Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1151/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının adının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11502/N3 nömrəli, 19 oktyabr N3-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Həqiqi hərbi xidməti çəkdikdən bir müddət sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində MAXE kimi xidmətə qəbul edilmişdir. Sonuncu dəfə MAXE kimi xidməti xx.xx.2011-ci il tarixindən xx.xx.N1-ci il tarixinədək N saylı hərbi hissədə “səyyar rengen kabinetinin rentgen-laborant” vəzifəsində xidmət etməyi olmuşdur. xx.xx.N0-xx.xx.N0-ci il tarixinədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində Ağcabədi rayonu, Sarıcalı kəndi və Ağdam rayonu, Tərtər rayonu istiqamətlərində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 039əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 42.0.2-ci bəndi ilə (xəstəliyə görə) xidmətdən istefaya göndərilmişdir. xx.xx.N0-xx.xx.N0-ci il tarixinədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində Ağcabədi rayonu, Sarıcalı kəndi və Ağdam rayonu istiqamətlərində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etməyi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq “Müharibə veteranı” adı verilməlidir. “Müharibə veteranı” adının verilməsi ilə bağlı N3-cü ildə iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ilk öncə rəsmi formada cavabdehə müharibə veteranı statusunun verilməsi ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh onun müraciətindən imtina etmişdir ki, “Vətən müharibəsi” dövründə xidmətdə olduğu N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Ağcabədi rayonunda olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli xx.xx.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənmir. Cavabdehə rəsmi müraciəti əsasında qəbul edilmiş imtina qərarını əsassız, qanunazidd və qeyri-obyektiv hesab edir. xx.xx.N0-xx.xx.N0-ci il tarixinədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində Ağcabədi rayonu, Sarıcalı kəndi və Ağdam rayonu istiqamətlərində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində Ağcabədi rayonu, Sarıcalı kəndi və Ağdam rayonu istiqamətlərində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirakı ilə bağlı qeydlərin müvafiq sənədlərdə qeyd edilməsi, hərbi qulluqçu olaraq onun birbaşa funksional vəzifəsi deyil. Hərbi qulluqçu döyüş bölgəsində döyüşlərdə iştirak edərkən arxa cəbhədə hərbi qulluqçuların xidməti ilə bağlı qeydlərin aparılmasına məsul olan şəxslər müvafiq qeydləri aparmalıdır. İddiaçının hərbi xidmətinə dair döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirakının müvafiq sənədlərlə təsdiqlənməsi ilə bağlı qeydlərin saxlanmaması və ya cavabdehin qeyd edilən məlumatı aşkar etməməsi onun təqsiri deyil. Ağdam rayonu istiqamətlərində döyüşlərdə iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən ona müharibə veteranı statusu verilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-11502/N3 nömrəli, 19 oktyabr N3-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr N3-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Mümbət oğluna müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı qanunsuz və əsassız olduğunundan, qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" əsasnamənin 10-cu abzasında göstərilir ki, N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, habelə Füzuli və Ağdam rayonlarının işğal altında olmuş ərazilərində (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayış-məlumatdan görünür ki, iddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Ağcəbədi rayonu Sarıcallı kəndinə ezam olunub və Səyyar rentgen kabinetinin rentgen lobarantı vəzifəsində xidmət etmiş, yaralıların rentgenoloji və diaqnostik müayinələrin aparılmasında və diaqnozun dəqiqləşdirilməsində klinik həkimlərə yaxından köməklik göstərmişdir. Qanunvericiliyin tələblərinə əsasən maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı iki kateqoriyadan olan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir: 1. N0-ci ilin sentyabr 27-dən noyabrın 10-dək təminat növləri üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2. Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat nöpvləri üzrə tapşırıqları yerinə yetirmiş şəxlərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin faktiki hallarından görünür ki, iddiaçı Ağcəbədi rayonu Sarıcallı kəndinə Səyyar rentgen kabinetinin rentgen lobarantı vəzifəsində tapşırıqları yerinə yetirmişdir. Göründüyü kimi iddiaçının ezam olunduğu N nömrəli hərbi hissənin yerləşdiyi Ağcəbədi rayonu Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə daxil deyildir. İddiaçı Ağcəbədi rayonuna ezam olunmuş həmin ərazidə əsasnaməyə görə xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək bilavasitə döyüş əməliyyatları aparılmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından məhkəmə qərarı qanunsuz və əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N3-cü il tarixli məktubda qeyd edilmişdir: Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N3-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş arayışməlumata əsasən, “Vətən müharibəsi” dövründə xidmətdə olduğunuz N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Ağcabədi rayonunda olduğundan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməsində iştirakınız müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.N1-ci il tarixli 206 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X7, N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin rentgen-laborantı, N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli 039əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbyacan Respublikası Qanununun 42.0.2-ci bəndinnə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmış hesab edilmiş, N1-ci ilin hesabından 50 (əlli) gün müddətinə məzuniyyət verilməklə 10 sentyabr N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Bakı şəhəri Sabunçu Rayon İdarəsinə göndərilmişdir. Əsas: N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli 039əç nömrəli əmrindən çıxarış. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı xx.xx.N3-cü il tarixli arayışından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X8 həqiqətən 15 oktyabr 2011-ci il tarixdən 22 iyul N1ci il tarixədək N nömrəli hərbi hissədə səyyar rentgen kabinetinin rentgen-laborantı vəzifəsində xidmət etmişdir. xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində Ağcabədi rayonu Sarıcalı kəndi və Ağdam rayonu istiqamətlərində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş 74 saylı xx.xx.N4-cü il tarixli arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X7 həqiqətən 15 oktyabr 2011-ci il tarixdən 22 iyul N1-ci il tarixədək N nömrəli hərbi hissədə səyyar rentgen kabinetinin rentgen-laborantı vəzifəsində xidmət etmişdir. xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsin”də N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində Ağcabədi rayonu Sarıcalı kəndi və Ağdam rayonu ərazisində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Qeyd: 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. - Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, N nömrəli hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 304 nömrəli əmrinə əsasən İddiaçı 1-ci X5 09 oktyabr 2011-ci il tarixli 016 əç nömrəli əmri ilə sanitar epidemioloji taqımın sanitar təlimatçısı vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün Naftalan şəhəri N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 16 oktyabr 2011-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifənin icrasına başlamışdır. N nömrəli hərbi hissənin xx.xx.N1-ci il tarixli 206 nömrəli əmrinə əsasən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X7, N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin rentgen-laborantı, N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli 039əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbyacan Respublikası Qanununun 42.0.2-ci bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmış hesab edilmiş, N1-ci ilin hesabından 50 (əlli) gün müddətinə məzuniyyət verilməklə 10 sentyabr N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X7 həqiqətən 15 oktyabr 2011-ci il tarixdən 22 iyul N1-ci il tarixədək N nömrəli hərbi hissədə səyyar rentgen kabinetinin rentgen-laborantı vəzifəsində xidmət etmiş, xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsin”də N nömrəli hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində Ağcabədi rayonu Sarıcalı kəndi və Ağdam rayonu ərazisində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi, iddiaçı hərbi qulluqçu olmuş, hərbi xidmətdən qanuni əsaslarla buraxılmışdır və hərbi hissənin səyyar rentgen kabinetinin tərkibində xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11502/N3 nömrəli, 19 oktyabr N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1151/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1151/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver