Məhkəmə qərarları › İş №2-1(103)-1144/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1144/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1144/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatlar: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş əmək kitabçasında məhkəmə tərəfindən qüsurların mövcudluğu iddiası heç bir mötəbər sübuta söykənmir. Belə ki, əmək kitabçasındakı qeydlər rəsmi hüququ şəxsin nümayəndəsi tərəfindən aparılmış və hüququ şəxsin rəhbəri tərəfindən möhürlə təsdiqlənmişdir. Məhkəmə əmək kitabçasında aparılmış qeydlərə məsub olan şəxslərin dairəsinin müəyyən edilməsi və məhkəməyə dəvət olunması istiqamətində tədbir görməmişdir və sair. Əmək kitabçasının 2-3 səhifəsindəki qeydlərin Naxçıvan rayonlar arası təsərrüfat X5nin səlahiyyətli şəxsləri tərəfindən, 4-5 səhifədəki qeydlərin isə Babək rayon mexanikləşdirmə müəsssəsinin əməkdaşları tərəfindən doldurulmasına irad bildirən məhkəmə belə nəticəyə gəlmişdir ki, əmək kitabçasındakı qeydlər eyni insan tərəfindən icra edilmişdir. Bu həqiqətdir, lakin birinci hüquqi şəxsin ləğvi və onun bazasında ikinci hüquqi şəxsin yaranması və bu zaman ümumi kolektivin, həmçinin səlahiyyətli şəxslərin olduğu kimi saxlanılması məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1956-cu il tarixdə anadan olmaqla qanunvericiliklə müəyyən edilmiş yaş həddi xx.xx.2021-ci il tarixdə tamamlanmışdır. İddiaçının MT-İ № ******* nömrəli əmək kitabçasında xx.xx.1975-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Naxçıvan Təsərrüfat X5ndə və Babək Rayon Mexanikləşdirmə Müəssisəsində işlədiyi, 11633 nömrəli diploma əsasən isə əyani təhsil müddətinin 10 ay (xx.xx.1972-xx.xx.1973) olması qeyd edilmişdir. İddiaçı cavabdehə müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etsədə, iddiaçının xx.xx.1975xx.xx.2003-cü il tarixlərdə “Naxçıvan Təsərrüfat X5” və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi”də işlədiyi illərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlanılmasının mümkün olmaması əsası ilə tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan: ИТ-İ № ******* saylı doldurulma tarixi göstərilməyən əmək kitabçasının 2-7-ci səhifələrində olan əmək fəaliyyəti barədə qeydlərdən görünür ki, iddiaçı xx.xx.1975-ci ildə Naxçıvan Rayonlararası Təsərrüfat X5nə fəhlə qəbul edilmiş, xx.xx.1977-ci ildə 3-cü dərəcəli sürücü keçirilmiş, xx.xx.1989-cu ildə müəssisədə olan texnika Babək rayon Mexanikləşdirmə müəssisəsinə verildiyindən həmin tarixdən Babək rayon Mexanikləşdirmə müəssisəsinə sürücü köçürülmüş (qeyd kadr üzrə müəfttiş Səfərova.Q tərəfindən imzalanmış), xx.xx.1989-cu ildə Babək rayon mexanikləşdirmə müəssisəsinə nəqliyyat sahəsinə 83-18 nömrəli avtomaşına sürücü köçürülmüş (qeyd kadr üzrə müəfttiş Babayeva tərəfindən imzalanmış), xx.xx.1990-cı ildə X3 yenidən yarandığından müəssisəyə sürücü köçürülmüş (qeyd Babayeva tərəfindən imzalanmış), xx.xx.1990-cı ildə müəssisəyə sürücü qəbul edilmiş (qeyd qeyd kadr üzrə müəfttiş Səfərova.Q tərəfindən imzalanmış), xx.xx.2003-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (qeyd kadrlar şöbəsi Səfərova tərəfindən imzalanmışdır). Məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/88 nömrəli məktubu ilə göndərilmiş arxiv arayışlarının surətlərindən görünür ki: -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivin xx.xx.2022-ci il tarixli, 13/895 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən oldu ki, İddiaçı Naxçıvan MR Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsinə xx.xx.1975-ci il tarixli, 109 №- li əmrlə İİ dərəcə “çilingər” qəbul edilməsi, xx.xx.1976-cı il tarixli 97 №-li əmrlə əmək məzuniyyətindən geri qayıtması, xx.xx.1990-cı il tarixli 5 №-li əmrlə Komissiyanın üzvü olaraq rayonlara “sürücü” olaraq göndərilməsi əmr kitablarında göstərilmişdir. 2003-cü ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyinə görə işdən azad olunması barədə məlumat yoxdur. xx.xx.1989-cu il tarixli 15-k №-li əmrlə Babək Rayon Mexanikləşdirmə müəssisəsinə işə qəbul edilməsi əmr kitabında göstərilmişdir. 1990-cı ilə dair əmr kitabında işdən azad olunması barədə məlumata rast gəlinmədi. Qeyd: 1. Naxçıvan MR Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsinin 1977,1989-cu illərin əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Əmr kitabları 1990-cı ilə qədərdir. 2.Naxçıvan MR Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsinin 1975-ci ilə dair əməkhaqqı cədvəlində dekabr ayında əməkhaqqı alması göstərilmişdir. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivin xx.xx.2022-ci il tarixli 13/895 nömrəli Arxiv arayışından görünür ki, Həsənov X2 MR X1 işləmiş və aylar üzrə aşağıdakı qaydada əməkhaqqı almışdır: 1992-ci ilin aprel və iyun ayları, 1993-cü ilin mart və oktyabr ayları, 1994-cü ilin mart ayı. Qeyd: 1995-ci ilin əmək haqqı cədvəllərində adına rast gəlinmədi, yuxarı illərin əmək haqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivin xx.xx.2022-ci il tarixli 13/895 nömrəli Arxiv arayışından görünür ki, İddiaçı Babək Rayon Mexanikləşdirmə müəssisəsində işləmiş və aylar üzrə aşağıdakı qaydada əməkhaqqı almışdır: 1990-cı ilin yanvar ayı. Məhkəmənin sorğusuna cavab olaraq Babək Rayon Dövlət Arxivinin 19 iyul 2022-ci il tarixli, 14 nömrəli məktubunda bildirilmişdir ki, “Naxçıvan Rayonlararası Təsərrüfat X4” və “Babək Rayon Mexaııikləşdirmə Müəssisəsi”nin 1975- 2003-cü illərə dair sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, İddiaçı işləməsi və ya əmək haqqı alması haqqında Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 dekabr 2022-ci il tarixli **********56 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “Naxçıvan Rayonlararası Təsərrüfat X5” və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi” barədə hər-hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********908900 nömrəli məktubunda bildirilmişdir ki, “Naxçıvan Rayonlararası Təsərüffat X5" və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi" qeydiyyat məlumatları barədə müraciətinizə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Naxçıvan Rayonlararası Təsərüffat X5” və “Babək Rayon Mexanikləşdirmə Müəssisəsi” Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyata alınmamışdır. İş materiallarında olan ekspert rəyində qeyd olunmuşdur ki: 1.1 Ekspertizaya təqdim olunmuş, ИТ- İ № ******* saylı əmək kitabçasının 2-3-cü səhifələrində olan 1-ci və 2-ci sıradakı əlyazmalar – Eyni şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 2-3-cü səhifələrində olan 3-cü sıradakı əlyazmalar və 4-5-ci səhifələrində olan 4-cü sıradakı əlyazmalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim olunmuş, ИT-l № ******* saylı əmək kitabçasının 4-5-ci səhifələrində olan 5-ci və 6-ci sıradakı əlyazmalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.4. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 6-7-ci səhifələrində olan əlyazmalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.5. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 3-cü səhifəsində “Сəфəрова” yazısından əvvəl olan imza, 5-ci səhifəsində olan “Сəфəрова” yazısından əvvəl olan imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.6. Ekspertizaya təqdim olunmuş, ИT -l № ******* saylı əmək kitabçasının 4-5-ci səhifələrində “Baбajeвa” yazısından əvvəl olan imzalar ilə Babək Rayon Texnika Birliyinin 1989-cu il yanvar ayı üçün əmək haqqı cədvəlinin kserosurətində 11-ci sırada “Baбajeвa Ecмиpa” sözlərinin qarşısındakı imza, Babək Rayon Texnika Birliyinin 1994-cü il yanvar ayı üçün hesablaşma cədvəlinin kserosurətində 4-cü sırada “Baбajeвa Ecмиpa” sözlərinin qarşısındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim olunmuş, ИT-l № ******* saylı əmək kitabçasının 2-3- cü səhifələrində olan 1-ci və 2-ci sıradakı əlyazmalar ilə nəticənin 1.2-ci, 1.3-cü, 1.4-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim olunmuş, ИT-l № ******* saylı əmək kitabçasının 2-3-cü səhifələrində olan 3-cü sıradakı əlyazmalar və 4-5-ci səhifələrində olan 4-cü sıradakı əlyazmalar ilə nəticənin 1.1-ci, 1.3-cü, 1.4-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 4-5- ci səhifələrində olan 5-ci və 6-ci sıradakı əlyazmalar ilə nəticənin 1.1-ci, 1.2-ci, 1.4-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 6-7-ci səhifələrində olan əlyazmalar ilə nəticənin 1.1-ci, 1.2-ci, 1.3-cü bəndində göstərilən əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.5. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 3-cü səhifəsində “Сəфəрова Г” yazısından əvvəl olan imza, 5-ci səhifəsində olan “Сəфəрова” yazısından əvvəl olan imza ilə nəticənin 1.6-cı bəndində göstərilən imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

3. Ekspertizaya təqdim olunmuş, ИT-İ № ******* saylı əmək kitabçasının 7-ci səhifəsində “Səfərova” soyadının qarşısındakı imza tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzanın əmək kitabçasının 3-cü səhifəsində “Сəфəрова Г” yazısından əvvəl olan imza ilə və 5-ci səhifədə olan “Сəфəрова” yazısından əvvəl olan imza ilə eyni şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Sənədlərin materiallarının tədqiq üzrə:

1. Tədqiqata təqdim olunmuş ИТ-İ № ******* sıradakı “19 05 1975 hэмин тарихдəн гаража гəбул eдилсин əмр N109 19 05 75” əlyazıları, 2-ci sıradakı “həмин тарихдəн Зчу дəрəчəли суручу кечирилсин” əlyazıları, 4-cü sıradakı “20 01 1989 Бабəк pajoн мех муəссисəси həмин тарихдəн этибарəн нəглиjjат саhəсинə 83-18 N-ли автомашына суручу кечирилсин Кадр узрə муфəттиш Бабаева Эмр N-15-К 20 jaнвap 1989-чу ил” əlyazıları və 5-ci sıradakı “Baбajeвa” yazısından əvvəlki imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

2. Həmin əmək kitabçasında 2-ci sıradakı “28 04 1977 əмр N70 28 04 77” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

3. Həmin əmək kitabçasında 3-cü sıradakı “20 01 1989 муəссисəдə олан техника Бабəк pajoн механиклəшдирмə муəссисəнə верилдиjиндəн həмин тарихдəн Бабəк рн мех муəссисəсинə суручу кечурулсун К/узрə муфəттиш Сəфəрова Г əмр N26 20 jaнвap 1989-чу ил” əlyazıları və imza, 4-cü sıradakı “Baбajeвa” yazısından əvvəlki imza və 5-ci sıradakı “03 01 1990 Наxчыван нəглиjjат муəссисəси jeнидəн japaдылдыгындан həмин тарихдəн Myəccиcəjə суручу кечурулсун Кадр узрə муфəт Е Бабаева Эмр N 93 01 март 1990-чы ил” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Beləliklə, ekspert rəyindən aydın olur ki, əmək kitabçasının 2-3-cü səhifələrində 3-cü sırada olan Naxçıvan rayonlararası təsərrüfat X5nə aid xx.xx.1989-cu ilə aid qeyd əmək kitabçasının 4-5-ci səhiflərində 4-cü sırada başqa bir müəssisə-Babək rayon mexanikləşdimə müəssisəsinə aid 1989-cu ilə aid qeydlərlə birlikdə eyni şəxs tərəfindən icra olunmuş, əmək kitabçasının 6-7-ci səhifəsində olan kadrlar şöbəsi “Səfərova” tərəfindən edilmiş qeydlərin əlyazmaları əmək kitabçasında Naxçıvan rayonlararası təsərrüfat X5nə aid “Səfərova”nın imzalandığı qeydlərin mətnləri eyni şəxs tərəfindən icra olunmamışdır. Həmçinin əmək kitabçasında 1975-ci ilə aid əmək qeydlərinin, kitabçanın 4-5-ci səhifələrində olan 1989-cu ilə aid qeydlərin, 1990-cı ilə aid “Baбajeвa” yazısından əvvəlki imzanın eyni diyircəkli qələmlə icra olunduğu müəyyən olunmuşdur. Əmək kitabçanın 3-cü sıradakı “xx.xx.1989-cu ilə aid qeydin mətninin, 4-cü sırada “Babayeva”ya aid imzanın, 5ci sıradakı xx.xx.1990-cı ilə aid qeydlərin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunduğu aşkar olunmuşdur. Əmək kitabçasının 5-ci sətrində Naxçıvan Təsərrüfat müəssisəsinə sürücü keçirildiyi, işə qəbul tarixi xx.xx.1990-cı il kadrlar üzrə müfəttiş Babayeva tərəfindən imzalandığı göstərildiyi halda həmin qeydin qarşısında işə qəbul əmrinin tarixi xx.xx.1990- cı il olaraq qeyd edilmiş, yenidən xx.xx.1990-cı ildə eyni müəssisəyə sürücü olaraq qəbul edildiyi, həmin qeydin qarşısında olan əmrin xx.xx.1990cı il tarixli olduğu və kadrlar şöbəsi “Səfərova” tərəfindən imzalandığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “müxtəlif illərə aid əmək qeydlərinin rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmasının aşkar edilməsi onu deməyə əsas verir ki, əmək kitabçası eyni şəxs (şəxslər) tərəfindən doldurulmuş, hətta 1989-cu ildəki qeydin icra edildikdən sonra 1 ildən çox müdət keçdikdən və digər müəssisəyə aid kadrlar şöbəsi tərəfindən yenidən eyni diyircəkli qələmlə və eyni şəxs tərəfindən icra edilməsi özözlüyündə təqdim olunan əmək kitabçası qeydlərinin əsasən eyni vaxtda daxil edildiyi qənaətinə əsas verməklə bütövlükdə əmək kitabçasının mötəbərliyinə şübhə yaradır. Nəhayət, təqdim edilən əmək kitabçasının son qeydinin icra edildiyi rəngləyici maddəsi, 2003-cü il tarixli işən çıxma qeydinin üzərinə SSR dövrünə aid möhürünün vurulması, ikinci möhürünün məzmunun oxunmaması, ümumiyyətlə iki möhürün vurulmasına zərurətin nədən irəli gəldiyinin müəyyən olunmaması həmin qeydin mötəbərliyini istisna edir.” Eyni zamanda Kollegiya qeyd edir ki, əmək kitabçasının doldurulma tarixi qeyd edilməmiş, əmək kitabçasını dolduran şəxs “Hüseynova” soyadlı şəxs qeyd edilsə də həmin şəxsin vəzifəsi, imzası, eləcə də müəsisəsinin möhürü öz əksini tapmamışdır. İddiaçının əmək fəaliyyəti qeydləri Naxçıvan rayonlararası təsərrüfat X5ndə xx.xx.1975-ci il qeydi ilə başlamış, həmin qeyd, sonrakı xx.xx.1977-ci il qeydini təsdiq edən müəssisə rəhbəri, kadrlar şöbəsinin rəisi və ya digər səalhiyyətli şəxsin imzası ilə təsdiq edilməmişdir. Qeyd olunanlara əsasən Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya məxsus təqdim edilən əmək kitabçası iddiaçının xx.xx.2003-cü ilədək əmək fəaliyyətini təsdiq edən sənəd olaraq mötəbər sübut qismində qəbul edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Lakin yuxarda qeyd olunanlara əsasən iddiaçının 1994-cü il tarixdən sonrakı əmək fəaliyyəti öz təsdiqini tapmadığından iddiaçının əmək kitabçasında xx.xx.2003-cü il tarixədək olan dövr nəzərə alınmamalıdır. Bu səbəbdən də iddiaçının ümumi stajı tələb olunan 25 ilə tamamlanmamışdır. Bununlada iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olan şərtlər ödənmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar