Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1147/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair” inzibati üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7582/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşıi məcburetmə haqqında iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1) İddianın əsaslarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci ildə yaralanıb, ikinci qrup müharibə əlilidir. Lakin cavabdehin son qərarı ilə ona əlillik verilməsindən imtina olunub. Səbəb kimi də əlavə müalicəyə ehtiyacının olması göstərilib. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuzdur. Belə ki, bundan öncə, xx.xx.2016-cı il tarixli miayinəmin nəticəsində təsdiq edilmişdir ki, onun diaqnozum “onikibarmaq bağırsaq xorası: tez-tez kəskinləşmələrlə, xr hepatoxalesistit, meqaplastik anemiya, sol ayağın pəncə nahiyyəsini dəlib keçən güllə yarasından sonrakı vəziyyət, dilozestenoz mədənin motor evakııator funksiyasının pozulması, yeriş funksiyasının pozulması”dır. 5 il ərzində səhhətində heç bir dəyişiklik olmadığı halda indi diaqnozuma “onikibarmaq bağırsağın xorası, tez-tez baş verən qanaxmalar ilə" yazıblar. Səhhətində heç bir dəyişiklik olmadığı halda cavabdeh bir dəfə bir cür, növbəti dəfə başqa cür diaqnoz qoymaqla özü-özünü təkzib edir. Pəncəni dəlib deşən güllə yarasından sonrakı vəziyyət. 2016-cı ilin müayinənin nəticəsində var, 2021-ci ildə öz-özünə yoxa çıxa bilməz. Müalicəyə ehtiyacı varsa, onu müalicə etsinlər, əgər müalicə nəticəsində sağalsa, özü əlillik statusundan könüllü imtina edər. Mövcud qanunvericilikdə əlavə müalicəyə ehtiyacın olması əlilliyin müəyyən olunmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Yəni, əlillik meyarlarına uyğun xəstəlik varsa, əlillik verilməli, yoxdursa, verilməməlidir. Cavabdeh tərəfindən isə imtinasının əsası olaraq hər hansı normativ-hüquqi akta istinad olunmamışdır. İmtina səbəbləri qanunauyğun olmalıdır və cavabdeh bu tələbə riayət etməmişdir. O, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi Lerik Rayon X1 Hüquqi Şəxsi (PHŞ) tərəfindən xx.xx.2021-ci il tarixli, 180 nömrəli göndərişlə Akademik M.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasına müayinə və müalicə üçün göndərilmiş, müalicə alıb. Lakin müalicənin heç bir xeyrinin olmadığı müəyyən olunub...” Cavabdeh idda ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə müalicəyə ehtiyacı olduğu və tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsinin mümkünsüz olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Birinci instansiya məhkəməsi iddianı təmin edərkən bildirmişdir ki, əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır. Lakin iddiaçı xx.xx.2021-ci il tarixində “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən Agentlik tərəfindən əyani müayinəyə çağrımış və müəyyən edilmişdir ki, onun diaqnozu əlillik əlaməti təyin etmir. Qeyd edilən səbəbdən dolayı iddiaçıya əlillik dərəcəsi verilməkdən haqlı olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 No-li Qərarı ilə təsdiq edilmiş”Əliliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.5-ci bəndinə əsasən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilməlidir. Həmin Qaydaları”ın bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 13 nömrəli Qərarı ilə təsdiq olunmuş”Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmsı meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur...” Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı həmin tələbində haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə aşağıdakılar müəyyən edilmişdip: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər...” İşə əlavə olunmuş cavabdehin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli qərarına, iddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, “əlavə müalicəyə ehtiyacı olması” əsası ilə iddiaçıya 2-ci dərəcəli əlillik veilməsindən imtina olunmuş və cavabdeh həmin əsasla iddiaçıya imtina verilməsi qanunvericiliyin tələblərinə uyğun sayır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Cavabdehin idiaçıya əlillik təyin edilməsindən imtinasının səbəbindən (“əlavə müalicəyə ehtiypacının olması”) görünür ki, imtinanın əsasını faktiki olaraq sözügedən “Qayda”nın 1.5.1-ci yarımbəndi təşkil edir. Lakin konkret halda, cavabdeh “Qayda”nın daha sonrakı 1.5.3-cü bəndinin tələbi nəzərə alınmamış, mənasına varmamış, ona göz yummuşdur. Belə ki, “Qayda”nın sözügedən müddəasında tam aydınlığı ilə qeyd olunur ki, əlillik müddətinin bitməsindən sonra şəxsin xəstəliyi (pozuntu və ya çatışmazlıq) davam edirsə, bu əsas da şəxsə əlillik təyinatı üçün göndəriş verilməsi üçün əsasdır ki, bu da iş materialları ilə öz təsdiqini tapır. Belə ki, işdə olan, səhiyyə müəssisəsinin (Lerik Rayon Mərkəzi Xəstəxvnasının) iddiaçı barəsində tibbi müayinəyə dair sənədlərə, habelə, 88 formalı Göndərişə və s. müəyyən olunur ki, iddiaçı müharibə veteranıdır və o, 1993-cü ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xəstədir. Tədqiq olunan həmin sənədlərə, o cümlədən, Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGH1 saylı 88 formalı göndərişinə əsasən müəyyən olunur ki, iddiaçıya xəstəliyinə aşağıdakı diaqnozlar qoyulmuşdur : Əsas diaqnoz: - K26.0 Onikibarmaq bağırsağın xorası, kəskin, qanaxma ilə, onikibarmaq bağırsağın xorası, tez-tez baş verən qanaxmalar ilə; Ağırlaşması: -K.31.1 Böyüklərin hipertrofik pilorostenozu, Pilorostenoz. Mədənin mator və evakuator funksiyasının pozulması ilə; -D 50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, ikincili anemiya; Yanakı xəstəliklər: - K20 Ezofaqit. -G55.1 Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və L4-L5 fəqərəarası disklərin yırtığı; - N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mərhələ. K44 Diafraqma yırtığı, Qida borusunun dəliyinin yırtığı. -Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol ayağın ikinci barmağından dəlib keçən güllə yarsından sonrakı deffekt; - K75.2 Qeyri-spesifik reaktiv hepatit, Xroniki virus hepatiti N11.1 Xroniki obstruktiv pielonefrit, Xroniki obstruktiv pielonefrit, tez-tez kəskinləşmələr ilə...” Cavabdehin aellyasiya şikayətinin dəlillərindən görünür ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixli göndərişləri əsasında iddiaçıya hər dəfə 1 il müddətinə, xx.xx.2016-cı il tarixli gönədrişi əsasında isə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş (sonuncu halda növbəti müayinə xx.xx.2021-ci il tarixinə təyin olunmuşur) və bu təyinatlar zamanı onda eyni xəstəlik dioqnozları mövcud olmuş, sonuncu 5 illik əllik təyinatından sonra xx.xx.2021-ci il tarixdə keçirilən növbəti müəyinə zamanı isə onun xəstəliyi üzrə əsas diaqnoz olduğu kimi təkrarlanmış, ağırlama və yanakı xəstəliklərinə gəldikdə isə nəinki azalmış, əksinə artımışdır. Səhiyyə müəssisəsinin mübahisələndirilən xx.xx.2021-ci il tarixli 2645003AAGH1 nömrəli göndərişinin işə əlavə olunmuş vərəqələrindən (i.v.40-42) görünür ki, iddiaçı əvvəlki əlilliyi dövründə (həmin ilin fevral, mart aprel aylarında) xəstəliyi ilə əlaqədar müalicələr almış, lakin həmin müalicələr müsbət nəticə verməmişdir ki, səhiyyə müəssisə tərəfindən 88 nömrəli göndəriş forması doldurularaq qiymətləndirilməsi üçün cavabdeh orqanın komissiyasına göndərilmişdir. Ən azından, işə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli müayinəsinin nəticələrinə əsasən müəyyən olunmuşdur ki, iddiaçıda “Qida Borusunun kardio-ezofaqrel keçiddə 3 ədəd 3-5 ölçüdə ağ fibrinlə örtülü olan və kontakt zamanı qanamaya meyilli olan xoralar var...” Qeyd olunanlar onu deməyə əsas verir ki, əvvəlki əlillik dövrü bitdikdən sonra iddiaçının orqanizminin funksiyaları bərpa olunmamış, tam və səmərəli fəaliyyətinə mane olan sabit fiziki pozuntuları davam etmişdir. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” “Qayda”sının qeyd olunan 1.5.3-cü bəndindən də məhz göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci yarımbəndə qeyd olunan pozuntu (yəni, orqanizminin funksiyalarının bərpa olunmaması və onun tam və səmərəli fəaliyyətinə mane olan sabit fiziki pozuntuları davam etməsi) əlillik təyinatı üçün göndəriş verilməsini zəruri edən əsaslardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci bənindən də görünür ki, “2.2.5.-ci maddəsi isə nəzərdə tutur ki, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz: K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin, qanaxma ilə, Onikibarmaq bağırsağın xorası, tez-tez baş verən qanaxmalar ilə; ağırlaşması K.31.1 Böyüklərin hipertrofik pilorostenozu, Pilorostenoz. Mədənin mator və evakuator funksiyasının pozulması” ikinci dərəcə əlillyin meyarı kimi təsbit olunmuşdur. Göründüyü kimi, cavabdeh orqanun “TSEK” Komissiyası tərəfindən formal əsaslarla iddiaçının müalicəyə ehtiyacı olması səbəbi ilə, ona İİ dərəcəli əlillik verilməsindən imtina olunmasının əsassız olduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu öz təsdiqini tapır. ”İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər hüquq normalarına uyğun olmalıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi faktlar nöqtyi nəzərindan mahiyyəti üzrə düzgün nəticədir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1147/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1147/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver