Məhkəmə qərarları › İş №2-1(103)-1139/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1139/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1139/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı pozulmuş hüquq və azadlıqların bərpası, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı, iztirablara, maddi və mənəvi ziyanlara görə ona cavabdeh tərəfindən ******* (üç milyon) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə anadan olmuşdur. Azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olsa da, Yevlax rayonunun Tanrıqulular kəndində yaşayır. Orta ixtisas təhsillidir, subaydır, işsizdir. 2006-cı ilin may-iyul aylarında X3 cavabdeh qismində ona qarşı əqdin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İş məhkəmə icraatında olarkən iddiaçı X3 vəfat etmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olduğu vaxta təsadüf etdiyindən X1 ölümündə günahlandırıldığı üçün 2006-cı ilin sonlarında informasiya texnologiyasına aid olan üzləşmə (detektor) cihazından istifadə etməklə ondan məlumat alınmışdır. Həmin bu fakt Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər Şöbəsində həyata keçirildiyini düşünür. Cinayəti olmadığı müəyyən olunduqdan sonra ondan məlumat götürən şəxsə, yəni dövlət qulluqçusuna “İnsan düşüncə və hafizəsini” dəyişməklə insanı idarə etməyin mümkünlüyü barədə təklif vermişdir. Bir müddətdən sonra ondan məlumat götürən şəxs ona hədə-qorxu gələrək onun ailə həyatının dağılacağına, övladlarına əzab-əziyyət veriləcəyi ilə təhdid etdikdən sonra bəlkə də, düşünərək fikrini dəyişmişdir. Dövlət nəzarəti altında onun üzərində əməliyyatın aparıldığı söylənmişdir. O, isə bir vətəndaş olaraq dövlətin hər bir sahədə olduğu kimi, bu sahədə də elmin inkişafı naminə onun da bir töhvəsi olsun deyə razılaşmışdır. Bəlkə də, məmur tərəfindən aldanmış ola bilər. Bundan sonra dövlət qulluqçusu şəxsən onu çağırıb onunla qarşılaşıb ona heçnə demədən onu, onun ailəsini, azyaşlı övladlarını və ona yaxın insanların beyin daxili sinirlərini üzləşmə (detektor) cihazı ilə dəyişərək “zombi” vəziyyətinə salmışdır. ünvan 3 ünvanında yaşayan ailəsi X4 və azyaşlı övladları X2 və X6 bu məsələyə cəlb olunmasına narazı olsa da, əhəmiyyət verilməmişdir. Bunlarsız işin alınmayacağı söylənmişdir. Ailəsinin və onun beyin daxili sinirləri psixoloji təsir göstərilməklə dəyişdirildiyindən ailə münasibətləri pozulmuş və 22 illik ailə həyatları 2009-cu ildə pozulmaya məruz qalmışdır. Azyaşlı övladlarının dəyişdirilmiş beyin daxili sinirlərinin fəsadları müəyyən vaxtlarda özünü biruzə vermiş, hazırda sinirlər açıldıqca büruzə verməkdədir. Dövlət məmuruna inanaraq 2006-cı ildən davam edən əməliyyat dövründə dəfələrlə kliniki ölüm halları keçirmişdir. Onu da bildirir ki, bu işə aidiyyəti olan şəxs Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı X5 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin Mingəçevir şəhər Şöbəsində çalışmış və sonradan isə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir şəhər Şöbəsində işləmişdir. Hazırda harada çalışdığı ona məlum deyildir. İlk gündən bu günə qədər onun, onun ailəsinin, azyaşlı övladlarının və ona yaxın insanların “Zombi” vəziyyətinə salınması və psixi təzyiqlərlə bağlı ona rəsmi məktubla müraciət etsə də, təəssüflər olsun ki, həmin məktubları almaqdan imtina etməklə bərabər hüquqlarının pozulmasına şərait yaratmışdır. Dövlət nəzarəti altında aparılan əməliyyat olduğuna inanaraq bütün bu olanlara qatlaşmaq məcburiyyətində maddi və mənəvi zərər çəkmişdir. Mənəvi sarsıntı və fiziki iztirab keçirmişdir. Məlumatın aid olduğu şəxsin faktları aşkar ifadə etmədiyi halda informasiya texnologiyalarından istifadə etməklə sübuta ehtiyacı vardır. Cavabdehin təqsiri ucbatından onlar dəfələrlə mənəvi sarsıntı və fiziki iztirablar keçirmişlər. Bu baxımdan o, hesab edir ki, cavabdeh ona maddi və mənəvi zərərə görə ******* (üç milyon) manat məbləğində mənəvi zərərə görə əvəz ödəməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən dəfələrlə məhkəmə orqanlarına eyni məzmunlu ittihamlarla müraciət olunmuş və bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxx 2017-ci il tarixli, 2-1(107)-168/2017 nömrəli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(051)-430/2017, xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1570/2019, xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1570/2019 nömrəli qərarları çıxarılmışdır. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2012-ci ildən Mingəçevir şəhər rayonlararası psixo-nevroloji dispanserdə “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatdadır. Qeyd olunanları nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixə (saat 09:15) təyin edilmiş işin hazırlıq icraatı üzrə məhkəmə iclasında və sonrakı məhkəmə proseslərində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin iştirakı məqsədəuyğun hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan hakim iddiaçının çoxsaylı yazılı maddi sübutlarına hüquqi qiymət vermədən onun iddia ərizəsinin mümkün sayılmaması barədə qanunsuz qərardad qəbul etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbinin İPM-nin 2.2-ci maddəsi ilə müəyyən edilən iddia növlərindən hər hansı birinə aid edilməsi və həmin Məcəllənin tələblərinə uyğun verilmiş və 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Hazırkı halda mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddianın mümkün sayılması üçün əsas mövcud deyildir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia tələbinə dair digər məhkəmələrin qanuni qüvvəyə minmiş aktları mövcuddur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış və iddianın mümkün hesab edilməsi üçün heç bir dəlil və sübuta istinad edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar