Məhkəmə qərarları › İş №2-1(103)-1143/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1143/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1143/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanovadan və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12804/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentybar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC-nin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixli müraciətlərində qeyd edilmişdir ki, “04 noyabr 2020-ci il tarixli, 1400-012/0xxxx/008480 nömrəli məktublara əsasən qarşılıqlı təftiş aparılmış və qeyd etdiyi nöqsanlar həqiqətən aşkar edilmiş, lakin eyni zamanda onlara qarşı olan nöqsan da onun tərəfdən aşkar edilmişdir. Belə ki, **********1555 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən idxal rüsumu yalnışlıqla qeyd edilmişdir, buna sübut olaraq 26 aprel 2018-ci il tarixdə, 181-12/xx-xx/002214 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Eskpertiza İdarəsinin rəyinə əsasən (məktuba rəyin nüsxəsi əlavə edilir) sıfır dərəcəli idxal rüsumuna cəlb edilməlidir, yalnış gömrük kodu qeyd edildiyi üçün o, 7000 manata yaxın əlavə rüsumlar ödəmişdir. Xahiş edilir ki, aparılan təftiş birtərəfli deyil, ikitərəfli aparılsın, bəyannamədə müvafiq düzəlişlər edilsin və artıq ödənilən vəsait onlara geri qaytarılsın.” Bakı Baş Gömrük İdarəsinin iddiaçının elektron poçt ünvanına cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 16 iyun 2023cü il tarixli xx/xx/027196 qeydiyyat nömrəsi ilə daxil olmuş elektron müraciətə baxılmışdır. Müraciətlə əlaqədar aparılan xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş “Vikars” nişanlı “Smart 4” adlı qaz avadanlığının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunun müəyyən edilməsi üçün Bakı Baş Gömrük İdarəsindən 20 aprel 2018-ci il tarixli 141-13/xxxx/002969 nömrəli məktubla X4 İdarəsinə müraciət olunmuş, sonuncu tərəfindən 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubunda sözügedən malın yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8708 99 970 0 (5% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi bildirilmiş, gömrük ödənişləri ödənildikdən sonra həmin malların 24 aprel 2018-ci il tarixdə sərbəst dövriyyəyə buraxılması təmin olunmuşdur. İddiaçı tərəfindən 23 aprel 2018-ci il tarixli xx/xx/002353 nömrəli məktubla təkrar ekspertizanın aparılması məqsədilə X4 İdarəsinə edilmiş müraciət əsasında qeyd edilən mallara gömrük baxışı keçirilmiş, ilkin ekspertiza zamanı təqdim olunmayan texniki sənədlər tədqiq edilməklə yenidən ekspertiza aparılmış, sözügedən mal yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8409 99 000 0 (0% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi 26 aprel 2018-ci il tarixli 181- 12/xx-xx/002214 nömrəli ekspert rəyində qeyd olunaraq Cəmiyyətin sorğusu cavablandırılmış, həmçinin həmin rəydə Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubu qüvvədən düşmüş hesab edilmiş, lakin tərəfinizdən 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyi həmin dövrdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 fevral 2017-ci il tarixli **********2066 və 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannamələri üzrə yaranmış 442.50 manat gömrük borcunun ödənilməsi ilə əlaqədar İddiaçınə ünvanlanmış 04 aprel 2020-ci il tarixli 1400- 012/0xx-xx/008480 nömrəli məktuba cavab olaraq tərəfinizdən 20 noyabr 2020-ci il tarixli məktubla 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş idxal rüsumunun X4 İdarəsinin 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyinə əsasən sıfır dərəcəli olduğunu bildirmiş və ödənilmiş gömrük ödənişinin geri qayrtarılmasını xahiş edilmişdir. İddiaçı tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətdə qaldırdığı iddianın təmin olunması mümkün olmamışdır. Araşdırmanın nəticəsi ilə razı olmadığı təqdirdə müraciətdə qaldırdığı iddianı məhkəmədə mübahisələndirmək hüququ vardır. Bundan sonra İddiaçı MMC cavabdehlər Bakı Baş Gömrük İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldıraraq **********1555 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.000 manat məbləğində artıq gömrük rüsumunun ona geri qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “19 aprel 2018-ci il tarixli, **********155 nömrəli bəyannaməyə əsasən Bakı Baş Gömrük İdarəsinə BBGİ tərəfindən haqsız hesablanma nəticəsində BBGİ-nin hesablarına artıq ödənilən idxal vergisi 5574.92 azn, əlavə dəyər vergisi 942.35 azn və DGK-nın "Azterminalkompleks" Birliyinə ödənilən 35.40 azn olmaqla cəmi 6552.67 manat məbləğinin "FLİTSTOK” MMC-nin elektron hesab səhifəsinə avans olaraq bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi” qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, rüsumdan əmələ gələn 18 % əlavə dəyər vergisini ödəməklə avadanlıqları gömrükləmək məcburiyyətində qaldı. Əlavə olaraq avadanlıqların terminalda qaldığı ümumi 4 gün ərzində hər gün üçün 150 ABŞ dolları olmaqla ümumi 600 ABŞ dolları boş dayanma haqqı ödədi. Gömrükləmədən sonra 181- 12/xx-xx/002214 nömrəli, 26 Aprel 2018 ci il tarixli MGEİ-nin cavabı təqdim edilmişdir. Takrar ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına idxal olunan nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş "Smart 4" adlı dəst XFİ MN görə 840999 000 0 alt yarımmövgeyində sinifləşdirilir. Bakı Baş Gömrük idarəsinə göndərdiyi 181-12/xxxx/002095 nömrəli xx.xx.2018-ci li tarixli cavab maktubu qüvvədən düşmüş hesab edilsin. Lakin artıq o, yükü gömrükləyərək İpək Yolu terminalından çıxartmışdı. BBGİ-nə əlavə ödənilən 6552.67 manat məbləğin qaytarılması ilə əlaqədar 30 Aprel 2018- ci il tarixində məktub yazıb imzalayaraq Bakı Baş Gömrük İdarəsinə getdi və bu məktubu girişdə sol tərəfdə ümumi məlumatlar olan yerdə əyləşən 4 inspektordan qapı ilə üzbəüz əyləşən qadın inspektora təqdim etdi, məktubu ondan qəbul edib dedilər ki, artıq ödədiyi məbləğ hesaba qayıdacaqdır. Biz ay ərzində və il ərzində çoxlu sayda yüklərin idxalı ilə məşğul olduğu üçün və hər zaman avans ödədiyi üçün həmin məbləğin hesaba geri qaytarıldığını düşünmüşdü, lakin 04 noyabr 2020-ci il tarixində, 1400-012/0xx-xx/008480 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinin rəis müavini cənab Zaur Bağırov məktub ünvanlamışdır və bu məktubda 2017-2018-ci illərə aid iki bəyannamə üzrə iki qat xidmət haqqı ödəməli olduğu halda yalnışlıqla bir qat ödədiyi üçün o illərdən borclu qalan məbləğin ödənilməsini tələb etmişdir. Bu məktubdan sonra araşdırma aparılması üçün 2017-ci ildən etibarən bütün gömrük sənədlərinin audit edilməsinə qərar verdi və yoxlamağa başladı. Yoxlama əsasında məlum oldu ki, 2018-ci ildə olan qaz avadanlıqlarına dair artıq ödədiyi 6552.67 manat məbləğ hesaba geri qaytarılmamışdır. Bu səbəbdən 20 noyabr 2020-ci il tarixində cənab Zaur Bağırova cavab ünvanladı və xahiş etdi ki, aprel 2018-ci ildə artıq ödəməni hesaba qaytarılmasında köməklik etsinlər. Lakin heç bir cavab gəlmədi. 14 yanvar 2021-ci il tarixində yenidən müraciət etdi, 18 oktyabr 2021-ci ildə yenidən müraciət etdi. 15 iyun 2023-cü il tarixində BBGİ-dən idxal etdiyi yükü saxladılar, yəni yükü buraxmadılar. O, problemin nə ilə əlaqəli olmasını öyrənmək məqsədi ilə BBGİ-nə zəng etdi və bildirdilər ki, 2017 və 2018-ci illərdə 2 bəyannamə üzrə 375 manat borcu vardır, elektron olmaqla 16 iyun 2023-cü il tarixində yenidən rəsmi müraciət etdi ki, 19 aprel 2018-ci il tarixində, **********1555 nömrəli bəyannaməyə əsasən artıq ödəmə hesaba geri qaytarılsın. Son məktubdan sonra 22 iyun 2023-cü il tarixində BBGİnin əməkdaşı ona telefon zəngi etdi və bildirdi ki, ilk öncə 2017 və 2018-ci illərdə bəyannamələrdə borclu qaldığınız 375 manat məbləği ödəyin və biz sizə dərhal 6552.67 manat artıq ödədiyiniz məbləği hesabınıza bərpa edək. Beləliklə, 22 iyun 2023-cü il tarixində dərhal 375 manat BBGİ-nin hesabına ödənildi və təsdiqedici sənəd BBGİ-nin əməkdaşının elektron poçt ünvanına göndərildi. Lakin, daha sonra Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi cənab Rəşad Zalov 05 iyul 2023-cü il tarixində elektron poçt vasitəsi ilə cavab ünvanlayır: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. "Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətinizdə qaldırdığınız iddianın təmin olunması mümkün olmamışdır. Odur ki, iddiaçı bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən yazılı vəsatət verilərək bildirilmişdir ki, artıq ödənilmiş vergilərin və rüsumların qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə tənzimlənir. "Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-cı bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bənddə göstərilir ki, ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir. Müəyyən olunmuşdur ki, iddia qaldırılanadək iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə inzibati orqana müraciət etməli olsa da bu müraciəti formal şəkildə etmiş, həmçinin “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndində göstərilmiş müddəti ötürmüşdür. Beləliklə, iddiaçı artıq ödəmələrin gen qaytarılması ilə bağlı müraciət müddətini ötürdüyündən iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12804/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 02 Noyabr 2023-cü il tarixli, 2-1(112)- 12804/2023 saylı Qərarı aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir.. Belə ki, 19 Aprel 2018-ci il tarixində, **********1555 nömrəli bəyannaməyə əsasən qaz avadanlıqları İddiaçı MMC adlı şirkətimiz tərəfindən idxal edilmişdir. Həmin qaz avadanlıqlarının gömrük kodu ********** alt yarım mövqeyinde sinifləşərək 0% idxal rüsumuna düşməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin inspektoru X3 İdarəsinə (MGEİ) kodun dəqiqləşdirilməsi üçün müraciət etmişdir. Bir gün sonra MGEİ idxal etdiyi qaz avadanlıqlarının ********** alt yarım mövqeyinde sinifləşdirilərək 5% gömrük rüsumuna cəlb edilməsi üçün yanlış bir kodu təsdiqləyərək Bakı Baş Gömrük İdarəsinə ünvanlamışdır. Sonra BBGİ idxal etdiyi yükün idxal kodunu ********** nömrəli kod ilə dəyişməsini tələb etdi. Beləliklə biz MGEİ-nin rəyi ilə razılaşmadığı üçün dərhal 21 Aprel 2023-cü il tarixdə təkrar ekspertiza aparılması məqsədi ilə, rüsum ödəyərək və bütün əsaslandırıcı sənədlər ilə birlikdə avadanlıqların özlərini də MGEİ-nə təqdim etməklə yenidən eklspertizanın keçirilməsini xahiş etdik. MGEİ-nin əməkdaşı şifahi bildirdi ki, cavabı bir aya qədər uzana bilər. Bu səbəbdən nəqliyyat vasitəsinin boş dayandığı hər gün üçün 150 ABŞ dolları əlavə xərc və terminal xərclərini ödəməmək üçün məcburiyyət qarşısında yanlış olan gömrük kodu ilə 5% rüsum və 5 % rüsumdan əmələ gələn 18 % əlavə dəyər vergisini ödəməklə avadanlıqları gömrükləmək məcburiyyətində qalmışdır. Əlavə olaraq avadanlıqların terminalda qaldığı ümumi 4 gün ərzində hər gün üçün 150 ABŞ dolları olmaqla ümumi 600 ABŞ dolları boş dayanma haqqı ödənmişdir. Gömrükləmədən sonra 181-12/xx-xx/002214 nömrəli, 26 Aprel 2018 ci il tarixli MGEİ-nin cavabı təqdim edilmişdir Takrar ekspertizanin aparilmasi nəticəsində müəyyən olunmusdur ki, "xxxx" MMC-nin ünvanina idxal olunan nəqliyyat vasitesinin müherrikinin qaz yanacaği ile qidalanmasi üçün nəzərdə tutulmuş "Smart 4" adl dəst XFİ MN görə 840999 000 0 alt yarimmövgeyində sinifləşdirilir. Cavabdeh1nə gönderdiyimiz 181-12/xx-xx/002095 nömrəli xx.xx.2018-ci li tarixli cavab maktubumuz qüvvədən düşmüş hesab edilsin. Lakin artıq biz yükümüzü gömrükləyərək İpək Yolu terminalından çıxartmışdıq. Bu qədər əlavə xərc, və bu qədər əsəb. BBGİ-nə əlavə ödənilən 6552.67 manat məbləğin qaytarılması ilə əlaqədar 30 Aprel 2018- ci il tarixində məktub yazıb imzalayaraq Bakı Baş Gömrük İdarəsinə getdim və bu məktubu girişdə sol tərəfdə ümumi məlumatlar olan yerdə əyləşən 4 inspektordan qapı ilə üz-bəüz əyləşən qadın inspektora təqdim etdim, məktubu məndən qəbul edib dedilər ki, əsəbləşməyim və artıq ödədiyim məbləğ hesabımıza qayıdacaqdır. Biz ay ərzində və il ərzində çoxlu sayda yüklərin idxalı ilə məşğul olduğumuz üçün və hər zaman avans ödədiyimiz üçün həmin məbləğin hesabımıza geri qaytarıldığını düşünmüşdük, lakin 04 Noyabr 2020-ci il tarixində, 1400-012/0xx-xx/008480 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinin rəis müavini cənab Zaur Bağırov bizə məktub ünvanlamışdır və bu məktubda 2017-2018 - ci illərə aid iki bəyannamə üzrə iki qat xidmət haqqı ödəməli olduğumuz halda yalnışlıqla bir qat ödədiyimiz üçün o illərdən borclu qalan məbləğin ödənilməsini bizdən tələb etmişdir. Bu məktubdan sonra biz araşdırma aparılması üçün 2017 – ci ildən etibarən bütün gömrük sənədlərinin audit edilməsinə qərar verdik və yoxlamağa başladıq. Yoxlama əsasında məlum oldu ki, 2018 – ci ildə olan qaz avadanlıqlarına dair artıq ödədiyimiz 6552.67 manat məbləğ bizim hesabımıza geri qaytarılmamışdır. Bu səbəbdən 20 Noyabr 2020-ci il tarixində cənab Zaur Bağırova cavab ünvanladıq və xahiş etdik ki, Aprel 2018-ci ildə artıq ödəməmizi hesabımıza qaytarılmasında köməklik etsinlər. Lakin heç bir cavab gəlmədi. 14 Yanvar 2021-ci il tarixində yenidən müraciət etdim, 18 Oktyabr 2021-ci ildə yenidən müraciət etdim. 15 İyun 2023-cü il tarixində BBGİ-dən bizim idxal etdiyimiz yükü saxladılar, yəni yükümüzü buraxmadılar. Mən problemin nə ilə əlaqəli olmasını öyrənmək məqsədi ilə BBGİ-nə zəng etdim və mənə bildirdilər ki, 2017 ve 2018-ci illərdə 2 bəyannamə üzrə 375 manat borcumuz vardır, elektron olmaqla 16 İyun 2023-cü il tarixində yenidən rəsmi müraciət etdim ki, 19 Aprel 2018-ci il tarixində, **********1555 nömrəli bəyannaməyə əsasən artıq ödəməmi hesabıma geri qaytarılsın. Son məktubumuzdan sonra 22 İyun 2023-cü il tarixində BBGİ-nin əməkdaşı mənə telefon zəngi etdi və bildirdi ki, ilk öncə 2017 və 2018 – ci illərdə bəyannamələrdə borclu qaldığınız 375 manat məbləği ödəyin və biz sizə dərhal 6552.67 manat artıq odədiyiniz məbləği hesabınıza bərpa edək. Beləliklə, 22 İyun 2023-cü il tarixində dərhal 375 manat BBGİ-nin hesabına ödənildi və təsdiq edici sənəd BBGİ-nin əməkdaşının elektron poçt ünvanına göndərildi. Lakin, daha sonra Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi cənab Rəşad Zalov 05 İyul 2023-cü il tarixində elektron poçt vasitəsi ilə cavab ünvanlayır: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətinizdə qaldırdığınız iddianın təmin olunması mümkün olmamışdır. Araşdırmanın nəticəsi ilə razı olmadığınız təqdirdə müraciətinizdə qaldırdığınız iddianı məhkəmədə mübahisələndirmək hüququnuz vardır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 5.3-cü maddəsinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia tələbi üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1 (103)-4560/2023 saylı Sərəncamı göndərilərək iddiaya qarşı münasibətin yazılı şəkildə bildirilməsi tələb edilmişdir. Artıq ödənilmiş vergilərin və rüsumların qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”mn müvafiq müddəaları ilə tənzimlənir. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bənddə göstərilir ki, ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi — VÖEN göstərilməlidir. Bakı İnzibati Məhkəməsi qanunauyğun qərar qəbul etməklə iddianı rədd etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12804/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarının əsaslı və qanuni olduğu üçün qüvvədə saxlanmasını və apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən artıq ödənilmiş cəmi 6552,67 manat məbləğin geri qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı MMC-nin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixli müraciətlərində qeyd edilmişdir ki, “04 noyabr 2020-ci il tarixli, 1400-012/0xx-xx/008480 nömrəli məktublara əsasən qarşılıqlı təftiş aparılmış və qeyd etdiyi nöqsanlar həqiqətən aşkar edilmiş, lakin eyni zamanda onlara qarşı olan nöqsan da onun tərəfdən aşkar edilmişdir. Belə ki, **********1555 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən idxal rüsumu yalnışlıqla qeyd edilmişdir, buna sübut olaraq 26 aprel 2018-ci il tarixdə, 181-12/xx-xx/002214 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Eskpertiza İdarəsinin rəyinə əsasən (məktuba rəyin nüsxəsi əlavə edilir) sıfır dərəcəli idxal rüsumuna cəlb edilməlidir, yalnış gömrük kodu qeyd edildiyi üçün o, 7000 manata yaxın əlavə rüsumlar ödəmişdir. Xahiş edilir ki, aparılan təftiş birtərəfli deyil, ikitərəfli aparılsın, bəyannamədə müvafiq düzəlişlər edilsin və artıq ödənilən vəsait onlara geri qaytarılsın.” Bakı Baş Gömrük İdarəsinin iddiaçının elektron poçt ünvanına cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 16 iyun 2023cü il tarixli xx/xx/027196 qeydiyyat nömrəsi ilə daxil olmuş elektron müraciətə baxılmışdır. Müraciətlə əlaqədar aparılan xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş “Vikars” nişanlı “Smart 4” adlı qaz avadanlığının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunun müəyyən edilməsi üçün Bakı Baş Gömrük İdarəsindən 20 aprel 2018-ci il tarixli 141-13/xxxx/002969 nömrəli məktubla X4 İdarəsinə müraciət olunmuş, sonuncu tərəfindən 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubunda sözügedən malın yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8708 99 970 0 (5% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi bildirilmiş, gömrük ödənişləri ödənildikdən sonra həmin malların 24 aprel 2018-ci il tarixdə sərbəst dövriyyəyə buraxılması təmin olunmuşdur. İddiaçı tərəfindən 23 aprel 2018-ci il tarixli xx/xx/002353 nömrəli məktubla təkrar ekspertizanın aparılması məqsədilə X4 İdarəsinə edilmiş müraciət əsasında qeyd edilən mallara gömrük baxışı keçirilmiş, ilkin ekspertiza zamanı təqdim olunmayan texniki sənədlər tədqiq edilməklə yenidən ekspertiza aparılmış, sözügedən mal yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8409 99 000 0 (0% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi 26 aprel 2018-ci il tarixli 181- 12/xx-xx/002214 nömrəli ekspert rəyində qeyd olunaraq Cəmiyyətin sorğusu cavablandırılmış, həmçinin həmin rəydə Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubu qüvvədən düşmüş hesab edilmiş, lakin tərəfinizdən 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyi həmin dövrdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 fevral 2017-ci il tarixli **********2066 və 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannamələri üzrə yaranmış 442.50 manat gömrük borcunun ödənilməsi ilə əlaqədar İddiaçınə ünvanlanmış 04 aprel 2020-ci il tarixli 1400- 012/0xx-xx/008480 nömrəli məktuba cavab olaraq tərəfinizdən 20 noyabr 2020-ci il tarixli məktubla 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş idxal rüsumunun X4 İdarəsinin 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyinə əsasən sıfır dərəcəli olduğunu bildirmiş və ödənilmiş gömrük ödənişinin geri qayrtarılmasını xahiş edilmişdir. İddiaçı tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətdə qaldırdığı iddianın təmin olunması mümkün olmamışdır. İddiaçı işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmədə iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr verərək, yekunda 19 aprel 2018-ci il tarixli, **********155 nömrəli bəyannaməyə əsasən Bakı Baş Gömrük İdarəsinə BBGİ tərəfindən haqsız hesablanma nəticəsində BBGİ-nin hesablarına artıq ödənilən idxal vergisi 5574.92 azn, əlavə dəyər vergisi 942.35 azn və DGK-nın "Azterminalkompleks" Birliyinə ödənilən 35.40 azn olmaqla cəmi 6552.67 manat məbləğinin "FLİTSTOK” MMC-nin elektron hesab səhifəsinə avans olaraq bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə iddia tələbi həmin məzmunda dəqiqləşdirilmişdir. İşə birinci instansiya qaydasında baxan məhkəmə iddiaçının malları (qaz avadanlıqları) ölkəyə xx.xx.2018-ci il tarixdə idxal etdiyindən onun həmin idxal edilmiş mallar üzrə artıq ödənilmiş hesab edilən gömrük ödənişinin geri qaytarılmasını tələb etmək hüququnun keçdiyini, qanunvericilikdə müəyyən olunmuş bir illik müddətin ötürüldüyünü hesab etmiş, bu səbəbdən iddiaçının tələbinin əsassız olduğu qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının nümayəndəsinə iddiaçının hazırki iddianı qaldırmaqla bağlı hüquqi marağına uyğun olaraq iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir. Buna görə də iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən artıq ödənilmiş cəmi 6552,67 manat məbləğin geri qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı kollegiya tərəfindən İddiaçı MMC-nin 30 aprel 2018-ci il tarixli “artıq ödədiyi məbləğin avans heabına bərpa olunması” və xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “artıq ödədiyi vəsaitin geri qaytarılması” barədə müraciətləri üzrə inzibati icraatın aparılıb-aparılmamasının müəyyən olunması üçün cavabdeh inzibati orqana məhkəmə sorğusu verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən "Elektron Məhkəmə" sistemi vasitəsilə məhkəmənin elektron kabinetinə yerləşdirilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdu ki, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli “artıq ödədiyi məbləğin avans hesabına bərpa olunması” barədə məktubu iddiaçı trəəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2018-ci il tarixdən bu günədək təqdim olunmamışdır. Sorğu məktubunda qeyd olunan İddiaçı MMC-nin xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktubları ilə əlaqədar olaraq qeyd olunur ki, Bakı Baş Gömrük İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020 və xx.xx.2020-ci il tarixli gömrük borcunun ödənilməsi barədə məktublarından sonra iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı məktubla müraciət edərək qarşılıqlı təftiş apardıqlarını və 7000 manata yaxın rüsumun tərəflərindən artıq ödənildiyini bildirərək geri qaytarılmasını xahiş etmişlər. Bununla da sübut olunur ki, iddiaçı iddia müddətini ötürməklə artıq ödənilmiş məbləğin tələb edilməsinə dair subyektiv hüququnu etirazda qeyd etdiyi normativ hüquqi aktla itirmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən, o cümlədən Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, təkrar ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına idxal olunan nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst XİF MN görə 8409 99 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Bakı Baş Gömrük İdarəsinə göndərdiyi 181-12/xxxx/002095 nömrəli xx.xx.2018-ci il tarixli cavab məktubu qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 00100/20000082 nömrəli Hesabdan çıxarışdan görünür ki, iddiaçıya 104.06 AZN idxal rüsumu, 206.03 AZN əlavə dəyər vergisi, 310.09 AZN dəbbə pulu olmaqla, ümumilikdə 423.27 AZN gömrük borcu hesablanmışdır. Flitstok” MMC-nin xx.xx.2020-ci il tarixli 00100/200000251 nömrəli Hesabdan çıxarışdan görünür ki, iddiaçıya **********0066 nömrəli gömrük bəyannaməsinə əsasən 100.00 AZN gömrük yığımları və 18.00 AZN əlavə dəyər vergisi, **********155 nömrəli gömrük bəyannaməsinə əsasən 275.00 AZN gömrük yığımları və 49.50 AZN əlavə dəyər vergisi olmaqla, ümumilikdə 442.50 AZN gömrük borcu hesablanmışdır. Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, aparılmış təftiş zamanı zamanı "xxxx" MMC-nin ünvanına 2016cı ildə Litva Respublikasından idxal olunan mallara tərtib edilmiş **********7691 sorğu nömrəli gömrük bəyannaməsində malın invoys dəyəri üzrə valyutası səhv göstərilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Odur ki, qeyd edilən gömrük bəyannaməsi üzrə 104.06 AZN idxal rüsumu, 206.03 AZN əlavə dəyər vergisi, 310.09 AZN dəbbə pulu olmaqla, ümumilikdə 423.27 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunur. Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, aparılmış təftiş zamanı "xxxx" MMC-nin ünvanına 2017-2018-ci illərdə idxal olunan mallara tərtib edilmiş **********2066 və **********1555 sorğu nömrəli gömrük bəyannamələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli, 168 nömrəli qərarının 1.4 bəndinin tələblərinin pozulması halı aşkar edilmişdir. Belə ki, həmin gömrük bəyannamələrində gömrük rəsmiləşdirilməsinə görə tutulan gömrük yığımları səhv hesablanmışdır. Odur ki, qeyd edilən gömrük bəyannamələri üzrə 375.00 AZN gömrük yığımları, 67.50 AZN əlavə dəyər vergisi olmaqla, ümumilikdə 442.50 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunur. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının 30 aprel 2018-ci il tarixli “artıq ödədiyi məbləğin avans hesabına bərpa olunması” barədə məktubunun həqiqətən cavabdeh orqana göndərilməsi, ona çatdırılması iş üzrə təsdiqini tapmır. O ki qaldı iddiaçının xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “artıq ödədiyi vəsaitin geri qaytarılması ilə bağlı məktublarına, məhkəmə kollegiyası hesab edir ki, həmin məktublarla müraciətlər olunsa belə, iddiaçı bəyannamənin verildiyi 2018-ci il tarixdən artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı qanunla tələbetmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. (40.2) Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. (104.1) Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. (104.2.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bəndinə əsasən ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN göstərilməlidir. Belə olan halda iddiaçının “gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən artıq ödənilmiş cəmi 6552,67 manat məbləğin geri qaytarılması ilə bağlı rəyin tərtib edilməsi” barədə tələbi qanunla müəyyən edilmiş tələbetmə müddəti ötdüyünə görə əsassızdır və təmin oluna bilməz. O ki qaldı iddia tələbinin apellyasiya instansiyası məhkəməsində dəqiqləşdirilməsinə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinə müraciət edərkən qoyduğu iddia tələbi apellyasiya baxışında qoyduğu iddia tələbi ilə tam əhatə olunduğundan, onun apellyasiya baxışında qoyduğu iddia tələbinin hüquqi marağına daha çox cavab verdiyi üçün birinci instansiya məhkəməsinin iddia tələbinin bu yöndə dəqiqləşdirilməsi hüququnu iddiaçıya izah etməməsi kobud prosessual pozuntu kimi qiymətləndirilmir, buna görə də məhz bu səbəblə qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas yaranmır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-12804/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12804/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Xumar Mərdanova İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar