Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1142/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4503/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrinə həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yanaşı yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta aktlarının 90 faizini və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta aktları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsi müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığrota aktlarının ödənilməsi şərti ilə daxil edilir. Sözügedən qanunların tələbləri pozulduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərlə onun xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasında “KaspiyaElektrik” firmasında işləməsi qeyd edilmişdir. Bununla əlaqədar, inzibati orqan tərəfindən iddiaçının işlədiyi adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitoring) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Məhz bu səbəbdən, iddiaçının xx.xx.2002-xx.xx.2005-ci il arasındakı dövr onun iş stajına sayıla bilməz və bu səbəbdən də, onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az (18 il 01 ay 02 gün), Güzəştli iş stajı da 12 il 06 aydan azdır (05 il 01 ay 06 gün). Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4503/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017- ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1 -ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. İddaçıya münasibətdə də, halhazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanun nə də ki, hal-hazırda qüvvədən düşmüş ’’Vətəndaşların pensiya təminatı” haqqında Qanun tətbiq edilə bilməz. Belə ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərlə onun xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasında “KaspiyaElektrik” firmasında işləməsi qeyd edilmişdir. Bununla əlaqədar, inzibati orqan tərəfindən iddiaçının işlədiyi adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitoring) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Məhz bu səbəbdən, iddiaçının xx.xx.2002-xx.xx.2005-ci il arasındakı dövr onun iş stajına sayıla bilməz və bu səbəbdən də, onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az (18 il 01 ay 02 gün), Güzəştli iş stajı da 12 il 06 aydan az (05 il 01 ay 06 gün). Həmçinin sosial sığorta stajı kimi nəzərə alınan dövrlərin sırasında təhsil müddəti təsbit olunmamışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda, xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 illə məhdudlaşdırılmışdır. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı 05 avqust 2021-ci il tarixdə inzibati orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən pensiya məbləğinin ödənilməsi öhdəliyinin pensiya hüququnun yarandığı 09 yanvar 2014-cü il tarixdən təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. Belə ki, işdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2014cü il tarixdə tamam olmuşdur. İşin mübahisəli halı tələb olunan ümumi iş stajı və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Belə ki, cavabdehin imtinasından və məhkəməyə təqdim edilmiş etirazından, həmçinin apellyasiya şikayətindən müəyyən edilir ki, iddiaçının ümumi iş stajının cavabdeh tərəfindən mübahisə edilən dövrü iddiaçının 1973-1980-cı illərdə təhsil aldığı dövr və "xxxx" Firmasında işlədiyi xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr təşkil edir. Təhsil müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika Kolleci tərəfindən verilmiş 560 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 24 avqust 1973-cü il tarixində 246 saylı əmrlə Bakı Neft Texnikimun əyani şöbəsinə qəbul olunmuş, 28 aprel 1977-ci il tarixində 15 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 14 iyun 1979- cu il tarixində 256 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisasi üzrə əyani şöbəyə bərpa edilmişdir. 06 may 1980-ci il tarixində 221 saylı əmrlə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi və BT № 040705 saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli, 101/s saylı əmrinə əsasən Bakı Neft Texnikumu ilə Bakı Baza Energetika Texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. İddiaçıya məxsus BT № 040705 nömrəli diplomun surətindən görünür ki, X7 1973cü ildə Bakı Neft Texnikumuna qəbul olmuş, 1980-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisasını bitirmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin (24 avqust 1973- 28 aprel 1977-ci il tarixi və 14 iyun 1979- 06 may 1980-ci il tarixi arasındakı dövrlər) onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Bundan əlavə cavabdehin iddiaçının "xxxx" Firmasında işlədiyi xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövrlə bağlı mövqeyi ondan ibarətdir ki, "xxxx" Firmasında işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında”) Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövr iddiaçının iş stajına daxil edilməmişdir. Sözügedən dövrlər məhkəmə tərəfindən araşdırılmış, müvafiq quruma müəsissənin fəaliyyəti ilə bağlı sorğu göndərilmiş və daxil olmuş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, "xxxx" Firması dövlət reyestrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə 339 nömrə ilə dövlət qeydiyyatına alınmış və hazırda fəaliyyəti aktiv olan "xxxx" firmasının hüquqi ünvanına AZ1033, ünvan 1rədə məlumat mövcuddur. Firma xx.xx.1998-ci il tarixdə ********* VÖEN ilə vergi uçotuna dayanmış və xx.xx.2005-ci il tarixədək fəaliyyətini həmin VÖEN-lə həyata keçirmişdir. Azərbaycan Respublikasında həyata keçirilmiş vergi ödəyicilərinin inventarlaşdırılması prosesləri çərçivəsində xx.xx.2005-ci il tarixdə "xxxx" Firmasına ********** nömrəli yeni VÖEN verilmişdir. Göründüyü kimi, Firma iddiaçının işlədiyi dövrlərdə fəaliyyətdə olmuşdur. Cavabdehin Firma tərəfindən məcburi dövlət sosial sığorta haqları ödəməməsi ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta güzəştli şərtlərlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Belə olan təqdirdə kollegiya hesab edir ki, mübahisəli dövrlərdə "xxxx" firmasında işləməsi iddiaçının əmək kitabçasında qeyd olunduğundan, eləcə də, firmanın həmin dövrlərdə fəaliyyətdə olması vergi orqanından əldə edilmiş məlumatlara əsasən öz təsdiqini tapdığından, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. İşdə olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş AT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə “Soyuzmorqeo” birliyinə böyük texnik vəzifəsinə qəbul olub, xx.xx.1980-ci ildə “Soyuzmorqeo” birliyindən Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən “X16 Nefteqaz Ekspedisiyasına” keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1980-ci ildə “X16 Nefteqaz Ekspedisiyası”, “Soyuzmorqeo” birliyindən köçürülmə ilə 1/80 seysmik qrupuna texnikoperator vəzifəsinə qəbul edilib. xx.xx.1982-ci ildə “X16 Nefteqaz Ekspedisiyasına”; “Soyuztereneft” idarəsinə köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilib. xx.xx.1982-ci ildə Krasnodar buruqların əsaslı təmiri və layların neft hasilatının artırılmasının artırılması idarəsi köçürülmə yolu ilə sex № 1-ə buruqların 5-ci dərəcəli tədqiqatçı operatoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə Krasnodar sınaq-təcrübə zavodu 54 saylı sexə elektrik aparatları və maşınların yığılması üzrə 2 dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə Krasnodar buruqların əsaslı təmiri və layların neft hasilatının artırılmasının artırılması idarəsi, sex № 1-ə vaxtaekspedisiya geoloqu vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1986-cı ildə Krasnodar buruqların əsaslı təmiri və layların neft hasilatının artırılmasının artırılması idarəsi, sex № 1-ə buruqların təmirçi 4cü dərəcəli təmirçi-çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə həmin sexdə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə “Aktyubinskneft” İB-nin “Oktyabrskneft” NQÇİ-yə keçirilmiş, xx.xx.1987-ci ildə “Oktyabrskneft” NQÇİ-yə köçürülmə yolu ilə buruqların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə Qazaxstan Respublikası Əmək Məcələsinin 32-ci bəndi əsasında öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə “Dalso- Kavkaz” Regional Təcrübə-Eksperimental mərkəzində 4-cü dərəcli çilingər vəzifəsinə qəbul edilib, xx.xx.1990-cı ildə “Dalxim” SP-yə keçirilməsi ilə əlaqədar işdən azad edilib, xx.xx.1990-cı ildə “Dalxim” SP-yə keçirilmə qaydasında 6-cı dərəcəli qazançı peşəsinə qəbul edilib,xx.xx.1991- ci ildə Rusiya Federasiyası Əmək Məcəlləsinin 31-ci maddəsi əsasənda öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1991-ci ildə “Kaspmorburneftqazprom” İB-nin X1Dəniz Kəşfiyyatı Qazma İdarəsi “Şelf-3” üzən qazma qurğusuna 5-ci dərəcəli neft və qaz istismar və kəşfiyyat qazmaçısı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə “Kaspmorburneftqazprom” İB-nin X1 X20 İdarəsi, 6-cı dərəcəli neft və qaz istismar və kəşfiyyat qazmaçısı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcəli neft və qaz istismar və kəşfiyyat qazmaçısı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcli neft və qaz istismar və kəşfiyyat qazmaçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1996-cı il tarixdə “AzVODQEO” X17 istehsalat-istismar şöbəsinə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə Bakı Tikiş Fabriki № 3 Avtonəqliyyat sexinə 4-cü dərəcəli çilingər vəzifsəinə qəbul edilib, Bakı Tikiş Fabriki № 3, xx.xx.1999 ZİL-130 markalı yük maşını sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcələsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə "xxxx" Gəmi avadanlığı və mexanizmlərin təmiri üzrə 4-cü dərəcəli gəmi çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. Beləliklə, göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq (18 il 1 ay 1 gün-mübahisəsiz dövr, mübahisəli dövrlər- 4 il 6 ay 26 gün-ümumilikdə təhsil dövrü və "xxxx" Firmasında işlədiyi 3 il 6 ay 12 gün) təşkil etmişdir. Kollegiya cavabdehin digər dəlilinə, yəni iddiaçının güzəştli iş stajının yalnız xx.xx.1991-xx.xx.1996-cı il tarixləri əhatə etməsinə münasibətdə qeyd edir ki, iş materiallarında iddiaçının güzəştli iş stajını təsdiq edən sənəd kimi onun işlədiyi müəssisə "xxxx" Firması tərəfindən verilmiş arayış mövcuddur ki, həmin arayışda iddiaçının xx.xx.1986- xx.xx.1990-cı, xx.xx.1991-xx.xx.1996-cı, xx.xx.2002-xx.xx.2005-ci illərdə işlədiyi müddət güzəştli iş stajı verən əmək stajı kimi göstərilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən güzəştli dövr-xx.xx.1986xx.xx.1990-cı illər və xx.xx.2002-xx.xx.2005-ci illər təşkil edir. İşdə olan "xxxx" Firması tərəfindən verilmiş 12 KE-07.2021 nömrəli, 16 iyul 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının əmək kitabçasında göstərilən məlumatlar həmin arayışda öz əksini tapmış, əlavə olaraq arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 qərarı ilə təsdiq edilmiş əmək şəraitini zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəricilərin 2 №-li Siyahısına əsasən 1. Bölmə Xİİ: Qazma, neft, qaz çıxarılması və emalı şifr 2130100a-11297 Qazmaçı, iş stajı xx.xx.1986-xx.xx.1990, xx.xx.1991-xx.xx.1996; 2. Bölmə XİV: Metal emalı şifr 2150300a-18451 Gəmi çilingəri, iş stajı: xx.xx.2002-xx.xx.2005. İddiaçı əmək kitabçasından çıxarışlara əsasən zərərli iş şəraitində 12 il 6 aydan artıq iş stajı olduğu üçün Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə X10 sorğu ünvanlanaraq xx.xx.1957-ci il təvəllüdlü İddiaçı işlədiyi dövrlər, vəzifə təlimatları, əmək funksiyaları barədə (işə girmə, işdən çıxma əmrlərin sürətləri təqdim edilməklə) işlədiyi dövrdə ağır iş səraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin verilib-verilməməsi, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın 10 gün ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuş, X14 sorğuya cavab olaraq X4 güzəştli şərtlə pensiya hüququ verən peşələrdə çalışmasına dair arayışı məhkəməyə təqdim edərək qeyd etmişdir ki, X7 əmək kitabçasından çıxarışlara əsasən, zərərli iş şəraitində 12 il 6 aydan artıq iş sajı olduğu üçün, AR əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, gözəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. İnzibati iş materiallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı X18 Nefteqaz Ekspedisiyasında seysmik qrupuna texnik operator, Krasnodar buruqların əsaslı təmiri və layların neft hasilatının artırılması idarəsində 5-ci dərəcəli tədqiqatçı operatoru, ekspedisiya geoloqu, 4-cü dərəcəli təmirçi-çilingəri, 4-cü dərəcəli qazmaçı köməkçisi, Krasnodar sınaq-təcrübə zavodunda 2-ci dərəcəli çilingər, Dalxim SP-də 6-cı dərəcəli qazançı peşələrində işləmişdir. Apellyasiya icraatı zamanı sözügedən müəssisələrdən iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ olan peşə olub-olmamasını təsdiq edən güzəştli arayışın əldə edilməsi mümkün olmadığından, göstərilən işin obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X8 və “Neft Daşları” Neft və qazçıxarma idarəsinə sorğular ünvanlanaraq İddiaçı işlədiyi yuxarıda adları çəkilən peşələrin (5-ci dərəcəli tədqiqatçı operatoru, ekspedisiya geoloqu, 4-cü dərəcəli təmirçiçilingəri, 4-cü dərəcəli qazmaçı köməkçisi, 2-ci dərəcəli çilingər, 6-cı dərəcəli qazançı) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X12 sorğuya cavab məktubunda qeyd etmişdir ki, araşdırmanın nəticəsi olaraq bildiririk ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı məxsus AT-İ ******* nömrəli əmək kitabçasındakı və ИТ-İ ******* nömrəli əmək kitabçasının içliyindəki qeydlərdən müəyyən olunur ki, o “Qelendjik Dəniz GeoJoji- X2 “Seysmoloji partiya”sında xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək texnikoperator, X5 Artırılması və Quyuların Əsaslı Təmiri İdarəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək quyuların tədqiqi üzrə operator, “Krasnodarneftqaz” X3 Artırılması və Quyuların Əsaslı Təmiri İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexinin 1 №-li ekspedisiyasında şimalkənarı rayonlarda vaxta metodu (növbəli iş üsulu) ilə xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək geoloq, X5 Artırılması və Quyuların Əsaslı Təmiri İdarəsinin Layların neftverimin artırılması və quyuların əsaslı üzrə 1 №-li sexdə xx.xx.1986-ci il tarixdən xx.xx.1986-cı il tarixədək təmirçi çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək qazmaçı köməkçisi, “Oktyabrneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, “Kasburneftqazprom” İB-nin X1 Kəşfiyyat-Qazma Dəniz İdarəsində (ŞELF-3-də) xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazımaçı köməkçisi, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək istismar və kəşfiyyat quyularının qazılmasında qazımaçı peşəsində (vəzifəsində) işləmişdir. İddiaçı X5 Artırılması və Quyuların Əsaslı Təmiri İdarəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (02 il 01 ay 18 gün) işlədiyi quyuların tədqiqi üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Sİyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a— 15832 kod ilə qeyd edilmiş “quyuların tədqiqatı üzrə operatorlar” peşəsi ilə, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (4 ay 28 gün) və “Oktyabrneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (02 il 09 ay 03 gün) işlədiyi qazmaçı köməkçisi və quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşələri həmin yarımbölmədə 2130200a—11292 kod ilə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə, “Kasburneftqazprom” İB-nin X1 Kəşfiyyat-Qazma Dəniz İdarəsində (ŞELF-3-də) xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (05 il 01 ay 08 gün) işlədiyi neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazımaçı və qazımaçı köməkçisi peşələri isə həmin qərarla təsdiq edilmiş 1 №-li Siyahının X-cu “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1-ci “Qazma” yarımbölməsində 1100000a— 11297 kod ilə qeyd edilmiş “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” peşəsi ilə eynilik təşkil edir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşə və vəzifələrdə əmək (sığorta) stajı 10 il 4 ay 27 gündür. Həmçinin bildirilmişdir ki, İddiaçı neft sənayesində işlədiyi peşə və vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşə və vəzifələrə uyğunluğu araşdırılaraq rəy verilmişdir. Sənayenin digər sahələrindəki əmək fəaliyyətinə isə rəy bildirilməmişdir. Beləliklə, iş üzrə araşdırmanın yekunu olaraq iddiaçının X5 Artırılması və Quyuların Əsaslı Təmiri İdarəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (02 il 01 ay 18 gün) işlədiyi quyuların tədqiqi üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 2130200a— 15832 kod ilə qeyd edilmiş “quyuların tədqiqatı üzrə operatorlar” peşəsi ilə, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (4 ay 28 gün) və “Oktyabrneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (02 il 09 ay 03 gün) işlədiyi qazmaçı köməkçisi və quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşələri 2130200a—11292 kod ilə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə, “Kasburneftqazprom” İB-nin X1 Kəşfiyyat-Qazma Dəniz İdarəsində (ŞELF-3-də) xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (05 il 01 ay 08 gün) işlədiyi neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı və qazmaçı köməkçisi peşələri isə həmin qərarla təsdiq edilmiş 1 №-li Siyahının X-cu “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1-ci “Qazma” yarımbölməsində 1100000a—11297 kod ilə qeyd edilmiş “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” peşəsinə, həmçinin, "xxxx"də xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəmi avadanlığı və mexanizmlərin təmiri üzrə 4-cü dərəcəli gəmi çilingəri vəzifəsində işlədiyi dövr yuxarıda qeyd edilən 2 №-li Siyahıya əsasən XİV Bölmədə, Metal emalı şifr 2150300a-18451 kodu ilə qeyd edilmiş gəmi çilingəri peşəsinə uyğundur. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixə tələb olunan (12 il 6 aydan artıq) güzəştli iş stajına malik olmuş, iddiaçı qanunla tələb olunan ikinci şərti də ödəmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4503/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1142/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1142/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver