Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1145/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızınıın katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X14) “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2- 1(112)-38/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 16.03.2018-ci il tarixdə cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017- ci il tarixli Ə-42/2-09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun tərəfindən cavabdehlər X10 və Bakı şəhəri Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair (DƏDRX-nin Bakı Ərazi İdarəsi 3-cü şəxs olan) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilərək, X14 tərəfindən Bakı şəhəri Səbail rayonu Buxta küçəsi 7 saylı yaşayış binasının hər iki tərəfində giriş-çıxış pilləkənlərinin üzərində tikilərək mənzilinə qatılmış qanunsuz və özbaşına tikililərin sökülməsi barədə qətnamə çıxarılması xahiş edildiyi və ərizəsi üzrə mülki iş başlanaraq məhkəmə baxışında olduğu və iş üzrə məhkəmə tikintitexniki ekspertizaları təyin edildiyi halda, Cavabdeh tərəfindən X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi barədə ərizəsinə baxılaraq, Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiya tərəfindən X10 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, 7 saylı evin 75,5 kv. metr ümumi sahədən ibarət 29 saylı mənzilinin yerində ölçmə zamanı 152,8 kv. metr ümumi sahədə olmaqla X6 istifadəsində olması barədə 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı akt tərtib edilmiş və Cavabdeh başçısı tərəfindən həmin aktın təsdiq edilməsi və X10 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sahəsinin 152,8 kv. metr hesab edilməsi barədə 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamı verilmişdir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktını və həmin aktın təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamını qanunvericiliyə uyğun gəlməyən, onun hüquqlarını və qanunla qorunan mənafeyini pozan sərəncam hesab edir və həmin sərəncamın məhkəmə qaydasında ləğv edilməsini xahiş edir. Belə ki, Bakı şəhəri Cavabdeh başçısının 17 sentyabr 1994-cü il tarixli 2967 nömrəli sərəncamına, Bakı şəhəri, 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 01 dekabr 1994-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı yaşayış evinin 2 otaqlı 29 saylı təcrid olunmuş mənzilinin 75.5 kv. metr ümumi sahədən ibarət olması müəyyən edilmiş və X10 şəxsi mülkiyyət kimi verilmişdir. Bundan sonra X14 qardaşı X3 ilə birlikdə Buxta küçəsi 7 saylı yaşayış evinin 2-ci mərtəbəsindəki mənzillərə giriş-çıxış nəzərdə tutulmuş pilləkən qəfəsini bağlamış və onun yerini və 29 saylı mənzilinin qarşısındakı ümumi dəhlizin bir hissəsini (12 kv. metr) zəbt edərək, 29 saylı mənzilinin sahəsinə qatmış və mənzilinin giriş qapısının yerini dəyişdirərək iddiaçının yaşadığı 21 saylı mənzilin pəncərəsinin bilavasitə yanından zəbt etdiyi sahədən təşkil etmişdir, nəticədə onun ailə üzvlərinin mənzildən istifadəsinə maneə yaradılmış, ailə üzvlərinin mənzil, mülkiyyət hüququ pozulmuşdur. İddiaçı, X14 və onun qardaşı X3 tərəfindən müvafiq icazələr olmadan, tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla tikilmiş özbaşına tikililərin sökülməsi barədə şikayət ərizələri ilə müxtəlif yuxarı dövlət orqanlarına müraciətlər etmiş və həmin orqanlardan pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Fövqəladə Hallar Nazirliyinin X20 Xidmətinin 2-ci Ərazi X20 idarəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi, 7 saylı ünvandakı ikimərtəbəli yaşayış evinin eyvanına bitişik olan pilləkən qəfəsi həmin evin 29 saylı mənzilində yaşayan X3 tərəfindən özbaşına olaraq bağlanmış, bununla da evin 2-ci mərtəbəsində yaşayan sakinlərin baş verə biləcək yanğın hadisəsi zamanı təxliyyəsi məhdudlaşdırılmışdır. Araşdırma zamanı mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilərək tədbirlər görülməsi üçün Cavabdehnə göndərilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi 7 saylı ünvandakı 2 mərtəbəli yaşayış binasının 29-cu mənzilinin sahibi Z.S.Ələsgərov tərəfindən binanın 2-ci mərtəbəsindəki mənzillərə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və 29-cu mənzilə girişin qarşısındakı ümumi dəhlizin bir hissəsi (12 kv.m) zəbt olunaraq, 29 saylı mənzilin sahəsinə qatılmış və giriş qapısının yeri dəyişdirilərək iddiaçının yaşadığı mənzilin pəncərəsinin bilavasitə yanından, zəbt olunmuş sahədən təşkil edilmişdir. Cavabdehndən aldıqları cavab məktublarında isə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 2015-ci ilin sentyabrında qanunsuz və özbaşına tikililərin sökülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinə məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, lakin məhkəmə aidiyyəti pozulduğu üçün yerli məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ötən il Səbail Rayon Məhkəməsində cavabdehlər X10 və Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi barədə iddia qaldırılmış, iş üzrə 15 mart 2017-ci il tarixdə və 11 oktyabr 2017-ci il tarixdə məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək keçirilmiş ekspert rəyləri alınmışdır. İş üzrə 27 fevral 2018-ci il tarixdə Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə iclası zamanı cavabdeh X2 rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli, 171 nömrəli sərəncamı məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin sərəncamla Buxta küçəsi, 7 nömrəli evin 29 nömrəli mənzilinin ümumi sahəsi 152,8 kv. metr hesab edilmişdir. Hesab edir ki, X14 tərəfindən Buxta küçəsi 7 saylı yaşayış evinin 2-ci mərtəbəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsi qanunsuz olaraq bağlandığından və onun yeri və 7 saylı yaşayış evinin ikinci mərtəbəsində ümumi istifadədə olan 12.0 kv. metr dəhliz sahəsi qanunsuz şəkildə tutularaq, 29 saylı mənzilə qatıldığından və göstərilən qanunsuzluqlar barədə Səbail Rayon Məhkəməsində baxışda mülki iş olduğundan Cavabdeh tərəfindən Buxta küçəsi 7 saylı yaşayış evinin 29 saylı mənzilinin sahəsinin 77.3 kv. metr artırılaraq, 152,8 kv. metr olmaqla X5 istifadəsində olması barədə akt tərtib edilməsi və həmin aktın təsdiq edilməsi barədə sərəncam verilməsi qanuni və əsaslı sayıla bilməz, məhkəmə icraatına müdaxilə kimi qiymətləndirilərək, ləğv edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X20 Xidmətinin 2-ci Ərazi X20 idarəsi 18.08.2015-ci il tarixində Cavabdeh başçısının göndərdiyi məktubunda göstərmişdir ki, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi 7 saylı ünvandakı 2 mərtəbəli evin 29-cu mənzilinin sahibi Z.S.Ələsgərov tərəfindən ikinci mərtəbədəki mənzilinə girişin qarşısındakı ümumi sahənin bir hissəsi (12 kv.m) uzun müddət öncə zəbt olunaraq mənzilin sahəsinə qatılmış, giriş qapısının yeri dəyişdirilərək ərizəçinin yaşadığı mənzilin pəncərəsinin bilavasitə yanından, həmin zəbt olunmuş sahədən təşkil edilmişdir. Qeyd olunanları nəzərə alaraq qanunsuzluqların, çatışmamazlıqların və qanunsuzluğa səbəb olan amillərin aradan qaldırılması üçün tədbirlərin görülməsi xahiş olunmuşdur. Cavabdeh başçısının aparatından alınan 12.09.2015-ci il tarixli 10-782 nömrəli məktubda göstərilmişdir ki, qonşu tərəfindən yaşadıqları binanın giriş-çıxışı üçün nəzərdə tutulan pilləkənin zəbt edildiyini, qonşuların ümumi istifadəsində olan eyvanda mənzil tikilməklə iddiaçının yaşayış hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif dövlət qurumlarına ünvanlanan, Memarlıq və Şəhərsalma Baş İdarəsindən Cavabdehnə daxil olmuş 1172 saylı, 26.08.2015-ci il qeydiyyat tarixli məktubla əlaqədar, qonşu ilə aralarında yaranmış mübahisə məhkəmə predmeti olduğundan aidiyyatı üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2018-ci il tarixli qərardadı ilə (hakim Ş.Məmmədova) X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 21.09.2018-ci il tarixdə X13 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun mənzil mülkiyyətçisi olduğu Bakı şəh., Səbail ray., Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının tərkib hissəsindən maneəsiz istifadə etmək hüququnun, həmin binada ümumi paylı mülkiyyət hüqununun pozulması nəticəsində qəbul etdiyi 28 dekabr 2017-ci il tarixli, 171 nömrəli sərəncamın ləğv edilməsi, həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X15 və X11 tərəfindən lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi və Buxta küçəsi, 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsini, bacısı İddiaçı iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanmış, hazırlıq icraatında olan (hakim Ş.Məmmədova) 1(81)-2133/2018 saylı inzibati işin onun iddiası ilə əlaqəli olmasını nəzərə alaraq, onların bir icraatda birləşdirilməsini və baxılaraq qərar qəbul edilməsini təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2133/2018 saylı, 21.09.2018-ci il tarixli qərardadı ilə (hakim Ş.Məmmədova) iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2019-cu il tarixli, 26901 №-li ; 10.06.2019-cu il tarixli, 7775 №-li və 17.03.2020-ci il tarixli, 26850 №-li məktubları ilə ekspertizanın keçirilməsi və rəy verilməsinin mümkün olmaması barədə məlumatlar məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı, 16.06.2020-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2133/2018 saylı, 21.09.2018-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün inzibati işin materialları yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. 25.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.11.2020-ci il tarixli, 10/1712 №-li ekspert rəyi məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı, 14.12.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiası (üçüncü şəxs X14) Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli, Ə-42/2/09/2-t/1 saylı aktının ləğv olunması hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı, 14.12.2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddiası (X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2-09/2-t/1 saylı aktının təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamının ləğv olunması hissəsində təmin olunmamış, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan iddiaçı 05.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı, 14.12.2020-ci il tarixli qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə habelə, məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakları olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 13.04.2021-ci il tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, vəkili X1 13.04.2021-ci il tarixdə Ali Məhkəmədə məhkəmə iclası olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X14 izahat verərək, apellyasiya şikayətinə etiraz etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki , İddiaçı 16.03.2018-ci il tarixdə cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, daha sonra 21.09.2018-ci il tarixdə isə iddiaçının bacısı X13 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. X13 tərəfindən verilmiş iddia ərizəsində bacısı İddiaçı iddiası əsasında 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində başlanmış, hazırlıq icraatında olan (hakim Ş.Məmmədova) 1(81)- 2133/2018 saylı inzibati işin onun iddiası ilə əlaqəli olmasını nəzərə alaraq, onların bir icraatda birləşdirilməsini və baxılaraq qərar qəbul edilməsini təmin edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 7 ünvanında yerləşən 21 saylı mənzil X4 adına xüsusi mülkiyyət hüququ ilə 23.10.2012-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1699 nömrəli reyestr kitabının 156046 nömrəli vərəqində qeydiyyata alınmışdır. 23.06.2018-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş “Mənzilin əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, birinci tərəf-əvəzsiz istifadəyə verən -X13 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 22,9 kv. metr, yaşayış sahəsi 16 kv. metr, yardımcı sahəsi 6,9 kv. metr olan 1 otaqlı mənzili ikinci tərəf əvəzsiz istifadəyə götürən-İddiaçı istifadəsinə vermişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı MKİSnin 407 nömrəli 25 may 2018-ci il tarixli arayışından görünür ki, X13, İddiaçı və X8 Bakı şəhəri Buxta küçəsi 7 nömrəli evin 21 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 22,9 kv. metr, yaşayış sahəsi 16 kv. metr, yardımcı sahəsi 6,9 kv. metr olan 1 otaqlı mənzil üzərində istifadə hüququ olmuş, qeyd edilən mənzil üzərində mülkiyyət hüquqları onun bacısı X9 məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən mənzilin mülkiyyətçisi olan X13 məhkəmə icraatına cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X4 01.02.2021-ci il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış 03.02.2020-ci il tarixli məktubunda iş materiallarında olan məhkəmənin 21.09.2018-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, həmin məhkəmə prosesində iştirak etmiş iş üzrə İddiaçı (bacınız) məhkəməyə müraciət edərək, Sizin (X13) tərəfinizdən məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş iddia ərizəsinin səhvən hazırkı işə əlavə olunduğunu bildirərək, məhkəmədən həmin ərizəyə münasibət bildirilməməsini xahiş etmişdir. Bununla bağlı məhkəmənin 21.09.2018-ci il tarixli protokolqərardadı ilə ərizəyə münasibət bildirilməməsi qərara alınmış və bu qərardad məhkəmə iclasında iştirak edən şəxslərə elan olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən cavab məktubunda qərardad ilə ərizəyə münasibət bildirilməməsi qərara alındığı qeyd edilsə də, bu barədə hər hansı qərardad iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, X13 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 22,9 kv. metr, yaşayış sahəsi 16 kv. metr, yardımcı sahəsi 6,9 kv. metr olan 1 otaqlı mənzilin mülkiyyətçisi olduğundan və hazırkı iş üzrə məhkəməyə iddia ərizəsi təqdim etdiyindən işin yenidən birinci instansiya baxışı zamanı X4 prosessual statusu müəyyən olunmalı, məhkəmə iclaslarında iştirakı təmin edilməli və məhkəmə tərəfindən onun iddia ərizəsinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-38/2020 nömrəli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-38/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X14) Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017- ci il tarixli Ə-42/2-09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1145/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1145/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver