Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1147/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)-3141/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 21-ci mərtəbəsinə yerləşən və yaşayış sahəsi 226.6 kv.m. olan 95 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək xxxx” MMC-nin Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 226,6 kv.m. olan 95 saylı mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)-3141/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3141/2019 saylı qərarının ləğv edilməsi, iddianın tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşdə olan: - Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********00 saylı imtina məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 95 saylı mənzilinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** saylı, xx.xx.2017-cı il tarixli ərizə və ona əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində baxılmışdır. Araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Xahiş edilmişdir ki, nəzərə alınsın. - 140 nömrəli xx xxxxxx 2011-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqavilə «xxxx» MMC-nin direktoru X5 şəxsində Niftəliyev Əlihövsət Sərmas oğlu ilə bağlanmışdır, Müqavilənin 1.1-ci bəndindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının, 21-ci mərtəbəsində tikinti sahəsi 226,6 kv.m.-dən ibarət olan 5 otaqlı 95 saylı mənzil alıcıya təhvil verilmişdir. Mənzilin ümumi dəyəri 90640 manat təşkil etmiş və yeni payçı İddiaçı bu məbləği əvvəlki payçı Niftəliyev Əlihövsət Sərmas oğluna ödəyib. - “xxxx” MMC-nin xx xxxxxx 2011-cü il tarixli maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı yaşayış binası «xxxx» MMC-yə məxsusdur. Bu yaşayış binasının 21-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 95 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun «xxxx» MMC-yə borcu yoxdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış ilə ünvan 4 ünvanında yerləşən 208.9 kv.m. mənzil üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixli 419 saylı müqavilə ilə X2 xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsinə görə ləğv edilərək X8 ilə müqavilə bağlanmışdır. - “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 1 saylı yaşayış binası “xxxx” MMC-yə məxsus olduğu, bu yaşayış binasının 21-ci mərtəbəsində ümumi tikinti sahəsi 226.6 kv.m. olan 5 otaqlı 95 saylı mənzilin pay dəyəri X8 ərəfindən tam ödənildiyi və borcu olmadığı qeyd olunmuşdur. İş materiallatı ilə müəyyən olunur ki, mübahisəli mənzilin yerləşdiyi bina müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul edilməmiş və iddiaçı həmin mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçı cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsini və həmin mənzil sahəsinə mülkiyyət hüququnun təsdiq edilərək çıxarış verilməsini məhkəmə qaydasında mübahisələndirərək öhdəliklərin icrası haqqında iddia qaldırmışdır. Bu iddia növü ilə iddiaçı məhkəmədən tələb edir ki, məhkəmə inzibati orqanın üzərinə qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrası öhdəliyini üzərinə qoysun. Belə ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrasından imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində üzərinə düşən öhdəlik icra edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. İşin materialları və işin yuxarıda qeyd olunan halları ilə müəyyən edilir ki, ünvan 3156 ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilən binanın istismara qəbul aktı mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd edilən binada iddiaçının istifadəsində olan mənzillərin özəlləşdirilməsindən, onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı aparılmaqla, ona reyestrdən çıxarış verilməsindən imtina edilməsi Azərbaycan Respublikası qanunuvericiliyinin tələblərinə uyğun olmuşdur qənaətinə gəlməklə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)-3141/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1147/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1147/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver