Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1146/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), X14 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin nümayəndəsi X1, 3-cü şəxs X10, 3-cü şəxs X7 nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı Cəbiyeva (Ağayeva) Səlməxanım Xası (Xaspolad) qızının Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - DƏDRX-nin 1s. Əİ) və 14 saylı Notariat Kontoruna qarşı (3-cü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X15, X17, X11 və X4 işə cəlb edilməklə) «texniki pasportun ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2021/2020saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cəbiyeva (Ağayeva) Səlməxanım Xası (Xaspolad) qızı cavabdehlər DƏDRX-nin 1s. Əİ-nə və 14 saylı Notariat Kontoruna qarşı 3-cü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X15, X17, X11 və X4 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 1963-cü ildə mərhum Ağayeva Gülbüstə (Gülpüstə) Əhməd qızına Bakı şəhəri, Suraxanı rayonu, Əli Əsgərov (keçmiş Lenin) küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə dair verilmiş texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iş birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX-nin 1s. Əİ-nin nümayəndəsi iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edilməməsini bildirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. İş materiallarından həmçinin görünür ki, iş birinci instansiya məhkəməsinin iclasında 3-cü şəxs X7 nümayəndəsi və eyni zamanda vəkili iddia tələbini qəbul etməyərək iddiaya qarşı etiraz etmiş və bildirmişdir ki, iddiaçı iddia ərizəsinin əsası kimi bir neçə sənədə istinad edərək, atası mərhum Xası (Xas Polad) Süleyman oğluna Bülbülə qəsəbəsində torpaq sahələri və qeyri-yaşayış sahələri məxsus olmuşdur. Bunun sübutu kimi, Azərbaycan Respublikası Dövlət X5 istinad edilir. İlk növbədə bu əsaslara münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən, keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Məlumdur ki, 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasına əsasən, bütün torpaq sahələri dövlətə məxsus olmuşdur. Eyni zamanda, həmin Konstitusiyaya əsasən, xüsusi mülkiyyətə icazə verilməmişdir. Yalnız fərdi yaşayış evləri fərdi mülkiyyət olaraq vətəndaşların mülkiyyətində ola bilirdi ki, reyestrdə qeydə alınmış mülkiyyətdirsə, bu mülkiyyətin də istənilən şəkildə özgəninkiləşdirilməsinə (vərəsəlik, alğı-satqı, bağışlama və s.) yerli X9 İcraiyyə Komitəsinin qərarı əsasında icazə verilirdi. Bu baxımdan, ididaçının torpaq və qeyriyaşayış sahələri ilə bağlı restitusiya hüququna istinadən istənilən daşınmaz əmlaka iddialarının hüquqi əsası yoxdur. Digər tərəfdən, məhkəmənin diqqətinə çatdırırlar ki, 1926-11927-ci illərə dair siyahıda qeyd edilmiş olan Bülbülə qəsəbəsində yerləşən 442, 443 və 537 nömrəli ticarət yerlərinin məhz mübahisələndirilən fərdi yaşayış evi olduğunu təsdiq edən sənədlər də hələ ki, yoxdur. Mübahisəli fərdi yaşayış evi köhnə tikilidir, lakin formasından da ticarət sahəsi deyil, fərdi yaşayış evi kimi inşa edildiyi aydındır. ticarət sahəsinin qapısı mütləq şəkildə küçəyə açılmalıdır ki, bu xüsusiyyət mübahisələndirilən fərdi yaşayış evinə məxsus deyil. İddiaçı idida tələblərini əsaslandırarkən, istinad etdiyi torpaq və qeyri-yaşayış sahələrinə dair sənədləri sadalamışdır. Belə bir təəssürat yaranır ki, Bülbülə qəsəbəsində yerləşmiş olan 442, 443, 537 nömrəli ticarət yerləri, 600 kv.m sajin 91 sajin = 3.34 kv.m hesabı ilə 6xx xxxxx 2000 kv.m-dən artıq sahəyə bərabərdir) torpaq sahəsi, 4148 kv.m sajin (13 787 kv.m) torpaq sahəsi hamısı iş üzrə üçüncü şəxslərin sahiblik və istifadəsində olan 9 saylı ünvanda yerləşir. Həmin ünvanlarda iddiada göstərilən qədər torpaq və tikili mövcud olmadığından başqa, iddiaçı nə üçünsə Əli Əsgərov küçəsi 7 ünvanına aid olan şəxsləri 3-cü şəxs kimi iddia tələblərində göstərsə də, Əli Əsgərov küçəsi 9 ünvanında yerləşən daşınmaz əmlakla bağlı hansısa hüquqmüəyyənedici sənərləri mübahisələndirməmiş, həmin ünvanın sahiblərini 3-cü şəxs qismində işə cəlb etməmişdir. Fikirlərincə, bu xüsusatlar, iddia ərizəsinin əslində digər şəxsin maraqlarına xidmət etdiyini təsdiq edir. İşin faktiki halları ilə bağlı onlara məlum olan halları və həmin halları təsdiq edən sübutları məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, həqiqətən də Bülbülə qəsəbəsi, indiki Əli Əsgərov (keçmiş Lenin) küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi, ticarət sahəsi kimi deyil, fərdi yaşayış evi olaraq iddiaçının atası Xası Süleyman oğluna məxsus olmasını ehtimal edirlər. Belə ki, həmin ev iddiaçının qardaşı X12 tərəfindən xx xxxxxx 1948-ci il tarixdə Bakı şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsi əsasında mübahisəli fərdi yaşayış evi X26 5000 rubl pul müqabilində satılmışdır. Alğı-satqı müqaviləsindən görünür ki, Bülbülə qəsəbəsi, Lenin küçəsi 1 ünvanda qeydiyyatda olan satıcı X12, Bülbülə qəsəbəsi, Tramvay küçəsi 8 ünvanda qeydiyyatda olan X26 Kirov küçəsi 11 (ünvan sonradan dəyişdirilərək Lenin küçəsi 7; daha sonra isə Əli Əsgərov 7) ünvanında yerləşən evi satmışdır. İddiaçı iddia ərizəsində 1958-ci ildə Lenin küçəsi 7 ünvanında mərhum həyat yoldaşının qeydiyyatda olduğunu təsdiq edən arayış əlavə etmişdir. Həmin arayışa münasibətdə bildirirlər ki, Bülbülə qəsəbəsində ünvanların bir neçə dəfə dəyişdirilmiş olmasından istifadə edən iddiaçı qəsdən məhkəməni çaşdırmaq fikrindədir. Belə ki, atasından qalan ev kimi təqdim etdiyi Lenin küçəsi 7 ünvanında nədən özünün deyil, həyat yoldaşının qeydiyyatda olduğuna istinad edilir?. Axı onun iddiasına görə ev atasından qalıb?! Eləcə də, alğı-satqı müqaviləsində satıcının, yəni iddiaçının qardaşının qeydiyyat ünvanı Lenin küçəsi 1 ünvanıdır. Məhkəməyə bu xüsusatı izah etmək istəyirlər ki, mübahisəli ev iki küçənin kəsişməsində yerləşir. Evin qapısı faktiki olaraq Laçın Səlimov (keçmiş Kirov) küçəsinə açılır. Evin pəncərələri digər küçəyə - Əli Əsgərov küçəsinə baxır. Əvvəllər ev qapısının açıldığı küçəylə, yəni Kirov (indiki ünvan 2 ünvan daşıyırdı. Sonradan evin ünvanı digər küçəyə, pəncərələrinin baxdığı Lenin (indiki Əli Əsgərov) küçəsinə aid edildi. İddia ərizəsində qeyd edilən Ağayeva X18 xx xxxxxx 1959cu il tarixdə Bülbülə qəsəbəsi, Kirov küçəsi 11 ünvanda yaşamasına dair arayış da əslində dediklərinin sübutu sayılmalıdır. Əlavə olaraq qeyd edirlər ki, mərhum X28 trəəfindən mübahisəli fərdi yaşayış evində əlavə tikililərin aparılmasına dair keçmiş Orconikidze Rayon Xalq X2 Komitəsinə müraciət edilmiş və Orzonikidze rayonu XDS İK-nin xx xxxx 1979-cu il tarixli qərarı ilə vətəndaşa əlavə tikililər inşa edilməsinə icazə verilmişdir. Bu məqam da əhəmiyyətlidir, belə ki, o dövrdə slahiyyətli dövlət orqanının iddia edildiyi kimi, ödənişsiz kirayə yaşayan vətəndaşa kirayə qaldığı evə əlavə tikililər inşa etməsinə icazə verməsi mümkün deyildir. Həmçinin iddia ərizəsi üzrə iki cavabdeh təşkilat cəlb edilmişdir ki, məhkəmə praktikasında buna yol verilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəmə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, hətta qanunvericilikdə bir neçə iddianını birləşdirilməsi halında belə bir cavabdehin olması şərti var. Bu məntiqlə iddia tələblərinin iki cavabdehə yönəlməsi yolverilməzdir. Üstəlik nəzərə almaq lazımdir ki, cavabdeh qismində işə cəlb edilmiş 14 saylı Notariat Kontoruna yönəlmiş hər hansı tələb də yoxdur və bu məqam məhkəmə tərəfindən dəqiqləşdirilməlidir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2021/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cəbiyeva (Ağayeva) Səlməxanım Xası (Xaspolad) qızının iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Cəbiyeva (Ağayeva) Səlməxanım Xası (Xaspolad) qızıapellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaərizəsinəvəapellyasiyaşikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını məhkəmədənxahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh DƏDRX-nin 1s. Əİ-nin nümayəndəsi İ.Kəlbiyev izahatında təmsil etdiyi qurumun 1-ci instansiya məhkəməsində iştirak etmiş nümayəndəsinin verdiyi izahatını təsdiq etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edilmədiyini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə hazırda mübahisələndirilən qərardadı qəbul etmişdir. Ona görə də nümayəndə şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş 3-cü şəxs X7 nümayəndəsi və eyni zamanda vəkili B.Z.Rəhimov 1-ci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş və iddiaçının apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instnsiya məhkəməsinin qərardadının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş 3-cü şəxs X17 iddianı və apellyasiya şikayətini müdafiə etdiyni bildirmiş, ona görədə şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2021/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Onu da həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununsözügedn qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İş materiallaraından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd olunan mübahisəli ünvan üzrə iddia qaldırmaq, o hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut da (vərəsəlik haqqında şəhadətnamə, onun adına daşınmaz əmlaka dair hər hansı bir hüquqmüəyyənedici sənəd və.s) mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının iddia tələbindən isə görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə dair verilmiş «Texniki pasport»un ləğv edilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1s. Əİ-nin üzərinə qoyulmasını tələb edir. Lakin qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, mübahisələndirilən «Texniki pasport» inzibati akt kimi qəbul edilə bilməz və buna görə də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İş materiallaraından görünür ki, birinci instansiya məhkəməsi eyni zamanda onu da qeyd etmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə (müraciət) ilə cavabdehə müraciət etməmişdir. İşə apellyasiya instansiyasında baxılarkən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, həqiqətən də iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh DƏDRX-nin 1s. Əİ-nə müraciət etməmiş və iddiaçı tərəfindən həmin orqana hazırda mübahisələndirilən xx xxxxxx 2020-ci il qərardad qəbul edildikdən sonra, xx xxxxxx 2020ci il tarixdə müraciət olunmuşdur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehlər qismində DƏDRX-nin 1s. Əİ və 14 saylı Notariat Kontorunu göstərsə də, iddia ərizəsində ikinci cavabdehə qarşı hər hansı tələb müəyyən edilmir və həmin Notariat Kontoruna qarşı «Texniki pasport»un ləğv edilməsi barədə iddianın qaldırılması səbəbləri iddia ərizəsində əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar düzgün olraq bu nəticəyə gəlmişdir ki, hazırkı iddianın qaldırılması üçün prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır və apellyasiya şikayətinin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cəbiyeva (Ağayeva) Səlməxanım Xası (Xaspolad) qızıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2021/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1146/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1146/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver