Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1143/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və XN ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə N5 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.N956-cı il təvəllüdlüdür. Ağdam Rayon Məhkəməsinin 2/N3)-N483/20N2 saylı N9 dekabr 20N2- ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı əmək stajının təsdiq olunması barədə ərizəsi təmin edilərək, onun N973-cü ildən N3-cü ilin iyul ayına kimi X2 müəssisəsində avtoçilingər işləməsi faktı müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 02 saylı xx.xx.202N-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı "xxxx" Firmasının Suraxanı avtodəstəsində işlədiyi müddətdə əmək haqqı ödəniş cədvəllərinə əsasən əmək haqqı aşağıdakı kimi olmuşdur: N6, N7, N8, N9, 2000-ci illər üzrə əmək haqqı göstərilmişdir. Azərbaycan Resublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli, 00N966 saylı şəhadətnaməsinə əsasən "xxxx" Firmasının Suraxanı avtodəstəsinin bazasında "xxxx" MMC yaradılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş H2-N645N saylı xx.xx.20N9-cu il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N4 nömrəli əmrilə təsərrüfat tağımına qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N5 nömrəli əmrilə atıcı vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N iyul Nci il tarixli, 56 nömrəli əmrilə benzin dolduran vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin 0N dekabr N-ci il tarixli, N79 nömrəli əmrilə QSM-da xidmət rəisi vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli, 2N2 nömrəli əmrilə könüllü əsgər İddiaçı ərizəsinə əsasən hissə əsgərliyindən azad edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 9 saylı Vəkillər Bürosuna ünvanlanmış 05 saylı xx.xx.202N-ci il tarixli məktubun surətindən görünür ki, N0-cı illərdən "xxxx" firmasında işləyən işçilərin bildirməsinə əsasən İddiaçı N3-cü ildən "xxxx"-də çilingər vəzifəsində işləmişdir. Lakin, "xxxx" Firmasının arxiv sənədləri məhv olduğundan İddiaçı N3-cü ildə "xxxx"-də çilingər vəzifəsinə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrin və digər hər-hansı bir sənədin surətini təqdim etmək mümkün olmamışdır. Bununla belə, "xxxx" Firmasının sənədləri arasında aşkar edilmiş əmək haqqı cədvəlinə əsasən xx.xx.N956-cı il təvəllüdlü İddiaçı N6-cı ilin yanvar ayından 200N-ci ilin yanvar ayına qədər "xxxx" Firmasında çilingər vəzifəsində işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 07 aprel 202N-ci il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı omayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaş həddi 65 yaşdır. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi arxiv arayışlarına əsasən onun sığorta stajı 22 il olmaqla qanunla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, ona yaşa görə əmək pensiyasın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, “Dost” Xidmətinə müraciət edərək, ona 65 yaşından, yəni 29 yanvar 202N-ci ildən yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Onun “Dost” Xidmətinə müraciətinə cavab olaraq, cavabdeh 07 aprel 202N-ci il tarixli məktubla müraciətindən imtina edərək, təqdim etdiyi arxiv arayışlarına əsasən sığorta stajının 22 il olmaqla qanunla tələb edilən müddətdən az olmasını göstərmişdir. Belə hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, onun cavabdehə təqdim etdiyi əsas sənədləri nəzərə almada müraciətindən imtina etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırır ki, o, xx xxxxxx N956-cı ildə anadan olmuşdur. Onun N973- cü ildən N3cü ilin iyul ayınadək X2 müəssisəsində avtoçilingər işləmiş, onu bu peşədə işləməsi faktı, Ağdam Rayon Məhkəməsinin N9 dekabr 20N2-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə isə, o, məcburi köçkün kimi Bakı şəhərinə gəldikdən sonra isə "xxxx" Firmasında işləmiş, onun əmək kitabçası da, həmin firmada qalmış, o, işdən çıxdıqdan sonra isə ona aid sənədlər itirilmişdir. Hətta həmin dövrdə onun həmin firmada özəlləşmə çeki də, olmuşdur. Ümumilikdə isə onun hərbi xidmətlə birlikdə 25 ildən çox əmək stajı olmasına baxmayaraq, cavabdeh bunu nəzərə almamış, onun sığorta stajını 22 il göstərmişdir. İşin hallarından da, görünür ki, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtna edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinədn az olduğuna görə, eləcə də, əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Belə hesab edir ki, onun 65 yaşının tamam olduğu vaxt o, qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğuna görə əmək pensiyası təyin edilməlidir. Onun 25 ildən çox sosial sığorta stajına malik olması isə məhkəmə qətnaməsi və digər sənədlərlə təsdiq olunur. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, qanunla müəyyən edilmiş 65 yaş həddinə çatmış və minimum pensiya kapitalı toplamasa da, həmin dövrədək 25 ildən artıq iş stajına malik olmuşdur. Bu baxımdan cavabdeh ona pensiya təyin etməkdən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də, ona 29 yanvar 202N-ci ildən, yəni 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının idida tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Onların imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyası haqqında” Qanunun 7-ci maddəsinə əasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202Nci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.20N7ci il tarixli, N7 saylı Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.N-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: N) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx N956-cı ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 55 ildə - 29 yanvar 202N-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı xx.xx.202N-ci il tarixdə ona yasa pörə əmək pensiyasının təyin edilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılaraq, Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona xx.xx.202N-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçıya verilmiş xx.xx.202N-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilmiş arxiv arayışlarına əsasən iddiaçının sığorta stajı 22 il olmaqla qanunla tələb edilən müddətdən (25 ildən) az olmaqla həmçinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli, № 378 nömrəli arayışa əsasən İddiaçı xx.xx.N975-ci il tarixdən xx.xx.N977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu dövrə dair iddiaçının sığorta stajı 2 il 4 gün təşkil edir. Bundan əlavə olaraq iş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.20N2-ci il tarixli 2(N3)-N483/20N2-ci il tarixli qətnaməsinə əsasən İddiaçı N973-cü ildən N3-cü ilin iyul ayınadək X2 müəsisəsində avtoçilingər işləməsi faktı müəyyən edilmişdir. Bu müddət 20 il 6 ay təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Arxivi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Komandirinin xx.xx.N-ci il tarixli N4 №-li əmrinə əsasən İddiaçı təsərrüfat tağımına qəbul edilmişdir və N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 2N2 №-li əmrinə əsasən öz ərizəsi ilə əsgərliyindən azad edilmişdir. Həmin müddət 8 ay NN gün təşkil edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə ki, iddiaçının N nömrəli hərbi hissədə xidmətdə olduğu xx.xx.N-xx.xx.N3- ci il tarixlərini əhatə edən dövrlər Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsində müəyyən edilmiş (xx.xx.N973-xx.xx.N3) dövrlərlə üst-üstə düşdüyündən daha doğrusu həmin dövrlərlə əhatə olunduğundan yenidən ikinci dəfə nəzərə alınması qanunamüvafiq deyildir. Bundan əlavə olaraq iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Bakıya gəldikdən sonra Star LLC" firmasında işləmiş lakin, əmək kitabçası həmin müəsisədə qalmış və ona aid olan sənədlər itirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli eyniməzmunlu iki arayış mövcuddur. Arayışların birində İddiaçı arayışda göstərilən tarixlərdə "xxxx" firmasının Suraxanı avtodəstəsində işləməsi və əmək haqqı alması digərində isə həmin dövrlərdə 7 saylı Taksomotop Parkında işləməsi və əmək haqqı alması göstərilmişdir. Arayışdakı digər qeydlər eynidir. Belə ki, hər iki arayışda iddiaçının N6-2000-ci il tarixlərdə işləməsi və müvafiq aylarda əməkhaqqı alması göstərilmişdir. Bu müddətlər: N6-cı ilin may-dekabr ayları üzrə 8 ay; N7-ci və N8-ci illər tam olaraq; N9-cu ilin yanvar-iyun və oktyabr ayları üzrə 8 ay; 2000-ci ilin yanvar-may ayları üzrə 5 ay təşkil etməklə ümumilikdə 45 ay, yəni 3 il 9 ay təşkil edir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında” Qanunun 3N.2-N-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il N yanvar tarixinədək olan dövrə aid is stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 3N.2-ci maddəsində aöstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Buradan göründüyü kimi, qanunvericilik şəxsin əmək kitabçasındakı qeydlərin arxiv arayışı ilə təsdiq edilməsini nəzərdə tutur. İddiaçı isə əmək kitabçasını təqdim etməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın N-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən əsas və ilkin sənəd kimi əmək kitabçası (3.2.N -ci maddə) qeyd edilmişdir. Həmçinin 3.2.2-ci maddədə əmək kitabçası və digər sənədlərin üzrlü səbəblərə əsasən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədiyi və həmin sənədlərin başqa qaydada bərpa edilməsinin mümkün olmadığı həmin dövrlərin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildiyi göstərilmişdir. Həmçinin İddiaçı N973-cü ildən N3-cü ilin iyul ayınadək işləmiş olduğu müddət Ağdam Rayon Məhkəməsinin qeyd edilmiş qərarı ilə bu qaydada təsdiq edilmişdir. Belə ki, iddiaçının əmək kitabçasının işlədiyini qeyd etdiyi - "xxxx" firmasında qalmasının üzrlü səbəb olmadığını hesab edirlər. Habelə, iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən əmək kitabçasının "xxxx" firmasında qalması və ona aid sənədlərin itirilməsinə baxmayaraq həmin müəssisə tərəfindən yuxarıda göstərilən arayışların təqdim edilməsi və həmin arayışlarda iddiaçının işləmiş olduğu müəsisələrin adının fəqrli göstərilməsinə baxmayaraq, eyni zamanda məzmunlarının eynilik təşkil etməsi ilə bağlı olaraq yaranmış ziddiyyətlər həmin sənədlərin mötəbərliyini şübhə altına alır. Bu səbəbdən, sözügedən arayışlarda göstərilən müddət sığorta stajına daxil edilə bilməz. Beləliklə, iddiaçının hərbi xidmət illərinə əsasən onun 2 il 4 gün stajı mövcuddur. Ağdam Rayon Məhkəməsinin sözügedən qətnaməsinə əsasən iddiaçının 20 il 6 ay sığorta stajı mövcuddur. Bu müddətlər ümumilikdə 22 il 6 ay 4 gün təşkil edir. Bu müddət qanunvericilik tərəfindən təsbit edilmiş yaşa görə əmək pensiyası təyinatı üçün kifayət edən yaş həddindən yəni 25 ildən azdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşından, yəni xx.xx.202N-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubuna və iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.202N-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.202N-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tərəfindən 25 il ümumi iş stajının toplanmaması, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi müəssisənin mövcud olmasının sorğular əsasında müəyyən edilməsinə və onun 25 ildən artıq, ümumi iş stajının olmasına, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halının əhəmiyyət daşımamasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun Ndən başlayaraq 2027-ci il iyulun N-dək hər il 6 ay artırılır. Həmin Qanunun N.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun N.0.N0-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.N-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin N-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla N yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. N yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr N-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin N-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.N956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: N) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. İddiaçının xx.xx.N975-xx.xx.N977-ci illərdə hərbi xidmətdə olduğu 2 il 4 gün, müvafiq məhkəmə qətnaməsi ilə təsdiq edilmiş işləmə faktına görə N973-N3-cü illər üzrə 20 il və Suraxanı Avtodəstəsində işlədiyi N6-2000-ci illər üzrə 4 il nəzərə alınmaqla ümumilikdə iş stajının 25 ildən artıq təşkil etdiyi müəyyən olunur. Lakin hazırki iş üzrə cavabdeh iddiaçının N6-2000-ci illərdə adı çəkilən müəssisədə işlədiyi dövrü qəbul etmir və əsaslanır ki, həmin müəssisə iddiaçının işlədiyi dövrdə mövcud olmamış, bundan başqa iddiaçının xx.xx.N-xx.xx.N3-cü illərdə hərbi xidmətdə olduğu dövr onun məhkəmə qətnaməsi ilə işləmə faktı təsdiq olunmuş N973-N3-cü illər üzrə olan dövrün bir hissəsi ilə (N-N3) üst-üstə düşür ki, bu da həmin dövrün əmək qanunvericiliyinə əsasən iki dəfə iş stajına daxil edilməsini istisna edir. Qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N75 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.N.N bəndinə görə, 2006-cı il yanvarın N-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina olunarkən onun tərəfindən 25 il ümumi iş stajının toplanmamasına, eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və buna görə də pensiya hüququnun yaranmamasına istinad olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********688700 saylı xx.xx.202N-ci il tarixli “Məlumatların təqdim edilməsi barədə” xidməti məktubdan görünür ki, xx.xx.202N-ci il tarixinə olan uçot məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2002-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək Cəmiyyətə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. Əlavə olaraq, xx.xx.202N-ci il tarixinə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” (45200), əlavə fəaliyyət növləri isə “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (6820002), “Şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti” (493N0) kimi qeyd edilmişdir. "xxxx" MMC tərəfindən 09 saylı xx.xx.202N-ci il tarixli məktubla İddiaçı N6-2000-ci illərdə "xxxx" Firmasında işləyərək əmək haqqı alması barədə əmək haqqı ödənişi barədə sənədlər təqdim edilmişdir. Müəssisə tərəfindən təqdim olunan əmək haqqı cədvəlləri kitabının əslinə baxış keçirilərkən İddiaçı N6-2000-ci illərdə əmək haqqı aldığı faktı bir daha təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən **********72 saylı 06 dekabr 202N-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Suraxanı Avtodəstəsinin hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 00N966 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin şəhadətnaməyə əlavədə İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.202N-ci il tarixli, **********924800 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, dövlət reyestrində "xxxx" Firmasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə "xxxx" MMC-nin (VÖEN:**********) xx.xx.2022-ci il tarixdə, 0N02-AN-753 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZN048, ünvan 3 məlumat mövcuddur. Cəmiyyərin Nizamnaməsində onun TXMOFƏM-nin Suraxanı Avtodəstəsinin hüquqi varisi olması barədə qeyd vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0N02-AN-753 qeydiyyat nömrəsi, 08 avqust 2002-ci il qeydiyyat tarixi ilə təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMC ünvan 4 ünvanda yerləşən TXMOFƏM-nin Suraxanı Avtodəstəsinin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. Cəmiyyətin təsisçiləri arasında İddiaçı adı qeyd edilmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən N6-2000-ci illər məhkəmə sorğularına və iddiaçının özünün də təqdim etdiyi sənədlərə əsasən araşdırılmış və müəyyən edilmişdir ki, Suraxanı Avtodəstəsi mövcud olmuş, həmin müəssisə dövlət özəlləşdirilməsinə getmiş, buna dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 00N966 nömrəli, xx.xx.2002-ci il tarixli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əlavədə, əmlakın mülkiyyətçiləri arasında iddiaçının da adı qeyd edilmişdir. Suraxanı Avtodəstəsi özəlləşdirildikdən sonra onun bazasında "xxxx" MMC yaradılmış, həmin MMC-nin təsisçiləri sırasında iddiaçının adı da qeyd edilmişdir. Bundan əlavə, məhkəməyə "xxxx" MMC tərəfindən əmək haqqı cədvəlləri təqdim edilmişdir ki, həmin əmək haqqı cədvəllərinə əsasən də iddiaçıya N6-2000-ci illər üzrə əmək haqqının ödənilməsi faktı öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının xx.xx.N975-xx.xx.N977-ci illərdə hərbi xidmətdə olduğu 2 il 4 gün, məhkəmə qətnaməsi ilə hüquqi fakt kimi tanınan işləmə faktı üzrə (N973-N3-cü illər üzrə) 20 il, mübahisələndirilən müəssisədəki N6-2000-ci illər üzrə 4 il əmək stajı nəzərə alınmaqla, yəni cavabdehin üst-üstə düşdüyünü iddia etdiyi dövrlər- məhkəmə qətnaməsi ilə işləmə faktı təsdiq olunmuş N973-N3-cü illərin N-N3 dövrü ilə iddiaçının hərbi xidmətdə olduğu digər- xx.xx.N-xx.xx.N3-cü illəri (8 ay) nəzərə alınmadan xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajının olduğu müəyyən olunur. Bu hal ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəldiyi üçün, qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1143/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1143/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver