Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1150/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Bilgəh qəsəbəsi, M.Aslanov küçəsi, dalan 18 ünvanında yerləşən 1200 kv.metr ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş xx.xx.2019cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olmuş, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx xxxxxx 2019-cu il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilmədiyini, işin ilk gündən qanunsuz olaraq mümkünsüz hesab olunması nəticəsində işin bütün gedişatının pozulduğunu göstərib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə digər hakimin icraatına qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək şikayətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati işin materiallarından görünür ki, hazirki iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli sərəncam, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixlərdə məhkəmə iclasında iştirak etmək barədə bildiriş göndərilmiş, lakin qeyd edilən bildirişlərin heç birində iddiaçıya Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələbləri izah edilməmişdir. İş materiallarından görünür ki, iddiaçıya İPM-nin 55.3-cü maddəsinin tələbləri yalnız işin xx.xx.2020-ci il tarixinə təyin olunması barədə göndərilmiş xx.xx.2020-ci il tarixli bildirişdə izah olunmuş, lakin həmin bildirişin iddiaçıya çatması barədə iş materiallarına hər hansı bir sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1150/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1150/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver