Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-114/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) “artıq ödənişin geri qaytarılması və faizlərin ödənilməsi barədə rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3254/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “90 100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 24.04.2015-ci il tarixli **********893379 saylı qərarına əsasən şirkətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində 31.05.2016-cı il tarixli **********981600 nömrəli səyyar vergi yoxlaması aktı qəbul edilmiş, 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yazılmış aktdan və qərardan narazı olduqları barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmiş və müraciətləri əsasında 13.10.2016-cı il tarixli **********048340 nömrəli qərarla 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilmişdir. Lakin yoxlama aktını və qərarını düzgün hesab etmədiyi üçün şirkət məhkəməyə müraciət etmiş və bütün mərhələləri keçərək sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən 30.04.2018-ci il tarixli 2-1(101)- 685/18 saylı iş üzrə xeyirlərinə qərar qəbul edilmişdir. Qərarda yoxlama nəticəsində İddiaçı ASC-yə edilmiş cərimə və sanksiyalar ləğv edilmiş və tutulmuş məbləğin əsassız olduğu göstərilmişdir. Yazılanlara əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Səlirlər Departamentinə müraciət olunmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının qərarını icra etməyi təmin etmək xahiş edilmişdir. Müraciətə cavab olaraq Vergi ödəyicisinin vergi ianunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında qərara ləğv haqqında 30.05.2018-ci il tarixli **********152155 saylı qərar qəbul edilmiş və SVY nəticəsində əsassız olaraq hesablanmış məbləğlər azaldıldıqdan sonra, hesabından silinmiş, qanunsuz olaraq müəssisədən tələb edilərək, alınmış 90100.00 (doxsan min yüz) manat ödənişlər şəxsi hesab vərəqəsində artıq ödəmə olaraq yaranmışdır. İddiaçı ASC maliyyə vəziyyətinin çətin olması ilə bağlı olaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən artıq ödəmənin “xxxx” ASC-də olan hesablaşma heabına keçirilməsini xahiş etmiş və 11.06.2018-ci il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmişdir. Artıq ödəməni tələb etməyinə baxmayaraq 05.07.2018-ci il tarixli **********301600 saylı məktubla rədd cavabı almış, imtina edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.11.2018-ci il tarixli 2-1(82)-3402/2018 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ASC-yə artıq ödənilmiş 90100.0 manat məbləğin qaytarılması və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə görə hər bir gün üçün 0,1 faiz əlavə məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması qət edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.05.2019-cu il tarixli 2-1(103)-1040/2019 saylı qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.11.2018-ci il tarixli, 2-1(82)-3402/2018 nömrəli qərarının ləğv edilməsi, inzibati işin mahiyyəti üzrə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti, İddiaçı ASC-nin 90 100 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.09.2019-cu il tarixli 2-1(82)-3254/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.10.2019-cu il tarixli 2-1(82)-3254/2019 saylı qərardadı ilə iş üzrə cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.10.2019-cu il tarixli 2-1(82)-3254/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ASC tərəfindən 90 100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim edərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.01.2020-ci il tarixli 2-1(103)-187/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3254/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1014/2020 saylı 09.06.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2-1(103)-187/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 24.04.2015-ci il tarixli **********893379 saylı qərarına əsasən İddiaçı ASC-də 01.04.2012-ci il tarixdən 01.04.2015-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisinin 109876,7 manat məbləğində, ödəmə mənbəyində tutulan vergisinin 17934,49 manat məbləğində azalması, əlavə dəyər vergisinin 62950,03 manat məbləğində, yol vergisinin 46,0 manat məbləğində, torpaq vergisi üzrə 899,91 manat məbləğində artıq hesablanması aşkar edilmiş və nəticəsi 31.05.2016-cı il tarixli **********981600 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yazılmış aktdan və qərardan narazı qalan vergi ödəyicisi Vergilər Nazirliyinə şikayət etmişdir. Vergi ödəyicinin şikayəti araşdırılmış və 13.10.2016-cı il tarixli **********048340 nömrəli qərarla şikayəti qismən təmin edilərək 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilmişdir. Lakin, buna baxmayaraq vergi ödəyicisi yoxlama aktının və qərarın tam ləğv edilməsi ilə əlaqədar Məhkəməyə müraciət etmiş və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən iddiası təmin olunaraq yoxlama nəticəsində İddiaçı ASC-yə 2012 və 2013-cü il vergi dövrləri üzrə ÖMV və ƏDV məbləğləri, həmçinin hesablanmış cərimə və sanksiyalar ləğv edilmişdir. Qeyd olunanlarla əlaqədar, SVY nəticəsində əlavə hesablanmış 90100,00 (doxsan min yüz) manat vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmışdır. İddiaçı ASC 07.08.2018-ci il tarixli **********058200 nömrəli ərizə ilə müraciət edərək artıq ödənilmiş 90100,31 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə qeyd olunmuş 90100.31 manat artıq ödəmə məbləğindən 85799.57 manatının yarandığı tarixdən 5 il müddət keçdiyi müəyyən edilmişdir. Yaranmış artıq ödəmə vergi ödəyicisi tərəfındən ödənilmiş 100000,0 manat və 2012-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində hesablamadan artıq əvəzləşdirilmiş 24904,20 manat (ödəmə müddəti 20.11.2012-ci il) ƏDV məbləğləri hesabına yaranmış və yaranmış artıq ödəmə məbləği SYV nəticəsində hesablanmış vəsait hesabına əvəzləşdirilmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarına əsasən SYV-nın nəticəsi ləğv edildiyindən, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 2012-ci ilin hesabat dövrü üzrə yaranmış artıq ödəmə məbləği yenidən bərpa olunmuşdur. Qeyd olunanlara baxmayaraq məhkəmə qərarında qeyd olunan halla bağlı heç bir araşdırma aparmamış, ümumiyyətlə qərarında qeyd olunan məsələyə toxunmamışdır. Vergi ödəyicisi tərəfindən müxtəlif tarixlərdə cari bəyannamələr təqdim olunduğundan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi mövcud deyildir. Qeyd olunan halın məhkəmə prosesi zamanı bildirilməsinə baxmayaraq, məhkəmə qeyd olunan halı nəzərə almayaraq əsassız qərar qəbul etmişdir. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Vergi Məcəlləsinin 87.1.1-ci maddəsində artıq ödəmənin silinməsi üçün icazə tələb olunur. Sonrakı bəyannamələr sonrakı borclarla bağlıdır. Artıq ödəmə mövcud olub. Həmin məbləğ silinərkən onlardan məktub tələb edilməyib. Bütün ödənişlər şəxsi hesab vərəqəsində görünür. Müddət keçə bilməz. Çünki artıq ödəmə məhkəmə qərarından sonra yaranıb. 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 24.04.2015-ci il tarixli **********893379 saylı qərarına əsasən İddiaçı ASC-də (VÖEN: **********) 01.04.2012-ci il tarixdən 01.04.2015-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 31.05.2016-cı il tarixli **********981600 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yazılmış aktdan və qərardan narazı qalan vergi ödəyicisi Vergilər Nazirliyinə şikayət etmişdir. Vergi ödəyicinin şikayəti araşdırılmış və 13.10.2016-cı il tarixli **********048340 nömrəli qərarla şikayəti qismən təmin edilərək 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilmişdir. Lakin, buna baxmayaraq vergi ödəyicisi yoxlama aktının və qərarın tam ləğv edilməsi ilə əlaqədar Məhkəməyə müraciət etmiş və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən iddiası təmin olunaraq yoxlama nəticəsində İddiaçı ASC-yə 2012 və 2013-cü il vergi dövrləri üzrə ÖMV və ƏDV məbləğləri, həmçinin hesablanmış cərimə və sanksiyalar ləğv edilmişdir. Qeyd olunanlarla əlaqədar, SVY nəticəsində əlavə hesablanmış vergi məbləğləri vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmışdır. İddiaçı ASC 07.08.2018-ci il tarixli **********058200 nömrəli Ərizə ilə müraciət edərək artıq ödənilmiş 90100,31 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin, ödəniş tarixinin, yaranma səbəbinin və tədiyyəsinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iş üzrə həm 1-ci, həm də apelyasiya instansiyaları məhkəmələri tərəfindən qərar qəbul edilərkən iddiaçının şəxsi hesab vərəqəsində artıq vergi ödəməsi mövcud olmamışdır. İddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlər onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edilmiş və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsi mövcud deyildir. Belə olan halda isə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, hazırkı iş üzrə işə əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsində iddiaçının cavabdehə müraciət etdiyi tarixdə artıq ödəməsinin olmaması görünür. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdeh hazırkı halda iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlərin onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edildiyini və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsinin mövcud olmamasını bildirir. Belə olan halda, aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 87-ci maddəsinin tələbi baxımından artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsində iddiaçının razılığının olub-olmaması istiqamətində araşdırma aparmalı idilər. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsində iddiaçının razılığının olub-olmaması istiqamətində araşdırma aparmalı və bundan sonra qərar qəbul etməlidir. Göstərilənləri və Ali Məhkəmənin qərarında qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarından sonra vergi orqanının da etiraf etdiyi kimi və iş materiallarından da göründüyü kimi İddiaçı ASC-nin 09.07.2018-ci il tarixə 103.051,24 manat artıq ödəməsi mövcud olmuşdur. Həmçinin şəxsi hesab vərəqəsindən də görünür ki, 103.051,24 manat artıq ödəmə hesablanmışdır. Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən artıq ödənilmiş məbləğ iddiaçının sonrakı ödəmələrinə aid edilmişdir. Bunu cavabdeh inzibati orqan da qeyd edir. Lakin Vergi Məcəlləsinin yuxarıda istinad olunan müddəasında göstərildiyi kimi artıq ödənilmiş məbləğlərin sonrakı ödəmələrə aid edilməsinə dair iddiaçının razılığının alınmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə iddiaçının iyul 2018-ci il tarixinə vergilər üzrə dövlət büdcəsinə 103.051,24 manat artıq ödənişi olduğu halda, cavabdeh Vergi Məcəlləsinin 87, 87.1.2-ci maddələrinin tələblərini pozaraq iddiaçının razılığı olmadan həmin artıq ödəniş məbləğini iddiaçının yaranmış olduğu sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid etmişdir ki, bu da qanunun sözügedən müddəalarına ziddir. Cavabdehin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə qeyd olunmuş 90100.31 manat artıq ödəmə məbləğindən 85799.57 manatının yarandığı tarixdən 5 il müddət keçməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsində olan artıq ödəmə məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən yaranmışdır ki, həmin müddətdən də 5 il keçməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3254/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 3254/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-114/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-114/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver