Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1138/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1252/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 iyul 1980-ci il tarixdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon deposunda Yığma Sexinin TTO-də 3-cü dərəcəli hərəkətli heyətinə mirzə vəzifəsinə qəbul olunmuşdur. 15 oktyabr 1981-ci ildə həmin vəzifədən azad olunmuş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər ordu sıralarında xidmət etmişdir. 17.01.194-cü il tarixdə Azərbaycan Dəmir Yollarında tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə 2 dərəcəli fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə tikinti ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə düzləndirici və yol işlərinin ustası vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə NQU-2 saylı sexə keçirilmək üçün tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Mülki Tikililərin Biləcəri distansiyasının 4 saylı prorab məntəqəsinə işlərin istehsalçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci il tarixdə Azərbaycan Dəmir Yollarının TMM-78 sərəncamına keçirilmiş, xx.xx.1999-cu il tarixdə Müəssisələrin tərəflərin razılığına əsasən "xxxx" APPK prorab vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2000-ci il tarixdə "xxxx" Memarlıq-Lahiyə İsteshalat müəssisəsinə eyni vəzifəyə qəbul olunmuşdur. xx.xx.2003-cü il tarixdə texniki şöbənin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə "xxxx" MMC-də baş mühəndis vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2008-ci ildə “X3” MMC-də istehsalat şöbəsinin mühəndisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdə “X2 İndustruyu” MMC kimi hesab edilmişdir. xx.xx.2009-cu il tarixdə “X2 İndustruyu” MMC-də ştat cədvəlində edilən dəyişikliklərə əsasən İstehsalat şöbəsinin aparıcı mühəndisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Mcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2009-cu il tarixdə “A+A” Müstəqil Ticarət Firmasında İnşaat mühəndisi vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən smeta üzrə layihəçi mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-də mühəndis vəzifəsinə qəbul edilmişdir. "xxxx" MMC 2020-ci il tarixdən "xxxx" QSC adalandırılmış və həmin QSC-də istehsalat şöbəsinin rəisi vəzifəsində çalışır. Cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Lakin, cavabdeh heç bir məntiqi əsas göstərmədən onun müraciətindən imtina etmişdir. Halbuki, onun 40 ildən artıq əmək stajının və 59 yaşı tamam olmasına baxmayaraq, cavabdehin heç bir əsas olmadan pensiya təyin edilməsindən imtina etməsi başa düşülən deyil və heç bir zaman qanuni və əsaslı hesab edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1252/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Filiala təqdim etdiyi 12 yanvar 1984-cü il tarixli əmək kitabçasında xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ALSM müəssisəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi” proqram təminatından araşdırma aparılmış və həmin müəssisənin xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. xx.xx.1999-xx.xx.2004-cü il tarixlari arasindaki dövrdə həmin müəssisənin Dövlat Sosial Müdafiə Fondunda sıgortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sigorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sigorta haqlari ödənilməyən dövrlər əmək pensiyasi təyin edilərkən iş stajına aid edilmədiyi üçün xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (19 il 5 ay 26 gün (xx.xx.1980-xx.xx.1891-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1999-cu il, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlanıdırılmasına baxmayaraq cavabdeh tərəf iclasda iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından da görünür ki, iddiaçı ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının 01 yanvar 2006-cı il tarixədək 25 ildən az (19 il 5 ay 26 gün) təşkil etməsinə istinad edilərək imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İddiaçıya məxsus AZE 09900531 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il il tarixdə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Göründüyü kimi, yaşla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələb ödənilmişdir. İddiaçıya məxsus əmək kitabçasına əsasən (hərbi xidmət illəri nəzərə alınmaqla) iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 25 il 4 ay 4 gündür. (( 1981.xx.xx- 1980.07.18=1 il 2 ay 27 gün) + (1984.xx.xx-1981.11.04=2 il 2 ay 13 gün) (1990.xx.xx- 1984.01.17=6 il 1 ay 14 gün) + (2006.xx.xx-1990.03.01=15 il 10 ay) = 25 il 4 ay 4 gün). Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" ALSM müəssisəsində işlədiyi xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bunu onunla əsaslandırmışdır ki, iddiaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi” proqram təminatından araşdırma aparılmış və həmin müəssisənin xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. xx.xx.1999xx.xx.2004-cü il tarixlari arasindaki dövrdə həmin müəssisənin Dövlat Sosial Müdafiə Fondunda sıgortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sigorta haqları ödəmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə "xxxx" Memarlıq-Layihə İstesahalat Müəssisəsinə iddiaçı vəzifəyə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdən texniki şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 01-4/2021 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1999- cu il tarixdən xx.xx.2006-cı il tarixinə qədər "xxxx" Arxitektura Layihə-Sənaye Müəssisəsində müxtəlif vəzifələrdə işləmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********653700 nömrəli “Müraciətə baxılması barədə” məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli uçot məlumatlarına əsasən "xxxx" Müəssisəsi xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək Müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Əlavə olaraq, "xxxx" Müəssisəsi ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarı ilə adı və təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" QSC-nə (VÖEN: **********) çevrilməklə yenidən təşkil olunmuşdur. Göründüyü kimi,"xxxx" Memarlıq-Layihə İsteshalat Müəssisəsi xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır. Həmin müəssisənin 2004-cü ilədək sığortaolunan kimi qeydiyyata düşməməsi iddiaçının idarəsindən asılı olan hal deyildir. Cavabdeh inzibati orqanın tabe olduğu qurum tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsi üçün kifayət qədər təsir mexanizmləri (səlahiyyətlər) mövcud olduğu halda vaxtında həmin məbləğlərin ödənilməsinin təmin edilməməsi cavabdeh inzibati orqan və işəgötürənin təqsiridir. Kollegiya bildirir ki, inzibati orqan verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi əmək kitabçası və iş yerindən verilən arayışla öz təsdiqini tapdığından, cavabdehin apelyasiya şikayəti isə əsassız olduğundan, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir. Əlavə olaraq iddiaçının xüsusi stajı ilə bağlı məsələyə münasibətdə Kollegiya qeyd edir : İşdə olan "xxxx" QSC tərəfindən iddiaçının əmək fəaliyyəti ilə bağlı verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək "xxxx" QSC-nin nəzdində 404 saylı SMP-də tikinti ustası, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək Biləcəri mülki qurğular distansiyasında, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək 781 saylı SMP-də iş icraçısı (ümumilikdə 14 il 6 ay 24 gün olmaqla) peşələrində çalışmışdır. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının xüsusi stajı 12 il 6 aydan artıq olmuş ((1989.xx.xx-1984.01.17=5 il 7 ay 13 gün) + (1992.xx.xx-1990.03.01=2 il 11 ay 2 gün) + (1999.xx.xx-1992.02.03=7 il 9 gün) = 15 il 6 ay 24 gün) və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajı tamamlanmışdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1252/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1138/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1138/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver