Məhkəmə qərarları › İş №2-1(103)-1137/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1137/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1137/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12 may 2022-ci il tarixli Qərarı ilə, iddianın qismən təmin edilməsi, İddiaçı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və 16 iyun 2018-ci ilarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün 19 avqust 2022ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı 12 may 2022-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.Ərizədə göstrəilmişdir ki, məhkəmə qərarına əsasən, İddiaçı ixtisas dərəcəsinə görə əlavənin ödənildiyi dövr ilə (xx.xx.1993- xx.xx.1996 –ci il, xx.xx.1996- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) adıçəkilən şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr (xx.xx.1987- xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) fərqli olduğundan həmin pul təminatının əmək pensiyasına tətbiq edilib- edilməməsi hissəsində məhkəmə qərarına izah verilməlidir. Məhkəmənin 24 noyabr 2022-ci il tarixli Qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3602/2022 saylı iş üzrə qəbul edilmiş 12 may 2022-cu il tarixli qərarına izah verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibatı Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)-3602/2022 nömrəli qərarı ilə iddiaçının cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 4-cü ixtisas dərəcəsinə görə əlavə haqqın pensiyaya hesablanması tələbinə dair iddia qismən təmin edilmiş, həmin qərardan bu vaxta kimi şikayət verilmədiyindən qərar öz qanuni qüvvəsini almışdır. Uzun sürən müraciətləri və məhkəmənin xəbərdarlıq məktubları nəticəsinə məhkəmənin qərarı 2023cü ilin mart ayında icraya yönəldilsə də iddiaçının pensiyasına hesablanmış bu əlavə haqq düzgün hesablanmamış və 11 aprel 2023-cü il tarixdə bu məsələ ilə əlaqədar qəbulda olarkən qərarın icrasına qarşı mərkəzi fılilala narazılğını bildirmiş, bu barədə rəsmi qaydada cavabdeh təşkilata 14 aprel 2023-cü il tarixdə ərizə ilə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Mövcud qanunvericiliyin tələbinə əsasən hesab edir ki, keçmiş, hazırki və sonrası dövrlər (illər) üçün ixtisas dərəcəsinə görə əlavə haqqın hesablanması həmin dövrlərdə mövcud olan respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği əsasında həll edilməlidir, lakin cavabdeh təşkilat keçmiş dövrə görə ixtisas dərəcəsinə əlavəni həmin dövrlərdə mövcud olan minimum əmək haqqı məbləği əsasında həll etdiyi halda 2023-cü ildə respublikada minimum əmək haqqı xx.xx.2023-cü ildən 345 manat olmasına baxmayaraq cavabdeh bu əlavəni 300 manatdan pensiyasına səhvən hesablayır ki, bu halıda qanunvericiliyin tələbinə zidd hesab edir. Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-3602/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 18 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)- 3602/2022 nömrəli qərarının icrası məqsədilə İddiaçı ötən dövr üzrə ödənilməli olan 14072,16 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məvləğ xx.xx.2023-cüxx.xx.2027-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 293,17 manat olmaqla adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılmışdır.İddiaçıya Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən 12 aprel 2007-ci il tarixindən hakim kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. « Bununla yanaşı, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-135894/2023 nömrəli məktubuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri və Bakı inzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)- 3602/2022 nömrəli qərarı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 6530,91 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə iddiaçıya ödənilməli olan 28958,68 manat pul vəsaiti hesablanıb. Həmin 28958,68 manat pul vəsaitinin 375,53 manat hissəsi cari ilin may ayında iddiaçıya ödənilib, qalan 28583,15 manat hissəsi isə iddiaçının Mərkəzi Filiala müraciəti nəzərə alınaraq cari aydan etibarən hissə-hissə (hər ay 7145,79 manat) əmək pensiyanızın (6530,91 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 768,00 manat pul vəsaiti hesablanıb. Həmin 768,00 manat vəsaitin 576,00 manat hissəsi cari ilin aprel ayında iddiaçıya ödənilib, qalan 192,00 manat hissəsi isə cari ayda əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülübƏlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar iddiaçının müraciətində göstərdiyi ölkə üzrə minimum əmək haqqının 1 yanvar 2023-cü il tarixindən artırılması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin diqqətinə çatdıraq ki, Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 18 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1 (112)-3602/2022 nömrəli qərarının icrası məqsədilə İddiaçı ötən dövr üzrə ödənilməli olan 14072,16 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğ xx.xx.2023-cü -xx.xx.2027- ci il tarixləriarasındakı dövr ərzində hissə-hissə hər ay 293,17 manat olmaqla adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırıldığı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.3- cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)- 3602/2022 nömrəli qərarı artıq icra olunduğundan, həmin qərara izah gətirilməsi ilə bağlı ərizənin təmin olunması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 18 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)-3602/2022 nömrəli qərarının icrası məqsədilə İddiaçı ötən dövr üzrə ödənilməli olan 14072,16 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məvləğ xx.xx.2023-cü -xx.xx.2027-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 293,17 manat olmaqla adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 18 avqust 2023cü il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7- ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, İddiaçı əmək pensiyasının ölkə üzrə minimum əmək haqqının 1 yanvar 2023-cü il tarixindən artırılması ilə əlaqədar yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2.–ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının 1-ci bəndinə əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin. Həmin Sərəncamın 4-cü bəndinə əsasən, bu Sərəncamın 1-ci və 3-cü hissələri 2023- cü il yanvarın 1-dən tətbiq edilir. Məhkəmə hesab edir ki, icrasına izah verilməsi xahiş edilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı inzibati iş üzrə 14 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyinə, eləcə də həmin qərar qismən icra oldunduğuna görə iddiaçının ərizəsinə əsasən onun izah edilməsi mümkündür. Mövcud qanunvericiliyə əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməklə 2023-cü ilin yanvar ayından tətbiq edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan məhkəmə qərarının icrası zamanı Azərbaycan Respublikasının Prezidentinin sözügedən sərəncamının nəzərə alınmasını məqsədə uyğun hesab etməmişdir. Məhkəmə qərarı düzgün və tam icra edilməməsi nəticəsində iddiaçıya 2023cü il üçün əmək pensiyasının məbləği düzgün müəyyən edilməmişdir. Buna görə də, cavabdehə izah edilməlidir ki, iddiaçının 2023-cü il üçün əmək pensiyası məbləği, hakimlərin ixtisas dərəcəsinə görə əlavə haqqın 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2 ) məbləğində nəzərə alınmaqla, hesablanılmalıdır. Məhkəmə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 2-1(112)-1985/2022 saylı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarının icrasına izah verilməsi barədə iddiaçının ərizəsi təmin edilməli, qərarda göstərilmiş: “dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyaya hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada” dedikdə 2023-cü il üçün də daxil olmaqla 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2 ) məbləğində nəzərə alınmaqla ödənilməsi izah olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qərarında yuxarıda qeyd edildiyi kimi izah verilməsi zərurəti Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gəlir, qərarın qismən icra olunması isə izah verilməsini mümkün edir. Məhkəmə Kollegiyası qeyd edilənlərdən çıxış edərək onu da nəzərə alır ki, hazırkı halda qərara izah verilməsi ərizəsinin təmin edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar