Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1147/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı " torpaq sahəsinə yeni cizgisinin verilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2-1(112)- 4900/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Cavabdeh xx.xx.2005-ci il tarixdə 654 saylı sərəncama əsasən, Z.K.Tahirovun adına qanunlaşdırılması haqqında 10 noyabr 1999-cü il tarixli 809 saylı sərəncamla yaşayış evinin tikilməsi üçün verilmiş 880 kv.m torpaq sahəsinin yeni cizgisini çəkərək təqdim edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək xahiş etmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mərhum atası X5 adına olan 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair elektron kadastr məlumatlarının müəyyən edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə və həmin torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınsın. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ayırmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir. Həmçinin, sözügedən torpaq sahəsinin ölçüsü Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 809 saylı sərəncamında qeyd edilməyib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilir. xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı şəhəri, Cavabdehnə ərizə ilə müraciət etmiş, həmin ərizədə qeyd etmişdir ki, Cavabdeh Başçısının Vətəndaş Ə. A.Alxanova məxsus fərdi yaşayış evin tikintisi üçün ayrılmış torpaq sahəsinin vətəndaş Z. K.Tahirovun adına qanunlaşdırılması haqqında 10 noyabr 1999-cü il tarixli 809 saylı sərəncam verilmişdir. 19 avqust 2005-ci il tarixli Cavabdeh Başçısının 654 saylı sərəncamı ilə vətəndaş Z.K.Tahirovun adına ümumi torpaq sahəsi 880 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 583.52 kvm yaşayış sahəsi olan 8-ci km yaşayış sahəsi, Süleymanov küçəsi, 1-ci döngə 12 nömrəli fərdi yaşayış evi hüquqi qeydiyyata alınmışdır. X9 vəfat etmişdir və həmin torpaq sahəsinin və fərdi yaşayış evin sənədləşdirilməsi üçün iddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş cizgi sənəddə torpaq sahələrinin ölçüləri müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli Cavabdeh cavab məktubuna əsasən, bildirilmişdir ki, xx.xx.1999-cu il tarixli, 809 saylı sərəncamla X6 ayrılmış torpaq sahəsinin koordinatları barədə daşınmaz əmlakın kadastr uçotunu aparan orqan tərəfindən verilən rəsmi məlumatı Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra məsələyə qanunamüvafıq qaydada yenidən baxılacaqdır. Beləliklə, hər iki dövlət orqanı iddiaçı tərəfindən verilən ərizələrlə bağlı imtina cavabları vermişdir. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2-1(112)-4900/2023 nömrəli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və həmin inzibati işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin torpaq sahəsinin ölçüləri ilə bağlı nəyə görə və hansı əsasla bu nəticəyə gəldiyi bəlli deyil. Çünki, həmin cizgi sxemə diqqət yetirdikdə cizgi sxemin X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edildiyi və 20 nömrəli sahə olduğu görünsə də, ölçüləri barədə, daha dəqiq ifadə edilsə, qərardadda göstərildiyi kimi sahənin eninin 20 m, uzunluğunun 40 m olması və 800 kv.m (20x40) təşkil etməsi müəyyən olunmur. Yəni məhkəmənin istinad etdiyi cizgi sxemdə torpaq sahəsinin ölçüləri ümumiyyətlə göstərilməmişdir. Məhz bu qeyri-müəyyənliyi aradan qaldırmaq və torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinə yaranmış maneəni dəf etmək baxımından sözügedən torpaq sahəsinin yeni cizgisinin çəkilməsi zərurəti yaranmışdır və bu məqsədlə Cavabdehnə və o cümlədən məhkəməyə müraciət olunmuşdur. Qeyd etmək istəyir ki, o, inzibati orqana - Cavabdehnə torpaq sahəsinin yeni cizgisinin çəkilib verilməsi ilə bağlı müraciət edərkən, inzibati orqan bundan imtina etdikdə isə bu öhdəliyin onun üzərinə qoyulmasından ötrü Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən məqsədi subyektiv hüquqlarını gerçəkləşdirmək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması olmuşdur. Məhkəmənin istinad etdiyi cizgidə torpaq sahəsinin ölçüləri göstərilmədiyindən hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan onun arzuladığı inzibati aktı qəbul etmir. Və nəticə etibarı ilə onun subyektiv hüquqları pozulmuş olur. Buna görə də məhkəmənin qərardadda ifadə olunan mümkünlüklə bağlı mövqeyi ilə razılaşmaq olmaz. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.Əlavə olaraq izahatında bildirdi ki, arxiv sənədlərindən də göründüyü kimi iddiaçının istinad etdiyi sərəncama yerləşmə cizgisi əlavə edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşdən müəyyən olunur ki, iddiaçı mərhum X5 vərəsəsi olaraq miras qalmış Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil etdiyi, sözügedən torpaq sahəsinin ölçüsünün Cavabdeh xx.xx.1999-cu il tarixli 809 nömrəli sərəncamında qeyd edilmədiyinə istinad edərək hüququn qeydiyyatından imtina etmişdir. İddiaçı daşınmaz əmlakın reyestrini həyata keçirən inzibati orqanın imtina dəlillərindən çıxış edərək hazırkı iddia üzrə Cavabdehnə müraciət edərək X1 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilərək verilməsini mübahisələndirir. Halbuki, hazırkı iş üzrə əldə edilmiş arxiv sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində 800 kv.m torpaq sahəsi Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1290 nömrəli sərəncamına əsasən X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 607 nömrəli sərəncamına əsasən vətəndaş A.A.Alxanova ayrılmış torpaq sahəsinin 500 kv.m-i X3 adına keçirilmiş, daha sonra Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 713 nömrəli sərəncamına əsasən E.Ə.Əliyevə ayrılmış torpaq sahəsi Ə.A.Alxanovun adına keçirilmişdir. Nəhayət, Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 809 nömrəli sərəncamına əsasən Ə.A.Alxanova 8-ci km qəsəbəsinin şərqində 4085ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi Z.K.Tahirovun adına keçirilmiş, Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 654 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin X5 adına hüquqi qeydiyyata alınaraq mənzil fonduna daxil edilməsi qərara alınmışdır. Dövlət arxivindən əldə edilmiş Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 654 nömrəli sərəncamına cizgi sxem əlavə edilmişdir. Həmin cizgi sxemdən müəyyən olunur ki, sxem 8-ci km qəsəbəsində İcra Hakimiyyətinin 809 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş, həmin sxemdə torpaq sahəsinin 20 nömrəli sahə olduğu, sahənin eni 20 m, uzunluğu 40 m qeyd edilməklə ayrılmış torpaq sahəsinin 800 kv.m (20x40) olduğu müəyyən olunur. Eyni zamanda ayrılmış sahə konkret olaraq işarələnmiş, sahənin yanında digər qonşu torpaq sahələrinin nömrəsi, yol, su anbarı kimi obyektlərə münasibətdə yerləşmə vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;(.....). Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia etdiyi Nizami rayonu İcra Hakimiyyətinin 809 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən X7 ayrılmış torpaq sahəsinin ölçüsü həmin torpaqla bağlı ilkin torpaqayırma sərəncamında xx.xx.1998-ci il tarixli, 1290 nömrəli sərəncamda 800 kv.m olaraq qeyd edilmişdir. Eyni zamanda, dövlət arxivində olan X5 adına tərtib edilmiş yerləşmə sxemində torpaq sahəsinin eni, uzunluğu (20x40) göstərilməklə ümumi sahəsinin 800 kv.m olduğu, torpaq sahəsinin yol, qonşu torpaq sahələri və digər təyinatlı obyektlərə münasibətdə yerləşmə yeri bilavasitə göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı X7 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi tələbi ilə çıxış etsə də lakin X7 torpaq sahəsinin ayrılması barədə sərəncam, eləcə də ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur, sərəncam və cizgi dövlət arxivinə təhvil verilmiş, qüvvədədir, ləğv edilməmişdir. Torpaq sahəsi sərəncamla ayrılmış və onun tərkib hissəsi olaraq yerləşmə cizgisi tərtib edilmiş, bununla da torpaqayrıma prosesi başa çatmışdır. Belə olan halda aydın olur ki, cavabdehin torpaqayırma prosesi başa çatmış torpaq sahəsinə əlavə olaraq yenidən yerləşmə cizgisinin tərtibinə qanuni əsas və hüquqi zərurət yoxdur. Məhkəmə kollegiyası işin hallarını hərtərəfli araşdıraraq diqqətə çatdırır ki, hazırkı halda iddiaçının çatmaq istədiyi hüquqi nəticə faktiki istifadə etdiyi torpaq sahəsinə yerləşmə cizgisinin tərtibi deyil, məhz Z.Tahirova ayrılmış torpaq sahəsinə olan cizginin tərtibidirsə, o zaman hazırkı halda sərəncamla ayrılmış torpaq sahəsinə yerləşmə cizgisi mövcud olduğu müəyyən olunduğundan, onun hüquqi marağı Z.Tahirova ayrılmış torpaq sahəsinə yenidən, yeni bir yerləşmə cizgisini tərtib etməsi ilə deyil, sərəncamla ayrılmış və faktiki istifadədə olan torpaq sahəsinə hüququnun qeydiyyata alınması ilə bağlı reyestr orqanına qarşı qaldıracağı iddia icraatında öz qanuni həllini tapa bilər. Odur ki, hazırkı iddianın qaldırılmasına iddiaçının qanunla qorunan hüquqi marağı da müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2-1(112)-4900/2023 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2-1(112)-4900/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1147/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1147/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver