Məhkəmə qərarları › İş №2-1(103)-114/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-114/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-114/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsin Xüsusi Şərtlərlə X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-701/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsin Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illlik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajının olduğu nəzərə alınaraq, pensiya hüququnun yarandığı xx.xx.2017-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2017-ci ildə onun 60 yaşı tamam olmuşdur. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə görə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan onun iş stajının az olması səbəbinə görə müraciətindən imtina etmişdir. Cavabdeh orqan öz imtinasını belə əsaslandırmışdır ki, təqdim etdiyi əmək kitabçasına əsasən ümumi iş stajı 25 ildən az (17 il 3 ay 20 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 3 ay 27 gün) təşkil edir. Aşağıda göstərilənlərə əsasən hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunan Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Astara rayonu, Səncərədi Subtropik sovxozunda fəhlə işləmişdir (3 il 3 ay 11 gün). İddia ərizəsinə əlavə olunan “X14” QSC-nin Xəzər X21sının arxiv arayışından görünür ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək gəmidə 2-ci dərəcəli motorçu işləmişdir (8 ay 24 gün). Həmçinin xx.xx.1984-cü ildən xx.xx.1985-ci il tarixədək gəmidə 1ci dərəcəli motorçu işləmişdir (7 ay 27 gün). İddia ərizəsinə əlavə olunan hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 28 gün). İddia ərizəsinə əlavə olunan “X14” QSC-nin arxiv arayışından görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək gəmilərdə motorçu işləmişdir (2 il 5 ay 19 gün). İddia ərizəsinə əlavə olunan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Qazaxıstan SSR Şevçenko Şəhər Məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmünə əsasən Qazaxıstan SSRİ Cinayət Məcəlləsinin 78 h2, 15-168 h2, 24-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 3 il müddətə şərti cəzaya məhkum edilib. xx.xx.1982-ci il tarixdən Qaradağ RDİŞ 3 saylı Xüsusi müəssisəsində cəza çəkmişdir (3 il). İddia ərizəsinə əlavə olunan əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, cavabdeh tərəfindən imtinanın verildiyi xx.xx.2021-ci il tarixə 18 il 7 gün iş stajı vardır. Beləliklə əmək kitabçasında və yuxarıda qeyd olunan arxiv arayışları ilə təsdiqlənən iş stajı 18 il 7 gün + 3 il 3 ay 11 gün + 8 ay 24 gün + 7 ay 27 gün + 2 il 28 gün + 2 il 5 ay 19 gün + 3 il toplandıqda onun ümumi iş stajı 30 il 2 ay 26 gün təşkil edir. Lakin cavabdeh orqan öz imtinasında düzgün olmayaraq onun ümumi iş stajını 17 il 3 ay 20 gün hesablamışdır. Halbuki yuxarıda qeyd olunanlar onun ümümi iş stajının 25 ildən çox olduğunu təsdiq edir. Güzəştli iş stajına gəlincə isə əmək kitabçası və “X14” QSC-nin qeyd olunan arayışları ilə təsdiq olunuduğu kimi güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Cavabdeh orqan isə imtinasında əsassız olaraq güzəştli iş stajının 5 il 3 ay 27 gün təşkil etdiyini göstərmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi arayışlardan görünür ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək gəmidə 2-ci dərəcli motorçu (8 ay 24 gün), həmçinin xx.xx.1984cü ildən xx.xx.1985-ci il tarixədək gəmidə 1-ci dərəcəli motorçu işlədiyi (7 ay 27 gün) müddət, bundan başqa əmək kitabçası və “Zığ Gəmi Təmiri və Tikinitisi Zavodunun” xx.xx.2018-ci il tarixli arayışından görünür ki, 18 il 7 ay 19 gün güzəştli iş stajı vardır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı iddiası ilə razı deyillər. İddiaçıya görə 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malikdir. İş stajı əmək kitabçası və arxiv arayışları ilə təsdiqlənir. İddiaçıya 60 yaşının tamam olduğu 26 oktyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filial **********3 saylı, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təminindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi stajı 25 ildən (17 il 03 ay 20 gün), güzəştli iş stajı 12 il 06 aydan (05 il 03 ay 27 gün) az təşkil edir. İddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı, 11 noyabr 1998-ci il tarixdən tərtib olunmuş əmək kitabçasından aydın olur ki, iddiaçı 25 oktyabr 1988-ci ildə əmək fəaliyyətinə başlayıb və müxtəlif peşələrdə çalışıb. Əmək kitabçasına əsasən ümumi əmək stajı aşağıdakı kimidir: xx.xx.1978-xx.xx.1989-cu illər (01 il 29 gün); tədris-istehsalat işi üzrə böyük usta; xx.xx.1998-xx.xx.1999-cu illər (04 ay 04 gün); motorçu; xx.xx.1999-xx.xx.2002-ci illər (03 il 07 ay 05 gün); motorçu bölüyünün komandiri; xx.xx.2003-xx.xx.2003-cü illər (14 gün); mexanik; xx.xx.2003-xx.xx.2003-cü illər (02 ay 19 gün); mexanik; xx.xx.2007- xx.xx.2017ci illər (09 il 07 ay 12 gün); matros, motorçu; xx.xx.2017-xx.xx.2018-ci illər (08 ay 29 gün); növbə mexaniki; xx.xx.2018-xx.xx.2019-cu illər (01 il 05 ay 17 gün); növbə mexaniki; xx.xx.2019-xx.xx.2021-ci illər (01 il 11 ay 20 gün); motorçu. Göründüyü kimi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının 60 yaşının tamam olduğu tarixə (26 oktyabr 2017-ci ilə) olan ümumi əmək stajı - 15 il 04 ay 18 günə bərabərdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, 29 aprel 1977-26 may 1979-cu illərdə (02 il 27 gün) hərbi xidmətdə olmuşdur. Beləliklə, əmək kitabçasındakı qeydlər və hərbi xidmət dövrü daxil olmaqla, 26 oktyabr 2017-ci il tarixinə iddiaçının ümumi əmək stajı - 17 il 05 ay 15 gün təşkil edir. İddiaçı xx.xx.1973-xx.xx.1976-cı illərdə Astara rayon sabiq Səncərədi Subtropik sovxozunda çalışdığını iddia edir. İddiaçı bu halı təsdiq etmək üçün Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 45/1 saylı Arxiv arayışına istinad edir. Halbuki həmin arayışın özündə sovxoza aid 1972-1978-ci illəri əhatə edən əmr kitablarının, eləcə də 1966-1980-ci illəri əhatə edən əmək haqqı kitablarının yoxlama ilə əlaqədar olaraq aparıldığı və sovxoza qaytarılmadığı qeyd edilir. Lakin necə olursa, Astara rayon Dövlət Arxivi öz arayışına əl ilə yazılmış 2 sənəd əlavə edir. Həmin sənədlərdə isə ümumiyyətlə Sovxozun möhürü və səlahiyyətli şəxsinin imzası yoxdur. Həmin sənədləri kimin yazdığı məchuldur. Dolayısı ilə qeyd edilən arxiv arayışının mötəbər sübut qismində qəbulu yolverilməzdir. İddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2018-ci il tarixli arayışına istinad edərək güzəştli iş stajına malik olduğunu iddia edir. Hərçənd ki, həmin arayışın özündə iddiaçının sözügedən zavodda 01 fevral 2018-ci il tarixdən növbə mexaniki vəzifəsində çalışdığı qeyd edilir. İddiaçı isə 26 oktyabr 2017-ci il tarixdən pensiya təyin edilməsini tələb edir. Dolayısı ilə iddiaçının “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda çalışdığı dövrün hazırkı mübahisə ilə bağlılığı yoxdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, zavod yalnız özünə aid hissədə və əgər əsas varsa, arayış verə bilər. İddiaçı güzəştli iş arayışı kimi “Azərbaycan X14” QSC-nin xx.xx.2014-cü il tarixli arayışına istinad edir. Nəzərə almaq lazımdır ki, həmin arayış 2007- 2014-cü illəri əhatə edir və tələb edilən 12 il 6 ay güzəştli iş stajını tam şəkildə təsdiq etmir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-701/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsin Xüsusi Şərtlərlə X17 Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər (2 il 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 2008-ci ildə Kollecə daxil olmuş və xx.xx.2011-ci ildə “Gəmi energetik qurğularının istismar” ixtisası üzrə üzrə tam kursu bitirmiş və Dövlət attestasiya komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə ona “texnik gəmi mexaniki” ixtisası verilmişdir. O, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər X24 Gəmiçiliydə böyük usta (1 il 1 ay), xx.xx.1998-ci ildən xx.xx.1999-cü ilə qədər Axtarış-Xilasedici xidmətində 1-ci dərəcəli motorist (04 ay 05 gün), xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilə qədər “X16” QSC-də motorçu, komandir-motorçu və baş motorçu (3 il 07 ay 6 gün), xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər "xxxx" Firmasında 3-cü mexanik (15 gün), xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər X18 ASC-də 2-ci dərəcəli mexanik (2 ay 20 gün), xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər “Xəzərdənizneftdonanma” İdarəsinin Abşeron rayon X21 İdarəsində, Azərbaycan “X16” QSC-də matros, motorçu, mexanik (9 il 7 ay 13 gün), xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx"QSC X4 növbə mexaniki (9 ay), xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər “X16” QSC-də mexanik (1 il 5 ay 18 gün), xx.xx.2019-cu ildən hal-hazıradək “X14” QSC X5 növbə mexaniki və motorçu vəzifəsində işləyir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 228/1 nömrəli, xx.xx.2020-ci il tarixli və 228/2 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmrdən çıxarış siyahılarına əsasən 1973-cü ilin yanvar ayının 2-də 01 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1976-cı ilin aprel ayının 13-də 52 saylı əmrlə işdən azad edilmişdir. Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmr kitabları 1972-1978, əmək haqqı kitabları 1966-1980-ci illər Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən sovxozun yoxlanılması ilə əlaqədar olaraq aparılmış və sovxoza qaytarılmamışdır. Buna səbəb olaraq İddiaçı əmək haqqı barədə arxiv arayışı tərtib etmək tərəflərindən imkan xaricindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 228/2 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışına əlavə edilmiş sənədlərdən görünür ki, Səncərədi Subtropik sovxozun xx.xx.1973-cü il tarixli 1 №-li əmrindən çıxarışa əsasən İddiaçı çay briqadiri Babayev Naibin briqadasına fəhlə qəbul edilmişdir. İddiaçı əmr №52, 13.04.76-da fəhləlikdən azad edilmişdir. Səncərədi sovxizunun Aqrara İsalaht Komissiyası tərəfindən Astara rayonunun Dövlət Arxivinə ünvanlanmış xx.xx.2000-ci il tarixli, 4 №-li arayışa əsasən Səncərədi subtropik bitkilər sovxozunun 1966-cı ildən 1980-cı ilə kimi fəhlə və qulluqçuların əmək haqqı cədvəlləri və əmr kitabları 1972-ci ildən 1978-ci ilə Azərbaycan Respublikası DİN tərəfindən sovxozun yoxlanması ilə əlaqədar olaraq aparılmış və sovxoza qaytarılmamışdır. “Azərbaycan X14” QSC Xəzər X21sı tərəfindən verilmiş 11/P1EƏHŞ-03-779 №-li, xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən hal-hazıra qədər X13 işləyir. Xəzər X21sı Abşeron Rayon X21 İdarəsində xx.xx.2007-ci ildən xx.xx.2013-cü ilə qədər “PSK-51”, “PSK-40”, “MPK-474”, “PSK-48”, “PS-153” gəmilərində 1-ci dərəcəli matros, 1-ci dərəcəli motorçu və 2-ci dərəcəli mexanik işləmişdir. “Azərbaycan X14” QSC-də xx.xx.2014-cü ildən halhazıradək “PS-153” gəmisində 2-ci dərəcəli mexanik işləyir. Yuxarıda göstərilən gəmi liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 «b» yarımbəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş 1 №-li siyahısına əsasən bölmə 3, bənd 1 şrift 23003020-23484 dəniz və çay donanması, üzən heyət, gəmi sürücüsü) əmək şəraitinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. “Azərbaycan X14” QSC Xəzər X21sı tərəfindən verilmiş SS01/NK/03-37 №-li, xx.xx.2015-ci il tarixli arxiv arayışından görünür ki, arxiv materiallarına əsasən Xəzər X21sında 1976-cı ildən 1977-ci və 984-cü ildən 1985-ci ilə kimi işləmiş İddiaçı Xəzər X21sı

1. xx.xx.1976 “F.Səmədov” gəmisinə 2-ci dərəcəli motorçu işə qəbul edilmiş. ƏMR № 297k xx.xx.1976; 2. xx.xx.1977 “U.B.Pirməməd” gəmisinə 2-ci dərəcəli motorçu keçirilmiş. ƏMR № 29-k xx.xx.1977; 3. “U.B.Pirməməd” gəmisinin 2-ci dərəcəli motorçusunu hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilmiş. ƏMR № 151-k xx.xx.1977; Şəxsi iş № 918. Xəzər X21sı: 1. xx.xx.1984 “Ak.Məmədəliyev” gəmisinə 1-ci dərəcəli motorçu işə qəbuı edilmiş. ƏMR № 296-k xx.xx.1984; 2. xx.xx.1985 “Ak.Məmədəliyev” gəmisinin 1-ci dərəcəli motorçusu (Bakı Dənizçilik Məktəbinə köçürmə yolu ilə) işdən azad edilmiş. ƏMR № 202-k xx.xx.1985. Şəxsi iş №1241. Yuxarıda adı çəkilən bütün vəzifələr üzən heyətə aid edilir. Bu gəmilər daim liman akvatoriyasında işləyən gəmilərə aid deyidir, onlar yardımçı-xidmət şəhərətrafı və şəhərdaxili yol gəmiləri hesab edilmir, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 21-ci «Nəqliyyat» bölməsinin 21.2 bəndinin «b» yanmbənd göstərilmişdir. Əsas: şəxsi vərəqə T-2, ştat cədvəli, «Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi». “Azərbaycan X14” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2018-ci il tarixli, RM01/138 №-li arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı "Azərbaycan X14” GSC "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda xx.xx.2018-ci il tarixindən hal-hazırki vaxta kimi 678 saylı Üzən Emalatxanada növbə mexaniki vəzifəsində çalışır. xx.xx.1988-ci il Xəzər X21sının İstehsalat işinə böyük usta (arayış №06/37, xx.xx.1998) xx.xx.1989-cı il Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il Axtarış xilasetmə xidmətinə 1-ci dərəcəli motorçu (Əmr 75 xx.xx.1998), xx.xx.1999-cu il Azərbaycan Respublikasının ƏM-nin 36.5ci maddəsinə əsasən başqa iş keçirilməsi ilə əlaqədar (silahlı qüvvələr) işdən azad olunmuşdur. xx.xx.1999-cu il Motorçuların komandiri vəzifəsinə işə qəbul edilsin (Əmr 62 xx.xx.1999). xx.xx.1999-cu il Motorçuların böyük komandiri vəzifəsinə keçirilsin (H/s 600 Əmr 160 xx.xx.1999). xx.xx.2000-ci il Motorçuların komandiri vəzifəsinə keçirilsin (Əmr 294 xx.xx.2000-ci il). xx.xx.2002-ci il tarixindən H-560 gəmisinə baş motorçu keçirilsin. (Əmr 215 xx.xx.2002-ci il). xx.xx.2002-ci il Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 a bəndiə əsasən öz xahişi İlə işdən azad edilsin (Əmr 286 xx.xx.2002-ci il). xx.xx.2003- cu il tarixindən "xxxx" firması “Lənkəran balıqçısı” gəmisinə 3-cü dərəcəli mexanik vəzifəsinə qəbul edilsin (Əmr 2 xx.xx.2003-cü il). xx.xx.2003-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 a bəndinə əsasən öz xahişi ilə işdən azad edilsin (Əmr 3 xx.xx.2003-cü il). xx.xx.2003-cü il tarixindən X18 ASC-nə “Viçeqda” gəmisinə 2-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edilsin (Əmr 6/k xx.xx.2003-cü il). xx.xx.2003-cü il Azərbaycan Respublikası ƏM-nin 68-ci maddədinin 2-ci hissəsinin “a” bəndinə əsaaən öz xahişi ilə işdən azad edilsin (21/k xx.xx.2003-cü il). xx.xx.2007-ci il XDND Abşeron rayon DND idarəsi PŞK-51 gəmisinə 1-ci dərəcəli matros vəzifəsinə qəbul edilsin. (Əmr 369 xx.xx.2007). xx.xx.2010-cu il “PSK-51” gəmisinə 1-ci dərəcəli matorçu peşəsinə keçirilsin (Əmr 969). xx.xx.2010-cu il). xx.xx.2010-cu il “MPK474” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilsin (Əmr 1120). xx.xx.2010-cu il). xx.xx.2010-cu il “PSK- 51” gəmisinə 1-ci dərəcəli matorçu peşəsinə keçirilsin (Əmr 1224 xx.xx.2010-cu il). xx.xx.2010-cu il “PSK-48” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilsin (Əmr 1666 xx.xx.2010). xx.xx.2010-cu il “PSK-51” gəmisinə 1-ci dərəcəli matorçu peşəsinə keçirilsin (Əmr 1791 xx.xx.2010). xx.xx.2010-cu il “MPK-474” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilsin (Əmr 1990 xx.xx.2010). xx.xx.2010-cu il “PSK-51” gəmisinə 1-ci dərəcəli matorçu peşəsinə keçirilsin (Əmr 2103). xx.xx.2010-cu il) 17.12 2012-cu il “PSK- 40” gəmisinə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilsin (Əmr 2677 xx.xx.2012-ci il). xx.xx.2013-cü il “PS-153” gəmisinə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilsin (Əmr 34 xx.xx.2013). xx.xx.2017-ci il ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün) əmək müqaviləsinə xitam verilsin (Əmr 364 xx.xx.2017ci il). xx.xx.2017-ci il AXDG QSC-nin DND-na üzücü heyyətə xidməti yardımçı donanmaya növbə mexaniki vəzifəsinə işə qəbul edilsin (Əmr 14/k xx.xx.2017-ci il). xx.xx.2018-ci il ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün) əmək müqaviləsinə xitam verilsin (Əmr 292/k xx.xx.2018). xx.xx.2018-ci il “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 678 saylı Üzən Emalatxanasına növbə mexaniki vəzifəsinə qəbul edilsin (Əmr 61/k xx.xx.2018-ci il). Güzəştli şərtlərlə yaşa görə pensiya hüqüqu verən istehsalatların siyahısına əsasən: bölmə 21, 21.2 bəndinə əsasən mexaniklər, bütün adlarda motorçular kimi güzəştli pensiya almaq hüququna malikdir. Azərbaycan Dövlət Xəzər X2 108 saylı, xx.xx.2007-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu ildən (135/n №-li xx.xx.1979-cu il tarixli əmr) xx.xx.1981ci il (255/H№-li xx.xx.1981-ci il tarixli əmr) tarixə qədər X8 “Mühəndis Matveyev”, “Ajmanov”, “Nürək”, “Alma-Ata” və başqa gəmilərdə motorçu işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 600 №-li Hərbi Hissə tərəfindən verilmiş 9636 №-li, xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı N saylı hərbi hissədə aşağıdakı vəzifələrdə işləmişdir. 1. xx.xx.1998-ci il tarixdən – xx.xx.1999-cu ilədək SB-46 gəmisinin mühərrkiçisi vəzifəsində (əmr № 75 xx.xx.1998); 2. xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu ilədək mühərrikçilərin manqa komandiri (əmr №62 xx.xx.1999); 3. xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək baş mühərrikçi (əmr № 160 xx.xx.1999) vəzifəsində işləmişdir. 4. xx.xx.2002-ci il tarixdən ƏM-nin 68-ci maddəsinin 2A bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur (əmr № 286 xx.xx.2002). Bütün bunlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 17/6-321 N-150 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən xx.xx.1957-ci il təvəllüdlü Novruzov X3 SSR, Şevçenko Şəhər Məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmünə əsasən Qazaxstan SSR Cinayət Məcəlləsinin 78 h2; 15-168 h2; 24-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il müddətinə şərti cəzaya məhkum edilmiş və xx.xx.1982-ci il tarixdə Bakı şəhəri, Qaradağ RDİŞ-nin 3 saylı Xüsusi müəssisəsinə keçirilmişdir. “Azərbaycan X14” QSC Xəzər X21sı tərəfindən məhkəməyə ünvanlanmış TQ01/02- 292 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Xəzər X21sında xx.xx.1976xx.xx.1977-ci, eləcə də xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək müvafiq olaraq 2-ci dərəcəli motorçu, 1-ci dərəcəli motorçu, 1-ci dərəcəli matros peşələrində, 2-ci mexanik vəzifəsində işləmiş və xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə (xx.xx.2017-ci il tarixli, 364-k nömrəli əmr) xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDNDnin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinsiyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. “Azərbaycan X14” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən məhkəməyə ünvanlanmış RM03/02-280 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş arayışdan görünür ki, İddiaçı “Azərbaycan X14” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 678 saylı Üzən Emalatxanasında növbə mexaniki vəzifəsinə işləmişdir. xx.xx.2018-ci il - 678 saylı Üzən emalatxanaya növbə mexaniki vəzifəsinə qəbul edilmişdir. (Əmr xx.xx.2018-ci il 61/k xx.xx.2018-ci il) xx.xx.2019-cu il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 mədəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda göstərilən vəzifə üzrə iş stajı 1 il 5 ay 19 gün təşkil edir. Yuxarıda göstərilən peşə Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların siyahısının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 21 bəndinin 21.2 b) üzən heyət - yarımbəndinə əsasən dəniz,çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri,xidmət, şəhərətrafı və daxili yol gəmiləri istisna olmaqla) həmçinin, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər bəndinə uyğundur. “Azərbaycan X14” QSC Xəzər X21sı tərəfindən məhkəməyə ünvanlanmış TQ01/02- 453 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı aid Xəzər X21sının xx.xx.1976-cı il tarixli, 297-k nömrəli, xx.xx.1977-ci il tarixli, 29-k nömrəli, eləcə də xx.xx.1977-ci il tarixli, 151-k nömrəli əmrlərinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək “Fuad Səmədov” adına gəmidə motorçu, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək “X22” gəmidə motorçu işləmiş, Sovet Ordu sıralarında xidmətlə bağlı işdən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17/6-8831 №-li, xx.xx.2021-ci il tarixli məktubdan və ona əlavə görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazasında xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Əlavə olaraq qeyd edilir ki, vətəndaş İddiaçı Xidmət rəhbərliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İmnformasiya idarəsində soğru edilərək əldə edilmiş məhkumluğuna dair sənədlər təqdim edilir. Həmin sənədə əsasən İddiaçı Qazax SSR Şevçenko şəhər xalq məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmü ilə CM-nin 78 m2h; 15- 168 m 2 his; 24-1 təqsidli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il azadlığdan şərti məhrum etmə cəzaına məhkum olunmuşdur. Hökm xx.xx.1982-ci ildə qüvvəyə minmişdir. xx.xx.1982-ci ildən Bakı şəhəri, Qaradağ RDİŞ 3 saylı XM-də qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 45 №-li, xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 45/1 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışından və digər sənədlərdən görünür ki, xx.xx.1957-ci ildə anadan olmuş İddiaçı Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmrdən çıxarış siyahılarına əsasən 1973-cü ilin yanvar ayının 2-də 01 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1976-cı ilin aprel ayının 13-də 52 saylı əmrlə işdən azad edilmişdir. Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmr kitabları 1972-1978, əmək haqqı kitabları 1966-1980-cı illər Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən sovxozun yoxlanılması ilə əlaqədar olaraq aparılmış və sovxoza qaytarılmamışdır. Buna səbəb olaraq İddiaçı əmək haqqı barədə arxiv arayışı tərtib etmək tərəflərindən imkan xaricindədir. Filial tərəfindən məhkəməyə ünvanlanmış **********9 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 5595,90 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 38577,28 manat olmaqla cəmi pensiya kapitalı 44173,18 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 32000,00 manat məbləğində hesablanmışdır. “Azərbaycan X14” QSC tərəfindən məhkəməyə ünvanlanmış 01/03/Xİ-1253/751 №li, xx.xx.2021-ci il tarixli və MC01/02-924 №-li, xx.xx.2021-ci il tarixli məktublardan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu ildən (xx.xx.1979-cu il tarixli 135/n nömrəli əmr) xx.xx.1981-ci il ilə kimi (xx.xx.1981-ci il tarixli 255/h nömrəli əmr) X9 “Nurek”, “Mühəndis Matvayev”, “Emba”, “A.İmanov”, “Alma-Ata” gəmilərində matorçu vəzifəsində işləyib. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X14 Azərbaycan Dövlət X14 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X9 və Xəzər X21sının yenidən təşkili yolu ilə “Azərbaycan X14” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Filialın iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası lanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Mərkəzi Filiala təqdim etdiyi 11 noyabr 1998-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (17 il 3 ay 20 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 3 ay 27 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. İddiaçının 60 yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Cavabdeh iddiaçının müraciətindən imtinasını təqdim etdiyi 11 noyabr 1998-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasına əsasən ümumi iş stajının 25 ildən az (17 il 3 ay 20 gün), güzəştli iş stajının isə 12 il 6 aydan az (5 il 3 ay 27 gün) təşkil etməsi ilə əsaslandırmışdır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının ümumi iş stajı əmək kitabçası və arxiv arayışları ilə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda İddiaçı əmək pensiyası hüququnun yarandığı tarixə, yəni xx.xx.2017ci il tarixinə əmək kitabçasında olan qeydlərə əsasən, hərbi xidmət dövrü, əmək kitabçasında qeyd edilməyən, lakin arxiv arayışları ilə təsdiq olunan dövr nəzərə alınmaqla 25 il 1 ay 18 gün ümumi əmək stajının olması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında və arxiv arayışlarında əksini tapmışdır. Həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır (təqdim olunmuş çıxarışa əsasən tələb olunan pensiya kapitalı 32000,00 manat, iddiaçının faktiki malik olduğu pensiya kapitalı isə 44173,18 manat təşkil edir). Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının gəmidə işlədiyi motorçu, motros, mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Nəqliyyat” adlanan 21-ci bölməsinin 21.2-ci yarımbəndinə nəzərdə tutulmuş “Dəniz və çay donanması” b) yarımbəndi üzrə qeyd edilmiş vəzifələrə uyğun olmaqla güzəştli iş stajı 13 il 5 ay 26 gün təşkil edir və buna dair işəgötürən tərəfindən arayışlar təqdim edilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17 Filialının üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. DSMF Xüsusi Şərtlərlə X17 Filialı tərəfindən iddiaçıya ünvanlanmış 27 yanvar 2021ci il tarixli **********3 №li məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 18 dekabr 2020-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 dekabr 2020-ci il) əvvəlki illər üçün, yəni 18 dekabr 2017-ci il tarixindən hesablanaraq ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 20 dekabr 2017-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17 Filialının üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-701/2022 saylı qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 20 dekabr 2017-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17 Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar