Məhkəmə qərarları › İş №2-1(103)-1149/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1149/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1149/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2197/2016 saylı 29 noyabr 2021-ci il tarixli qərardadından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona “Neftqaztikinti” trestinin idarələrində 05.08.1986-cı il tarixdən 01.05.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 01.05.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı 16 avqust 2016cı il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində 05.08.1986-cı il tarixdən 01.05.2001-ci il tarixədək işlədiyi dövrün stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 01.05.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı 16 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2327/2016 saylı 05 dekabr 2017-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı 16 avqust 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı 16 avqust 2016-cı il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 14.02.2017-ci il tarixdə cavabdehə göndərilmişdir. 16.03.2020-ci il tarixdə cavabdeh tərəfindən yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda 24.09.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə X7 Şəxsin 3-cü şəxs qismində icraata cəlb edilməsi barədə vəsatət daxil olmuşdur. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul edilməsi, ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2327/2016 saylı 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı 16 avqust 2016-cı il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3-cü şəxs qismində cəlb edilmə haqqında vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının “Neftqaztikinti” trestinin idarələrində 05.08.1986-cı il tarixdən 01.05.2001-ci il tarixədək işlədiyi dövrün stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 01.05.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsi və məhkəmə qərarının icrasının dayandırılaraq işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 689/2021 saylı 15 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2197/2016 saylı 27 oktyabr 2020-ci il tarixli qərardadının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2197/2016 saylı 16 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi hissəsində ləğv edilməsi, işin eyni hissədə baxılması üçün həmin məhkəməyə göndərilməsi, qərardadın məhkəmə qərarının icrasının dayandırılması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1018/2021 saylı 30 iyun 2021-ci il tarixli qərardadı ilə kassasiya icraatının mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Bundan sonra ərizəyə yenidən baxan Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2197/2016 saylı 29 noyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şöbənin pensiya təyin edən komissiyasının 16.06.2016-cı il tarixli 992 nömrəli qərarı ilə 01.05.1957-ci il təvəllüdlü İddiaçı 57 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən 2006-cı ilədək 28 il 2 ay ümumi iş stajı, 15 il 3 ay xüsusi iş stajı nəzərə alınmaqla 01.05.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə aylıq məbləği 289.02 manat təşkil edən əmək pensiyası təyin edilmişdir. İddiaçı şöbəyə daxil olmuş məhkəmə qərarı əsasında 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə 01.05.2009-cu il tarixdən 50 yaşından həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə müvafiq olaraq təyin edilmiş, həmin tarixdən hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 01.01.2018-ci il tarixdən pensiyanın aylıq məbləği 1038,50 manata çatdırılmış, Qanunun 37.3.1-ci maddəsinə əsasən aylıq pensiyasının məbləği 6 illik pensiya kapitalına əsasən 01.05.2018-ci il tarixdən yenidən hesablanaraq 1345,23 manata çatdırılmış, 01.01.2020-ci il tarixə aylıq məbləğ 1434,53 manat təşkil etmişdir. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Bu hal məlum olduqdan sonra müddət ötürülmədən həmin şəxsin barəsində olan məhkəmə qərarı üzrə yeni açılmış hallara dair ərizə təqdim edilmişdir. Lakin həmin iş üzrə icraat materiallarının məhkəmənin arxivindən itməsi səbəbindən itirilmiş icraatın bərpa edilməsinə dair qərar qəbul edilmişdir. Hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin (xidmət nümayəndəliyinin) əsl ərizəçi ilə əvəz edilməsi zərurəti yarandığından bu barədə ərizə də təqdim edilmişdir. Belə ki, DSMF İdarə Heyətinin 23.07.2020 tarixli, **********1 №li qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə X2 təsdiq edilmiş və həmin Əsasnamənin 1.1. maddəsinə əsasən Filial "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur. Lakin məhkəmənin gəldiyi qənaət bundan ibarət olmuşdur ki, icraatın təzələnməsinə dair ərizə verilməsi Məcəllədə göstərilən əsasların mövcud olduğu hallarda həmin ərizə təmin olunmaqla icraatın təzələnməsi, əks təqdirdə isə ərizənin təmin olunmaması nəzərdə tutulsa da ərizə bu Məcəllə ilə müəyyən edilmiş müddətə əməl etmədən təqdim edildikdə tətbiq edilməli prosedur qayda və nəticə əks olunmamışdır. Mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yol verilməz hesab olunmalıdır. Beləliklə qərardad həmçinin Normativ hüquqi aktlar haqqın AR-nın Konstitusiya Qanununun 13-cü maddəsi ilə əsaslandırılaraq qanunun analogiyasından istifadə etməklə mümkünlük şərtlərinə aid edilmişdir. Halbuki icraatın təzələnməsi İPM-nin 100-cü maddəsində tam əks olunmuş və bu hallar mövcud olmadıqda ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qərardadı ilə ifadə olunur ki, 100-cü maddədə nəzərdə tutulan əsaslar mövcuddur. Lakin müddət ötürüldüyündən ərizə mümkünsüz hesab edilir. Halbuki cinayət işinin başlandığı və bu barədə məlumat verildiyi vaxtdan 3 ayı ötürmədən məhkəməyə ərizə təqdim edilmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaət ədalətli və əsaslı hesab edilə bilməz. Şikayət mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 09.03.2022-ci il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi X6 qızı apellyasiya şikayətini müdafiə etiraz edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh (ərizəçi) tərəfindən ərizənin İnzibati Prosessual Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verilməsinə dair sübutların əlavə olunmamasına və müddətin ötürülməməsini təsdiq edən sübutların iş materiallarına əlavə olunmamasına istinad edərək ərizənin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından grünür ki, 2-1(82)-2197/2016 saylı 16 avqust 2016-cı il tarixli qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanıldığı üçün 21.01.2017-ci ildə qanuni qüvvəsini almış və icra edilməsi üçün 14.02.2017-ci il tarixdə cavabdehə göndərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın yeni açılmış hallar üzrə icraatın təzələnməsi əsası kimi istinad etdiyi hal barədə məlumatı olduğu 14.02.2017-ci il tarixdən (2-1(82)-2197/2016 saylı qərarın icra edilməsi barədə məktubun tarixi) 3 aydan çox müddət keçdikdən sonra, yəni 16.03.2020-ci il tarixdə verilmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyrimümkün edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi məhkəmə qərarının mövcudluğundan məlumatlı olmuş, buna baxmayaraq yeni açılmış hallar barədə ərizəni qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti ötürməklə vermişdir. O ki qaldı cavabdehin ərizəsində qeyd etdiyi “İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi və daxil olmuş materiallar əsasında istintaq idarəsində cinayət işi açılaraq istintaqın aparılması” barədə dəlilinə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 29.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2197/2016 saylı 29 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar