Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1148/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N0726/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı ilə bağlı ona müharibə veteranı adı verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.N). İddianın əsaslarına görə iddiaçı N992-ci ildə daxili qoşunların tərkibində xidmət edərkən 4 noyabr N992-ci il tarixdən N dekabr N992-ci il tarixinə kimi Ağdam ətrafında gedən döyüşlərdə iştirak etmişdir. O, indiyə kimi veteran adını almadığı üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən N6 may 2022 tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Həmin məktubda onun təqdim etdiyi sənədlərdə onun döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam edilməsinə dair qeyd olmadığına görə tələbinin təmin oluna bilinməyəcəyi qeyd edilmişdir. İddiaçı iddia edir ki, onun xidmət etdiyi N saylı hərbi hissə hər ay 30-40 nəfər əsgər, gizir və zabitlərdən ibarət heyəti döyüş bölgəsinə ezam edirdi, ezam olunanlar həmin müddət ərzində döyüşlərdə iştirak edərək qayıdırdı, başqaları döyüşə göndərilirdi. Döyüş bölgəsinə hamı döyüşməyə gedirdi, o cümlədən o da daxil olmaqla, onun hərbi hissəsinin hərbi işçiləri də ezam olunduqları dövrdə döyüşdə iştirak etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N0726/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissəsinin xx.xx.N992-ci il tarixli 294 nömrəli əmrdən çıxarışda faktiki olaraq Qarabağ və sərhəd məntəqələrində iştirak etməyi və buna görə pul mükafatı almağı qeyd olunur. Onda sual olunur, əgər döyüş əməliyyatlarının yerinə yetirilməsində iştirak etməmişsə, nəyə görə pul mükafatı alır. Üstəlik 3 dəfə pul mükafatı almışdır. Göstərilənlər döyüş bölgəsində- Ağdam ətrafında gedən döyüşlərdə iştirakını təsdiq edən faktlardır və buna əsasən "Müharibə veteranı" adının verilməsindən imtina edilməsini qanuni hesab edir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən yalnız bir fakt üzərində-döyüş əməliyyatı aparılan hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam edilməyinə dair qeyd yoxdur. Halbuki, işin faktiki halları, müvafiq sərəncamlar, onunla birgə döyüşən şəxslərə "Müharibə veteranı" adının verilməsi halları nəzərə alınmalı idi. Ona görə də Məhkəmə tərəfindən işin faktiki hallarının nəzərə alınmaması və işin hallarının tam araşdırılmaması hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı adının verilməsinə əsas olan sənədlərin siyahısı konkret müəyyən edilmişdir. O cümlədən: müharibə veteranı adı - N988-ci il fevral ayının N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İş materiallarından görünür ki, iddiaçı (7-cü bölüyün nəzarətçisi) N N-li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N N-li əmri ilə hərbi hissədən xidməti ezamiyyətə getmiş hesab olunmuş və həmin hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 295 No-li əmri ilə xidməti ezamiyyətdən qayıtmış hesab edilmişdir. Həmin hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 294 nömrəli üçüncü bir əmrilə ona Qarabağ və sərhəd məntəqələrində iştirak etdiyinə ona pul mükafatı verilmişdir. «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin qeyd olunan tələblərindən göründüyü kimi, «müharibə veteranı» adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Tədqiq olunan əmrlərdə isə belə bir qeydin mövcudluğu müəyyən olunmur. Həmin əmrlərdə iddiaçının döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunması deyil, xidməti ilə əlaqədar ezamiyyətə göndərildiyi və bununla əlaqədar ona pul mükafatı aldığı təsbit olunur. Qeyd olunmalıdır ki, onun işə əlavə olunmuş hərbi biletinin surətində də döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı bir qeyd mövcud deyildir. İşin hazırkı apellyasiya mərhələsində, məhkəmənin müvafiq sorğularına Müdafiə Nazirliyinin N0 aprel 2023-cü il tarixli, Daxili İşlər Nazirliyinin XN İdarəsinin isə xx.xx.20N3cü il tarixli - cavab məktublarında müvafiq olaraq bildirilmişdir ki, iddiaçının noyabr-dekabr N992-ci il tarixli nizami hərbi hissə üzrə əmrlərdə, habelə, Daxili Qoşunların tərkibində onun xidməti barədə məlumat aşkar edilməmişdir. Beləliklə də, iddiaçının döyüş əməliyyatlarında iştirakına dair hər hansı arxiv məlumatı mövcud deyildir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli məktubunda onun hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ezam edilmədiyinə görə onun veteran adı verilməsi ilə bağlı müraciətinin təmin olunmasının imkan xaricində olmasını bildirməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının nəzərə alınmaması və tam araşdırılmadığını, iddiaçının hüququnu pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N0726/2022 saylı xx.xx.2022-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N0726/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1148/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1148/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver