Məhkəmə qərarları › İş №2-1(103)-1138/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1138/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1138/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5885/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sizdən xahiş edirəm mənim uzun illər qeydiyyatda olduğum və hal hazırda yaşadığı ünvan 1 ünvanda olan mənzilə məxsus həqiqi sənədləri əsasında, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5885/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarl ilə iddia təmin edilməmişdir. Qərardadan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya apelyasiya şikayətini və ərizəni müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməyərək apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən 2-1(112)-5885/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, 17 iyul 2024-cü il tarixli məktubla iddiaçıya göndərilmiş və iddiaçı tərəfindən 12 avqust 2024-cü il tarixində poçt qəbzinə imza etdirilməklə təhvil alınmış, apelyasiya şikayəti isə Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. İş materiallarında olan apelyasiya şikayətinin göndərildiyi zərfə baxış zamanı görünür ki, iddiaçı tərəfindən apelyasiya şikayəti qanunla məhkəmə aktından apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürülməklə verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddiaçının tələbinin təmin edilməməsinə dair qərarını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktub və məktuba əlavə edilmiş xx.xx.1978-ci il tarixli, 169059 nömrəli orderin surəti iş materiallarına əlavə olunmuşdur. Məhkəmə sübut kimi həmin orderə istinad edərək iddiaçının yaşadığı mənzilə X2 adına 169059 nömrəli orderin olduğunu bildirmişdir. İddiaçı da buna inandığından qərardan apelyasiya şikayətinin perspektivsizliyini düşünərək qərardan şikayət verməmişdir ki, orderin etibarsızlığı ilə bağlı Nərimanov RİH-nə müraciət etsin. Daha sonra 2024-cü ilin noyabr ayının ilk günlərində sənədlər ona məhkəmə binasında verilmişdir. Sənədlər ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, qərarın 7ci bəndində öz əksini tapmış, X2 adına rəsmiləşdirilmiş Order başqa ünvana, yəni Y.Vəzirov küçəsi 127 saylı evin 35-ci mənzilinə aiddir. Kollegiya iddiaçının ərizəsində qeyd etdiyi halları prosessual müddətin bərpa edilməsi üçün əsaslı hesab etməyərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2)Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Göründüyü kimi, qanunverici hansı hallarda müddətin bərpa edilməsinə yol verildiyini açıq şəkildə Məcəllədə qeyd etmişdir. Lakin hazırkı işin hallarına görə, iddiaçının üzürlü səbəb olaraq bildirdiyi hallar müddətin bərpa olunmasına əsas vermir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında sədrlik edənin sualına cavab olaraq iddiaçı (ərizəçi) izahatında Bakı İnzibati Məhkəməsinin qərarında istinad etdiyi X2 adına rəsmiləşdirilmiş Orderin ona məxsus ünvana deyil, başqa ünvana, yəni Y.Vəzirov küçəsi 127 saylı evin 35-ci mənzilinə aid olmasından 20 sentyabr 2024-cü il tarixdə məlumatlı olduğunu bildirmişdir. Beləliklə, yuxarda sadalananlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, ilk növbədə birinci instansiya məhkəməsinin qərarından vaxtında apelyasiya şikayəti verilməməsinin üzürlü səbəbi kimi iddiaçının (ərizəçinin) göstərdiyi hallar müddətin bərpasına əsas vermir və həmin səbəb aradan qalxdıqdan sonra belə iddiaçı tərəfindən uzun müddət sonra apelyasiya şikayəti verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5885/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5885/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar