Məhkəmə qərarları › İş №2-1(103)-1144/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1144/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1144/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X20 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X8, X17 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 2876/2022 saylı qərarından üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq X2 ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X10 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11037/2021 №-li qərardadı ilə X8, X17 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edərək Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m (0.20 ha) torpaq sahəsinə saxtalaşdırılmış order əsasında daşınmaz əmlakın dövlət reyestrində X10 adına aparılmış qeydlərin ləğv edilməsi və onun əsasında verilmiş ******* nömrəli, xx.xx.2017- ci il tarixli çıxarış və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m (0.20 ha) torpaq sahəsinə X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərə (1052385 nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış) əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatların) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli, 55 saylı qərarı ilə Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2016 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən torpağın alqı-satqısına dair 23 avqust 2007-ci il tarixdə akt tərtib edilmiş və torpaq sahəsinin dəyəri Bilgəh Bələdiyyəsinin hesabına ödənilmişdir. 2007-ci ilin avqust ayından bu günə qədər İddiaçı bələdiyyədən satın aldığı və daşla hasara alınmış torpaq sahəsinə istifadə və sahiblik hüquqlarını həyata keçirir. Bilgəh Bələdiyyəsinin müvafiq müqaviləsi ilə 2006-cı ilədək həmin torpaq sahəsi X1 istifadəsində olmuş, torpaq sahəsi hasara alınmış və üzərində yığcam bir ev inşa edilmişdir. 2017-ci ilin may ayının əvvəllində naməlum şəxslər iddiaçıya məxsus torpaq sahəsinin hasarını qanunsuz uçurdaraq orada özbaşına inşa işlərini aparmış, bununla bağlı iddiaçı dərhal şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmiş, ona məxsus torpaq sahəsində tanımadığı şəxslər tərəfindən edilən qanunsuz hərəkətlərin qarşısı alınmış, daş hasar əvvəlki vəziyyətinə uyğun olaraq bərpa edilmiş, torpaq sahəsinə iddiaçının istifadə və sahiblik hüquqları bərpa edilmişdir. Lakin, polis orqanlarında aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi ilkin olaraq saxta sənədlər əsasında 3-cü şəxs X8, digər bir hissəsi isə saxta sənədlər əsasında 3-cu şəxs X10 adına özəlləşdirilmiş, sonradan isə həmin sənədlər əsasında alqı-satqı yolu ilə Əhmədov Mədəd Əhməd oğlunun adına rəsmiləşdirilmişdir. Məlumatı əldə edəndən dərhal sonra İddiaçı Nizami Rayon Məhkəməsində cavabdehlər X8, X14 və qeyrilərinə qarşı iddia qaldıraraq Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq X8 və X10 adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmin çıxarışlar əsasında sonuncularla Əhmədov Mədəd Əhməd oğlunun arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında Əhmədov Mədəd Əhməd oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi tam təmin olunmuş, 3-cü şəxslərin adına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. Həmin qətnamədən 3-cü şəxs Mədəd Əhmədov apellyasiya şikayəti vermiş və eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə (üçüncü şəxs İddiaçı) qarşı iddia qaldıraraq, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 055 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(82)-2252/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Mədəd Əhmədovun iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Əhmədov Mədəd Əhməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(82)-2252/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-2019 saylı qərarı ilə Əhmədov Mədəd Əhməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı qəbul olunandan sonra, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatı davam etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1767/2019 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 4348/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1767/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7699/2020 saylı qətnaməsi ilə Əhmədov Mədəd Əhməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Həmin qətnamədən yenidən Əhmədov Mədəd Əhməd oğlu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-3009/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus olan 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-3009/2021 saylı qərardadında qeyd olunmuşdur ki, Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsinin inzibati məhkəməyə aid olmasına baxmayaraq, iddiaya bu hissədə mahiyyəti üzrə baxmaqla məhkəmə aidiyyəti pozulmuşdur. Belə ki, iddianın Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə inzibati icraat qaydasında baxılmalıdır. Çünki iddiaçının mübahisələndirdiyi bu çıxarışlar etibarsızlığının əsası torpaq sahəsinin saxta sənədlər əsasında Nərminə Bəxtiyarovanın və Donara Əlibəylinin adına qeydiyyata alınmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından sonra İddiaçı cavabdeh təşkilat olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X10 adına verilmiş, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların ləğv edilməsini xahiş etmiş, lakin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2021-ci il tarixli, **********30 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll olunmasını göstərmişdir. Hazırki iş üzrə 3cü şəxs M.Əhmədov araşdırmalar aparılarkən çıxarışı təqdim edərək güya mübahisəli torpaq sahəsinin 1253A saylı bağ sahəsi kimi ona məxsus olmasını bildirmişdir. Bələdiyyənin qərarı və bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin eskiz sxeminə nəzər yetirilsə, aydın görünür ki, ona məxsus torpaq sahəsi ilə bitişik qonşuluqda 2016-2016a və 2015 saylı bağlar yerləşir. Həmin bağların iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik yerləşməsi eyni zamanda bağ massivin sxemində də öz əksini tapmışdır. 3-cü şəxslərin adına verilmiş çıxarışda isə bağ sahəsi 1253 A sayı ilə göstərilmişdir. Bağlar massivinin sxemində 1253 saylı bağ sahəsi iddiaçıya məxsus torpaq sahəsindən iki sahə aralıdır, 1253 A saylı bağ isə ümumiyyətlə sxemdə əks olunmamışdır. Belə olan halda, aydın məlum olur ki, mübahisəli bağ sahəsinə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən başqa bağ sahələrinin sənədləri əsasında çıxarış verilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə və istifadəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Sənədlərdən göründüyü kimi, Bilgəh bələdiyyəsi qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirmişdir. X10 adına olan ******* nömrəli, xx.xx.2017- ci il tarixli çıxarışın verilməsinə əsas olan guya 1216 “K” saylı bağ sahəsi kimi saxtalaşdırılmış 1216 “V” nömrəli bağ sahəsinin 10 nömrəli orderi olmuş, X2 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış isə 22 nömrəli order əsasında verilsə də, həmin orderə dair məlumatlar saxtalaşdırılmış və 1253A saylı bağ sahəsinin koordinatları (torpaq sahəsinin plan və ölçüsü) iddiaçıya məxsus torpaq sahəsinin üzərinə vurulmuşdur. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İdarə tərəfindən İddiaçı ünvanlanan **********30 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddia tələbində qeyd olunan - Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli kooperativ tərəfindən verilmiş 22 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1253A saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 59 nömrəli kooperativ tərəfindən verilmiş 10 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1216K saylı bağ sahəsi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat qanunvericiliyin tələbinə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan X13 ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edir. Əhmədov Mədəd Əhməd oğlu mübahisələndirilən çıxarışlar üzrə bağ sahəsini əldə edən vicdanlı alıcıdır. Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən bağ sahələri əvvəllər X4 və X14 məxsus olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Bağçılıq Təsərrüfatına aid olan (balansında olan) bağ sahələrinə dair ilkin mülkiyyət hüququ Bəxtiyarova Nərminənin və Əlibəyli Donaranın adına qeydə alınmışdır və onlara mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışlar verilmişdir. Bilgəh qəsəbəsində yerləşən bağ sahələrinə dair ilkin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestr xidmətində X10 adına 21 aprel 2017-ci il tarixdə (0,05 ha) və X2 adına (0,10 ha) xx.xx.2017-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Daha sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 0,10 ha torpaq sahəsinə dair X5 verilmiş 10523895 nömrəli, 21 aprel 2017-ci il tarixli çıxarışa və 0,05 ha torpaq sahəsinə dair X10 adına verilmiş ******* nömrəli, 21 aprel 2017-ci il tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən bağ sahələrini Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış 03 may 2017-ci il tarixli və 06 may 2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Əhmədov Mədəd Əhməd oğluna satılmışdır. 13 may 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Əhmədov Mədəd Əhməd oğlunun bağ üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır və adına dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Beləliklə, üçüncü şəxs vicdanlı alıcıdır. 2017-ci ildə qanuni yolla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi bağ sahəsini hazırda İddiaçı ələ keçirmək niyyətindədir. Həmin bağlar əvvəllər Bağlar təsərrüfatının balansında olmuş, heç vaxt Bilgəh bələdiyyəsinin mülkiyyətində olmamışdır və Bilgəh Bələdiyyəsi qanunsuz olaraq torpaq sahəsini qərar vasitəsilə İddiaçı satmışdır. Ondan əvvəlki mülkiyyətçilər X9 və X17 həmin bağ sahələrinə qanuni yolla mülkiyyət hüququnu əldə etmişlər. M.Əhmədov isə daha sonra 2017-ci ildə həmin mülkiyyətçilərdən bağı almışdır. O, bağı alarkən bağ sahəsi üzərində satıcıların mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış, mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınaraq çıxarışlar verilmişdir. Mədəd Əhmədov vicdanlı alıcıdır və bağ sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona çıxarış verilmişdir. Beləliklə, Mədəd Əhmədovun mülkiyyətində olan torpaq sahəsi heç vaxt bələdiyyə mülkiyyətində olmamışdır. Mübahisəli torpaq sahəsi əvvəllər bağ massivi torpaqları kateqoriyasına aid olmaqla Bakı şəhəri İcra Hakimiyyətinin balansında X13 sərəncamında olmuş və bələdiyyə mülkiyyətinin kateqoriyasına aid olmamışdır. Mülkiyyət hüququnun subyektləri kimi bələdiyyələrin yalnız özlərinə məxsus əmlak üzərində sərəncam vermək hüququ var. Bələdiyyələrə məxsus torpaqlar Ayrıc aktı əsasında müəyyən edilir və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyəyə məxsus torpaq sahələri də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və yalnız bundan sonra bələdiyyənin özgəninkiləşdirmə ilə bağlı sərəncam vermək hüququ yarana bilər. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mədəd Əhmədov vicdanlı alıcı olaraq razılaşdırılmış pulu satıcılara ödəyərək qanuni əsaslarla 2017-ci ildə torpaq sahəsi almışdır. Beləliklə, mülki qanunvericiliyin müəyyən etdiyi qaydada daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını əldə etmişdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd etmişdir ki, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul edilir. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir”. Beləliklə, Mədəd Əhmədov qanuni əsaslarla əmlak əldə edən vicdanlı alıcıdır, əmlakın qanuni mülkiyyətçisidir. Göstərilənlərdən əlavə hazırkı iddia ilə bağlı iddia müddəti də ötürülmüşdür. Bu səbəbdən iddia mümkün sayıla bilməz. 2017-ci il tarixli dövlət tərəfindən verilən çıxarışlar hazırda mübahisələndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsinə inzibati aktın etibarsız sayılmasının əsasları nəzərdə tutulmuşdur. Bu əsasların heç biri hazırki işdə mövcud deyildir. Mübahisələndirilən çıxarışlar inzibati orqan tərəfindən qanuni və əsaslı olaraq verilmiş və onların etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Bundan əlavə, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi 3 elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2876/2022 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbinin təmin edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1216K saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68258 nömrəli vərəqində X10 adına aparılmış qeydiyyat, xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün (koordinatları) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı torpaq sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68272 nömrəli vərəqində qeydiyyatın (xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) aparılmasına əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatları) ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi subyektiv hüquqa malik olmayan şəxsin əsassız tələbini təmin edərək qanunsuz qərar qəbul etmişdir. Əvvəla, İsmayilov Vasif hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Digər tərəfdən, mübahisələndirilən çıxarışlar əsasında bağ sahəsini əldə edən vicdanlı alıcıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən mübahisələndirilən bağ sahələri əvvəllər X5 və X14 məxsus olmuşdur. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağçılıq Təsərrüfatına aid olan (balansında olan) bağ sahələrinə dair ilkin mülkiyyət hüququ Bəxtiyarova Nərminənin və Əlibəyli Donaranın adına qeydə alınmışdır və onlara mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışlar verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bilgəh qəsəbəsində yerləşən bağ sahələrinə dair ilkin mülkiyyət hüquqları daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində X10 adına 21 aprel 2017-ci il tarixdə (0,05 ha) və X3 adına (0.10 ha) xx.xx.2017-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Daha sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 0.10 ha torpaq sahəsinə dair X5 verilmiş 10523895 nömrəli, 21 aprel 2017-ci il tarixli Çıxarışa və 0,05 ha torpaq sahəsinə dair X10 adına verilmiş ******* nömrəli, 21 aprel 2017-ci il tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Sabuncu rayonu Bilgəh qəsəbəsində yerləşən bağ sahələrini Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış 03 may 2017-ci il tarixli və 06 may 2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Əhmədov Mədəd Əhməd oğluna satılmışdır. 13 may 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən bağ üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır və adına dövlət reyestrindən ******* nömrəli Çıxarış verilmişdir. Beləliklə, N.Bəxtiyarova və D.Əlibəyli qanuni əsaslarla bağ sahələrinə mülkiyyət hüququ əldə etmişlər. Onların adına olan orderlərin saxtalaşdırılması ilə bağlı hökm mövcud deyildir, çünki belə hal olmamışdır. Məhkəmənin nəyə əsasən cavabdehin hərəkətlərini qanunsuz hesab etməsi əsassızdır və qanunsuzdur. Məhkəmə iddiaçının söz yığımından ibarət iddiasını əsas götürüb səhv nəticəyə gəlmişdir. O da qanuni əsaslarla onların mülkiyyətində olan bağ sahələrini almışdır Beləliklə, o, vicdanlı alıcıdır. 2017-ci ildə qanuni yolla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi bağ sahəsini hazırda subyektiv hüququ olmayan İddiaçı ələ keçirmək niyyətindədir. Həmin bağlar əvvəllər Bağlar təsərrüfatının balansında olmuş, heç vaxt Bilgəh bələdiyyəsinin mülkiyyətində olmamışdır və Bilgəh Bələdiyyəsi qanunsuz olaraq torpaq sahəsini qərar vasitəsi ilə İddiaçı satmışdır. Ondan əvvəlki mülkiyyətçilər X9 və X17 həmin bağ sahələrinə qanuni yolla mülkiyyət hüququnu əldə etmişlər, o isə daha sonra, 2017-ci ildə həmin mülkiyyətçilərdən bağı almışdır. O, bağı alarkən bağ sahəsi üzərində satıcıların mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış, mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınaraq çıxarışlar verilmişdir. O, qanuni əsaslarla bağ sahələrini əldə edən vicdanlı alıcıdır və bağ sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona çıxarış verilmişdir. Beləliklə, mülkiyyətində olan torpaq sahəsi heç vaxt bələdiyyə mülkiyyətində olmamışdır. Mübahisəli torpaq sahəsi əvvəllər bağ massivi torpaqları kateqoriyasına aid olmaqla Bakı şəhəri İcra Hakimiyyətinin balansında X6 sərəncamında olmuş və bələdiyyə mülkiyyətinin kateqoriyasına aid olmamışdır. Bu iş materiallarında olan ekspert rəyi ilə təsdiqini tapır. Məhkəmədə dindirilən cavabdeh idarənin mütəxəssisi məhkəmədə izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahələri heç vaxt bələdiyyəyə aid olmamışdır, Bağlar Təsərrüfatı İdarəsinə aid torpaq sahələri olmuşdur. D.Əlibəyli və N.Bəxtiyarovanın adına olan çıxarışlar qanuni əsaslarla verilmişdir, onların adına verilən çıxarışların və torpaq sahələrinin plan və ölçülərinin ləğvinə heç bir əsas yoxdur. Lakin birinci instansiya məhkəməsi Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli, 55 saylı qərarını əsas götürüb iddianı təmin etmişdir. Həmin qərar ilə Bilgəh qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 2016 kv.m torpaq sahəsi əvəzi ödənilməklə İddiaçı verilmişdir. Həmin qərara əsasən torpağın alqı-satqısına dair 23 avqust 2007-ci il tarixdə akt tərtib edilmişdir. Bələdiyyə əvvəla özünə aid olmayan və qanunsuz satdığı torpaq sahəsinin plan ölçüsünü müvafiq dövlət qurumu tərəfindən təsdiq olunmamışdır. Bələdiyyənin qanunsuz sənədini məhkəmə cavabdehlərin mülkiyyət hüququnu qanuni əsaslarla qeydiyyata alan dövlət orqanının verdiyi çıxarışlardan üstün tutmuşdur. Bununla da, işin nəticəsində maraqlı olduğunu nümayiş etdirmişdir. Ondan əvvəlki mülkiyyətçilərin D.Əlibəyli və N.Bəxtiyarovanın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən dövlət reyestr xidməti mülkiyyət hüquqlarının əldə edilməsi əsaslarını yoxlamaqla bərabər, o cümlədən torpaq sahəsinin koordinatlarını yoxlayaraq təsdiq etmişdir. O da vicdanlı alıcı olaraq razılaşdırılmış pulu satıcılara ödəyərək qanuni əsaslarla 2017-ci ildə torpaq sahəsini almışdır. Beləliklə, mülki qanunvericiliyin müəyyən etdiyi qaydada daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını D.Əlibəyli, N.Bəxtiyarova, daha sonra isə o əldə etmişdir. Çıxarılan qərar nəticə etibarı ilə qanuni mülkliyyət hüquqlarına toxunur. Mülkiyyət hüququnun subyektləri kimi bələdiyyələrin yalnız özlərinə məxsus əmlak üzərində sərəncam vermək hüququ var. Bələdiyyələrə məxsus torpaqlar Ayrıc aktı əsasında müəyyən edilir və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyəyə məxsus torpaq sahələri də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və yalnız bundan sonra bələdiyyənin özgəninkiləşdirmə ilə bağlı sərəncam vermək hüququ yarana bilər. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Əvvəla mübahisəli torpaq sahələri bələdiyyə torpaq sahələri olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olması barədə heç bir sübut mövcud deyildir. Əksinə, həmin torpaqlar vətəndaşların istifadəsinə verilən Bağlar Təsərrüfatının balansında olan torpaqlar olmuşdur. Daha sonra vətəndaşlar, o cümlədən N.Bəxtiyarova və D.Əlibəyli istifadələrində olan bağ sahələrini özəlləşdirmişlər. Bələdiyyə tərəfindən İddiaçı qanunsuz satılan torpağın plan ölçüsü belə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış və təsdiq edilməmişdir. İddiaçı təqdim etdiyi Bələdiyyə tərəfindən tərtib edilən, lakin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməyən plan sxem sübut kimi qəbul edilə bilməz və qanunsuz sübuta söykənən qərar qanuni ola bilməz. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır bu səbəbdən İddiaçı iddiası təmin edilə bilməz. Digər tərəfdən, D.Əlibəyli və N.Bəxtiyarova qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişlər və onların mülkiyyət hüquqlarını dövlət qeydiyyata almaqla tanımışdır. O, vicdanlı alıcı olaraq razılaşdırılmış pulu satıcılara ödəyərək qanuni əsaslarla 2017-ci ildə torpaq sahəsi almışdır. Beləliklə, mülki qanunvericiliyin müəyyən etdiyi qaydada daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını əldə etmişdir. Mübahisələndirdiyi qərar birbaşa onun mülkiyyət hüququna qəsddir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mübahisəli torpaq sahələri bələdiyyə torpaq sahələri olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan əlavə, Bələdiyyə tərəfindən İddiaçı satılan torpağın plan ölçüsü belə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış və təsdiq edilməmişdir. İddiaçı təqdim etdiyi Bələdiyyə tərəfindən tərtib edilən plan-sxem sübut kimi qəbul edilə bilməz və qanunsuz sübuta söykənən qərar qanuni ola bilməz. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır bu səbəbdən İddiaçı iddiası təmin edilə bilməz. Beləliklə, o, qanuni əsaslarla əmlak əldə edən vicdanlı alıcıdır. Əmlakın qanuni mülkiyyətçisidir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi 3 elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İddiaçı həmçinin iddia müddətini də ötürmüşdür. O sənədi aldığı vaxtdan bilir ki, bağların sahibləri var. Bu səbəbdən 2017-ci il tarixli dövlət tərəfindən verilən çıxarışlar subyektiv hüquqa malik olmayan İddiaçı tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs M.Əhmədovun nümayəndəsi və vəkili A.Qazıyeva apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının vəkili məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək başqa məhkəmə prosesində iştirak etməsi ilə əlaqədar hazırki işin baxılmasında iştirak edə bilməyəcəyini bildirmiş və İddiaçı iddiası üzrə məhkəmə iclasında iştirakının zəruri olduğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə prosesinin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddiaçının və onun vəkilinin iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının və onun vəkilinin iştirakları olmadan işə baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və onun vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İşin materialllarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996cı il tarixli, 290 saylı qərarı ilə vətəndaş N.Y.Bəxtiyarovaya Bilgəh qəsəbəsində 38 saylı BTK tərkibində 1253 a nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli BTK tərəfindən verilmiş 22 saylı order əsasında Bakı şəhəri Bilgəh qəsəbəsi 1253 a saylı bağ sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə vətəndaş X12 Bilgəh qəsəbəsində 59 nömrəli BTK tərkibində 1216 k nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 59 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli order əsasında Bakı şəhəri Sabuncu rayonu Bilgəh qəsəbəsi 1216 k saylı bağ sahəsi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X8 Balı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini 30.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X17 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini 20.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabuncu rayonu, Bilgəh qəsəbəi 1253 A saylı bağ sahəsində yerləşən 0.15 ha torpaq sahəsi Əhmədov Mədəd Əhməd oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Bilgəh Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Bilgəh bələdiyyəsi ərazisində 2016 kv.m torpaq sahəsinin satılması barədə 2007ci il 23 avqust tarixli, 055 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xəzinəsinə 5500 manat haqq ödənilmişdir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 055 nömrəli, xx.xx.2007-ci il tarixli qərarın surətindən götünür ki, həmin qərara əsasən Bilgəh qəsəbəsi ərazisində Ə.Vahid küçəsində yerləşən 2016 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilkdə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirilənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin leqitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı mülkiyyətçi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərar). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqediçi və hüquqmüəyyənedici sənəddir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazılığına dövlət təminat vermir. -78-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət reyestrindən keçirilməsindən sonra yaranır. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. Göstərilən Əsasnaməyə əsasən bələdiyyələr ərazinin planlaşdırılmasını və tikinti layihələrini müvafiq icra hakimiyyəti ilə razılaşdırılar. Torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində hüquqi və fiziki şəxslərin iştirakı ilə baxış keçirir, torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində torpaq sahəsinin planının (cizgisinin) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakmiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə bələdiyyəyə göndərir. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir (Əsasnamənin İİ, İİİ İV hissələri) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 3-cü maddəsinə əsasən dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəmsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən iddiaçının iddia tələbində göstərilən dəlilləri üzrə məhkəmə araşdırmasını tam həyata keçirməmişdir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 №-li qərarına əsasən Bilgəh bağlar sahəsində 59 №-li BTK nəzdində 0,05 hektar torpaq sahəsi olan 1216 V №-li bağ X15 ayrılsa da, üçüncü şəxs tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş sənədlərdə bağ sahəsinin 1216A olması qeyd edilmişdir. Lakin Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli, 1118 saylı qərarı və İH-nin Bağlar Təsərrüfatı İdarəsinin 34 saylı orderi ilə 0,12 hektar ölçüsü olan Bilgəh bağ massivində yerləşən 1216A saylı bağ sahəsi X16 və ailə üzvləri X11, X10 mülkiyyətinə verilmişdir. Bilgəh bağlar sahəsində 59 №-li BTK-nın nəzdində olan bağların bölgü sxemi mövcud deyildir. Məhkəmə qeyd etmişdir ki, Bilgəh bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bilgəh ərazisində bağ sahələrinin sxematik xəritəsində 1216V nömrəli bağ sahəsi qeyd edilmiş, lakin həmin bağ sahəsi üzərində hər hansı şəxsin hüquqları reyestrdə qeydiyyata alınması halı hal-hazırda aşkar edilməmişdir. Qeyd olunan sxematik xəritədə 1216K nömrəli bağ sahəsi əks olunmadığı halda 1216a-1216b və 1215 nömrəli bağların arasında yerləşən, hazırki iş üzrə İddiaçı Bilgəh Bələdiyyəsinin 055 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 2016 kv.m torpaq sahəsinin sərhədlərin daxilində 1216K nömrəli bağ kimi qeydiyyata alınmışdır. Halbuki, qeyd olunduğu kimi sxematik xəritədə 1216 K nömrəli bağ sahəsi əks olunmur. Cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X10 adına aparılmış qeyd və onun əsasında verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış və torpaq sahəsinin plan və ölçüsü, X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərə əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatların) qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlu vicdanlı alıcıdır. Mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, təqdim edilən hüquqmüəyyənedici sənədlər əsasında X8 və X10 adlarına dövlət reyestrində qeydiyyat aparılmış və mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Eyni zamanda, iddia tələbində inzibati orqan tərəfindən qediyyatın özünün düzgün aparılmadığını ifadə olunması əsaslandırılmamışdır. Qeydiyyat zamanı inzibati orqan tərəfindən vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilmədiyi iş materialları ilə sübuta yetirilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi Bilgəh Bələdiyyəsi tərəfindən tərtib edilmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Torpaq Kadastrı ilə) razılaşdırılmamış və təsdiqlənməmiş bağların bölgüsünə dair sxematik xəritəni mötəbər hesab etmir. Bundan əlavə, Bilgəh Bələdiyyəsinin 055 nömrəli, xx.xx.2007-ci il tarixli qərarında İddiaçı satdığı torpaq sahənin plan və ölçüsü yuxarıda göstərilən maddi hüquq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmamış və təsdiqlənməmişdir. Torpaqların alqı-satqısına dair 23 avqust 2007-ci il tarixli Bilgəh Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, qeyd edilən akt torpaq kadastrında qeydiyyata alınmamış, torpağın cizgisi aidiyyəti qurum tərəfindən deyil, bələdiyyə tərəfindən çəkilib, bölgü sxemini də bələdiyyə təsdiq edib. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarda əsassız olaraq Donara Əlibəylinin və Nərminə Bəxtiyarovanın adlarına verilən orderləri saxta kimi qiymətləndirmişdir. Həmin orderlərin saxtalaşdırılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olduğu üçün yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununda inzibati aktın ləğv edilməsi əsasları müəyyən edilmişdir. Mübahisələndirilən çıxarışların və torpaq sahəsinin plan və ölcüsünün (koordinatların) ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarı qəbul edərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamış, çıxarışların və torpaq sahəsinin plan və ölçüsünü (koordinatları) ləğv edərkən yuxarıda göstərilən maddi hüquq normaların məzmununa və legitim məqsədinə uyğun həll etməmişdir. Nəticədə üçüncü şəxslərin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2876/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2876/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X8, X17 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar