı aparılan zaman nəzərə alınmalıdır. Uyğunsuzluq məktubları araşdırılarkən görünür ki, vergi orqanı 23 sentyabr 2020-ci il tarixli **********524600 saylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktuba əsasən 3-cü bənddə uçot baza məlumatlarının gömrük dəyəri ilə nəzərə alındığı və idxal bəyannamələri, e qaimələrlə alışı 2841851.15 manat olaraq nəzərə aldığı görünür. İnzibati İcraat haqqında qanunun mötəbərlik prinsipinə əsasən müəssisə tərəfindən təqdim edilmiş hesabatda və e-hökümət portalından çıxarışlar əsas götürülmüş və 2019-cu il üzrə təqdim edilmiş X2 və onun əlavəsində göstərilən material hərəkətinin müqayisə edilməsi zamanı vergi orqanın uçot bazasındakı məlumat bazasında gömrük dəyəri ilə nəzərə alınan material miqdarı ilə müqayisə aparılmışdır. Nəticədə müəssisənin təqdim etdiyi X2 material xərcləri mənfəət vergisinin əlavəsində artıq göstərilmədiyi əksinə 176457.32 manat az göstərildiyi qeyd edilmişdir. Kameral uyğunsuzluq məktubunun 2-ci bəndində isə ümumiyyətlə aidiyyatı olmayan fərq məbləği göstərilmişdir. Vergi orqanı xx.xx.2020-cil tarixli **********556800 saylı, xx.xx.2020-ci il tarixli **********746900 saylı, xx.xx.2020-ci il tarixli **********016200 saylı, xx.xx.2020-ci il tarixli **********524600 saylı uyğunsuzluq məktublarında müəssisənin xərclərinin çoxaltdığı deyil, 176 457.32 manat məbləğində az göstərildiyini qeyd etmişdir. Vergi orqanı malların dəyərini gömrük dəyəri ilə hesablayıb uyğunsuzluğu gömrük dəyəri əsasında çıxarmış, xərclərin 176 457.32 manat azaldıldığını qeyd etmiş, lakin kameral hesablama qərarını çıxararkən malların alış dəyərini 2633914.59 manatdan 2344489.9 manatadək azaltmış və il ərzində alınmış malların təqdim edilənini, qalığını ayırmadan qalıqda olan 138183.28 manat mal hesabını da nəzərə almayaraq xərcləri 268604,74 manat azaltmış 40705.95 manat mənfəət vergisi hesablamışdır. Vergi orqanı bizim malların mədaxil xərcini 2 841 851.15 manat məbləğinə qədər artırılmasını xx.xx.2020-ci il tarixli **********621400 saylı dəqiqləşmiş vergi bəyannaməsi hesabatının kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi barədə bildirişi ilə müəssisəyə bildirmişdir. Həmin bildiriş tərəfindən icra edilmiş və bəyannamə dəqiqləşmiş olaraq təqdim olunmuşdur. Lakin vergi orqanı yenə də uyğunsuzluq məktubunda qeyd olunanlar deyil AVİSDƏN KƏNAR qeyd etdiyi 288 935.60 manat məbləğində fərq müəyyən edərək həmin məbləği azaltmışdır. Vergi Məcəlləsində AVİSdən kənar uyğunsuzluq anlayışı yoxdur. Vergi Məcəlləsinin 37-ci maddəsində göstərilənlərə isə vergi orqanı ümumiyyətlə əməl etməmişdir. Çünki, VM-nin aşağıda göstərilən maddələrində qeyd edilənləri nəzərinizə çatdırırıq. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi gündən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilənlərdən də müəyyən olunur ki, vergi orqanı əslində müəssisəyə Vergi Məcəlləsinin 37.2-1-ci bəndinə əsasən bildiriş göndərildikdən sonra kameral münasibət bildirə bilməz, yenidən kameral hesablama apara bilməz. Lakin, əsassız olaraq prosessual pozuntu ilə kameral hesablama aparmışdır. Vergi orqanı xx.xx.2020-cil tarixli **********556800 saylı, xx.xx.2020-ci il tarixli **********746900 saylı, xx.xx.2020-ci il tarixli **********016200 saylı, xx.xx.2020-ci il tarixli **********524600 saylı uyğunsuzluq məktublarında müəssisənin xərclərinin çox göstərməsi deyil, az göstərdiyi qeyd olunmuşdur. Yəni, Gömrük dəyəri ilə gömrük bəyannamələri və e-qaimələr nəzərə alınmış uyğunsuzluq məktublarının hər birində 3-cü bəndə uçot baza məlumatlarının gömrük dəyəri ilə nəzərə alındığı və idxal bəyannamələri, e qaimələrlə alışı 2841851.15 manat müəyyən edildiyi görünür. Xərclərin isə az göstərilməsi, malların gömrük dəyərindən 176 457.32 manat məbləğində az göstərilməklə büdcədən vergi yayındırılmamış, zərər məbləği azaldılmışdır. Büdcəyə hər hansı zərər vurulmamışdır. Bütün bunlar da göstərir ki, müəssisə vergidən yayınmamışdır və müəssisənin X2 əks etdirdiyi 65 074.95 manat məbləğində zərərlə başa vurduğu kameral münasibət bildirilən zaman vergi orqanının kameral münasibət bildirilən bəyannamənin 1.3-cü bəndində göstərilən mədaxil, həm məxaric, həm də qalığını təsdiqləməsi ilə sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əlavə olaraq bildiririk ki, İPM-in 14.1 maddəsinə, inzibati icraat haqqında qanuna müvafiq olaraq cavabdeh bu günədək hesablamasını və AVİSdən kənar uyğunsuzluq dediyi məktubda göstərilən məbləği və xərclərini azaltmasını sübut edə bilməmişdir. 288 935.60 manat məbləği hansı sənədlərə əsasən müəyyən etdiyini göstərə bilməmiş, hər hansı hesabat təqdim edə bilməmişdir. Əksinə uyğunsuzluq məktublarında 176 457.32 manat məbləğində xərclərin az göstərildiyini qeyd etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 05 iyul 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə vaxtında müraciət edildiyi müəyyən olunur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin **********194600 xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016- cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin **********194600 xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” qərarından görünür ki, İddiaçı MMC-yə 2019-cu il üçün mənfəət vergisi üzrə 40705.95 manat məbləğində vergi və ya sığorta haqqı hesablanmışdır. X2n görünür ki, MMC-nin 2019-cu il üzrə hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində malin dəyəri 2.532.850,90 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclərin 174.720.70 manat olması qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçı MMC-yə ünvanlanmış 2019-cu il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət (gəlir) vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılmış, aparılmış araşdırma ilə əlaqədar iddiaçıdan 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 288935.6 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir və bununla əlaqədar məktuba əlavə edilmiş cədvəl formasında məlumatların araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. Təqdim edilmiş 2019-cu il üçün mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 saylı əlavəsinin ehtiyatlar sətrinin təqdim edilmişdir, silinmişdir və ləğv edilmişdir sütunlarında ümumilikdə 2532890.5 manat məbləğində ehtiyatların silgisi göstərilsə də, bəyannamənin xərclər hissəsinin malın dəyəri və xammal və materiallar sətirlərində ümumilikdə 2264246.2 manat xərc göstərilmiş, nəticədə 268644.3 manat məbləğində fərq yaranmış və bu hal da ehtiyatların süni şəkildə azaldılması və gəlirlərin gizlədilməsi kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər məktubda göstərilən tarixədək (5 iş günü) təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəasına əsasən vergi orqanının Sizin vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatlarının və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi barədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli bildirişlərindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş bəyannamənin, hesabatın kameral vergi yoxlaması başa çatdırıldıqdan sonra həmin bəyannamənin, hesabatın əhatə etdiyi dövr üzrə fəaliyyəti ilə bağlı vergi orqanına daxil olmuş əlavə sənədlər və məlumatlar daxil olmuşdur. Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1 sətrindənki 1016.94 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1607.1.1-ci sətrindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində iddiaçı tərəfindən 2841851.15 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 saylı Əlavəsinin 1.1 və 1.3 kodlu sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi Vergilər Nazirliyinin məlumat bazasında olan göstəricilərin cəmindən 176457 manat az əks etdirildiyindən kənarlaşma aşkar edildiyi qeyd edilmişdir. Kameral vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş X2 göstərilmiş rentabellik səviyyəsinin aşağı olması, yəni bəyannamənin xərclər hissəsinin xammal və materiallar üzrə 2532850.90 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində ümumilikdə 2669370.38 manat gəlir məbləğinin qeyd olunması müəyyən edilmişdir. Qeyd edilən halların süni yolla dövriyyənin azaldılması riskini yaradır ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Təqdim edilmiş X2 real xərclərin və dövriyyənin müəyyənləşdirilməsi üçün malların hərəkət cədvəllərinin, ilkin uçot sənədlərinin, mühasibat uçotu sənədlərinin, malların texniki göstəriciləri cədvəlinin, bank sənədlərinin, təhvil-təslim aktlarının, müqavilələrin, kassa mədaxil və məxaric orderlərinin, qəbzlərin, qaimələrin və digər zəruri sənədlərin təqdim edilməsinə zərurətin yarandığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, yük-gömrük məlumatlarına əsasən aparılmış araşdırma zamanı iddiaçının 2019-cu il idxal edilmiş malların statistik dəyərinin 2670674.0 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq həmin mallar üzrə faktura (invyos) dəyəri 2381738.0 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq sətirdə göstərilən məbləğin açıqlamasını əsaslandırılmış yazılı izahat və təsdiqedici sənədlər əlavə edilməklə vergi orqanına təqdim edilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının dəqiqləşdirilmiş bəyannamə təqdim etdiyi vaxtdan bir neçə dəfə vergi orqanı tərəfindən vergi ödəyicisinə məktub göndərilərək zəruri sənədlərin təqdim olunması təklif olunmuş, lakin belə sənədlər təqdim olunmadığı üçün vergi orqanı özünün bir neçə məktubu ilə hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığını ödəyicinin nəzərinə çatdırmışdır. Sonda vergi orqanı dəqiqləşdirilmiş bəyannamə üzrə əvvəlki məktublarında da göstərildiyi kimi kameral vergi yoxlamasının keçirilməsinin mümkün olmadığını nəzərə alaraq (bu barədə formal qərarlar olsa da, hesablanmış vergilər iddiaçıdan tələb olunmamış, araşdırma aparılmışdır) **********194600 xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” qərarı ilə İddiaçı MMC-yə 2019-cu il üçün mənfəət vergisi üzrə 40705.95 manat məbləğində vergi hesablamış və bu zaman iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddət ötürülməmişdir. 2019-cu il mənfəət vergisi üzrə olan cari və kameral bəyannamələrin gəlirlər və xərclər üzrə olan müqayisəli cədvəlindən görünür ki, iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə 2532850.9 manat məbləğində bəyan etmişdir. Hər iki bəyannamə məlumatlarına nəzər yetirdikdə bəlli olur ki, iddiaçı tərəfindən malın dəyərindən başqa bəyan edilmiş bütün xərclər vergi orqanı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan yük bəyannamələrindən də görünür ki, həmin bəyannamələrdə malın statistik dəyəri (gömrük dəyəri) məsələn, 12509.65 manat olduğu halda, həmin malın faktiki dəyəri 10851.61 manat və ya digər bəyannamə məlumatına əsasən malın statistik dəyəri (gümrük dəyəri) 8280.51 manat olduğu halda, onun faktiki dəyəri 7156.07 manat, digər halda bəyannamə məlumatına görə malın statistik dəyəri (gömrük dəyəri) 17640.84 manat olduğu halda həmin malın faktiki dəyəri 15988.53 manat göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Kollegiya qeyd edir ki, Məcəllənin 139.2-ci maddəsinə nəzər saldıqda aydın olur ki. malın satınalma qiyməti xərcə salınmalı olan dəyərdir. Məcəllənin 143-cü maddəsində də qeyd olunmuşdur ki, aktivlərin dəyərinə onun alınması zamanı olan dəyəri daxildir. Malın alınması zamanı olan dəyəri isə öz əksini invoysda, yəni hesab fakturada tapır. Hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə 2532850.9 manat məbləğində bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması isə qanunvericiliyin tələbinə görə mümkün deyil. Lakin işə birinci instansiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, mənfəət bəyannaməsinin xərclərində malın dəyəri olaraq gömrük dəyərinin tanınması düzgün olmuşdur. Bu zaman məhkəmə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edərək X2 vergi ödəyicisinin xərcə salmalı olduğu məbləğə malın gömrük dəyərinin aid olması qənaətinə gəmişdir. “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsuludur. “Gömrük tarifi haqqında” Qanunun 13-cü maddəsində qeyd olunan şərtləri ödədikdə gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Müddəanın tələbindən göründüyü kimi, gömrük dəyəri müəyyənləşdirilərkən təkcə alıcı tərəfindən faktiki ödənilmiş məbləğlər deyil, həm də ödənilməli olan məbləğlər də nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın faktura dəyəridir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 2532850.9 manat məbləğində ehtiyatların silgisi göstərilsə də, bəyannamənin xərclər hissəsində 2264246,2 manat xərc göstərilmiş və bununla da 268644,3 manat məbləğində fərq yaranmışdır ki, bu da vergi orqanı tərəfindən düzgün olaraq ehtiyatların süni şəkildə azaldılması və gəlirin vergi ödəyicisi tərəfindən gizlədilməsi kimi qiymətləndirilmişdir. İş materiallarından da görünür ki, vergi ödəyicisinin bildirdiyinin əksinə olaraq, vergi orqanı tərəfindən kameral vergi yoxlaması həyata keçirilərkən dəfələrlə zəruri sənədlərin (xüsusilə də xərc sənədlərinin) təqdim olunması tələb olunsa da, vergi ödəyicisi satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim etməmiş və qeyri rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələrini vergi orqanına təqdim etməmişdir, bu halları apellyasiya baxışı zamanı da sübuta yetirə bilməmişdir. Sonradan vergi ödəyicisinin apellyasiya şikayətinə münasibətdə verdiyi mülahizəsində onun 132 503.33 manat məbləğində mal qalığının nəzərə alınmadığı, yəni ilin sonuna olan mal qalığının da onun xərclərinə aid edilməli olduğunu bildirmişdir. Halbuki əvvəla vergi ödəyicisi əvvəlki məhkəmə baxışlarında bu dəlili irəli sürməmiş, digər tərəfdən, istinad etdiyi mal qalığının mövcudluğunun və onun müəssisənin xərclərinə aid edilməli olduğunu, vergi orqanı tərəfindən hesablanmış 40705,95 manat vergi məbləğini aradan qaldırdığını sübuta yetirə bilməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırki işin hallarını düzgün araşdırmamış və maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmənin bir dəlili də ondan ibarət olmuşdur ki, “inzibati orqanın xx.xx.2020-ci il tarixli **********194600 saylı qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır”. Bununla əlaqədar Kollegiya nəzərə alır ki, oxşar işlər üzrə oturuşmuş məhkəmə təcrübəsi və vergi münasibətləri üzrə mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Odur ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi üçün əsaslar cavabdeh orqanın təqdim etdiyi və iddiaçının özünün də məlumatlı olduğu “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında”məktubda göstərildiyi üçün bu hal mübahisələndirilən qərarın qanuniliyi və əsaslılığı yoxlanılarkən nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmədiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1933/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1933/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar