Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1142/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətlərinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir.
2. 02.08.2018-ci il tarixdə 4 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır.
3. 09 sentyabr 1982-ci il tarixdən doldurulmağa başlanan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci ilədək Bakı yod zavodunda laborant, xx.xx.2000ci il tarixdən xx.xx.2011-ci il tarixədək Yeni Suraxanı qəsəbə kitabxanasında kitabxanaçı, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Suraxanı rayon MKİSin 2 saylı filialında kitabxanaçı, xx.xx.2013-cü il tarixdən xx.xx.2018- ci il tarixədək Suraxanı rayon X1 2 saylı filialında multimedia mütəxəssisi, xx.xx.2018-ci il tarixdə Suraxanı rayon X1 2 №li kitabxana filialına kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, 2019-cu il tarixdən həmin müəssisənin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində əmək müqaviləsinə xitam verilməsi üçün tutduğu vəzifədən azad edilərək, həmin tarixdən işə qəbul edilmişdir.
4. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 26 iyun 2016-cı il tarixli arayışdan görünür ki, arayış xx xxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş İddiaçı Cavir qızına ondan ötrü verilmişdir ki, o, 15 iyun 1982-ci ildən 06 noyabr 1995-ci ilədək "xxxx" ASC-də (keçmiş Bakı yod zavodu) laborant vəzifəsində işləmişdir. Keçmiş SSRİ Nazirlər Kabinetinin qərarına əsasən iş vaxtının 50%-dən çoxunu əsas zərərli istehsal sexlərində keçirən yod istehsalı üçün xammal tədarük edən işçilərin İİ siyahı üzrə güzəştli təqaüdə çıxmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı"na əsasən İddiaçı da İİ siyahı üzrə güzəştli təqaüdə çıxmaq hüququna malikdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) (VÖEN: **********) “Azərkimya” Dövlət şirkətinin tabeliyində olan Bakı Yod zavodunun çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir. Həmçinin bildirilmişdir ki, "xxxx" ASC-nin aktiv əmək müqaviləsi müəyyən edilməmişdir.
6. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin nizamnaməsinin 3.2-ci bəndindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əsas fəaliyyət növü texniki yod, kalium yod, yod-reaktiv və digər yod məhsullarının istehsalı və satışıdır.
7. "xxxx" MMC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 N-li qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4"na əsasən "Laborant (Böyük laborant da daxil olmaqla)": -Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir; İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir; Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır; Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir; Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir; Müəssisə, idarə və təşkilatların bölmələrini lazımi cihaz, material və reaktivlərlə təmin edir; Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır; Verilən tapşırıqlara uyğun olaraq məlumatların şərh və məlumat nəşrlərindən, normativ-texniki sənədlər üzrə mənbəyini müəyyən edir. Aparılan eksperiment və tədqiqatlarla bağlı müxtəlif hesablama və qrafik işləri yerinə yetirir; Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak edir.
8. Əlavə olaraq bildiririk ki, yod istehsalı sahəsində çalışan laborantın əmək funksiyaları əsasən aşağıdakılardan ibarətdir: 1) Yod istehsalı prosesinə texnoloji nəzarət analizlərini vaxtlı-vaxtında və dəqiq yerinə yetirmək, analizlərin nəticələrini müvafiq jurnallarda qeyd etmək və nəticələri prosesdən məsul şəxsə bildirmək; 2) prosesə analitik nəzarət üçün lazım olan bütün kimyəvi reagentlərin təzə hazırlanmış olmasına, istifadə olunan qabların və avadanlıqların təmiz olmasına fikir vermək; 3) analitik nəzarət üçün lazım olan reagentləri hazırlamaq; 4) hazır məhsulun keyfiyyətinə gündəlik olaraq nəzarət etmək; 5) hər partiya üzrə istehsal olunan hazır məhsulun (Yod) keyfiyyətini daim nəzarətdə saxlamaq; 6) analizin nəticələrini laboratoriya müdiri ilə paylaşmaq.
9. Qeyd edək ki, laborant vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunan 1 nömrəli Siyahısında Vİİİ (Kimya istehsalatı) bəndin 12-ci qrafasında 1080A010 kodu ilə göstərilən peşəyə (xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər) uyğun gəlir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun 15 iyun 1982 - 06 noyabr 1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASCdə laborant vəzifəsində işlədiyi «Yod brom suyu hasilatı hazırlanmasında bilavasitə işləyən fəhlələr» vəzifəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli stajı olmadığı ərizədə qeyd olunmuşdur. Halbuki ona "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» na əsasən mən 2-ci siyahı üzrə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubuna əsasən, iddiaçının təqdim etdiyi xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Kimya istehsalatı bölməsinin (8) Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin rəhbərləri, mütəxəssisləri və fəhlələri (8.3) bəndində yodbrom suyu hasilatı, hazırlanmasında bilavasitə işləyən fəhlələr (8.3.1) vəzifəsi nəzərdə tutulmuşdur. Qeyd olunan yarımbənddə nəzərdə tutulan vəzifələrlə İddiaçı işlədiyi vəzifələrlə uyğunluq təşkil etmir. Beləliklə, iş materiallarına əlavə edimiş sənədlərə əsasən İddiaçı xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də laborant vəzifəsində işlədiyi vəzifə yuxarıda qeyd olunan yod-brom suyu hasilatı, hazırlanmasında bilavasitə işləyən fəhlələr vəzifəsinə aid olmadığından, İddiaçı kifayət qədər güzəştli iş stajı mövcud deyil. Bu səbəbdən də, imtina məktubu əsaslıdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ona xx.xx.2016-cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2016-cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materiallarından məlum olur ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2016-cı il tarixdə 52 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun Qanunla tələb olunan 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmamasıdır.
16. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və bildirir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışda iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən vəzifə üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir.
17. Beləliklə, iddiaçı 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli əmək stajına malik olduğundan ona 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur.
18. Məhkəmə həmçinin vurğulayır ki, iş materialları ilə iddiaçının cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi müəyyən edildiyindən pensiya müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2019- cu il tarixdən hesablanaraq ödənilməlidir.
19. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.2-ci, 7-ci, 9.1-ci, 9.8-ci, 31.1-ci, 32.1-ci, 32.1-1-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə, 67-ci, 69-cu maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3040/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edimiş sənədlərə əsasən İddiaçı xx.xx.1982- 06.11 1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də laborant vəzifəsində işləmişdir. İddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan yod-brom suyu hasilatı, hazırlanmasında bilavasitə işləyən fəhlələr vəzifəsinə aid olmadığından, İddiaçı kifayət qədər güzəştli iş stajı mövcud deyil. Yuxarıda qeyd olunan səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab olunmur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında səhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - ..... - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
26. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): - 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. - Həmin Qanunun 67-ci maddəsinə əsasən Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. - 3.2-ci və 3.2.1-ci bəndlərinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: - 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: - 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: - 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Qərarın 25-28-ci bəndləri) çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənatə gəlmişdir ki, iddia tələbi əsaslıdır.
34. Cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materiallarından məlum olur ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2016-cı il tarixdə 52 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun Qanunla tələb olunan 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmamasıdır.
35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
36. Məhkəmə Kollegiyası ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən işçilərin peşə (vəzifə) adlarının müəyyən edilməsi qüvvədə olan Vahid X2 uyğun olaraq həyata keçirilir.
37. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının yod və yod məhsullarının satışı sahəsində ixtisaslaşmış "xxxx" ASC-dən təqdim etdiyi arayışdan və məhkəmə sorğusu ilə analoji müəssisədən ("xxxx" MMC) əldə edilmiş məlumatlardan müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən laborant yod istehsalı prosesində texnoloji nəzarət analizlərini vaxtlı-vaxtında və dəqiq yerinə yetirmək, analizlərin nəticələrini müvafiq jurnallarda qeyd etmək və nəticələri prosesdən məsul şəxsə bildirmək, prosesə analitik nəzarət üçün lazım olan bütün kimyəvi reagentlərin təzə hazırlanmış olmasına, istifadə olunan qabların və avadanlıqların təmiz olmasına fikir vermək, analitik nəzarət üçün lazım olan reagentləri hazırlamaq, hazır məhsulun keyfiyyətinə gündəlik olaraq nəzarət etmək, hər partiya üzrə istehsal olunan hazır məhsulun- yodun keyfiyyətini daim nəzarətdə saxlamaq, bir sözlə yod istehsalı prosesində yuxarıda sadalanan zərərli işləri gördüyündən 1 nömrəli Siyahının Vİİİ bölmə “Kimya istehsalı”: 1080A00—17541. A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri başlıqlı bəndin 12-ci yarımbəndində (kod 1080A010) qeyd olunan “Xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər” peşəsinə və 2 nömrəli Siyahının X. Kimya istehsalatı: 2110A00. A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri başlıqlı bəndin 13-cü yarımbəndinə (kod 2110A030—1754v) 1 №-li Siyahıda sadalanmış (cızqı analizinin yerinə yetirilməsində məşğul olanlar istisna edilməklə), istehsalatlarda bilavasitə məşğul olan sex və istehsalat laboratoriyalarının işçiləri) uyğunlaşdırılmalıdır. Ona görə də iddiaçının "xxxx" ASC-də xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi laborant vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 10 ildən artıq xüsusi iş stajı yaranmış olur (13 il, 04 ay, 22 gün).
38. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası cavabdehin dəlilini əsaslı saymır və bildirir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışda iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən vəzifə üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir.
39. Beləliklə, iddiaçı 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli əmək stajına malik olduğundan ona 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur.
40. Məhkəmə Kollegiyası həmçinin vurğulayır ki, iş materialları ilə iddiaçının cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi müəyyən edildiyindən pensiya müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməlidir.
41. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
42. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2023 saylı, 19 sentyabr 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3040/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.