Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1149/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X6 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 və mütəxəssis X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının əsassız sayılması və iddiaçıya əlilliyin təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «cavabdehin imtinasının əsassız sayılması və iddiaçıya əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 8 fevral 1966-cı il tarixdə Laçın rayonunun Oğuldərə kəndində doğulmuşdur. 1992 – 1994-cü illər ərzində İ Qarabağ müharibəsində, bütün döyüş əməliyyatlarında fəal iştirak etmiş və bu əsasla da ona “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Hal-hazırda müharibə veteranıdır. 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşərək hal-hazıradək məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, döngə 6 ünvanında yaşayır. 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyi xx.xx.2021-ci il tarixli TQS nömrəli forma 088-dən göründüyü kimi, o, 2012-ci ilin iyul ayının 7-də 4 dəfə ardıcıl olaraq disk yırtığına görə əməliyyat keçirmişdir. Xəzər Klinikasında ilk əməliyyat olaraq xx.xx.2021-ci il tarixdə L3 fəqərələrinin sağdan hemalimiektomiyası, L3-L4 fəqərəarası disk yırtığının çıxarılması və xx.xx.2012-ci ildə L4 fəqərəsinin hissəvi hemalimiektomiyası L4, L5 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatları keçirmişdir. Əməliyyatdan sonrakı 3 ildə onun sağlamlıq vəziyyəti daha da pisləşmiş, aparılan müayinədə sol L4 dermatomunda hipesteziya sol budun hipotomiyyası, sol pəncənin açıcı əzələsinin parezi qeyd olunmuşdur. L3. L4 fəqərəarası diskin sağ tərəfi və sol nevralelsesi daraldan yırtığı, 14 mm aşkar olunmuşdur. MDX-da İİİ dəfə xx.xx.2016cı il tarixdə ona sol tərəfli L3-L4 disketomiya əməliyyatı icra olunub. xx.xx.2016-cı il tarixdə MDX-da İV dəfə L3, L4 transpedikuliyar metal fıksasiya dekompressiv Laminektomiya disketomiya nevroliz əməliyyatı icra olunub. Əməliyyatdan sonra onun sol pəncəsində parez, sol L4 dermatomunda hipesteziya qalmaqda davam edir. Bundan sonra, bu günədək aparılan davamlı müalicələrə baxmayaraq onun vəziyyətində yaxşılaşma olmamışdır. Nevraloji statusu “Akkomodosiya və konvergensiya nisbi çatışmazlığı burun dodaq büküşləri asimetrikdir. S D sol tərəfli L4-L5 Sİ radikulpatiyası, Sol pəncənin parezi. Sol pəncə və baldır əzələlərimin hipertofiyalı olması” ilə 2012- ci ildən İİ qrup əlildir. Buna baxmayaraq 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim məsləhət kommisiyyası tərəfindən cavabdeh quruma 2 dəfə ardıcıl göndərilən 088 nömrəli forma arayışına əsasən cavabdeh tərəfindən ona (iddiaçıya) təkrar əlillik verilməsindən imtina edilmiş və əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 ildə stasionar müalicə müddətinin yetərli olmaması, müalicə və müayinənin edilməsi göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyi xx.xx.2021-ci il tarixli TQS nömrəli forma 088-dən göründüyü kimi xx.xx.2016-cı ildə MDXda İV dəfə L3, L4 transpedikuliyar metal fıksasiya dekompressiv Laminektomiya disketomiya nevroliz əməliyyatı icra olunub. Əməliyyatdan sonra onun sol pəncəsində parez, sol L4 dermatomunda hipesteziya qalmaqda davam edir. Bundan sonra bu günədək aparılan davamlı müalicələrə baxmayaraq onun vəziyyətində yaxşılaşma olmamışdır. Qeyd olunmalıdır ki, 4-cü dəfə əməliyyatdan sonra onun (iddiaçının) yararsız bir orqanı çıxarılmış və həmin hissəyə metal fıksasiya dekompressiv bir parça qoyulmuşdursa, o, ömrünün sonunadək həmin orqanı müalicə etmiş olsa da, qoyulmuş metal düzəlməyəcək. İddiaçı hesab edir ki, cavabdehin imtinasında əlavə müalicəyə ehtiyacın olması, müalicə və müayinənin edilməsi göstərməsi sadəcə olaraq qanunsuz və əsassız bir cavabdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilən Ak. Mirqasımov adına Respublika Kliniki Xəsətəxanasımn “Xəzər” X3 Xəstəxanasının, AR X7 A.N.Heydərov adına Respublika Hospitalının, X11, Medistyle hospitalın və təkrar Medical plazanm tibbi kartalardan çıxarışlara əsasən o, 4 dəfə ardıcıl olaraq disk yırtığına görə əməliyyat keçirmişdir. xx.xx.2016-cı il tarixdə MDX-da İV dəfə L3, L4 transpedikuliyar metal fıksasiya dekompressiv Laminektomiya disketomiya nevroliz əməliyyatı icra olunub. Əməliyyatdan sonra onun sol pəncəsində parez, sol L4 dermatomunda hipesteziya qalmaqda davam edir. Bundan sonra, bu günədək aparılan davamlı müalicələrə baxmayaraq vəziyyətində yaxşılaşma olmamışdır. Halbuki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-cü bəndinə əsasən etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması İİ dərəcəli əlilliyin təyin edilməsi üçün əsas verir. Buna baxmayaraq, cavabdeh qurum ona təkrar əlilliyin təyin edilməsində əsassız imtina etmişdir. Həmin Əsasnamənin 2.3.3-cü bəndinə əsasən əlin və ya pəncənin bir ətrafın nəzərəçarpan parezi İİ dərəcəli əlilliyin təyin edilməsi üçün əsas verir, digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri M51. İddia ərizəsinə əlavə edilən sənədlərdə əks olunan tibbi rəylərə və həmin tibbi rəylərə əsasən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnəmə” ilə ona yenidən İİ dərəcəli əlillik təyin edilməsi qanunu olduğu halda cavabdeh qurum ona qanunsuz və əsassız imtina cavabı vermişdir. Göstərilənlərə və İPM-in 332.2, 3.1, 33.2, 73.3-cü maddələrinə əsaslanaraq, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçıya təkrar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəyininin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyi 15.010.2021-ci il tarixli TQS nömrəli forma 088-dən göründüyü kimi o 2012-ci ilin iyul ayının 7-də 4 dəfə ardıcıl olaraq disk yırtığına görə əməliyyat keçirmişdir. Xəzər Klinikası ilk əməliyyatı xx.xx.2021-ci il tarixində L3 fəqərələrinin sağdan hemalimiektomiyası, L3-L4 fəqərəarası disk yırtığının çıxarılması və xx.xx.2012-ci ildə L4 fəqərəsinin hissəvi hemalimiektomiyası L4, L5 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatları olmuşdur. Əməliyyatdan sonrakı 3 ildə sağlamlıq vəziyyəti dahada pisləşmiş, aparılan müayinədə sol L4 dermatomunda hipesteziya sol budun hipotomiyyası, sol pəncənin açıcı əzələsinin PAREZİ qeyd olunmuşdur. L3,L4 fəqərəarası diskin sağ tərəfi və sol nevralelsesi daraldan yırtığı, 14 mm aşkar olunmuşdur. MDX-da İİİ dəfə xx.xx.2016-cı ildə ona sol tərəfli L3-L4 disketomiya əməliyyatı icra olunub. xx.xx.2016-cı ildə MDX-da İV dəfə L3. L 4 transpedikuliyar metal fıksasiya dekompressiv Laminektomiya disketomiya nevrolizəməliyyatı icra olunub.Əməliyyatdan sonra onun sol pəncəsində PAREZ, sol L4 dermatomunda hipesteziya qalmaqda davam edir. Bundan sonra bu günə kimi aparılan davamlı müalicələrə baxmayaraq vəziyyətində yaxşılaşma olmamışdır. Nevraloji statusu Akkomodosiya və konvergensiya nisbi çatışmazlığı burun dodaq büküşləri asimetrikdir.S D sol tərəfli L4-L5 Sİ radikulpatiyası, Sol pəncənin parezi. Sol pəncə və baldır əzələlərimin hipertoflıyalı olması diqanozu ilə 2012-ci ildən İİ-ci qrup əlildir. Onun ürəyində heç bir xəstəlik olmadığı halda və ürəkdən xəstə olmağı ilə bağlı cavabdehin etirazına əsasən işə baxan məhkəmə bununla bağlı dəfələrlə cavabdeh qurumdan sübutlar tələb etsədə heç bir sübut təqdim edilməmişdir. Amma buna baxmayaraq işə baxan məlikəmə qeyd olunan halları araşdırmadan sadəcə olaraq cavabdehin sözlə ifadə olunan etirazına əsaslanaraq iddia ərizəsini cavabdehin etirazına istinad edərək rədd etmişdir. Onun məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, 2012-ci ildən Sol pəncənin parezi. Sol pəncə və baldır əzələlərinin hipertofıyalı olması diqanozu ilə İİ-ci dərəcəli əlil olmuşdur. 2012-ci ildə və ondan sonrakı illərdə ürək xəstəliyi ilə bağlı ona əlilliyin təyin olunmasına dair sənədləri cavabdehdən tələb edilməsi ilə bağlı nümayəndəsinin və onun vəsatəti əsasında məhkəmədən həmin sənədlərin TSEK-dən tələb edilməsini xahiş etsələr də işə baxan məhkəmə 2012 və ondan sonrakı dövrlərdə ona ürək xəstəliyi ilə bağlı əlilliyin təyin olunmasına əsas olan tibbi sənədləri, 88 nömrəli formanı cavabdeh qurumdan tələb etmiş, lakin cavabdeh qurum həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına dəvət edilmiş ekspert izahatında iddiaçının ürəyində olan xəstəliklərin yaş ilə əlaqədar olduğunu, ekspert rəyində, həmçinin sonuncu göndərişdə qeyd olunan xəstəliklər əsasında iddiaçıya əlillik təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Ekspert iddiaçının əməliyyatlar keçirdiyini və fiksator vasitəsi ilə onda olan bel yırtığı ilə bağlı problemin aradan qaldırıldığını və bununlada sinir kökününü sıxılması aradan qaldırıldığından vətəndaşda olan problem də aradan qalxmışdır. Həmçinin ekspert iddiaçının 2016-cı ildən komissiyadan keçmədiyini, 5 illik əlillik təyinatının avtomatik sistem tərəfindən uzadıldığını, həmin vaxt komissiyadan keçsə idi, həmin müddətdən əlilliyinin dayandırılacağını bildirmişdir. Ekspert bir daha qeyd etmişdir ki, sonuncu göndərişdə olan xəstəliklər iddiaçıya əlillik təyin olunması üçün əsas deyil. Bugünki gündə iddiaçıda əvvəllər olmuş əlillik təyinatına əsas verən problemlər reabilitasiya olunmuşdur. İddiaçı tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və mütəxəssisinin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixli göndərişi əsasında bir il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. Bundan sonra Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında səbəbi ilə bir il müddətinə, elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında beş il müddətinə İİ dərəcə əlillik təyin olunmuşdur. Daha sonra iddiaçının sağlamlıq vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması, Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0120003AAF9J saylı göndərişi əsasında baxıldıqdan sonra isə əlavə müalicəyə ehtiyacın olması, “son 5 ildə stasionar müalicə müddəti yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İddiaçı cavabdehin imtina əsasları ilə razılaşmayaraq, hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş,mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarından görünür ki, iddiaçıya 2016-cı ildə beş il müddətinə təyin edilmiş İİ dərəcə əlilliyin səbəbi onun müayinəsi üzrə digər, yəni “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” diaqnozu ilə bağlı olmuşdur. Sonuncu göndərişdən isə qeyd edilən xəstəliklərin davam etmədiyi, yəni reabilitasiya olunduğu müəyyən edilir. İddiaçı apellyasiya şikayətində onun ürəyində heç bir xəstəlik olmadığını, əlillik diaqnozunun başqa xəstəliklər ilə əlaqəli olduğunu bildirmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 3099 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Ə.A.Ağalarovun xx.xx.2023-cü il tarixdə X1 Konsultativ-poliklinika şöbəsində müayinəsi zamanı “Arterial hipertoniya İ (bir) dər. İl 1.9; His dəstəsinin sağ ayağının tam blokadası. İ45.1.” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 0120003AAF9J saylı göndərişdə xəstənin səhhətini əks etdirən (xəstəlik/diaqnoz) “Dəqiqləşdirilməmiş osteoxondropatiyalar, Bel oma osteoxondrozu L3-L4 fəqərəarası diskin residiv yırtığının çıxarılması və transpedikulyar metallo-fıksasiya əməliyyatından sonrakı davamlı qalıq əlamətləri. (2012-2016-cı illər ərzində 4 dəfə əməliyyat keçirib). Digər daimi ağrı. Davamlı kökcük ağrı sindromu” aparılmış müvafiq funksional diaqnostik müayinələrinin nəticələri əsasında düzgün müəyyən edilmişdir. Rəydə iddiaçının yuxanda qeyd edilən xəstəliklərdən hazırda əziyyət çəkdiyi bildirilmişdir. Ziddiyyətli məqamların aydınlaşdırılması məqsədi ilə məhkəmə baxış iclasına cavabdehin eksperti dəvət edilmiş, ekspertin izahatı zamanı iddiaçıya hal-hazırda əlillik təyin olunması üçün hər hansı əsas olmadığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci bəndi ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (2.2.1) ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); (2.2.2) ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); (2.2.3) ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); (2.2.4) ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); (2.2.5) ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); (2.2.6) ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14- N14.4, N18- N18.9); (2.2.7) endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); (2.2.8) etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); (2.2.9) qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); (2.2.10) hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47- H47.5, H52- H53.9); (2.2.11) epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); (2.2.12) hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); (2.2.13) İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); (2.2.14) lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); (2.2.15) xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İş materiallarını, yuxarda qeyd olunan normaları nəzərdən keçirən, həmçinin məhkəmə iclasına dəvət edilmiş cavabdehin ekspertinin izahatını dinləyən Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunsuz olmamış, iddiaçıya münasibətdə diaqnozda göstərilən xəstəliklər və s.. iddiaçıya hazırkı halda əlilliyin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apellyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4843/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1149/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1149/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver