Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1142/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, İddiaçı, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinə qarşı «əmrin ləğvi, nəticələrin etibarsız hesab edimkəsi, işə bərba edilməsi və əmək haqqının ödənilməsi» tələbinədair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1687/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinə qarşı «işə bərpa haqqında» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv olunması, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və xx.xx.2019-cu il tarixdən qətnamə çıxarılan günə kimi məcburi olaraq işlədiyi müddət ərzində əmək haqqının tam məbləğdə ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X20 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial Sığorta sektorunda məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində heç bir cəza almamış, əmək funksiyasını və əmək müqaviləsindən irəli gələn bütün öhdəliklərini həmişə yerinə yetirmişdir. Həmişə nümunəvi işçi olmuş, ailədə təkcə o, işləmişdir. Həmçinin İİ qrup əlildir. Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin **********1 saylı, xx xxxxxxxx 2019-cu il tarixli əmri ilə xx xxxx 2016-cı il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin **********1 saylı, xx xxxxxxxx 2019-cu il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarnda bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Sadəcə bildirmişdir ki, guya o, etik davranış qaydalarını pozmuşdur. Hesab edir ki, işdən azad edilməsi barədə əmr qanunsuz və əsassız hesab edilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda cavabdehin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv olunması, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və xx.xx.2019-cu il tarixdən qətnamə çıxarlan günə kimi məcburi olaraq işlədiyi müddət ərzində əmək haqqının tam məbləğdə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddiaya dair yazılı «Etiraz» təqdim etmiş və etirazda göstərmişdir ki, iddiaçı idida ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin xx xxxxxxxx 2019-cu il tarixli, **********1 nömrəli əmrinin ləğv edilməsini və işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxxxxxx 2019cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən, vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli xidməti məruzəsinə əsasən işdən azad edilmişdir. Məruzədə göstərilir ki, “Nazirliyin Aparatının Əlillik şöbəsinin sorğusu əsasında E-xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən 2018-ci ildən etibarən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş bir sıra əməkdaşlarının “Əlillik altsistemi”ndəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, əlillik dərəcələri əsassız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, görülmüş tədbirlərlə əlillik dərəcələri əsassız hesab edilmiş 30 əməkdaşın “əlillik altsistemi”ndəki müayinələri etibarsızlaşdırılmış, əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş əməkdaşlardan 8-nin əmək müqaviləsinə xitam verilməklə 28-i barədə intizam tənbeh tədbirləri görülmüş, əlilik dərəcələrinin əsassız hesab edilməsi barədə qərar qəbul edilmiş əməkdaşlara artıq ödənilmiş cəmi 126101.68 manat vəsaitin nağd şəkildə bərpası təmin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq təklif edilmişdir ki, əlillik dərəcəsi əsassız hesab edilmiş Nazirlik yanında Dövlət X21 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi İddiaçı artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı müəyyən edilmiş möhlət müddəti bitdikdən sonra verilmiş tapşırıqların icra vəziyyətinə uyğun olaraq barələrində intizam tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müvafiq tapşırıqlar verilmişdir. Yuxarıda yazılanlardan göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2 haqqında Əsasnamə”nin 5.3.2-ci bəndinə əsasən (vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işə götürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə) əlilliyin təkrar qiymətləndirilməsi üçün dəvət olunmuş, lakin, o, müayinə üçün getməkdən imtina etmişdir. İddiaçı vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fikrini və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək dövlət qulluqçularının əsas vəzifələrinə aiddir. Həmçinin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinə əsasən inzibati vəzifə tutulan dövlət qulluqçuları korrupsiyanın suyektləri hesab olunurlar. Həmin Qanunun 9.3.5-ci maddəsinə əsasən statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Bakı şəhəri üzrə X10 Komitəsinin rəyi alınmışdır (əlavə olunur). «Etiraz»da yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1687/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsiqərara alınmışdır. Qərardan narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş iş üzrə İddiaçıiddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, 1-ci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X19 iddiaya qarşı verilmiş «Etiraz»a uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, 1-ci instansiya məhkəməsinin qərarının qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1687/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinin Daxili Nəzarət və audit şöbəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Əmək və X16 Nazirinə ünvanlanmış **********0 nömrəli, xx.xx.2019-cu il tarixli yazılı məruzədən görünür ki, məruzə edilərək bildirimişdir ki, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E-xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən 2018-ci ildən etibarən Nazirlyiin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş bir sıra əməkdaşlarının “Əlillik altsistemi”ndəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, qanunvericiliyin tələblərinin pozulmasına yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, əlilik dərəcələri əsasız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, görülmüş tədbirlərlə əlillik dərəcələri əsassız hesab edilmiş 30 əməkdaşın “Əlillik altsistemi”ndəki müayinələri etibarsızlaşdırılmış, əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş əməkdaşlardan 8-nin əmək müqaviləsinə xitam verilməklə 28-i barədə intizam tənbeh tədbirləri görülmüş, əlillik dərəcələrinin əsassız hesab edilməsi barədə qərar qəbul edilmiş əməkdaşlara artıq ödənilmiş cəmi 126101.68 manat vəsaitin nağd şəkildə bərpası təmin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq aşağıdakılar təklif edilmişdir: 1.Əlillik dərəcələri əsassız hesab edilmiş Nazirlik yanında Dövlət X20 Gədəbəy rayon Şöbəsinin Sosiasl sığorta sektorunun məsləhətçisi X14, həmin şöbənin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi Məmmədov Rəşad Şöhrət oğluna, Goranboy rayon şöbəsinin Mühasibat uçotu sektorunun müdiri X6, Gəncə şəhər Kəpəz rayon şöbəsinin Sosial sığorta sektorunun aparıcı məsləhətçisi X7, Xızı rayon şöbəsinin Pensiya, sosial yardım və müavinət sektorunun baş məsləhətçisi X15, Samux rayon Şöbəsinin Sosial sığorta sektorunun aparıcı məsləhətçisi X8 və Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi İddiaçı artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı müəyyən edilmiş möhlət müddəti bitdikdən sonra verilmiş tapşırıqların icra vəziyyətinə uyğun olaraq barələrində intizam tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə və sözügedən əməkdaşlar üzrə artıq ödənilmiş vəsaitin müvafiq hesablara bərpa olunması istiqamətində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Nazirlik yanında Dövlət X26 müvafiq tapşırıqlar verilsin. 2. Nazirliyin struktur bölmələrində işlədikləri dövrdə vəzifə səlahiyyətlərində irəli gələn imkanlardan sui-istifadə etməklə şəxslərinə əsassız əlillik dərəcələrinin təyin edilməsinə nail omuş Nazirlik yanında Dövlət X20 Gəncə şəhər Kəpəz rayon Şöbəsinin Sosial sığorta sektorunun müdiri vəzifəsində işləmiş X3, Siyəzən rayon şöbəsinin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş X4 və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində işləmiş X12 dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq onlara əsassız əlilliyə görə təyin olunmuş əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası təmin olunmadığından sözügedən şəxslərin əlilliyə görə sənədlərinin saxtalaşdırılması ehtimalı olduğu müəyyən edildiyindən aşkarlanmış faktlara hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. İş materiallarında olan, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi Bakı şəhəri üzrə X10 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinə ünvanlanmış 14 nömrəli, xx xxxxxxxx 2019cu il tarixli “X10 Təşkilatının razılığının təqdim edilməsi haqqında” məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X20 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial Sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsinə Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Bakı şəhəri üzrə X10 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edildi. Təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət X20 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” **********1 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi rəhbər tutularaq əmr verilmişdir ki, öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X20 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq edən İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxx 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixdə xitam verilsin, İddiaçı ilə son haqq-hesabın aparılması təmin edilsin, Nazirliyin Aparatının Ümumi şöbəsi bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatıdırlmasını təmin etsin. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanovun xx xxxxxxxx 2019-cu il tarixli, **********0 nömrəli yazılı məruzəsi əsas olmuşdur. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli əmrə əsasən iddiaçı tutduğu vəzifədən azad olunan zaman onun Əmək və X16 Nazirliyində qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Həmin əmrə əsas kimi Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanovun xx xxxxxxxx 2019-cu il tarixli, **********0 nömrəli yazılı məruzəsi göstərilmişdir. Həmin məruzədən müəyyən edilmişdir ki, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E-xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən 2018-ci ildən etibarən Nazirlyiin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş bir sıra əməkdaşların “Əlillik altsistemi”ndəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, qanunvericiliyin tələblərinin pozulmasına yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, əlilik dərəcələri əsasız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlərlə əlillik dərəcələri əsassız hesab edilmiş 30 əməkdaşın “Əlillik altsistemi”dəki müayinələri etibarsızlaşdırılmış, əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş əməkdaşlardan 8-nin əmək müqaviləsinə xitam verilməklə 28-i barədə intizam tənbeh tədbirləri görülmüş, əlillik dərəcələrinin əsassız hesab edilməsi barədə qərar qəbul edilmiş əməkdaşlara artıq ödənilmiş cəmi 126101.68 manat vəsaitin nağd şəkildə bərpası təmin olunmuşdur. Əlillik dərəcələri əsassız hesab edilmiş Nazirlik yanında Dövlət X20 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi İddiaçı artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı müəyyən edilmiş möhlət müddəti bitdikdən sonra verilmiş tapşırıqların icra vəziyyətinə uyğun olaraq barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə və sözügedən əməkdaşlar üzrə artıq ödənilmiş vəsaitin müvafiq hesablara bərpa olunması istiqamətində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Nazirlik yanında Dövlət X26 tapşırıqlar verilməsi təklif edilmişdir. Yuxarıda qeyd edilən məruzəyə əsasən Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi Bakı şəhəri üzrə X10 Komitəsi Nazirlik yanında Dövlət X20 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir. Göründüyü kimi, “Əlillik altsistemi”dəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, qanunvericiliyin tələblərinin pozulmasına yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, əlillik dərəcələri əsasız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi zamanı İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “X1 haqqında Əsasnamə”nin 5.3.2-ci bəndinə əsasən (vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəsissəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə) əlilliyin təkrar qiymətləndirilməsi üçün dəvət olunmuş, lakin o, müayinə üçün getməkdən imtina etmişdir. Bundan sonra onun əlilik dərəcəsi etibarsız hesab edilərək, artıq ödənilmiş vəsait onun tərəfindən geri qaytarılmışdır. Barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə yazılı məruzə göndərilmiş, həmin məruzəyə əsasən Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi Bakı şəhəri üzrə X10 Komitəsi iddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir. Bundan sonra iddiaçı mübahisəli əmrə əsasən vəzifəsinin icrası zamanı dövlət qulluqçusu kimi etik davranış qaydalarını pozduğuna görə işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaş aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5.ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6.dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək dövlət qulluqçularının əsas vəzifələrinə aiddir. Həmçinin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsaəsn dövlət quluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 33.1.6-ci maddəsinə əsasən dövlət qulluqçusu Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə, dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçisinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittiqafı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir ki, cavabdeh müvafiq əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Bakı şəhəri üzrə X10 Komitəsinin rəyini almışdır. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə sübut olunmuşdur ki, yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ila razılaşır ki, Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin İddiaçı barəsində verdiyi **********1 saylı, xx.xx.2019-cu il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən iddia əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1687/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1142/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1142/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver